Axtarış
The search found 105793 results in 0.027 seconds.
Search results
Bakı Quba YOLUNDA QƏZA: Sürücünün dodağı qopdu - VİDEO
Bakı Quba yolunun 84-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.
Nəticədə Ford markalı avtomobil beton maneyəyə çırpılıb. Qəza zamanı avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan yaralanıb.
Sürücü Abıyev Ramin "Yeni Sabah"a açıqlamasında bildirib ki, Bakıya yük maşınında pomidor və bibər gətirirmiş. Qəza zamanı sürücüyə ümumilikdə 5 min ziyan dəyib.
Yaralılar Siyəzən Diqanostika Mərkəzinə yerləşdirilib. Sürücü hadisəyə səbəb kimi yol nişanının düzgün qoyulmamasını göstərib.Muxalifet - 12-09-2019
SON DƏQİQƏ: Türkiyədə avtomobil partladıldı - 4 ölü, 7 yaralı
Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı mülki işçiləri daşıyan avtomobilin keçidi zamanı işə salınıb.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Diyarbəkr valiliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başlanılıb.Muxalifet - 12-09-2019
Xələf Xələfov: "Nikol Paşinyan məsuliyyətsiz açıqlamaları ilə regionu təhlükəli məcraya sürükləyir"
Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Müstəqillik Günü münasibətlə keçirilən rəsmi qəbul zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
Muxalifet - 12-09-2019
Fatih Terimin cəzası ilə bağlı YENİ QƏRAR: "Fənərbaxça" ilə oyunda...
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
Beləliklə o, Türkiyə superliqasında "Kasımpaşa", "Malatyaspor" və "Fənərbaxça" ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.Muxalifet - 12-09-2019
Gürcüstanda 25 yaşlı azərbaycanlıya VƏZİFƏ VERİLDİ - Foto
Gürcüstanda 25 yaşlı azərbaycanlıya vəzifə verilib.
Məhəmməd Xəlilov adlı gənc Qardabani rayonu, Qaracalar kənd orta məktəbinin direktoru təyin edilib.
Qeyd edək ki, M.Xəlilov ali məktəbi üç il öncə bitirib.Muxalifet - 12-09-2019
Alla Puqaçova harada dəfn olunacaq?
Rusiyanın xalq artisti Alla Puqaçova özünə qəbir üçün torpaq sahəsi alıb.
Torpaq sahəsi Kuzminski qəbiristanlığında, müğənninin qardaşının məzarının yanında yerləşir.
Alla Borisovnadan başqa bir çox məşhur ölmədən özlərinin son mənzillərinin tədarükünü görürlər. Onlar belə hesab edirlər ki, bu əvvəlcədən düşünülməlidir, çünki ölüm gözlənilmədən gəlir.
Müğənni Şura da qəbiristanlıqdan yer alan məşhurlardandır. O, hətta özünə iki qapılı tabut da sifariş verib.Muxalifet - 12-09-2019
Azərbaycanlı mühacir Almaniyada intihara cəhd etdi - VİDEO
Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.
Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına daxil olub, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.
Muxalifet4 - 12-09-2019
"Terrorçuların tutulması üçün nə lazımsa ediləcək" - ƏRDOĞAN
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə PKK terrorçularının törətdiyi terror hadisəsinə münasibət bildirib.
APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Ərdoğan mülki şəxsləri hədəf alan terror hücumunu törədən PKK üzvlərinin tutulması üçün istifadə ediləcək bütün vasitələrdən istifadə olunacağını söyləyib.
Muxalifet4 - 12-09-2019
Bakıda AĞIR QƏZA - Fiat" 70 yaşlı kişini vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.
Muxalifet4 - 12-09-2019
“General”la “polkovnik”in planı ifşa olundu - “Dedi ki, flaş kartda rüsvayedici məlumatlar var”
Özünü DTX polkovniki, general kimi təqdim edərək baş həkimdən külli miqdarda pul alan dəstə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Muxalifet4 - 12-09-2019
DƏHŞƏT! - Qatar qəzasında azı 50 nəfər öldü
Konqo Demokratik Respublikasında Tanqanika gölü yaxınlığında Qatar qəzası baş verib. “Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, hadisə zamanı azı 50 nəfər ölüb. Qəzaya qatarın relsdən çıxması səbəb olub. Qeyd edək ki, Konqoda dəmir yolu xətlərinin köhnə və qəzalı vəziyyətdə olması tez-tez bu cür faciələrin yaşanmasına səbəb olur.
Muxalifet4 - 12-09-2019
"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - XƏLƏF XƏLƏFOV
"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir". Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı bildirib. “Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir.
Muxalifet4 - 12-09-2019
Azərbaycanın düşmənin hədəfində olan ən önəmli strateji obyektlərindən biri - MİNGƏÇEVİR SU ANBARI NECƏ QORUNUR?
Kür çayının Bozdağdan keçdiyi hissəsində yaradılan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib. Su anbarının 83 metrlik normal dolma səviyyəsində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni bənddə 3 km-dən başlayır və Alazan çayı tökülən yerdə 18 km-ə qədər dəyişir.Muxalifet4 - 13-09-2019
Tramp KXDR lideri ilə görüşəcəkmi? - ABŞ-dan AÇIQLAMA
ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilə görüşləri hələ planlaşdırmır.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.
Şimali Koreyanın həyata keçirdiyi son raket sınaqlarını təxribat adlandıran diplomat bunun danışıqlar üçün yaxşı addım olmadığını deyib.
“Biz Şimali Koreyanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - o qeyd edib.Muxalifet - 13-09-2019
23 yaşlı qadın müəllim 15 yaşlı şagirdinə çılpaq videolarını göndərdi - Evdə cinsi əlaqədə oldular - FOTO
ABŞ-da yerləşən bir liseydə 23 yaşlı qadın müəllimin 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Wisconsin ştatında yerləşən Somerset liseyində idman müəllimi kimi çalışan 23 yaşlı Talia Jo Warner evində şagirdi ilə intim əlaqədə olub.
15 yaşlı şagird lisey rəhbərliyinə olayı təkzib etsə də polisə verdiyi ifadəsi zamanı hər şeyi etiraf edib.
Şagird 2018-ci ilin oktyabr və dekabr aylarında müəlliminin ona çılpaq videolarını göndərdiyini və sonralar görüşdüklərini boynuna alıb.Muxalifet - 13-09-2019
Snouden ABŞ-a qayıtmaq üçün şərtini açıqladı
Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağına inamı yaranacağı təqdirdə, ABŞ-a qayıda bilər.
TASS agentliyi xəbər verir ki, bunu Snouden cümə axşamı ABŞ Milli İctimai Radiosunun jurnalistlərinə bildirib.
Amerika hakimiyyəti tərəfindən casusluq haqqında qanunların pozulmasında ittiham edilən Snouden qeyd edib ki, ABŞ-da münsiflər məhkəməsi onun jurnalsitlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.
Muxalifet4 - 13-09-2019
“Suriyada müharibə başa çatdı” - RUSİYADAN AÇIQLAMA
Suriyada müharibə həqiqətən bitdi.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində bildirib.
“Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin nəzarətində olmayana İdlib və Fərat çayının şərq sahili kimi ərazilərdə qalır", - nazir qeyd edib.
Muxalifet4 - 13-09-2019
Özbəkistan Türk Konseyinə qoşuldu – Prezidentdən TARİXİ QƏRAR
Özbəkistan türksoylu dövlətlərin birləşdiyi Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxardı.
Turkustan.info xəbər verir ki, bu tarixi qərarı bir neçə saat əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi”.
Muxalifet4 - 13-09-2019
Həbibin növbəti rəqibi bəlli oldu - 10 İLDİR...
UFC üzrə yüngül çəki dərəcəsində dünya çempionu olan Həbib Nurməhəmmədovun agenti onun növbəti rəqibinin kimliyini açıqlayıb.
Ali Abdel-Aziz qeyd edib ki, “Qartal” ləqəbli döyüşçü növbəti yarışını Georges Seynt-Pyerə qarşı keçirəcək.
Muxalifet4 - 13-09-2019
Tovuzda güllələnən sabiq məhkəmə sədri xəstəxanada öldü
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb. Məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. *** Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil. Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.
Muxalifet4 - 13-09-2019