Axtarış
The search found 105793 results in 0.088 seconds.
Search results
"İran məhv olacaq" deyirdi, özü getdi"
"Müharibənin və iqtisadi terrorun ən böyük dəstəkçisi vəzifədən getdi".
Bu sözləri İran hökumətinin sözçüsü Əli Rabii Tvitter səhifəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifədən getməsi ilə bağlı yazıb.
“Aylar əvvəl Con Bolton İranın 3 ay ərzində yox olacağı vədini vermişdi. Biz hələ varıq, o isə getdi”, - deyə Rabii bildirib.
İran rəsmisi vurğulayıb ki, ölkə həqiqətlərinin dünyaya çatdırılması zamanı yaranan maneələrdən biri daha azaldı.Muxalifet - 11-09-2019
Tramp öz kürəkənini milli təhlükəsizlik müşaviri təyin edəcək? - SENSASİON İDDİA
ABŞ prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri özünün milli təhlükəsizlik müşaviri təyin edə bilər.
Bu barədə “Atlantic Council” analitik mərkəzinə istinadən “Nezavisimaya qazeta” yazır. Mərkəzin analitiklərinə görə, ötən gün Con Boltonu gözlənilmədən vəzifədən azad edəndən sonra Tramp bu vəzifəyə ona daha loyal namizəd axtarır. Və üstünlük Cared Kuşnerə verilə bilər.
Muxalifet4 - 12-09-2019
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək - QAYDALAR LAYİHƏSİ hazırlanıb
Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında qanun”na psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
Deputatın sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.Muxalifet - 12-09-2019
ABŞ PREZİDENTİNDƏN ŞOK İDDİA - "Bolton Kim Çen Inı Qəddafi kimi parçalamaq istəyirdi"
ABŞ Prezidenti Donald Tramp, keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Şimali Koreya ilə Liviya modeli üzrə işləmək fikrinin səhv olduğunu söyləyib. Bu barədə TASS məlumat yayıb. "Con mənim yaxşı münasibətlərim olan bir insandı. Ancaq bəzi səhvlərə yol verdi. Onun Kim Çen In üçün" Liviya modeli" haqqında danışması səhv bir ifadə idi. Liviya lideri Müəmmar Qəddafi ilə nə baş verdiyinə baxın. Belə bir açıqlama vermək lazım deyildi. Bu bizi yalnız geri atdı. Bolton çox sərt oğlan idi",-deyə Tramp jurnalistlərə bildirib.
Muxalifet4 - 12-09-2019
Piylərini çıxartdıran aparıcı Könülün əməliyyatdan sonra İLK GÖRÜNTÜSÜ - FOTO
Aparıcı-aktrisa Könül Yusif qızının ötən gün paytaxın özəl klinikalarından birində əməliyyat olunduğu barədə məlumat vermişdik.
Milli.Az xanım aparıcının əməliyyatdan sonra ilk görüntüsünü əldə edib:Muxalifet - 12-09-2019
"Koçaryan da, Paşinyan da Putinin əlində alətdir, bununla o göstərmək istəyir ki..."
Oktyabrın 1 - də İrəvanda baş tutacaq Avrasiya İqtisadi Birliyinin növbəti toplantısına qatılacaq Rusiya prezidenti Vladimir Putinin həbxanada yatan dostu Koçaryana baş çəkmək niyyəti barədə Rusiya mediasının iddiasını ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Moderator.az-a şərh edib: "RF prezidenti Putinlə Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Koçaryanın dostluğu nə zaman yaranıb, necə dost olublar onu deyə bilən tapılmaz.
Muxalifet - 12-09-2019
Sami Yusif “Sığmazam” qəzəlini ağlaşma, mən isə toy ab-havasında oxumuşam - Afət Fərmanqızı
“Bilirsiniz, Sami Yusif “Sığmazam” qəzəlini ağlaşma, mən isə toy ab-havasında oxumuşam. Toyla yası müqayisə etmək düzgün deyil”. Muxalifet.az bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı bildirib. O qeyd edib ki, Sami Yusif “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyanı hazırlamaq üçün yüz minlərlə manat pul xərcləyib: “Heç bir maliyyə vəsaiti olmadan, bir xanım öz gücünə milyonlarla insana Nəsiminin qəzəlini əzbərlədib. Nə fərqi var ki, hansı ritmdə?! Sami Yusifin oxuduğu 8 il öncə türkiyəli sənətçilərin oxuduğu ağır üslubdadır.
Muxalifet - 12-09-2019
Ərdoğanla görüşdə İmamoğlunun stulu qırıldı - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə sədrləri ilə görüşündə maraqlı anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, görüşdə İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun stulu qırılıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, bunu görən dövlət başçısı İmamoğlu ilə zarafatlaşıb.
O, İmamoğluna "Bax, bu israfdır, oturduğun stulu qırdın",- deyib. Bələdiyyə sədri isə cavab olaraq "İkincisində möhkəm oturaram, əfəndim" cavabını verib.Muxalifet - 12-09-2019
“Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalıdır” – TALİYƏT ƏLİYEV
“Ölkədə Azərbaycanda partiyaların zəifləməsi, siyasi sistemdə mövqelərinin azalması daha çox məhz proporsional seçki sisteminin ləğvindən sonra sürət götürdü”
Muxalifet4 - 12-09-2019
Rusiyanın gələcəyi üçün əsas təhlükə... - Netanyahudan ŞOK İDDİA
Rusiyanın gələcəyi üçün əsas təhlükə radikal İslamdır.
Bu sözləri İsrailin Baş naziri İsrail Benyamin Netanyahu RBK nəşrinə müsahibəsində deyib.
Siyasətçi qeyd edib ki, nüvə silahını almağa və Yaxın Şərqi özünə tabe etməyə çalışan İrandan gələn şiə radikal islamı özündə ən böyük şəri daşıyır.Muxalifet - 12-09-2019
Sabina Ağalarovanı aldadıblar, üstəlik paltar oğurluğunda ittiham edirlər - “BU, HƏDDİ-HÜDUDU OLMAYAN HƏYASIZLIQDIR...”
Rusiyada azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı Sabina Ağalarova “Vegas Crocus City” Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda 360tv.ru (eyni adlı telekanalın saytı) bildirir.
Məlumata görə subicarəçilər ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin çox keçmədən icarə haqqını ödəməkdən imtina ediblər. Bundan əlavə onlar məhkəmə iddiası qaldıraraq biznesvumeni geyim oğurlamaqda ittiham edirlər.
Muxalifet - 12-09-2019
Müxalifət hakimiyyət qarşısında öhdəlik götürüb, yoxsa... – Pənah Hüseyn: “Razılaşdıq ki, siyasi münasibətlər bugünkü çərçivədə aparılsın...”
Dünən Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meylləri ” mövzusunda dəyirmi masa keçirilib.
Muxalifet4 - 12-09-2019
“Mübariz İbrahimovun adına metrostansiya verilsin!” - İCTİMAİ TƏLƏB
Sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun adının Hərbi Hospitalın önündə açılacaq yeni metrostansiyaya verilməsi ilə bağlı kampaniya başladılıb. Kampaniya kifayət qədər effekt doğurub. Kampaniya daxilində metrostansiyalara adların hansı qurum tərəfindən verildiyi yönündə müxtəlif mülahizələr səsləndirilir.
“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov belə bir səlahiyyətin onlara məxsus olmadığını söylədi: “Stansiyalara ad vermək yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir.
Muxalifet - 12-09-2019
Yol polisi ilə sürücü arasında insident - Video
Qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb. Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb. İsmayıl bəy Qutqaşenli və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət nömrə nişanlı "BMW" markalı avtomobilin sürücüsü Əmirov Fərid Elman oğlu avtomaşına quraşdırılan əlavə səs siqnalından istifadə edib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib.
Muxalifet - 12-09-2019
Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları olub.
Muxalifet.az xəbər verir ki, ötən gecə Nərimanov rayonu Ziya Bünyadov prospektində avtomobil 55-60 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.
Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Avtomobil 50-55 yaşlı kişini vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 12-09-2019
Qazı olmayan kəndlərin əhalisinin NƏZƏRİNƏ
Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov bildirib.
Regional Meşə Təsərrüfatı Mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir.Muxalifet - 12-09-2019
Xarici nömrəli avtomobillə cərimə olunanlara XƏBƏRDARLIQ! - VİDEO
Son vaxtlar Bakı şəhərində və bölgələrdə xarici qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sayı xeyli artıb. Qonşu ölkələrdən, xüsusilə də Gürcüstandan gətirilən avtomobillərə isə daha çox rast gəlinir. Hazırda cərimə meydançalarında da yüksək cərimə borcu olan yüzlərlə xarici nömrəli avtomobil var.
Muxalifet - 12-09-2019
İrəvan Bakının “Rus NATO-su”na yolunu açdı - Putinin təhdidi
Ermənistan parlamenti KTMT yanında müşahidəçi statusu nəzərdə tutan sənədi ratifikasiya etdi; işğalçı ölkənin parlamentində anti-Rusiya çıxışları - Paşinyan hökuməti Kremldən həm qorxur, həm də qorxutmağa çalışır... Ermənistan parlamenti sentyabrın 11-də “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklikləri nəzərdə tutan protokolları ratifikasiya edib.
Muxalifet - 12-09-2019
Nura Suri: "Tam səmimi ancaq hamamda ola bilərik" - MÜSAHİBƏ
Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu gün onu narahat edən məsələlərdən danışıb.
Muxalifet.az bildirir ki, publika.az-a müsahibə verən ulduz ona ən unudulmaz həyat təcrübəsi qazandıran hadisədən, məşhurların həyat tərzindən, səhnə geyimlərindən və övladlarından söz açıb.
- Nura xanım, kamera qarşısında səmimisiniz, yoxsa kamera arxasında?Muxalifet - 12-09-2019
Bakıda “Globus Plaza”nın iri şüşə parçası qırıldı: Yaralılar var - VIDEO
Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb. APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, “Globus Plaza”ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub.
Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
Muxalifet - 12-09-2019