Axtarış

The search found 105857 results in 0.253 seconds.

Search results

  1. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində BİABIRÇILIQ:- Xəstəni pulu olmadığı üçün reanimasiya şöbəsindən qovurlar

    Səhiyyə sistemində hökm sürən qanunsuzluqlar barəsində dəfələrlə yazılmasına baxmayaraq hələ də xəstələrə potensial qazanc mənbəyi kimi yanaşan "ağ xalatlılar” çoxdur. İnsan talelərinə, həyatına biganə olan, pulsuz xəstələrə gözünün ucuyla belə baxmayan tibb işçiləri hətta puldan ötrü xəstə talelərini təhlükə altında da qoyurlar. Dövlətin səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində fasizləsiz tədbirlər görməsinə rəğmən belə "ağ xalatlı qara qüvvələr” öz əməlləriylə bu siyasətə zərbə vururlar. Sayta müraciət edən Sədaqət Verdiyeva (ad şərtidir.) adlı xəstənin yaxınları M.

    Muxalifet - 19-11-2018

  2. Sabahın hava proqnozu açıqlandı

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 19-11-2018

  3. ​Ofisiant, bərbər və dərzi - Onlar da vergi verəcəklər

    Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb ediləcək. 
    Bu barədə Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Belə ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.
    Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ - 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

    Muxalifet - 19-11-2018

  4. ​Salome Zurabişvili azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

    Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib.
    “Report”un Gürcüstan bürosu xəbər verir ki, o, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb.

    Muxalifet - 19-11-2018

  5. ​MTRŞ-dan XƏBƏRDARLIQ: "Qıcıq yaradan verilişlər..."

    Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
    N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:

    Muxalifet - 19-11-2018

  6. ​ŞOK: Sevgilisini evdə başqa kişi ilə çılpaq halda tutdu - Hər ikisini ... - VİDEO

    Antalyanın Manavqat qəsəbəsində yaşayan şəxs ingilis sevgilisi B.G ilə narkotik alverçisi Fatih Zeybekini çılpaq halda yaxalayıb. 
    Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, qəzəbli kişi sevgilisinə və cinsi əlaqədə olduğu şəxsə odun parçası ilə başlarından xəsarət yetirib.
    Cinayət hadisəsi ötən gün axşam saat 9 radələrində Fatihin evində qeydə alınıb. 
    Şübhəli artıq polislər tərəfindən saxlanılıb.

    Muxalifet - 19-11-2018

  7. Qaşıqçı cinayətindəki düyünü MİT çözəcək: QATİLLƏR TƏLAŞA DÜŞDÜ

    Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilməsindən sonra baş verən hər hadisə təkcə Səudiyyə Ərəbistanında deyil, Birləşmiş Ərəb Əmirlikləri, Misir, ABŞ və İsraildə də böyük təşvişə səbəb olur. Cinayətə dair yanlış məlumatlarla prosesi sabotaj etmək istəyənlərə Türkiyə yeni məlumat və sənədlərlə cavab verəcək.
     

    Muxalifet3 - 19-11-2018

  8. ​Bakı İrəvanı “Putin NATO-su”nda necə darmadağın etdi? - PƏRDƏARXASI PROSESLƏR

    Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfər etməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər fonunda Ermənistanda narahatlıq yaradıb.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, KTMT-də Ermənistanın nümayəndəsi olaraq baş katib postunda təmsil olunan Yuri Xaçaturovun “1 mart” işinə görə bu postdan uzaqlaşdırılmasından sonra İrəvan 2020-ci ilə qədər başqa bir erməni namizədlə təşkilata rəhbərliyi davam etdirmək istəyirdi.

    Muxalifet - 19-11-2018

  9. Almaniyadan “Camal Qaşıqçı” həmləsi! Hamısına qadağa qoyuldu

    Almaniya, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətilə bağlı ilk addımı atdı. Səudiyyə Ərəbistanında yaşayan və Camal Qaşıqçı cinayətilə əlaqəli olan 18 nəfərə ölkəyə giriş qadağası qoyub.
    Müxalifət.az

    Muxalifet3 - 19-11-2018

  10. ​Suriya torpaqlarında terror alveri: PKK 100 milyon lirə qarşılığında İŞİD-çini azad elədi

    Muxalifet.az xəbər verir ki, YPG/PKK terror təşkilatı ABŞ-ın ələ keçirdiyi, İŞİD terrorçularının başçılarından olan, Əbu Xalid Əl Suri kod adlı Cemal Feyyad El Hüseyni 100 milyon Suriya lirəsi (təqribən 1 milyon türk lirəsi) qarşılığında azadlığa buraxıb. Şedadi rayonundakı bazarlıqda ABŞ hərbçilərinin də iştirak elədiyi iddia edilir.
    ABŞ-ın Suriya torpaqlarında meydan sulayan müttəfiqi YPG/PKK bundan əvvəl isə İŞİD-in qondarma şura üzvü və neft sahələri üzrə məsul şəxslərindən olan Əl üseynin qohumları ilə bazarlıq eləmişdi.

    Muxalifet - 19-11-2018

  11. Kürd bölgəsindən PKK açıqlaması: Qəbul edilə bilməz

    İraq Kürd Regional Rəhbərliyinin (İKBY) hökumət sözçüsü Sefin Dizayi, terror təşkilatı PKK-nın Mosuldakı varlığının qəbuledilməz olduğunu açıqlayıb.
     
    Sincardaki PKK varlığının yaratdığı problemlərə toxunan Dizayi, "Haşdi Şabinin Sincara gəlməsi PKK və ona bağlı qrupların rayonda yenidən hakim mövqedə qalmasına səbəb olub" deyib.

    Muxalifet3 - 19-11-2018

  12. ​Bu şadlıq sarayları BAĞLANACAQ - VİDEO

    Paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Buna səbəb isə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.
    Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında maraqlı süjet yayımlanıb.
    Sakin: "Boğulursan, restoranın yanından keçəndə bilmirsən hansı tərəfdən keçəsən".
    Sakin: "Ekologiyaya ziyandır, insanların səhhətinə ziyandır".

    Muxalifet - 19-11-2018

  13. ​İrandan ABŞ-a bəyanat: “BOYUN ƏYMƏYƏCƏYİK”

    Muxalifet.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları ilə bağlı açıqlamalar verib. Ruhani deyib: “İran ABŞ-ın sanksiyalarına, iqtisadi təzyiqinə boyun əyməyəcək. Yəməndən tutmuş Suriyaya qədər regionda ABŞ-ın Yaxın Şərq siyasəti iflasa uğradı. Tehran neft satmağa davam edəcəkdir. ABŞ bizim ixracatımızın da qarşısını ala bilmədi. ABŞ regiondakı uğursuzluqlarının səbəbini bizdə görür. İrana qarşı aparılan psixoloji müharibəyə qarşı duracağıq”.

    Muxalifet - 19-11-2018

  14. Son dəqiqə: Vladimir Putinin təyyarəsi İstanbula eniş etdi

    Rusiya prezidenti Vladimir Putin, “Türk Axını” qaz boru layihəsinin açılış mərasimi üçün İstanbula gəlib.
    Müxalifət.az

    Muxalifet3 - 19-11-2018

  15. İngiltərədə BİABIRÇILIQ: “Evlənmək istəyənlər verilişə çılpaq gəlirlər” - FOTOLAR

    İngiltərədə yayımlanan bir evlənmə verilişi sərt reaksiyalara səbəb olub.
    Verilişdə iştirak edərək partnyor axtaran namizədlər studiyada tamamilə çılpaq soyunan qadın və kişilərin bədənini incələyib seçim edirlər.
    “Naked Attraction”  adlı verilişin aparıcısı Anna Riçardsondur. Sərt reaksiyalar olsa da, verilişin reytinq cədvəlini alt-üst edib. İngilis futbolçu Piter Kraç və məşhur model Ebbi Klensi də bu verilişi izlədiklərini etiraf ediblər.

    Muxalifet - 19-11-2018

  16. Регресс в отношениях США-Азербайджан? - Интервью

    ASTNA.biz

    907 поправка действует вот уже полтора года.

    Работающий в Bашингтоне азербайджанский журналист Алекпер (Алекс) Рауфоглу отвечает на вопросы ASTNA о положении и перспективах отношений между США и Азербайджаном.

    Muxalifet4 - 19-11-2018

  17. Kral Salmandan çağırış: Artıq dayandırın

    Səudiyyə kralı Salman, ABŞ-İran arasında yaşanan iqtisadi müharibə ilə bağlı verdiyi açıqlamada, İranın artıq raket proqramlarını dayandırması lazım olduğunu bildirib.
     
    ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı kral Salman, İranın nüvə və ballistik raket proqramlarını sona çatdırması lazım olduğunu bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 19-11-2018

  18. ABEL MƏHƏRRƏMOVUN BİZNES ORTAĞI HAQDA SENSASİON FAKTLAR - Nəbi Ramazanlı BDU-dan nə üçün istefa verməyə hazırlaşır...

    Noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov istefaya göndərildikdən sonra BDU rəhbərliyində ciddi narahatçılıq başlayıb. Xüsusən də A.Məhərrəmova yaxın və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş şəxslər “sudan quru çıxmağın” yollarını axtarırlar. Bu səbəbdən həmin şəxslərin bəziləri könüllü olaraq istefaya getməklə, özlərini gələcək təhlükələrdən sığortalamağa çalışırlar. Mətbuatda bunlardan biri kimi, sabiq rektorun müşaviri İsmayıl Əliyevin adı çəklilir.

    Muxalifet4 - 19-11-2018

  19. ​Azərbaycan təyyarələri Qarabağda... - Rusiyadan Ermənistana ŞOK XƏBƏRDARLIQ

    “Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.
    Onun sözlərinə görə, Ermənistan “qırıcı aviasiyasına” malik deyil: “Onda yalnız hücum təyyarələri var, qırıcılar olmadığı üçün bu, faktiki olaraq faydasızdır. Qırıcılar yoxdursa, müharibə vaxtı hücum təyyarələrini qorumaq mümkün olmayacaq”.

    Muxalifet - 19-11-2018

  20. ​“Zülfüqarlıların sexi”nin Bakını zəhərlədiyi təsdiqləndi - NAZİRLİK ARAŞDIRMA APARDI, TƏDBİR GÖRÜLƏCƏK...

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binqədədi rayonunda, “1-ci Mədən” kimi tanınan yaşayış massivində fəaliyyət göstərən kustar metaləritmə sexində araşdırma aparıb. 
    Muxalifet.az bildirir ki, nazirlikdən virtualaz.org-a verilən məlumata görə araşdırma nəticəsində müəssisənin havanı təhlükəli tullantılarla çirkləndirdiyi təsdiqlənib.

    Muxalifet - 19-11-2018

Pages