Axtarış
The search found 105857 results in 0.098 seconds.
Search results
Səudlar Türkiyəni boykot edir: İlginc addım - Foto
Konsulluq binasında öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı obyektiv istintaq aparan Türkiyə əleyhinə səudiyyəlilər tərəfindən sosial şəbəkələrdə boykot elan edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
Əsasən, “Türk mallarından imtina edin!”, “Salmanın düşməni, bizim də düşmənimizdir” və s. kimi boykot şüarlarından istifadə edilir.
Səudiyyəli istifadəçilərin hansı səbəbdən qardaş ölkə əleyhinə bu anti-təbliğatı apardığı bəlli deyil.
Muxalifet3 - 19-11-2018
Belarusiyadan növbəti partiya hərbi texnika alırıq
Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalayıb.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.Muxalifet3 - 19-11-2018
ABŞ-da xəstəxanaya silahlı hücum
ABŞ-ın Çikaqo şəhərində bir xəstəxanada kimliyi hələ açıqlanmayan bir şübhəlinin açdığı atəş nəticəsində təcavüzkar da daxil, 4 nəfərin həyatını itirdiyi bildirilib.
Çikaqonun meri Rahm Emanuel, keçirdiyi mətbuat konfransında, hücumda bir polis məmuru, bir həkim və bir əczaçının öldüyünü bildirib.
Baş komisar Eddie Conson da təcavüzkarın, ölənlərdən biri ilə əlaqəsi olduğunun aşkar edildiyini bildirib. Conson, şübhəlinin intihar etdiyini, yoxsa polis gülləsindən vurulduğunu açıqlamayıb.Muxalifet3 - 20-11-2018
ABŞ mətbuatından şok iddia! Terror siyahısına salacaqlar
ABŞ rəhbərliyinin, Venesuelanı "terrora dəstək verən ölkələr" siyahısına əlavə etməyə hazırlaşdığı iddia edilib.
Amerikanın “Vaşinqton Post” qəzetində yer alan və bəzi yüksək səviyyəli rəsmilərinə əsaslandırılan xəbərdə, Donald Tramp rəhbərliyinin müvafiq orqanları arasında bu barədə yazışmalar etdiyi irəli sürülüb.Muxalifet3 - 20-11-2018
Ağ Ev, mətbuat konfranslarında sual vermə üsullarını dəyişdirdi
Ağ Evin sözçüsü Sarah Sanders, mətbuat kartı ləğv olunan CNN-in Ağ Ev müxbiri Cim Acostanın haqlarının bərpa edildiyini bildirib, ancaq mətbuat konfranslarında müxbirlərin sual vermə üsullarına yeni qaydalar tətbiq olunduğunu açıqlayıb.
“Bu gün günortadan sonra Cim Acosta və CNN, Ağ Evə giriş kartının təkrar verilməsi haqqında məlumatlandırılıb" deyən Sanders, Ağ Ev mətbuat konfranslarının sual-cavab hissəsində aparılan dəyişikliklərə dair məlumat verib.Muxalifet3 - 20-11-2018
Səudiyyə və BƏƏ-dən təhlükəli addım: Türkiyənin əməliyyat hazırlıqları ərəfəsində…
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının Suriyanın şimal-şərqindəki PKK/YPG işğalında olan bölgəyə əsgər göndərdiyi iddia edilib. İki Körfəz ölkəsindən işğal olunmuş bölgəyə göndərilən əsgərlərin ABŞ rəhbərliyindəki Beynəlxalq Koalisiya çətiri altında olduğu qeyd olunub. Əsgərlərin sayı haqqında məlumat verilmir. Türkiyənin Fəratın şərqinə hərəkata hazırlandığı bir dövrdə, sözügedən iddianın gündəmə gəlməsi, Türkiyə ilə Ərəb ölkələrini qarşı-qarşıya gətirmə hədəfinin də müzakirə edildiyini göstərir.
Muxalifet3 - 20-11-2018
Afrində “Körfəz” fitnəsi
Türkiyənin Fəratın şərqini də işğalçılardan təmizləməyə qarşı hazırlıqları, terror havadarlarını narahat edib. Əl Bab və Cerablusdan sonra həftənin sonunda Afrində qəfil çıxan qarət və zorakılıq hadisələrini Körfəzdəki Ərəb ölkələrinin maliyyə cəhətdən dəstəklədiyi cinayətkar dəstələrin törətdiyi müəyyənləşdirilib. Bölgədə keçirilən əməliyyatlarla təxribatın qarşısı alınıb və dəstə liderlərinin əksəriyyəti həbs olunub.
QƏFLƏTƏN ZORAKILIQ VƏ QARƏT BAŞ VERİB
Muxalifet3 - 20-11-2018
Siyəzəndə ailə faciəsi: Ər və arvad öldü
Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.
FHN-dən Muxalifet.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.Muxalifet - 20-11-2018
Türkiyə sərhədinə qoşun toplamağa başladılar!
ABŞ əvvəl İŞİD-ı bəhanə edərək Türkiyə sərhədini cəbbəxanaya çevirdi. İndi də Yarubiyə-ayn əl-Arab(Kobani) xəttinə əsgər göndərir. Son 10 gündə PKK bölgəsinə göndərilən ABŞ əsgərinin sayı 500-ü keçib.
Muxalifet3 - 20-11-2018
İvanişvili əhalinin kreditlərini sildi: Seçkidə kim udacaq?
Gürcüstanda bank sektoru rəqabətli mühitdə fəaliyyət göstərir, Avropa və ABŞ banklarının bazara birbaşa çıxışları var, yerli banklar onlarla rəqabət aparır, nəticədə bank xidmətlərinin keyfiyyəti yüksəlib, fazi dərəcələri isə çox aşağıdır.
Muxalifet.az Axar.az-a istinaden xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Gürcüstanda artıq 15 ilə yaxındır ki, vətəndaşlar üşün “kredit tarixçəsi” anlayışı var:Muxalifet - 20-11-2018
Türkiyə və İran razılaşdı! Birgə əməliyyat
Türkiyə-İran Birgə İşçi Qrupunun 3-cu iclasında iştirak etmək üçün Tehrana səfər edən daxili işlər nazirinin köməkçisi Möhtərəm İncə, İranlı həmkarı Hüseyn Zülfüqar ilə müxtəlif təhlükəsizlik məsələlərini əhatə edən anlaşma memorandumu imzalayıb.
Təhlükəsizlikdən məsul İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqar, iki ölkənin lazım olduğu təqdirdə terror təşkilatlarına qarşı birgə əməliyyat edə biləcəyini söyləyib.Muxalifet3 - 20-11-2018
“İki ailə dağıntılar altında qalıb” - Gəncə icra başçısının müavini
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.
Muxalifet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.Muxalifet - 20-11-2018
ABŞ-dan İsrailə ŞOK: Bundan sonra israillilərə aid evlər...
İnternet vasitəsilə rezervasiya və qonaqlama xidməti verən ABŞ-ın “Airbnb” şirkəti Suriyanın blokada şəraitindəki Qərbi Şəriədə israillilərə aid bütün evləri siyahılarından çıxarıb.
Muxalifet.az xəbər verir ki, şirkət bu evlərə internet saytlarında yer verməyəcəklərini bildirib. Buna səbəb olaraq şirkət həmin bölgənin İsraillə Fələstin arasındakı gərginliyin mərkəzi olduğunu göstərib.Muxalifet - 20-11-2018
AZƏRBAYCANLI APARICILARI BU VİDEOYA GÖRƏ BİABIR ETDİLƏR: “Elə et ayaqlarım görünsün” – VİDEO
Məşhur aparıcılar Firuzə Cəlilova və Mələk Heydərovanın birlikdə çəkilmiş videosu qalmaqala səbəb olub.
Restoranlardan birininin həyətində çəkilən görüntülər sosial mediada yayılıb. Kadrlarda aparıcılar ayaqlarını nümayiş etdirmək üstündə mübarizə aparıblar. Belə ki, foto çəkdirən Mələk Heydərova fotoqrafdan ayaqlarını çəkməsini istəyir. Fira isə ona mane olaraq özü ayaq pozası verib və kamera önünə keçib. Aparıcıların öz aralarında bu cür zarafatlaşması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar tənqid hədəfinə tutulub./A24.AzMuxalifet - 20-11-2018
“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - BAKININ “KÜLƏYİ” VƏ PETROLU...
Təşkilatda Ermənistana qarşı etimadsızlıq güclənir; səbəb həm də Azərbaycan faktorudur; Paşinyanı ən yaxşı halda məğlubiyyətə bərabər heç-heçə gözləyir; politoloqlar deyir ki...
Muxalifet - 20-11-2018
Mərkəzi Kəşfiyyat İdarəsinin Qaşıqçının qatili ilə bağlı hesabatı Səudiyyəni təlaşa saldı
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Səid İbni Cübeyr, MKİ-nin Səudiyyə jurnalisti Qaşıqçı-nın öldürülməsi göstərişini vəliəhd şahzadə Məhəmməd bin Salmanın verdiyinə yönəlik vardığı nəticənin səhv olduğunu ifadə edib.
Səid ibni Cübeyr, Məhəmməd bin Salman haqqındakı dəyərləndirmələrin doğru olmadığına toxunaraq, "Bilirik ki, şahzadə Məhəmməd bin Salmana yönəldilən ittihamların heç bir doğruluğu yoxdur və biz bu ittihamları rədd edirik" - deyib.Muxalifet3 - 20-11-2018
Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri Bakıya gəlir
Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 20-11-2018
Dolların rəsmi məzənnəsi dəyişmədi, avro və qızıl...
Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb.
Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə dəyişməyib. Belə ki, dollar bu gün 1.7000 manata dəyişdiriləcək.
Bu gün avronun rəsmi məzənnəsi isə cüzi qalxıb. Belə ki, avro 1.9459 manata dəyşdiriləcək.
Qızıl da bu gün bahalaşıb.Muxalifet - 20-11-2018
Türkiyədə qəzaya uğrayan təyyarənin qalıqları altından 2 nəfərin meyiti çıxarıldı
Türkiyənin Dənizli əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü məlum olub.
Muxalifet.az “THMHaber”ə istinadən xəbər verir ki, bunu əyalətin valisi Hasan Karahan bildirib.
Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub. Onların meyitləri təyyarənin qalıqları altından çıxarılıb.
Qeyd edək ki, noyabrın 19-da Dənizlidə təlim təyyarəsi qəzaya uğrayıb.Muxalifet - 20-11-2018
Bakıdan Gəncəyə helikopterlə xilasedicilər və itlər aparıldı - Rəsmi açıqlama
Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı növbəti məlumatı yayıb.
Muxalifet - 20-11-2018