Axtarış

The search found 105793 results in 0.025 seconds.

Search results

  1. Putin 30 general və polkovniki işdən çıxardı

    Rusiyada hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan 30 general və polkovnik vəzifəsindən azad edilib.

    "Kommersant" xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
     
    İşdən çıxarılanlar arasında İstintaq Komitəsinin Krım və Dağıstan üzrə rəhbərlərinin də olduğu bildirilir.

    Muxalifet4 - 10-09-2019

  2. Türkiyə XİN: "Qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkiləri" tanımırıq"

    “Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir”. 
    Sentyabrın 8-də Ermənstanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı Türkiyə XİN-in diplomatik mənbələrindən APA-nın yerli bürosuna bildirilən açıqlamada belə deyilib.

    Muxalifet - 10-09-2019

  3. Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü öldürdü - FOTO

    İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandırdıqdan bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

    Muxalifet4 - 10-09-2019

  4. DƏHŞƏT: Qadın körpələri doğum evinin pəncərəsindən atdı

    Özbəkistanda doğum evində faciəvi hadisə baş verib.

    Xarici KİV-lərin məlumatına görə, yeni doğuş etmiş qadın qızını və başqasının körpəsini pəncərədən aşağı atıb. Buna səbəb körpənin qüsurlu doğulması olub. Hər iki körpə aldıqları travmadan hadisə yerində ölüb.

    Bildirilir ki, uşağının qüsurlu doğulduğunu öyrənən qadın son dərəcə gərgin olub.

    Muxalifet4 - 10-09-2019

  5. Xaçaturyan bacıları işinin yeni detalları: Ata qızlarını...

    Rusiyada geniş rezonansa səbəb olan Xaçaturyan bacılarının cinayət işinin növbəti mərhələsi başa çatmaq üzrədir. Hazırda tərəflər işin materialları ilə tanış olma prosesini başa vurublar. Eyni zamanda, qətlə yetirilən Mixailin qızları ilə yazışması da tədqiq edilib. Rusiyanın “Moskovskiy komsomolets” nəşri yazışmalardan müəyyən hissələri yayımlayıb. Qeyd etmək lazımdır ki, yazışmaların böyük hissəsi qısaldılıb. Çünki Xaçaturyan qızları ilə ünsiyyətdə qeyri-etik ifadələrdən istifadə edib. Qətl törədilən yerdə qara rəngli "Samsung" markalı mobil telefon tapılıb.

    Muxalifet - 10-09-2019

  6. ​KRİMİNAL SAVAŞ QIZIŞIR: Quli Şakro Molodoya qarşı...

    MDB məkanını ən nüfuzlu "qanunda oğrusu" sayılan Zaxari Kalaşov (Şakro Molodoy) kriminal qüvvələri nüfuzu sürətlə artan Nadir Səlifova (Lotu Quli) qaldırmaq cəhdi uğursuzluqla başa çatıb.
    Muxalifet.az
    Modern.az-a istinadən xəbər verir ki, təzyiqlərə başlamaq üçün formal səbəb avqustun 26-da Türkiyədə baş verən insident olub.

    Muxalifet - 10-09-2019

  7. "ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - ƏRDOĞANDAN İLGİNC AÇIQLAMA

    “ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursatı göndərməsi bizi ciddi şəkildə narahat edir”.

    “Report” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

    Muxalifet4 - 10-09-2019

  8. AŞPA prezidenti sabah Bakıya gəlir - PASKYENİN 2 GÜNLÜK SƏFƏR PROQRAMI AÇIQLANDI

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mori Paskye sentyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq. AŞ mətbuat xidmətinin məlumatına görə, M.Paskyenin Bakıda Azərbaycan prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.

    Bundan əlavə, M.Paskye Milli Məclisin bəzi komitələrinin nümayəndələri, həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

    Muxalifet4 - 10-09-2019

  9. Messi ABŞ-da oynamaq haqqında düşünür

    Lionel Messi həmişə “Barselona”da oynamayacaq. Bunu indi Kataloniya klubunun azarkeşləri də gözəl anlayır.
     
    Bizimyol.info xəbər verir ki, Messi ABŞ-da oynamaq haqqında düşünür. İspaniyanın “El Mundo Deportivo” qəzeti bu barədə yazıb. Nəşrin yazdığına görə, Messi Şimali Amerika Futbol Liqasında (MSL) oynamağın əleyhinə deyil.
     

    Muxalifet4 - 10-09-2019

  10. ​Ana uşaqlarını satıb telefon aldı

    Çinin Çjetszyan vilayətində ananı uşaqlarını satdığına görə həbs ediblər. Onun yeni doğulan övladlarını 65 min yuana (təxminən 9150 dollar) satdığı məlum olub.
     
    Muxalifet.az xəbər verir ki, çinli ana iki uşağının müqabilində əldə etdiyi qazancla özünə yeni telefon alıb. Qadın pulun hamısını özünə xərcləyə bilməyib. Uşaqların atası olmasını inkar edən kişi də sövdələşmədən sonra ortaya çıxıb. Ata pulun yarısını ananın əlindən alıb. Adını belə qoyub ki, çoxlu borcları var. Ana da kredit borclarını ödəməyə imkan tapıb.
     

    Muxalifet4 - 10-09-2019

  11. “Bəkarət səhnəsindən çox utandım, evə gedib ağladım” – Türk aktrisa / VİDEO

    Türkiyənin sevilən "Zalim İstanbul" serialında bəkarət səhnəsi ilə adından soz etdirən aktrisa Bahar Şahin çox utandığını etiraf edib.

    Türkiyə mətbuatı xəbər verir ki, onun ekran işində həmin səhnənin çəkilişi zamanı rejissora " siz baxmayın" dediyi bildirilir.

    Aktrisa çəkilişdən sonra evə gedib çox utandığını və hətta ağladığını deyib./“Yeni Sabah” 

    Muxalifet4 - 10-09-2019

  12. AZTV-nin əməkdaşları qəzaya düşdü, xəsarət alanlar var

    Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Belə ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet4 - 10-09-2019

  13. Qasırğaya görə 17 min sərnişin aeroportda qaldı

    Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar Narita hava limanında 17 min sərnişin qalıb. Trend-in məlumatına görə, təbiət hadisəsi ilə əlaqədar avtobus və qatarların hərəkəti dayanıb. Hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib. Bundan başqa, üç prefekturada elektrik enerjisi kəsilib. Hökumət xəstəxana və sığınacaqlarda enerjinin kəsintisiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.

    Muxalifet4 - 10-09-2019

  14. 6 yaşlı uşaq avtomobillə görün nə etdi - VİDEO

    Çində 6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
    Muxalifet.az DHA-ya istinadən xəbər verir ki, Çanqpinq şəhərində Çen adlı kişi avtomobili işlək vəziyyətdə saxladıqdan sonra işini həll etməyə gedib.
    Bu zaman maşındakı 6 yaşlı oğlu sükan arxasına əyləşib və əyləci sıxıb. Avtomobil öncə qabağa gedib, sonra sürətlə arxaya doğru hərəkət edib.
    Ata qaçaraq maşının qapısını açmağa çalışsa da, artıq gec olub. Avtomobil arxadakı çuxura düşüb.

    Muxalifet - 10-09-2019

  15. Salyanda GÜCLÜ YANĞIN: Rayon rəhbərliyi hadisə yerinə getdi

    alyan rayonunda elektrik paylayıcı qurğu yanıb.

    "Report"un xəbərinə görə, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

    Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

    Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.

    Muxalifet - 10-09-2019

  16. Ermənilərdən Türkiyənin rəsmi saytında Bakıya qarşı təxribat – FOTO

    “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” İB 8 sentyabr 2019-cu ildə təşkilata daxil olan məlumat əsasında Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və digər aidiyyəti qurumlara müraciət edib.

    Muxalifet4 - 10-09-2019

  17. Qızıl qan sahibi insanlar kimlərdir?

    Qızıl qana sahib insanlar planetimizdə çox nadir hallarda rast gəlinir.
    Son 60 ildə cəmi 43 nəfər qızıl qan sahibi tapılıb. Qızıl qan mənfi rezus faktorlu qan sahibləridir. Bu qan sahibləri elm üçün çox vacibdir.
    İnsanda dörd qan qrupu olduğunu bilirik. Bundan başqa mənfi və müsbət rezuslar da var. Əslində isə vəziyyət daha mürəkkəbdir. İstəinlən insanın qanı 342 Rh-antigenə sahibdir. Bəzilərində bu az, bəzilərində çoxdur. Antigenlərin 160-ı ümumi yayılıb, demək olar ki, bütün insanlarda var. Geniş yayılan antigen çatışmazlığı isə nadir hallarda üzə çıxır.

    Muxalifet - 10-09-2019

  18. Milli komandamızdan Bakıda biabırçı məğlubiyyət

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
    Muxalifet.az xəbər verir ki, komandamız Gürcüstan millisi ilə qarşılaşıb.
    Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
    20:30 Azərbaycan - Gürcüstan - 0:3
    Qol: Vato Arvelzade, 45+2, Georgi Arabidze, 73, 84

    Muxalifet - 10-09-2019

  19. ​Geyim mağazasında BİABIRÇILIQ: Satıcı qız oğlanlarla... - FOTO

    İngiltərədə yerləşən bir alış-veriş mərkəzində çalışan Zayna Ellemore adlı qızın AVM-ə gələn kişi müştəriləri, paltardəyişmə otağına aparıb pul qarşılığında cinsi əlaqədə olduğu ortaya çıxıb.
    'Kat Lee' adıyla tanınan porno film uduzu Zayna Ellemore AVM-də böyük qalmaqala imza atıb.
    AVM-də könüllü olaraq çalışan Ellemore ora gələn oğlan müştəriləri gizlicə paltardəyişmə otağına apararaq intim əlaqədə olurmuş.

    Muxalifet - 10-09-2019

  20. Bu rayonlarda qaz olmayacaq

    Sentyabrın 11-də saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

    "Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq.

    Muxalifet - 10-09-2019

Pages