Axtarış
The search found 105793 results in 0.048 seconds.
Search results
Boltonun gedişi ABŞ-ı İranla barışdıracaq? - ABŞ MEDİASI NİKBİNDİR, AMMA...
Dünya siyasi gündəminin əsas mövzularından biri də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefasıdır. Boltonu hələlik müavini Çarli Kapperman əvəz edəcək. Con Bolton administrasiyada mühüm postlardan biri olan müşavir postuna 2018-ci ilin aprelində təyin olunmuşdu. 17 ay prezident müşaviri olan Bolton dünyada daha çox müharibə tərəfdarı, İrana qarşı müdaxiləni dəstəkləyən dövlət adamı kimi düşdü. Onun administrasiyadan qovulacağı daha əvvəldən məlum idi.
Muxalifet4 - 13-09-2019
Qadın evdən pul oğurlayan ərini polisə verdi - BAKIDA
Bakı sakini ərinin ondan oğurluq etməsi ilə bağlı polisə müraciət edib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Belə ki, Nəsimi küçəsində yerləşən mənzildə yaşayan 1969-cu il təvəllüdlü İstifa İsmayılova Nizami Rayon Polis İdarəsinə şikayət edib ki, əri İmran İsmayılov ona məxsus dolabdan 1500 manat pul oğurlayıb.
Faktla bağlı İ.İsmayılov məsuliyyətə cəlb edilib.
Muxalifet4 - 13-09-2019
Azərbaycanda itlərinə toy edən sahibkar dostlarından polisə niyə şikayət yazıb?
“Çaldığın balaban yastıdı,
İtlər insanın dostudu".
Bu sözlər Goranboyda, it toyunda bir aşığın oxuduğu mahnıda yer almışdı. İtlərinə toy edən, bununla məşhurlaşan isə iş adamı, “G Group”un prezidenti Qalib Mustafayev idi.
Muxalifet4 - 13-09-2019
Azərbaycanda əcnəbi ilə evlələnən xanımların sayı artır - ŞOK SƏBƏBLƏR
Son vaxtlar əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı çoxalıb. Statistik göstəricilərə görə, 2019-cu ilin altı ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1013 nikah bağlanıb. Əcnəbilərlərlə ailə quranların 544 nəfəri azərbaycanlı qadınlardır. Daha çox isə Türkiyə, Rusiya və Gürcüstan vətəndaşları ilə evlənməyə üstünlük verilir.
Muxalifet4 - 13-09-2019
Saatlıdan Bakıya qaçırılan qızı yol polisi əməkdaşları xilas etdi - VİDEO
Saatlı rayonundan Bakıya qız qaçıran şəxs yol polisləri tərəfindən tutulub.
Hadisə bir neçə gün əvvəl Binəqədi rayonunda baş verib. Saatlı rayon Soltankənd sakini Oqtay Nağıyev ''102'' xidmətinə məlumat verib ki, 18 yaşlı qızını naməlum şəxslər qaçırıb.
Məlumat əsasında polis ''Təhlükəsiz şəhər'' kameraları vasitəsi ilə qızın qaçırıldığı avtomobilin istiqamətini müəyyən ediblər.
Muxalifet4 - 13-09-2019
Qətlə yetirilən məhkəmə sədri haqda ŞOK FAKTLAR - Keçmişi qaranlıq olub... / FOTOLAR
Xəbər verdiyimiz kimi Tovuzda Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli güllələnib.
Muxalifet.az xəbər verir ki, “Yeni Sabah” qətlə yetirilən keçmiş məmurun keçmişini araşdırıb.
Muxalifet4 - 13-09-2019
Azərbaycanı tərk edən müğənni evini də satışa çıxardı - FOTO
Tanınmış müğənni Elariz Məmmədoğlu evini satışa çıxarıb.
Belə ki, bir müddətdir Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan ifaçı Bakının Binə qəsəbəsində yerləşən evini satışa çıxarıb. Müğənni sözügedən tikili üçün 25000 manat qiymət təyin edib.
Xatırladaq ki, o, həmin evi əvvəllər də bir neçə dəfə satışa çıxarsa da, sata bilməmişdi. Həmçinin müğənni 2016-cı ildə borclarını ödəmək üçün 3 maşınını birdən satmışdı.
Muxalifet4 - 13-09-2019
“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? - TƏFƏRRÜAT
Keçmiş məhkəmə sədri, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub. Belə ki, Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, o, stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub. Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.
Muxalifet4 - 13-09-2019
Türkiyədə əməliyyat olunan İsgəndər Həmidovdan yeni xəbər - FOTO
Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır.
Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin yanındadır:
Muxalifet4 - 13-09-2019
8 vəzifələ şəxsdən insan hüquqları komitəsinə şikayət olundu
Milli Məclisin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə İnsan hüquqları komitəsinə daxil olan məktub, müraciət və sənədlərin sayı 800 olub.
Daxil olan müraciətlərin 180-i işə alınıb və ya müvafiq izahat verilib.
Müraciətlərin 244-ü hüquq mühafizə orqanları, 46-sı əmək mübahisələri və işsizlik haqqındadır.
Əhalinin sosial müdafiəsi ilə bağlı 23, özəlləşdirmə, maliyyə məsələləri haqqında 10, mənzil məsələləri barədə isə 21 müraciət daxil olub.
Muxalifet4 - 13-09-2019
İki övladını götürüb evdən qaçan qadın haqda xəbər...
Ötən gün itkin düşən ana və iki övladı tapılıb.
Dünən səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək, evdən çıxan, psixi problemləri olan 1990-cı il təvəllüdlü Balayeva Qüdrətxanım Heydər qızı paytaxtın "Neftçilər" metrostansiyasının qarşısında saxlanılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 13-09-2019
22 il əvvəl avtomobili ilə birlikdə yoxa çıxan şəxs "Google"dan tapıldı - FOTO
ABŞ-ın Florida ştatında 1997-ci ildə avtomobili ilə birlikdə yoxa çıxan Uliyam Moltun avtomobili və meyiti "Google Earth" vasitəsilə tapılıb. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, yer kürəsinin peyklər vasitəsilə çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərinin əks olunduğu "Google Earth" U. Moltun göldə batan avtomobilinin tapılmasına səbəb olub. Avtomobilin içindən isə Moltun özünün meyiti çıxıb. Həmin ərazidə yerləşən Vellinqton qəsəbəsinin sakinlərindən biri "Google Earth"dan istifadə edərkən bunu aşkarlayıb.
Muxalifet4 - 13-09-2019
SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ! - "Buna görə cərimələnə bilərsiniz"
“Yol hərəkəti haqqında qanunda” göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır”.
Muxalifet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.
Muxalifet4 - 13-09-2019
Dərmandan zəhərlənən müəllim öldü
Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb.
O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.
Muxalifet4 - 13-09-2019
Manafdan bakirəliklə bağlı QALMAQALLI AÇIQLAMA - “Yengə lazım deyil” - Video
“Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm” – Bu sözləri müğənni Manaf Ağayev APA TV-nin “Tahirə ilə gecə söhbətləri” adlı verilişində qonaq olarkən söyləyib.
Belə ki, adət-ənənə mövzusunda müzakirələrə qoşulan ifaçı bəzi adətlərin yersiz olduğunu bildirib:
"Elə adət-ənənələrimiz var ki, bizə yaraşmaz. Yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevib evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?
Muxalifet4 - 13-09-2019
Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasındakı fərq 7 dəfədən artıqdır - NAZİR AÇIQLADI
"Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir".
Muxalifet4 - 13-09-2019
Rəşadın ailəsi ictimaiyyətə MÜRACİƏT ETDİ - "Bizim adımızdan pul yığılır..."
İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.
Muxalifet4 - 13-09-2019
Tovuzdakı qətl hadisəsi ilə bağlı cinayət işi başlandı - RƏSMİ
Tovuzda sabiq məhkəmə sədrinin qətli ilə bağlı cinayət işi başlanıb.
Tovuz rayon Prokurorluğundan verilən məlumata görə, məlumat daxil olan kimi dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zərusi təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Muxalifet4 - 13-09-2019
Günəş enerjisi ilə işləyən avtomobil... - SINAQDAN UĞURLA KEÇDİ / VİDEO
Günəş enerjisi ilə işləyən "Toyota Prius" avtomobilinin yaxın gələcəkdə istifadəyə veriləcəyi bildirilib.
Yeniavaz.com "Reuters"-ə istinadla xəbər verir ki, yeni dizaynla təqdim edilən avtomobilin arxa şüşəsi, damı və kapotu günəş panelləri ilə təchiz edilib. Yeni avtomobil sınaqdan uğurla keçib. Mütəxəssislər bildiriblər ki, müəyyən tamamlama işlərindən sonra günəş enerjisi ilə çalışan "Toyota Prius"un satışa çıxarılması planlaşdırılır.Muxalifet4 - 13-09-2019
Jurnalisti döyən Reynmen saxlanıldı - VİDEO
Əvvəlcə sosial şəbəkə fenomeni olan, daha sonra repçi kimi faəliyyət göstərməyə başlayan Reynmen (Yusuf Aktaş) ötən gün Türkiyə KİV nümayəndələrinə hücum edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı gecə saatlarında onu çəkən media üzvlərinə əsəbiləşib.
Məkanların birindən çıxan Reynmen Show TV-nin müxbiri Akif Yamanın “Necəsiz? Şou yazarlarına açıqlama vermirsiz, çox efirlərdə görünmürsüz. Bir az söhbət edə bilərik?” suallarına qıcıqlanıb. O, “Telefonları aşağı endirin” deyərək qışqırmağa başlayıb.
Muxalifet4 - 13-09-2019