Axtarış

The search found 105793 results in 0.029 seconds.

Search results

  1. Bakıda sevgilisinin başını kəsən oğlanla bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI

    Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb.
    Publika.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində gecə saatlarında 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib. Həm də narkoman kimi xəstəxanada qeydiyyatda olan X.Hüseynov azadlığa çıxandan sonra köhnə vərdişlərindən əl çəkməyib.

    Muxalifet - 10-09-2019

  2. Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi, sərbəst buraxdı

    Rusiyanın Sankt-Peterburq məhkəməsi bu gün sentyabrın 10-da azərbaycanlı söyüşcül bloqer Elvin İsayevin barəsində qərar çıxarıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, qərara əsasən İsayevin barəsində Dzerjinsk rayon məhkəməsinin qərarı-Rusiyadan xaric edilmə və 5 min rubl cərimə ləğv edilib. İş yenidən baxılması üçün geri qaytarılıb, İsayev miqrantların müvəqqəti saxlanma Mərkəzindən sərbəst buraxılıb. Elvin İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına söyüşlə zəngin çıxışlar edirdi və dövlət məmurlarına qarşı terrora çağırırdı.

    Muxalifet - 10-09-2019

  3. “Binə” ticarət mərkəzində FACİƏ: Ustanın əli qopdu

    Bakıda dəzgah ustanın əlini qoparıb.

    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində qeydə alınıb.

    Ticarət mərkəzində dülgər sexində usta işləyən 28 yaşlı Orxan Muradovun əli iş zamanı dəzgahın arasında qalıb.

    Ustanın sol əli amputasiya edilib.

    Muxalifet - 10-09-2019

  4. Azərbaycanda daha bir gəlin itkin düşdü - Məktəb üçün evdən çıxdı və…

    Lənkəranda 30 yaşlı gəlin itkin düşüb. Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 10-09-2019

  5. ​DƏHŞƏT: Aşura əzadarlığında özünü avtomatla güllələdi – ANBAAN VİDEO

    Aşura günündə İmam Hüseynin və 72 tərəfdarının qətlinə əza tutan müsəlmanlar, öz kədərlərini müxtəlif şəkildə ifadə edirlər. Turkustan.info xəbər verir ki, əzadarlıq mərasimlərindən birində Kərbəla şəhidlərinə sevgi və ehtiramını bildirən şəxs avtomat silahı qarnına dayayaraq özünü güllələyib.

    Muxalifet - 10-09-2019

  6. Ölkənin yarısı işsiz qala bilər - Mütəxəssislərdən XƏBƏRDARLIQ

    2030-cu ilə qədər Rusiyadakı işçi qüvvəsinin 45.5%-i işsiz qalacaq.

    Bu iddia ilə “İzvestiya” qəzeti çıxış edib.

    Rusiya Milli İqtisadiyyat və İctimai İdarəetmə Akademiyasında (RANEPA) aparılan araşdırmaya əsasən bildirilir ki, işsizlik səviyyəsinin artması əməyə robotların cəlb olunmasına görədir.

    Muxalifet - 10-09-2019

  7. Azərbaycanlı məşhurun qızı GECƏ GEYİMİNDƏ - Bu halda...

    Müğənni Təranənin təxəllüsünü götürdüyü qızı Qumral sosial şəbəkə hesabından etdiyi paylaşımla yenidən diqqət mərkəzinə düşüb.

    Milli.Az xəbər verir ki, müğənninin ailəli olan qızı bu dəfə gecə saatlarında çəkilən videosu ilə adından söz etdirməyi bacarıb.

    Belə ki, Qumral gecə paltarında kamera önünə keçib. Reklam etdiyi səhifələrin məhsullarını ağız-dolusu tərifləyən müğənni övladı, gecə geyimi ilə heç bir narahatlıq keçirməyib.

    Bu da Qumralın sözügedən libasda görüntüləri:

    Muxalifet - 10-09-2019

  8. Герой армян Нжде был тайным агентом нацистской Германии - ВИДЕО

    Официальный Ереван продолжает увековечивать память о Гарегине Нжде. А между тем, как свидетельствуют многочисленные факты, он был тайным агентом нацистской Германии. Подобная героизация нацизма осуждается во многих странах.

    Muxalifet4 - 10-09-2019

  9. "Hakimiyyət mitinqimizdən narahat olduğu üçün “Məhsul” stadionunu təmirə dayandırıb" - Hafiz Hacıyevdən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Bakıda icazəli mitinqlərin ən çox keçirildiyi yer olan “Məhsul” stadionu (Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksi) əsaslı təmir və tikinti işləri ilə əlaqədar bağlanılıb. Belə bir məqamda Müasir Müsavat Partiyası isə sentyabrın 22-nə mitinq təyin edib. Muxalifet.az xəbər verir ki, Məsələ ilə əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlama verib.

    Muxalifet - 10-09-2019

  10. İrəvanda Moskva günü: Ermənistanda Rusiyaya nifrət edirlər - VİDEO

    Ötən həftə İrəvanda Moskvanın 872 illiyinə həsr edilmiş tədbir keçirilib.

    “Sputnik Armeniya” agentliyinin məlumatına əsasən, əsas tədbir Ermənistan paytaxtının Şimal prospektində baş tutub.

    Bu, həqiqətən də, əsas tədbir olsa da, önəmli məsələlər kadr arxasında qalıb.

    Muxalifet - 10-09-2019

  11. Bakıda 18 yaşlı qızı oğurladılar - "Ekologiya postu"nda ƏLƏ KEÇDİ

    "Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.

    Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

    Hadisə Bakı şəhərində qeydə alınıb.

    Muxalifet - 10-09-2019

  12. "Belə qərara gəldim ki, Bakıda özümə bir ev alım, bəsdir daha otellərdə qalmağım..."

    Türkiyənin tanınmış sənətçisi Kibariyə Moderator.az-ın əməkdaşına müsahibə verib:
    - Kibariyə xanım, tez-tez Bakıya gəlirsiniz. Yalnız konsert proqramlarından ibarətdir bu səfərləriniz? Yoxsa necə? 

    Muxalifet - 10-09-2019

  13. Məcburi köçkünlərin "çörək pulu" artacaq: Hər ailəyə 10 min manat veriləcək?

    Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin - “çörək pulu”nun yenidən artırılması məsələsi gündəmdədir. Cebhe.info-ya daxil olan məlumata görə, hazırda “çörək pulu”nun artırılması üçün iki versiya üzərində iş aparılır. Belə ki, birinci versiya hər məcburi köçkün ailəsinə birdəfəlik 10 min manatın verilməsidir. Bu versiya reallaşarsa, birdəfəlik 10 min manat ödənilməklə, “çörək pulu” məsələsi gündəmdən çıxacaq və bundan sonra heç kəsə verilməyəcək. İkinci versiya isə “çörək pulu”nun artırılaraq 91 manata çatdırılmasıdır.

    Muxalifet - 10-09-2019

  14. Lavrov İraqa gedir

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İraqa rəsmi səfər edəcək.

    Lavrov gələn ay Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi təmsilçisi Mixail Boqdanov ilə birlikdə Bağdada gedəcək.

    Səfərin məqsədi iki ölkə arasındakı qarşılıqlı etibarlılıq təməlinə dayanıqlı münasibətlərin hər sahədə inkişafına fayda təmin etməkdir. Daha sonra İraqın prezidenti, baş naziri və parlament sədri Rusiyaya dəvət ediləcək.

    Muxalifet - 10-09-2019

  15. Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK VİDEO

    Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.

    Hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində "təmsilli məzarlıq” yaradılıb.

    Bununla sentyabrın son həftəsində BMT Baş Assambleyası iclasları çərçivəsində toplaşacaq dünya liderlərinə uşaqların qorunması çağırışı edilib.

    Muxalifet - 10-09-2019

  16. Paşinyan İrəvanda “Heyvagülü” oynadı - Video

    Sosial şəbəkələrdəki erməni istifadəçiləri İrəvanda Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi “ilin toyu”na aid görüntüləri paylaşıblar. Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın qızı Anait və biznesmen Xaçatur Çarukyanın oğlu Albertin toyunda Paşinyan Azərbaycanın xalq rəqsi “Heyvagülü” sədaları altında oynayıb. Qeyd edək ki, “Heyvagülü” – əsasında “Segah” muğamının dayandığı Azərbaycan xalq rəqsidir. Əsasən “qara zurna” ilə ifa edilir. Azərbaycanlılar arasında sözügedən rəqs həmçinin, “Ağabəy rəqsi” kimi tanınır.//axar.az

    Muxalifet - 10-09-2019

  17. ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb - Kremlə sızmışagent qalmaqalı

    Xəbər verildiyi kimi, bu gün xarici agentliklərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın yüksək rütbəli məmurlarından birini ələ alaraq casusluğa cəlb etməsi barədə məlumatlar yayılıb.

    Rusiya mətbuatının verdiyi məlumata əsasən, bu hökumət aparatının əməkdaşı Oleq Smolenkovdur.

    Onun hələ 20 il bundan öncə ABŞ kəşfiyyatı tərəfindən Kremlə yerləşdirildiyi güman olunur.

    Muxalifet - 10-09-2019

  18. “Həbib elə bil dəm qazıdır, ancaq boğur” - FOTOLAR

    Ötən gecə Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində keçirilən Həbib Nurməhəmmədov - Dastin Puarye döyüşü Azərbaycanda da maraqla izlənilib.
    Döyüşdən sonra sosial şəbəkələrdə Həbib Nurməhəmmədovla bağlı xeyli status paylaşılıb, şərhlər yazılıb.
    "Qafqazinfo" maraqlı fikirlərdən bir neçəsini təqdim edir:

    Muxalifet - 10-09-2019

  19. Zərif Əfqanıstan müharibəsinin əsas səbəbkarının adını milyonların gözü qarşısında açıqladı - FOTO

    “ABŞ-ın Əfqanıstana girməsinə səbəb olanlardan biri də İsrailin Baş naziri Benyamin Netanyahudur”.

    Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitter hesabında yazıb.

    Zərifin tvitter mesajının hədəfi ABŞ prezidenti Donald Tramp olub.

    “ABŞ-ı Əfqanıstan bataqlığına itələyənlərdən birinin Netanyahu olduğunu bilirdinmi? Sənin də hələ içindən çıxa bilmədiyin… Onun 1986-cı ildən bəri şüarı: Son ABŞ əsgərinə qədər savaş”,- Zərif qeyd edib.

    Muxalifet - 10-09-2019

  20. Fransanın millət vəkili – “ermənilərin ən yaxın dostu” Qarabağa səfər edəcək

    İşğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma Qarabağ “respublkikası”nın “xarici işlər naziri” Masis Mayilyan Fransanın millət vəkili Valerie Boyerin Qarabağa səfər edəcəyini bildirib.
    Moderator.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
    Qondarma respublikanın qondarma naziri sosial şəbəkədəki hesabında V.Boyeri “ermənilərin ən yaxın dostu” adlandırıb. O, həmçinin qeyd edib ki, Boyer qondarma “erməni soyqırımını” inkara görə cəza verilməsini nəzərdə tutan qanunun da memarıdır.

    Muxalifet - 10-09-2019

Pages