Axtarış

The search found 105793 results in 0.031 seconds.

Search results

  1. “AMERİKA SURİYANIN ŞİMALINDA ANCAQ YPG ÜÇÜN TƏHLÜKƏSİZ ZONA YARADIB”: Türkiyə prezidenti “bu, şükür deyil, şübhə ediləcək zonadır” deyir – Təhlil

    Verda Özer

    Milliyet (Türkiyə), 12.09.2019

    Məhz coşğun “Aha, nəhayət, ABŞ dediyimizə gəldi və çox şükür, yeddi il boyunca dilimizdə tük bitirən “təhlükəsiz zona” tələbimizlə razılaşdı” nidaları ucalırdı ki … Prezident Ərdoğan bir gün qabaq sərt sözlərlə “şükür ediləcək təhlükəsiz zona deyil, şübhə ediləcək “təhlükəli zona” qurulduğunu rəsmən söyləmiş oldu.

    Muxalifet4 - 13-09-2019

  2. Türkiyədə azərbaycanlı bıçaqlandı - VİDEO

    Türkiyədə azərbaycanlı Hacı Elbrus Hacılı bıçaqlanıb. Hadisə Antalyanın Konyalatı ilçəsində ötən gün axşam saatlarında baş verib.

    Şahidlərin bildirdiyinə görə, Hacı Elbrus Hacılı ilə kimliyi bilinməyən və çərkəz olduğu ehtimal edilən şəxs arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və digər şəxs azərbaycanlını ayağından bıçaqlayıb.

    Akdeniz Xəstəxanasına çatdırılan yaralının həyati təhlükəsinin olmadığı müəyyənləşib.

    Hazırda polis şübhəlini axtarır.

    Muxalifet4 - 13-09-2019

  3. Putin Azərbaycan sərhədinə gəldi: Ermənistanı qorxuya salan MÜHARİBƏ DETALI

    Rusiya prezidenti Vladimir Putin 1999-cu ildə Dağıstanda törədilmiş terror aktının 20 illiyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün Şimali Qafqaza səfər efib. Rusiya üçün terror aktı olaraq qəbul olunan bu hadisələr çeçen müharibəsi dövründə baş vermişdi və çeçenlər üçün bu, azadlıq müharibəsi idi. Yeltsinin dövründə Şimali Qafqazla bacara bilməyən Moskva Putinin hakimiyyətə gəlişindən sonra bölgəni nəzarətə götürə bildi, hərçənd, bu region daim Rusiyanın “Axilles dabanı” hesab olunur.
    Şimali Qafqazdakı vəziyyət Rusiya üçün “mina vəziyyətini” xatırladır.

    Muxalifet - 13-09-2019

  4. Xırdalanda DƏHŞƏTLİ İNTİHAR - Qadın özünü binadan atdı

    Xırdalanda dəhşətli intihar hadisəsi baş verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu gün Xırdalan şəhəri Heydər Əliyev prospektində "Kristal Abşeron" şirkətinin inşa etdiyi binada yaşayan 30-35 yaşlı qadın özünü 11-ci mərtəbədən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırmalara başlanılıb.

    Muxalifet4 - 13-09-2019

  5. Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR — "Peşman deyiləm, cəzamı..." - VİDEO

    Hazırda həbsdə olan tanınmış müğənni Fədayə Laçınla bağlı yeni xəbər var.

    Muxalifet.az xəbər verir ki, onunla eyni həbsxanada cəza çəkən keçmiş məhkum Fatimə adlı xanım müğənni ilə bağlı "Baku Tv"yə maraqlı açıqlama verib:

    "Fədayə Laçın 32-ci, mən isə 33-cü kamerada qalırdım. O, öz sevgilisinin üstündə həbsxanaya düşmüşdü. Deyirdi ki, "peşman deyiləm, cəzam nədirsə, çəkəcəm". Tanınmış müğənni olduğu üçün ona həbsxanada çox hörmət edirdilər".
     

    Muxalifet - 13-09-2019

  6. SON DƏQİQƏ: Azərbaycan Ordusu dağlarda əks-hücum əməliyyatına başlayır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
    Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 13-09-2019

  7. KÖÇƏRYANI DƏSTƏKLƏYƏN PARTİYA SƏDRİ YAŞLI QADINI DÖYDÜ - “Kim mənə “türk” desə vuracam...”

    Yerevan məhkəməsi qarşısında ötən gün eks-prezident Robert Köçəryanın tərəfdarları ilə əleydarları arasında baş vermiş qarşıdurmanın yeni təfərrüatları məlum olub.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Köçəryanın tərəfdarları ona “cinayətkar” deyən aksiya iştirakçısını yerə yıxıb döyüblər, ayağını sındırıblar. Həmin adamı döyənlər tutulub.

    Muxalifet - 13-09-2019

  8. “Qaçqınkom” sədri: “Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz"

    “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa parlamenti üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfəri yolverilməzdir. Biz həmin beynəlxalq təşkilata üzv olan dövlətlərin buna mövqe bildirmələrini istəyirik”. Bunu “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın İdarə Heyətinin Dağlıq Qarabağdan olan və bu il ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrlə keçirdiyi görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

    Muxalifet - 13-09-2019

  9. Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR

    Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb.

    Piyadaların hərəkətinə nəzarət edən və bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşlarının son günlər gözə dəymir.

    Muxalifet - 13-09-2019

  10. Nəsrin büstqalterdə yataq görüntüsünü paylaşdı: Haqqımda yazılanlara... - FOTO

    Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədəki fəallığı ilə bir çox türk məşhurlardan da populyardır.
    Milli.Az xəbər verir ki, Türkiyədə baş rola çəkildiyi "Aşk tesadüfleri sever-2" filmindəki obrazı ilə bütün diqqətləri üzərinə çəkən Nəsrin yataq halını İnstaqram təqibçiləri ilə paylaşıb.
    Aktrisa büstqalterdə yataqda çəkilən bu fotosuna "Haqqımda yazılanlara üzüləcəkdim, sonra aynaya baxdım..." şərhini yazıb.
    Bu da Nəsrinin sözügedən paylaşımı:

    Muxalifet - 13-09-2019

  11. Xocalı soyqırımının törədildiyi yerin HAZIRKI GÖRÜNTÜLƏRİ - ÜRƏKDAĞLAYAN VİDEO

    Türk bloger Mutlu Tokyürek Qarabağa səfər edib. O, xüsusilə, Xocalı soyqırımının baş verdiyi əraziyə gedib. Bloger paylaşdığı videoda Xocalı soyqırımı ilə bağlı fikirlərini də səsləndirib. Muxalifet.az publika.az-a istinadən Xocalı soyqırımının törədildiyi yerin hazırkı görüntülərini təqdim edir:

    Muxalifet - 13-09-2019

  12. Vilayət Eyvazov əmr verdi - Onların fəaliyyəti dayandırıldı

    Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb.

    APA-nın əməkdaşının şəhərdə apardığı müşahidələr zamanı piyadaların hərəkətinə nəzarət edən və bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşlarının son günlər gözə dəymədiyi məlum olub.

    Muxalifet - 13-09-2019

  13. Nazirdən sensasiyalı açıqlama: "7 dəfəyə qədər fərq yaranıb"

    "Biz 2018-ci ildə kölgə iqtisadiyyatına qarşı mübarizəyə başladıqdan sonra Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb". 
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
    O bildirib ki, bu da kölgə iqtisadiyyatının həcminin göstəricisidir.

    Muxalifet - 13-09-2019

  14. Beriyanın sonuncu məşuqəsi – Valyanın hər üç kişisini güllələyiblər

    Lavrenti Beriyanın gizli qadın macəraları öz “məxfi”liyini çox da uzun müddət saxlaya bilməyib. 1953-cü ildə həbs olunanda Beriyanın toruna düşən qadınların siyahısı ələ keçib. Müxtəlif mənbələrdə zərərçəkmiş qadınların sayı fərqli rəqəmlərlə əks olunub, 200, 460, hətta 700 nəfər. Ən əsası isə odur ki, “güclü” nazir məhkəmə zamanı qadınlara qarşı “tükənməyən” ehtirasını özü də könüllü etiraf edib.

    Beriyanın qurbanları arasında yalnız bir nəfər, Valentina Drozdova onun həyatında digərləri kimi müvəqqəti yox, ciddi və silinməyən iz qoyub.

    Kim olub bu qadın?

    Muxalifet4 - 13-09-2019

  15. Özəl klinikalarda analiz biznesi - “Dedilər, bu qane etmir” / VİDEO

    İnsanların bəziləri səhv diaqnoz, analizlərin yanlış nəticələrinə görə sağlamlıqlarını, bəzən hətta həyatlarını itirirlər. Çünki ya analiz qiymətləri kəskin şəkildə yuxarı olduğu üçün müraciət etmirlər, ya da bəzi xəstəxanalar o qədər də düzgünlüyü önəmsəmirlər.

    Muxalifet.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

    Muxalifet4 - 13-09-2019

  16. Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət!

    İnternet və sosial şəbəkədən çox istifadə edənlər üçün ən sərfəli tarif sayılan “CavanNar”-a qoşulanların sayı artmaqdadır. Belə ki, son 1 ayda ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” istifadəçilərinin sayı 17% artıb. Qeyd edək ki, “CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə verir. “CavanNar 6” isə 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. Tariflərə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər.

    Muxalifet4 - 13-09-2019

  17. Məhkəmə sədrini öldürən şəxs kimin qohumudur? - ŞOK FAKTLAR

    Tovuz rayonunda sabiq məhkəmə sədri Firudin Ələkbərlinin güllələnməsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.
    Bu barədə Axar.az-a danışan mənbə bildirib ki, Firudin Xalq Cəbhəsi dövründə Tovuz Rayon Məhkəməsində hakim kimi fəaliyyətə başlasa da, sonradan qeyri-qanuni sənədlərinə görə vəzifədən kənarlaşdırılıb.
    Mənbə deyib ki, F.Ələkbərli uzun müddət vəkillik etsə də, vəkillər kollegiyasının üzvü ola bilməyib, qeyri-rəsmi vəkillik fəaliyyəti göstərib.
    Qətldən 5-6 ay əvvələ qədər tərəflər arasında heç bir problem yaşanmayıb.

    Muxalifet - 13-09-2019

  18. Zeynalov xanımıyla restoran işlətməyə BAŞLADI: Toyuq-cücə də saxlayıram - FOTOLAR

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb. Bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”. Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

    Muxalifet - 13-09-2019

  19. Həcc ziyarətinə gedənlərə VACİB XƏBƏR: Gələn ildən etibarən...

    2020-ci ildə Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarəti üçün viza alanlardan əlavə olaraq 300 SAR (135 manata yaxın) pul alınacaq.
    Bu barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi məlumat yayıb.
    Daha əvvəl 3 il ərzində müqəddəs torpaqlara birdən çox səyahət edən şəxslərdən tələb edilən 2000 SAR (900 manat) bundan sonra alınmayacaq.
    Qanun növbəti mövsümdən etibarən qüvvəyə minəcək.//Publika

    Muxalifet - 13-09-2019

  20. Manat gələn il bu qiymətə olacaq - Rəsmi

    2020-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 2019-ci ildə olduğu kimi 1,7 manat qalacağı proqnozlaşdırılır. Muxalifet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet - 13-09-2019

Pages