Axtarış
The search found 105785 results in 0.03 seconds.
Search results
DƏHŞƏTLİ MÜHARİBƏYƏ HAZIRLIQ: Çin minlərlə ƏSGƏR GÖNDƏRİR
Çin ABŞ-ın sanksiya tətbiq etdiyi sektorlar da daxil olmaqla, İrana külli miqdarda sərmayə qoymaq istəyir.
Muxalifet.az xəbər verir ki, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin avqust ayında Pekin səfəri zamanı İran və Çin arasında 2016-ci ildə imzalanan 25 illik strateji əməkdaşlıq razılaşması yenilənib.Muxalifet - 10-09-2019
Sabiq nazirin daha bir obyekti əlindən alındı
Sabiq nazir bir yandan siyasi qürub çağını yaşayır, digər yandan isə... Paytaxtın Rəşid Behbudov küçəsində keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olduğu bildirilən çoxmərtəbəli ofis sürətlə sökülür. Bu barədə məlumat yayan Qaynarinfo saytı bildirib ki, 1 saylı İqtisad Məhkəməsi və Nəsimi Rayon Prokurorluğunun yaxınlığında, Bakıxanov küçəsi-42 ilə paralel yerləşən, müasir tələblərə cavab verən binanın söküntü işlərinə üç gündür start verilib. Söküntü işi üçnövbəli iş qrafiki ilə aparılır. Söküntüsü aparılan bina özəlliyi ilə fərqlənirdi.
Muxalifet - 10-09-2019
ŞAGİRDLƏRƏ ŞAD XƏBƏR: Məktəb çantaları belə yüngülləşdiriləcək - VİDEO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində işlər görülür. Muxalifet.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək "Azərbaycan dili” və "Riyaziyyat” dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklərin I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.
Muxalifet - 10-09-2019
DEPUTATLARDAN PROKURORLUĞA ÇAĞIRIŞ – “Сinayət işi açılmalıdır, milyardlardan söhbət gedir”
İki gün əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri Siyavuş Novruzov olduqca ciddi bəyanatla çıxış edərək, bir sıra keçmiş nazirlərin milyardlar taladığını bildirib. Hakim partiyanın funksioneri eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, şok ittiham irəli sürüb və bəzi “sabiq”lərin xaricdəki mühacirləri maliyyələşdirdiyini iddia edib.
Muxalifet - 10-09-2019
Eldar Əzizov uşaq bağçalarında yoxlamalarla bağlı komissiya yaratdı
Bakıda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.
Bu barədə Muxalifet.az-a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 10-09-2019
Davudoğlu AKP-dən niyə çıxarıldı? – ŞOK TƏFƏRRÜAT
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxarılmasının təfərrüatı məlum olub.
Mediada yayılan sənəddə Davudoğlunun çıxışları, sosial şəbəkədəki paylaşımları və mətbuata verdiyi açıqlamalar onun AKP-dən uzaqlaşdırılması üçün əsas səbəblər arasında yer alıb.
Sənəddə Davudoğlunun “Hakimiyyəti troll qruplaşmalarına təslim edənlər qarşısında üç il susduq”, sözləri də öz əksini tapıb.Muxalifet - 10-09-2019
Sami Yusif Nəsiminin “SIĞMAZAM” qəzəlini OXUDU - VİDEO
Azərbaycanlı xanəndə Təyyar Bayramov, oğlu Kənan Bayramov, Aşıq Samirə və əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan məşhur müğənni Sami Yusifin birlikdə ifa etdiyi “Sığamazam” kompozisiyası izlənmə rekordu qırıb. Sözügedən ifa bir neçə ay əvvəl Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılışı münasibətilə hazırlanıb. Konsert proqramından ifalar Sami Yusifin yutub kanalına yerləşdirilib. Video həm instaqramda, həm də yutubda qısa müddətdə izlənmə rekordu qırıb.
Muxalifet - 10-09-2019
Xorvatlarla heç-heçəyə görə yarım milyon ayrıldı - Millimizdə pul davası
Milli komandamızın Xorvatiya ilə heç-heçəsi AFFA tərəfindən layiqli qiymətləndiriləcək.
Muxalifet.az xəbər verir ki, Futbolinfo.az-ın əldə etdiyi bilgiyə görə, futbol qurumu yığmaya yarım milyon manat mükafat ayırıb.Muxalifet - 10-09-2019
Vəliəhd şahzadə Həbib Nurməhəmmədovla görüşdü – FOTO
Abu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla görüşüb.
Görüşdən fotoşəkilləri şahzadə öz Twitter səhifəsində yerləşdirib.
Şahzadə Dastin Puarye üzərində qələbəsindən sonra Həbib Nurməhəmmədovu, onun atasını və komanda üzvlərini təbrik edib.
Xatırladaq ki, sentaybrın 7-də Abu Dabidə dağıstanlı döyüşçü UFC gecəsi çərçivəsində amerikalı Dastin Puaryeni məğlub edib.Muxalifet - 10-09-2019
Atadan DƏHŞƏTLİ ƏMƏL: Qızının əxlaqsızlıq etdiyini öyrənib təcili Bakıya gəldi və....
Bakıda qızını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində baş verib.Muxalifet - 10-09-2019
Məşhur sənətçini ağaca zəncirlədilər - VİDEO
Əməkdar incəsənət xadimi Samirə Əliyeva yeni layihəsi üçün tanınmaz obraza bürünüb. Sənətçi “Ruhani” instrumental saz havasına klip çəkdirib. Klipin ideya müəllifi Aşıq Samirənin özü, rejissoru isə Roshn olub. Layihədə aşığın həyatda yaşadığı əziyyətlər, rastlaşdığı uğursuzluqlar və sevinci əks olunub. Klipdə sənətçinin ağaca zəncirlənmə səhnəsi xüsusilə diqqət çəkib.
Muxalifet - 10-09-2019
Bakıda kirayə evlərin qiyməti qalxdı
Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.
Muxalifet.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var. Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.
Muxalifet - 10-09-2019
Quranda olan bu adları ƏSLA uşaqlara QOYMAQ OLMAZ! – Video
Müsəlman şərqində dini adların uşaqlara verilməsi çox geniş yayılıb.
Bu həm müqəddəs şəxslərə ehtiram hesab olunur, həm də belə düşünülür ki, bu cür adların daşıyıcıları həmin adların sahiblərinin himayəsində olacaqlar.
Bəzi inanclı insanlar yeni doğulan uşaqlar üçün Quran açdırır, orada qarşısına ilk çıxan sözü və ya adı seçirlər. Bəs Quranda qeyd olunmuş bütün adları uşaqlara qoymaq olarmı? Daha ətraflı videoda:Muxalifet - 10-09-2019
Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır - FOTOLAR
Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşua günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseynə (ə) əzadarlığı keçirilir. Minlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun ailəsini, səhabələrini anır, göz yaşı axıdırlar. Musavat.com-un hazırda "Əjdərbəy" məscidində olan müxbiri xəbər verir ki, məclisdə xütbələr oxunur, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılır. Ətrafdakı marketlər ötən illərdən fərqli olaraq bu il açıqdır.
Muxalifet - 10-09-2019
Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək təlimdə iştirak edəcəklər
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 10-09-2019
Prezident təqaüdü alanlar kimlərdir? - 8-i kənd məktəbinin məzunudur
Dövlət İmtahan Mərkəzi də prezident təqaüdçüləri haqda məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.
Muxalifet - 10-09-2019
“Sizin nüfuzunuzdan, hörmətinizdən sui-istifadə edərək, mənim külli miqdarda vəsaitimi mənimsəyiblər” - BƏYLƏR EYYUBOVA AÇIQ MƏKTUB
Məmmədəli İsmayılov: “Sizə bir ağsaqqal kimi müraciət etməyim çevrənizdə olan insanların nüfuzunuzdan sui-istifadə etməsinə imkan verməyəcəyinizə olan əminliyimdən irəli gəlir”
“Məndən mənimsənilən vəsait satmağa məcbur oldğum evimin, maşınımın pulu və xaricdə oxuyan övladımın təhsil haqqı idi. Bu pul mənimsənildiyi üçün ailəm evsiz, mən maşınsız, övladım təhsilsiz qalıb”
Muxalifet - 10-09-2019
Xorvatlar Bakı metrosunda "oyun" çıxardı - VİDEO
Dünən Azərbaycan yığmasının Xorvatiya ilə qarşılaşmasından əvvəl Bakı metrosunda maraqlı anlar yaanıb.
Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, oyundan öncə stadiona gedən Xorvatlı azarkeşlər Bakı metrosundan istifadə ediblər.
Azarkeşlər qatarda qələbə mahnıları oxuyublar. Bu görüntülər hadisə ətrafda olan insanların marağına səbəb olub.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.
Muxalifet - 10-09-2019
“Quli” böyük “sxodka”da qalib gəldi – Xəbərdarlıq etdi
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) böyük “sxodka”da ona qarşı çıxanlara qalib gəlib.
“Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, Nadir Səlifovun “qanuni oğru” statusundan məhrum edilməsini tələb edən Badri Koquaşvili (“Badri Kutaisi”) və ona birmənalı dəstək verən Quram Çixladze (“Kvejoviç”) ilə Emzar Caparidze (“Kvatia”) “oğru dünyası”nın nüfuz sahibləri tərəfindən “qanuni oğru” kimi qəbul edilməyib.
Problemin kökü
Muxalifet - 10-09-2019
“Bu, şəriətin və dinin istəyidir” – QMİ sədri
“İllər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, sonrakı dövrlərdə bəzi təsirlər nəticəsində zəncirvurma, başyarma, qan çıxarma halları olurdu və bəyənilmirdi: “Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası olsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.
Muxalifet - 10-09-2019