Axtarış

The search found 105857 results in 0.211 seconds.

Search results

  1. Qaşıqçının qatili noyabrın 20-də açıqlanacaq - HESABAT

    ABŞ prezidenti Donald Tramp noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc ediləcək.

    TASS xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.

    Muxalifet4 - 18-11-2018

  2. Qəza keçirən kişiyə baş çəkməyə həm nişanlısı, həm məşuqəsi gəldi: DAVA DÜŞDÜ - FOTO

    İki qadın Florida xəstəxanasında kişiyə görə dava ediblər.  

    Milli.Az Mirror-a istinadən bildirir ki, qızlar yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən kişiyə baş çəkmək üçün xəstəxanaya gəiblər.

    Onlardan biri pasiyentin sevgilisi, digəri isə nişanlısı olub.

    İki xanımın eyni vaxtda orada qarşılaşması əlbəyaxa davaya səbəb olub.

    Muxalifet4 - 18-11-2018

  3. DƏHŞƏT: Yanğında ölənlərin sayı 76-ya çatdı, 1276 nəfərdən xəbər yoxdur

    ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

    Bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib.

    K.Honi deyib: "İtkin düşənlərin sayı 1276 nəfər çatıb. Ötən gecədən daha 5 nəfərin cəsədləri tapılıb və ölənlərin sayı 76-ya çatıb".

    Muxalifet4 - 18-11-2018

  4. ​“Trampla işləmək bir şərəfdir” – VİTSE-PREZİDENT

    Prezident Donald Trampla bu məsələni müzakirə etdik və əminəm ki, prezident mənim sədaqətim haqda kimsədən heç nə soruşmayıb.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Mayk Pens “Nyu York Tayms” qəzetinin iddialarını cavablandırarkən deyib.
     

    Muxalifet4 - 18-11-2018

  5. Ekspert avtobuslara aksiz vergisi tətbiq edilməsinə etiraz etdi - "MƏNFİ TƏSİR EDƏCƏK"

    Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov gələn ildən Azərbaycana gətiriləcək avtobuslara da aksiz vergisinin tətbiq edilməsi barədə yayılan məlumatlara münasibət bildirib və buna etiraz edib.
    Avtosfer.az xəbər verir ki, təfərrüatlar məlum olmasa da (layihə tam ictimailəşdirilməyib), Ərşad Hüseynov bunu yanlış addım sayır:

    Muxalifet4 - 18-11-2018

  6. Bakıda məşhur “avtoş” öldürüldü – "CABİR - 012" / VİDEO

    Bu gün İnstagram və Youtube sosial şəbəkəsində Mərdəkan qəsəbəsində qətl hadisəsi törədilməsi barədə məlumat yayılıb. Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, hər iki sosial şəbəkədə Bakıda "Cabir-012” ləqəbi ilə tanınan məşhur "avtoş”un ölümü barədə xəbərlər yer alıb. Bildirilir ki, hadisə noyabrın 17-də, saat 16-17 radələrində Mərdəkan qəsəbəsində baş verib. Cabirin güllələnərək öldürüldüyü bildirilir. Qeyd olunur ki, onun qardaşı da bir neçə il əvvəl güllələnərə qətlə yetirilib. Məlumat gec daxil olduğundan rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmadı.

    Muxalifet4 - 18-11-2018

  7. Yəhudilər şabbata görə stüardessaları döydülər

    Ultraortodoksal yəhudilər "El Al" aviaşirkətinə məxsus təyyarədə stüardessalara hücum ediblər. Onlar şabbatın pozulmaması üçün təyarrənin dərhal yerə enməsini istəyiblər.

    Muxalifet.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Facebook" səhifəsində sərnişinlər sırasında olan Roni Meytal yazıb.

    Muxalifet4 - 18-11-2018

  8. ​“Gürcüstan bizim dəyərlərimizi bölüşür, Azərbaycandakı rejim isə…” STEYNAR GİL

    Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil Oslonun Bakıdakı səfirliyi bağlamaq və onu Tbilisiyə köçürmək qərarına münasibət bildirib.
    "Düşünürəm ki, Norveç XİN-in bəyanatında sualınızın cavabı verilib. Gürcüstan 2012-ci ildə Osloda səfirlik açıb. Bizim Gürcüstanda işləməyimiz həmişə daha asan olub, çünki bu ölkə fəal şəkildə islahatlar aparır və bizim dəyərlərimizi bölüşür, Azərbaycanda bugünkü rejim haqqında isə bunu demək olmaz," - sabiq səfir bildirib.
    Steynar Gil 13 il əvvəl Norveçin Azərbaycanda səfiri olub.

    Muxalifet4 - 18-11-2018

  9. Bakı ətrafında “Range Rover” dəhşətli qəza törətdi – ÖLƏN VAR

    Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
    Muxalifet.az xəbər verir ki, magistral yolun 48-ci kilometrliyində, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında “Range Rover” markalı minik avtomobili piyadanı vurub.
    Ağır xəsarət alan 69 yaşlı kişi hadisə yerindəcə keçinib.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

    Muxalifet4 - 18-11-2018

  10. BNA-dan qalmaqallı video ilə bağlı açıqlama: "Dəmir yolu işıqforu işləməyib"

    Bakı Nəqliyyat Agentliyi 160 saylı marşrut xətti ilə bağlı məlumat yayıb.

    Muxalifet4 - 18-11-2018

  11. ​Ukraynalı general Rusiya ilə “böyük müharibə”dən danışdı

    Ukrayna silahlı qüvvələri Baş qərargah rəisinin sabiq müavini İqor Romanenko hesab edir ki, Rusiya tərəfi Ukrayna gəmilərinin Azov dənizinə çıxışını bağlıya bilər, bu isə iki ölkə arasında “böyük müharibə” ehtimalını artıracaq.
     
    Bu barədə general “Apostrof”a müsahibəsində deyib.
     
    Onun sözlərinə əsasən, belə toqquşma məqsədə uyğun deyil, çünki Ukrayna ordusu Rusiya ordusuna layiqli cavab vermək iqtidarında deyil.
     

    Muxalifet4 - 18-11-2018

  12. ​ABŞ-da itin xatirəsi kilsədə yad edildi – FOTO

    ABŞ-ın Miçiqan ştatında Sent-Kler-Şors departamentinin polisi cinayətkar tərəfindən öldürülən Eks ləqəbli itin xatirəsini kilsədə keçirilən mərasimlə yad edib.
     
    Oxu.az-ın verdiyi xəbərə görə, hadisə uşaqların iştirakı ilə təşkil olunan əyləncə axşamında baş verib. Özünü qeyri-adi aparan şəxs polisdən qaçmağa cəhd edib, sonra isə onu təqib edən itə atəş açaraq öldürüb. Bundan sonra polis əmkdaşları 29 yaşlı cinayətkarı cavab atəşi ilə zərərsizləşdirib.
     
    Xatirə mərasimini açıq elan edən rahibdən sonra zabitlər və məmurlar çıxış ediblər.

    Muxalifet4 - 18-11-2018

  13. Korrupsiya ilə mübarizə köklü islahatdan keçir – TƏSƏLLİ İLƏ XƏSTƏLİK SAĞALMAZ

    Korrupsionerin korrupsiyadan, rüşvətxorun rüşvətdən əl çəkməsi müşkül məsələdir. Canavarın ətdən, narkomanın narkotikdən imtina etməsi qədər ağırdır. Ancaq bəs iradə, şüur insana nədən ötrü verilib? Axı, haqqında söz açdığımız korrupsiya sağalmaz mərəz də deyil. Təki “xəstə” islah olmaq istəsin, narkotikdən üzlüşmək üçün ən əvvəl özü səy və dözüm göstərsin. Bu yoxdursa, heç bir təbib ona kömək edə bilməyəcək və gec-tez o, labüd sonluğa tuş gələcək, ya türməyə gedəcək, ya da (narkomandırsa) vaxtından əvvəl qəbir evinə...

    Muxalifet4 - 18-11-2018

  14. “Biz istəyirik ki, atamız ölməsin...” – 3-cü və 4-cü sinif şagirdlərindən BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

    Göyçay rayonu Çərəkə kəndinin 4-cü sinf şagirdi Abdullazadə Sübhan Pünhan oğlu və 3-cü sinif şagirdi Abdullazadə Fatimə Pünhan qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Heydər Əliyev Fondunun prezidenti, Birinci viste-prezident Mehriban Əliyevaya müraciət edən azyaşlı şikayətçilər xəstə atalarınınn müalicəsi üçün maddi köməklik xahiş edirlər:

    Muxalifet4 - 18-11-2018

  15. Fuad Muradovun ABŞ-da görüşləri davam edir - FOTOLAR

    Amerikada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlərini keçirib.
    Komitədən Muxalifet.az-a verilən məlumata əsaəsn, səfər çərçivəsində daha bir görüş Avrasiya Yəhudilərinə Dəstək üzrə Milli Koalisiyanın rəhbəri Mark Levinlə olub. Görüşdə diaspor təşkilatlarının fəaliyyəti, təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətləri müzakirə edilib.

    Muxalifet4 - 18-11-2018

  16. ​Trampdan Qaşıqçı açıqlaması: Bu iyrənc səs yazısını...

    Səudiyyəli jurnalist Camal Qaşıqçının işgəncə ilə öldürülməsini sübuta yetirən səs yazısını dinləmək istəmirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    "Bu, çox kirli və iyrəncdir. Dinləməsəm də, həmin səs yazısında nələrin deyildiyini bilirəm", - Tramp qeyd edib.
     

    Muxalifet3 - 18-11-2018

  17. ​Millimiz son matç üçün Kosovoya yollandı - Foto

    Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacağı Kosovo ilə matç üçün Priştinaya yola düşüb.
    Muxalifet.az-ın məlumatına görə, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə saat 18:30-da səfərə çıxıb.
    Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.
    Noyabrın 19-də Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov və onun Kosovo millisindəki həmkarı Bernar Şalland mətbuat konfransı keçirəcək.

    Muxalifet3 - 18-11-2018

  18. ŞOK: ​Ukrayna hücuma hazırlaşır - AÇIQLAMA

    Ukrayna ordusu Qorlovka istiqamətində hücumların daha sonrakı mərhələsinə hazırlaşmaq üçün “Stirol” kimya zavoduna diversiya hücumu planlaşdırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə qondarma Donetsk Respublikasının polis rəisi Danil Bezsonov danışıb.
    Bezsonovun sözlərinə görə, Ukrayna ordusu ekoloji fəlakət törətməklə diqqətləri Qorlovkadan yayındırmağa, bundan sonra da hücuma keçərək yeni ərazilər almağa cəhd göstərəcək.
     

    Muxalifet3 - 18-11-2018

  19. ​Türk əsgəri Afrində əməliyyata başladı

    Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində əməliyyata başlayıb.
    Muxalifet.Az xəbər verir ki, əməliyyatın şəhərdə soyğunlar həyata keçirən bir qruplaşmaya qarşı başladıldığı açıqlanıb.
    Məlumata görə, şəhərin bir çox yerində komendant saatı elan edilib.
     

    Muxalifet3 - 18-11-2018

  20. ​Azərbaycana səfər etmək arzusundayam - Mer

    Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik olan ölkədir. Təəssüf ki, indiyədək Azərbaycanda olmamışam. Amma Azərbaycana səfər etmək arzusundayam. Azərbaycana gedərək Qafqaz dağlarının gözəlliklərini seyr etmək istərdim.
    Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac-a müsahibəsində Çinin kurort zonası olan Xaynan adasının Sanya şəhərinin meri A Dun deyib. O, Sanya şəhərində keçirilən 3-cü beynəlxalq mədəni sənaye sərgisi vasitəsilə Azərbaycanla əlaqələr qurmağa başladığını bildirib.

    Muxalifet3 - 18-11-2018

Pages