Axtarış
The search found 105793 results in 0.029 seconds.
Search results
"Qızlarımız elə universitetlərdə öz yarını tapa bilərlər" - Təhsil eksperti
Muxalifet.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvi, təhsil eksperti Şahlar Əsgərov Təhsil İşçilərinin Respublika Konfransındakı çıxışında deyib. Konfransın əhəmiyyətindən, təhsil sahəsindəki yeniliklərdən bəhs edən təhsil eksperti sonda maraqlı fikir səsləndirib. Bildirib ki, gənc qızlar üçün universitet gələcək həyat yoldaşını tapmaq üçün ideal məkandır: "Bizim qızlar kafe, restoran gəzib özünə ər axtarmaz. Onu valideynlər etməlidir. Düşünürəm ki, qızlarımız elə universitetlərdə öz gələcək həyat yoldaşını tapsa, daha yaxşı olar.
Muxalifet - 11-09-2019
Ermənilər narahatdır: “Putin gələcəkmi?”
Oktyabrın 1-də Ermənistanın paytaxtında keçirilməsi nəzərdə tutulan Avrasiya İqtisadi Birliyinin sammitində Rusiya prezidentinin iştirak edib-etməyəcəyi ermənilərin yuxusuna haram qatıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin açıqlama ilə çıxış edib.Muxalifet - 11-09-2019
“Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu
Müğənni Şəbnəm Tovuzlu qatıldığı "Üçümüz" verilişində heyvanları səhv salıb. Muxalifet.az xəbər verir ki, ATV telekanalında yayımlanan "Üçümüz" verilişinin qonağı olan Şəbnəm Tovuzlu açıqlaması ilə müzakirə obyektinə çevrilib. Belə ki, müğənni Azərbaycan dilində təhsil aldığını, ancaq Rusiyada yaşadığı müddətdə rus dilini müəyyən qədər öyrəndiyini deyib. Verilişin aparıcısı Elcan Rəsulov məşhur cizgi filmi "Nu, poqodi” filmində cavanarın adını rus dilində nə olduğu sualına müğənni belə cavab verib: "Nu, zayes, zayesdir. Amma yox, zayes dovşandır” deməsi onu yenidən gülüş obyektinə çevirib.
Muxalifet - 11-09-2019
Yol polisindən Bakı əhalisinə MÜRACİƏT
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə müraciət edib.
Muxalifet.az xəbər verir ki, İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi,
polis polkovniki Vaqif Əsədov bildirib ki, valideynlər yeni dərs ilinin başlaması ilə əlaqədar bunlara diqqət etməlidir:
"Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcəkdir.Muxalifet - 11-09-2019
Deputat Əsabil Qasımovun adamları yaşlı kişinin mənzilini bu hala saldı - VİDEO
Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürür.
Həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:
“Baxın, görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”.
Muxalifet - 11-09-2019
SON DƏQİQƏ: Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ - FOTO
Bəstəkar-müğənni Behbud Kərimov vəfat edib.
Behbudun ölüm xəbərini müğənni Sevda Əliqızı sosial şəbəkə hesabından verib.
Xanım ifaçı həmkarının dünyasının dəyişdiyini "Bu gün səhərə yaxın çox gözəl insan, bəstəkar, müğənni həm də yaxın dostumuz Behbud Kərimov dünyasını dəyişdi. Heç inanmağım gəlmir. Allah sənə rəhmət eləsin, əziz dostum. Məkanın cənnət olsun. Yaxınlarına və ailəsinə səbr diləyirəm" şərhini yazaraq bildirib.Muxalifet - 11-09-2019
Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər belə tutuldu - VİDEO
Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə məşğul olan şəxslərin yaxalanmasının görüntülərini yayıb. Muxalifet.az nazirliyin instaqram səhifəsinə istənadən görüntüləri təqdim edir. ***** 12:38 Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ), Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
Muxalifet - 11-09-2019
“Hər şalvar geyinən adama kişi demədiyim kimi, hər uşaq doğan qadına da ana demirəm...” - Rəşid Mahmudov
“Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır”
Muxalifet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov boşanmalar haqda danışarkən deyib. R.Mahmudov bu cür halların gələcəyimiz üçün faciə olduğunu bildirib:Muxalifet - 11-09-2019
Qaçqınların aylıq müavinəti artırılacaq? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında məlumat yayılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Muxalifet.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.Muxalifet - 11-09-2019
Rusiya hərbçisi Ermənistanda naməlum şəraitdə ölüb
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazada xidmət edən 23 yaşlı hərbçi Aleksandr Babuşkin naməlum şəraitdə ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Hərbçinin meyiti Muş məhəlləsində 32 saylı mənzildə aşkarlanıb.
Məlumata görə, çavuş Aleksandr Babuşkin müqavilə əsasında 102 saylı hərbi bazada xidmət edirmiş. Hadisənin səbəbi araşdırılır.
Muxalifet - 11-09-2019
“Onlar öndər olaraq Cəlal Əliyevi seçirlər” - Mirşahin Ağayev
“Məncə, hər şey aydındır. Mən xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan etmişəm”.
Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bu gün keçirilən iqtidar-müxalifət görüşündə deyib. O, bildirib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur:
“Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər.
Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş mütəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqqilliyi olmasa vətəndaş müstəqilliyi də olmaz.Muxalifet - 11-09-2019
Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...
Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Quba rayon sakini Bəhruz Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) barəsində olan cinayət işi üzrə məhkəmə işi başa çatıb.
Bəhruz Babayev paytaxtın Nərimanov rayonunda arvadı Sevda Babayeva və bir azyaşlı övladı ilə kirayə yaşayıb. O, qaldığı evdə arvadını mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər göstərib.
Arvadına işgəncə verdi
Muxalifet - 11-09-2019
ƏSLA BU AVTOMOBİLLƏRİ ALMAYIN: “Üstü bəzək, altı təzək” maşınlar - FOTOLAR
Gözəl görünüşlü, son model xarici avtomobil sürməyi kim istəməz ki?! Amma tələsib təkcə görünüşə də aldanmaq olmaz. Bəzi maşınlar var ki, satışa çıxarıldıqdan bir müddət sonra onlarla bağlı narazılıqlar başlayıb. Sonrası isə şirkətlərin performans salonlarında toz basmaqla nəticələnib. Təbii ki, naşı alıcılar arasında hələ də bu modellərə müraciət edənlər var. Muxalifet.az belə avtomobil modellərini diqqətinizə çatdırır: “Mazda RX-8” – Yapon maşını olan Mazda 2003-2012-ci illər ərzində buraxılıb.
Muxalifet - 11-09-2019
Kənan MM-i nə qədər cərimə gözləyir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, rejissor Kənan Mahmudov sosial şəbəkədə paylaşım edərək sürücüləri dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıq saxlamağa çağırıb. Həmçinin özü də Bülbül prospektində dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıb. Məqsədi inzibati xətaya görə cərimələnməkdən yayınmaq olub.
Muxalifet - 11-09-2019
Köhnə “iPhone” üstündə "Şahənşah"da qan töküldü, cinayətkarlar hələ də tutulmur - QARABAĞ DÖYÜŞÇÜSÜ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ - FOTOLAR
Bakı şəhəri, Biləcəri qəsəbəsinin sakini, Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup əlil Lətifi Seyid Həmzə 18 yaşlı oğlunu bıçaqlayan şəxslərin bu günə kimi də məsuliyyətə cəlb edilmədiklərini deyir. Qarabağ qazisi cinayətkarların həbs olunması və istintaqın obyektiv, ədalətli aparılması üçün ölkə başçısından kömək istəyir.
Muxalifet - 11-09-2019
Qəza törədən AzTV əməkdaşları narkotika vasitə təsiri altında olublar? - AÇIQLAMA
AzTV-nin bədii rəhbəri Ranar Musayev ötən gün qəzaya düşən kanal əməkdaşları haqda status paylaşıb.
BiG.AZ xəbər verir ki, o, feysbuk sosial şəbəkəsindəki statusunda hadisənin təffərrüatlarını açıqlayıb:
R. Musayev bəzi saytların yaralıların narkotik vasitələrin təsiri altında olması barədə xəbər yaydıqlarını bildirib: "Bizim uşaqları narkoman, az sonra qatil edəcəklər. Bu şər-böhtana baxmayaraq AzTV-də dəyişikliklər davam edəcək. Sizin sifarişçi də, siz də qanun qarşısına cavab verəcəksiz. Uşaqlarımız nə vəziyyətdədir, amma mətbuatın yazdıqlarına bax...Muxalifet - 11-09-2019
Uşaqpulu ilə bağlı yeni təklif - 400 manata 100 AZN
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hesab edir ki, uşaqpulunun verilməsi ilə bağl fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğundur.
Muxalifet.az xəbər verir ki, bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.Muxalifet - 11-09-2019
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ
Lənkəran rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.
Muxalifet - 11-09-2019
Putin Yerevan həbsxanasında? Qabağında pivə bokalı?... - ERMƏNİSTANDA DOLAŞAN ŞAİYƏLƏR, RUSİYA LİDERİNİN MÜMKÜN REAKSİYASI
Sentyabrın 30-u, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali şurasının, yəni birliyə üzv olan ölkələrin dövlət və hökumət başçılarının toplantısı planlaşdırılır. Ermənistan hakimiyyəti bu sammitə neçə vaxtdır ciddi cəhdlə hazırlaşır, həm də ona görə ki, sammit Rusiya prezidenti Vladimir Putinin Yerevana Nikol Paşinyanın “sorosçu komandasının” hakimiyyətə gəlişindən bəri baş tutacaq ilk səfəri olmalıdır.
Muxalifet - 11-09-2019
Daha bir müğənnimiz Nəsiminin qəzəlinə mahnı oxudu
Azərbaycan səhnəsinin daha bir ulduzu Nəsimi yaradıcılığına müraciət edib. Muxalifet.az xəbər verir ki, səhnəmizin ən nazlı-qəmzəli xanımı hesab edilən Xumar Qədimova böyük azərbaycanlı mütəfəkkirin 650 illiyinə özünəməxsus tərzdə hazırlaşır. Müğənni “İstiPress”ə bu barədə bildirib. "İllərdir, uşaqlığımızdan bizi dəli edən qəzəllər ah... Onlara müraciət etməyə bilərdimmi?". O, Nəsiminin məşhur "Neylərəm" qəzəlinə tam fərqli yanaşma ilə möhtəşəm bir kompozisiya hazırladığını deyib.
Muxalifet - 11-09-2019