Axtarış

The search found 105857 results in 0.09 seconds.

Search results

  1. ​TACİRLƏ SƏMİMİ FOTOSU YAYILAN MÜĞƏNNİNİ BİABIR ETDİLƏR – VİDEO

    Bir neçə gün əvvəl məşhur müğənni Tacir Şahmalıoğlu ilə səmimi fotosu yayılan müğənni Yağmurun videosu qalmaqal yaradıb.
    İfaçı şəxsi instaqram hesabında paylaşdığı videoya görə izləyiciləri tərəfindən sərt tənqidlə üzləşib. Buna səbəb onun açıq sinə dekolteli geyimi olub. İzləyicilər Yağmuru buna görə, sərt tənqid, hətta təhqir ediblər.
    Həmin görüntüləri sizə təqdim edirik:/A24.Az 

    Muxalifet - 17-11-2018

  2. Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq

    İspaniyadakı diplomatik korpusun rəhbəri Anar Məhərrəmovun şərab biznesi dosyesi açıqlandı

    Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.

    Muxalifet - 17-11-2018

  3. “Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."

    “Azərsun Holding”in rəhbərinin keçmiş müavini, uzun illər ərzində Azərbaycanda bizneslə məşğul olan və aparıcı şirkətlərdə icraçı direktorluq edən Erdem Yunus Arifoğluun Türkiyədə qurduğu biznesini bağlayacağını deyir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Arifoğlu bunun səbəbini Aydın vilayətinin Germencik bölgəsində bir neçə il əvvəl qurduğu istixana kompleksinin ziyanla işləməsi ilə əsaslandırıb.

    Muxalifet - 17-11-2018

  4. Alman kəşfiyyatında bir Türk təyinatı

    Almaniyada daxili kəşfiyyatdan məsul Federal Konstitusiyanı Qoruma Təşkilatının ikinci şəxsinin Sinan Selen adlı bir Türkün olacağı irəli sürülüb. Almaniyanın “Fokus” jurnalı, ilk dəfə bir miqrantın ölkənin kəşfiyyatında əsas vəzifəyə gələcəyini yazıb.
     
    Bununla da bir Türk, ilk dəfə ölkənin xüsusi xidmət orqanında önəmli bir mövqeyə gəlmiş olacaq. Məlumata görə, Sinan Selenin vəzifəyə nə vaxt başlanacağı hələ məlum deyil.

    Muxalifet3 - 17-11-2018

  5. Almaniya yığması UEFA Millətlər Liqasında mövqeyini itirib – NƏTİCƏLƏR

    UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

    “Report”un məlumatına görə, turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub.

    A Liqasında Hollandiya Fransaya qalib gələrək, qrup liderliyi şanslarını saxlayıb. Əvəzində bu nəticədən sonra Almaniyanın qrupda sonuncu yeri tutaraq, B Liqasına enəcəyi dəqiqləşib. Bundestimlə “narıncılar”ın son tur oyunu formal xarakter daşıyacaq.

    B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukraynanı darmadağın edib.

    Muxalifet - 17-11-2018

  6. ​Polisdən ƏMƏLİYYAT: 24 nəfər saxlanıldı

    Noyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
    DİN-in Mətbuat xidmətindən Muxalifet.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 11-si "isti izlər”lə açılıb.

    Muxalifet - 17-11-2018

  7. ​Bakı məktəbində qalmaqal: İş polisə qədər gedib çıxıb

    Bakıda valideyn polisə məktub yazaraq məktəb müəllimini qızını döyməkdə ittiham edib.
    Muxalifet.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
    Hüquq-mühafizə orqanları şikayətçi Vəfa Məmmədovanın şikayətini qəbul ediblər. Valideyn iddia edir ki, noyabrın 8-də 49 saylı məktəb-liseyin müəllimi Xumar Məmmədova kitabla onun üçüncü sinifdə oxuyan qızını vurub və nəticədə qız çənə nahiyəsindən xəsarət alıb.

    Muxalifet - 17-11-2018

  8. KTMT-nin sirlərinin Bakıya ötürülməsi Paşinyanı ÖZÜNDƏN ÇIXARTDI: Lukaşenko və Nazarbayev...

    Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə - Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcək.
    Ermənistan KİV-ri xəbər verir ki, bu haqda noyabrın 16-da Nikol Paşinyan jurnalistlərlə söhbət zamanı bildirib.

    Muxalifet - 17-11-2018

  9. ​Röya "unitaz"da çəkdiyi FOTOLARINI YAYDI

    Əməkdar artist Röya Ayxan sosial şəbəkədə yeni fotolar paylaşıb.
    Muxalifet.az
    Unikal.org-a istinaden xəbər verir ki, əlində şampan qədəhi tutan müğənni tualetdəki unitazda oturararaq şəkil çəkdirib. Sözügedən şəkilləri sosial şəbəkədə paylaşan sənətçi belə şərh edib: "Hadi bakalım, dedi-koducularım”.
    Ağ-qara fotosessiya türkiyəli fotoqraf Orçun Mutlu edib. 

    Muxalifet - 17-11-2018

  10. ​Sona Vəliyevanın MTRŞ üzvlüyündən çıxmasına RƏSMİ CAVAB

    Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.
    Muxalifet.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır:

    Muxalifet - 17-11-2018

  11. ​Sumqayıtda idmançını öldürən ata-oğuldan YENİ XƏBƏR

    Sumqayıtda idmançının ölümünə səbəb olan ata-oğulƏhəd və Ramil İsmayılovlar barəsində aparılan ibtidai istintaq başa çatıb.
    Muxalifet.az open.az-a istininadən xəbər verir ki, cinayət işinin istintaqı Sumqayıt şəhər Prokurorluğunda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    İş hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
    Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində baş verib. Ərazisində bir qrup gənc arasında kütləvi dava olub.

    Muxalifet - 17-11-2018

  12. ABEL MƏHƏRRƏMOVU ƏVƏZLƏYƏ BİLƏCƏK ŞOK İSİMLƏR – BDU-nun rektoru bu 3 şəxsdən biri olacaq

    Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunduqdan sonra ayrı-ayrı qəzet və saytlar onun yerinə namizədlər axtarışına çıxıb. Belə ki, sözügedən mətbu orqanlarda sabiq rektorun yerinə təyin olunacaq şəxslərin adları açıqlanmaqda və onlarla bağlı müxtəlif informasiyalar verilməkdədir. Muxalifet.az-a daxil olan məlumata görə isə, tamamilə fərqli isimlər BDU-nun rektoru təyin oluna bilər. Mötəbər mənbə bu haqda əməkdaşımıza 3 nəfərin namizədliyi üzərində dayanıldığını vurğuladı.

    Muxalifet4 - 17-11-2018

  13. “ABŞ-ın Səudiyyə ilə cinayət ortaqlığı artıq bitməlidir” – “NYU-YORK TAYMS” YAZDI

    “NYT”-nin Yayım Şurası Camal Qaşıqçı cinayətinə dair qələmə aldığı "Qaşıqçı-dan sonra Səudiyyə Ərəbistanı" başlıqlı yazıda, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Tramp rəhbərliyi arasındakı münasibətləri analiz edib.
     
    Səudiyyə Ərəbistanın dünən açıqladığı Qaşıqçı cinayətilə əlaqəli 5 nəfərin edamla mühakimə olunacağı və ABŞ-ın cinayətlə bağlı 17 Səudiyyəliyə sanksiya tətbiq etməsinin xatırladıldığı məqalədə, bütün bu gəlişmələrə baxmayaraq əlində ciddi dəlillər olan Türkiyənin bu “hekayələri udmadığı" vurğulanıb.

    Muxalifet3 - 17-11-2018

  14. ​Məleykə Abbaszadə gələn il keçiriləcək imtahanlar haqda - “CİDDİ DƏYİŞİKLİKLƏR OLACAQ”

    Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək. Çünki gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq.
    Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı deyib.

    Muxalifet - 17-11-2018

  15. “”HAFKA” DÖVLƏTİN 47 MAŞININI APARIB NAXÇIVANDA GİZLƏDİB” – Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyonu tələb edir

    Bakı Apellyasiya Məhkəməsində  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC arasında məhkəmə çəkişməsi ilə bağlı qərar verilib. “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib. Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib.

    Muxalifet - 17-11-2018

  16. ​"Ermənilər faktaraşdırıcı missiya aparmağa imkan vermir" - Hikmət Hacıyev

    "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər".

    Muxalifet - 17-11-2018

  17. “Əlimizdə İsrailli komandirin öldürülmə görüntüləri var” - HƏMAS

    Həmasın Qəzza üzrə məsul şəxsi Yəhya Sinvar, İzzəddin el-Kassam Briqadalarının əlində, İsrailli komandirin öldürülməsi görüntülərinin olduğunu açıqlayıb.
     
    Həmasın, əvvəlki illərə nisbətən daha güclü və daha dəqiq raketlərə malik olduğunu vurğulayan Sinvar, artıq təfsilat vermədən "Kassamın əlində İsrailli komandirin öldürülməsi görüntüləri var" deyə söyləyib.
    Sinvar, Fələstində milli birlik üçün ciddi bir dialoqun başlanılması üçün Fəth Hərəkatı və Fələstinli digər qruplara masaya oturmağa çağırıb.
     

    Muxalifet3 - 17-11-2018

  18. ​32 yaşlı kişi özünü binadan atdı - GƏNCƏDƏ İNTİHAR

    Gəncə şəhərində intihar hadisəsi baş verib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Emin Qarayev noyabrın 17-i saat 01 radələrində özünü öldürüb.
    O yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzilinin eyvanında özünü atıb. İntiharın səbəbləri məlum deyil.
    Araşdırma aparılır.

    Muxalifet - 17-11-2018

  19. ​“Tarhun” restoranında YANĞIN: 20 nəfər təxliyə edildi - VİDEO

    Bakıda obyektdə yanğın baş verib.
    Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, "Azərbaycan” kinoteatrı yaxınlığındakı "Tərxun” restoranında olub. Yanğın restoranın ikinci mərtəbəsində qeydə alınıb.
    Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
    Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

    Muxalifet - 17-11-2018

  20. HƏBS OLUNDUĞU DEYİLƏN DEKAN “Facebook”da status yazdı

    Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı Əmir Əliyev işdən çıxarılması və həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.
    Bu barədə "Facebook" səhifəsində status yazaraq, məlumatları yalanlayıb.
    “Mənim haqqımda tamamilə yalan və iftira xarakterli informasiyalar yayılıb. İlk növbədə bildirirəm ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində iş başındayam. Həmişə Azərbaycan dövlətinə və xalqına xidmət etmişəm və bundan sonra da edəcəyəm” – Ə.Əliyev yazıb./AzVision 

    Muxalifet - 17-11-2018

Pages