Axtarış

The search found 105857 results in 0.1 seconds.

Search results

  1. Bu il Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı

    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub.

    Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

    İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub.

    Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri 22575 ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub.

    Muxalifet - 20-11-2018

  2. ​Rusiya Hindistanda tenderdə qalib gəldi: 500 milyonluq...

    Rusiya Hindistanda keçirilən yaxın mənzilli havadan müdafiə sistemləri ilə bağlı tenderdə qalib gəlib.
    Rusiyanın 500 milyon dollarlıq təkliflə tenderin qalibi olduğu bildirilib.
    Hindistanın NDTV kanalı Rusiyanın dövlət hərbi ixracat şirkəti "Rosoboron eksport"un yaxın mənzilli havadan müdafiə sistemlərinin tədarükü üçün ən əlverişli şərtləri təqdim etdiyini bəyan edib.
    Qeyd edək ki, sözügedən tenderdə İsveçin SAAB, Fransa və İtaliyanın MBDA şirkəti iştirak edib.

    Muxalifet - 20-11-2018

  3. ​Millimiz möhtəşəm qələbə ilə növbəti mərhələdə

    19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.
    Muxalifet.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.
    Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıblar.

    Muxalifet3 - 20-11-2018

  4. ​Bu ölkədə dindarlar hədəfə alındı: ən azı 40 ölü var

    Əfqanıstanın paytaxtı Kabildə dindarların görüşü zamanı partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, partlayışda ən azı 40 nəfər ölüb.
    Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
     

    Muxalifet3 - 20-11-2018

  5. Türkiyəyə daha bir S-400 təhdidi!

    ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon, Konqres ilə Türkiyəyə Rus S-400 raket əleyhinə müdafiə sisteminə alternativ olaraq nə təqdim edə biləcəklərini müzakirə etdiklərini deyib.
     
    Erik Pahon, "Konqresə 9 noyabrda Türkiyəylə əməkdaşlığa dair hesabatımızı təqdim etdik. Hesabatda Türkiyə ilə münasibətlərimizə hərtərəfli baxılması lazım gəldiyi bildirilir. Türkiyə ilə S-400-ə alternativlər mövzusunda diplomatik danışıqlar aparırıq. Konqres ilə S-400-ə alternativ tapması üçün kömək edirik" deyib.

    Muxalifet3 - 20-11-2018

  6. ​Ər-Riyyadda yoxa çıxan prezidentlə bağlı - Bəyanat

    Afrika Birliyi Səudiyyə Ərəbistanına gedən və daha sonra yoxa çıxan Qabon Prezidenti Əli Bonqo ilə bağlı bəyanat yayıb.
    Muxalifet.az xəbər verir ki, Afrika Birliyi Komissiyasının sədri Musa Fərqi Məhəmməd Qabon prezidentinin səhhəti ilə bağlı narahat olduqlarını bildirib.
    Bəyanatda qey edilir ki, Afrika Birliyinin mətbuat departamenti Qabona nümayəndə heyəti göndərəcək və ölkədəki siyasi durumu araşdıracaq.

    Muxalifet3 - 20-11-2018

  7. ​ABŞ, Azərbaycan və Gürcüstan birgə tədbir keçirdi

    Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu analitik və təhsil mərkəzi olan Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda “ABŞ-Gürcüstan-Azərbaycan: Üçtərəfli əməkdaşlığın qlobal və regional prespektivləri” mövzüsünda tədbir keçirilib.

    Muxalifet3 - 20-11-2018

  8. ​Türkiyədə vikinq qılıncı tapıldı

    Türkiyənin Antalya vilayətinin qədim Patara şəhərində arxeoloji qazıntılar zamanı vikinq qılıncı tapılıb.
    Muxalifet.az xəbər verir ki, qılınc IX-X əsrə aiddir.
    Akdeniz universitetinin professoru Feyzulla Şahin bildirib ki, qılınc vikinqlər dövrünə aiddir. O, ehtimal edir ki, qılıncın sahibi Bizans ordusunda muzdla xidmət edib və dənizdəki müharibədə iştirak edib. Alim qeyd edib ki, bu, Türkiyə ərazisində tapılan ikinci vikinq qılıncıdır. Ehtimal edilir ki, qılıncı döyüşçünün qəbrinə qoyublar.

    Muxalifet3 - 20-11-2018

  9. ​ABŞ növbəti dəfə bu ölkəni bombaladı: 37 ölü

    ABŞ-ın hərbi təyyarələri növbəti dəfə Somalini bombardman edib.
    Muxalifet.az xəbər verir ki, hücum nəticəsində Əş-Şəbab təşkilatının ən azı 37 döyüşçüsü öldürülüb.
    Bombardman nəticəsində vətəndaşlara ziyan dəyməyib.
     

    Muxalifet3 - 20-11-2018

  10. ​"Azərbaycan müharibə şəraitində olduğundan, kredit borclarını silə bilmir" - DEPUTAT

    Xəbər verdiyimiz kimi, Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.
     Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

    Muxalifet3 - 20-11-2018

  11. ​İnsan hüquqları ilə bağlı sanksiyaları araşdırırıq - Britaniya

    Avropa Birliyi olaraq insan hüquqlarının pozulmasına qarşı sanksiyaları araşdırırıq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
     

    Muxalifet3 - 20-11-2018

  12. ​Bakıda mənzil bazarında son durum...

    2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib.
    Bunu trend -ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
    N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.
    Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.
    N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:

    Muxalifet3 - 20-11-2018

  13. ​"Türk axını" Rusiya üçün siyasi riski də azaldır: Yeni təkan...

    "Türk axını" layihəsi "Qazprom"un Ukrayna üzərindən Avropaya tranzit yükünü azaldacaq və Avropa Birliyi ölkələrinə qaz ixracının maya dəyərini aşağı salacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Aton" analitik agentliyinin araşdırması nəticəsində bildirilib.

    "Türk axını" layihəsinin dəniz hissəsinin tikintisinin ən bahalı və ən çətin hissə olduğunu bildirən "Aton" bu kəmərin "Qazprom"un sərmaya proqramının inkişafında mühüm rol oynayacağını qeyd edib.
     

    Muxalifet3 - 20-11-2018

  14. ​ABŞ Ərdoğanın buna sahib olmasını qəbul edə bilmir - Rus ekspert

    ABŞ Müdafiə Nazirliyi və ABŞ Konqresi Türkiyəyə Rusiya S-400 raket əleyhinə müdafiə sisteminə alternativ olaraq nə təklif edəcəkləri istiqamətində dəyərləndirmələr aparır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
    Korotçenko ABŞ-ın Türkiyənin öz hava məkanında tam nəzarət sahibi olmasını qəbul edə bilmədiyini deyib:

    Muxalifet3 - 20-11-2018

  15. ​Ankarada həyəcanlı anlar: arvadını girov götürdü

    Türkiyənin paytaxtı Ankarada həyəcanlı anlar yaşanır. Muxalifet.az xəbər verir ki, paytaxtın Yeni məhəllə səmtində bir nəfər həyat yoldaşını tüfəng silahı ilə girov götürüb. Olay yerinə polis briqadaları cəlb edilib.

    Muxalifet3 - 20-11-2018

  16. ​Kabildə nikah evində güclü partlayış: 50 ölü - YENİLƏNİB

    Əfqanıstanın paytaxtı Kabildə nikah evində güclü partlayış baş verib. Muxalifet.az-ın xəbərinə görə, bu barədə “Tolo News” məlumat yayıb. Hadisə nəticəsində ən azı 40 nəfər ölüb, daha 80 nəfər isə yaralanıb. Bildirilir ki, partlayış Məhəmməd peyğəmbərin doğum gününün qeyd edilməsi zamanı baş verib.

    Muxalifet3 - 20-11-2018

  17. ​Ukrayna "Türk axını"nın fərqinə belə varmadı - Rusiya

    Ukrayna "Türk axını" qaz kəmərinin tikintisinin fərqinə belə varmadı.
    Muxalifet.az xəbər verir ki, bunu "Qazprom"un sözçüsü Sergey Kupriyanov Ukraynanın "Türk axını"nın tikintisiinə əngəl olmağa çalışmasına münasibət bildirərkən deyib.
    Qeyd edək ki, daha öncə Ukrayna Qaz Sənayesi və Qaz Bazarı Şurasının sədri Leonid Uniqovski Ukraynanın "Türk axını"nın ikinci xəttinin inşasının əngəllənməsi üçün əlindən gələni etməli olduğunu bildirib.
     

    Muxalifet3 - 20-11-2018

  18. Кремль борется за власть в Интерполе - "Wall Street Journal"

    Владимир Путин пытается поставить во главе международного полицейского ведомства преданного ему генерала
     
    Камран Бохари (Kamran Bokhari)

    Muxalifet4 - 20-11-2018

  19. ​ABŞ Rusiyaya növbəti sanksiyanı tətbiq etdi

    ABŞ Rusiyaya növbəti dəfə sanksiya tətbiq edib.
    Muxalifet.az xəbər verir ki, sanksiya Suriyaya dəstək verdiklərinə görə 6 fiziki və 3 hüquqi şəxsə tətbiq edilib.
    Sanksiya siyahısında Rusiyanın Global Vision Group” və “Promsıryoimport” şirkətləri, həmçinin sonuncunun baş direktorunun birinci müavini Andrey Doqayev də var.
     

    Muxalifet3 - 20-11-2018

  20. ​Onların üzünə qapılarımız açıqdır - Poroşenko

    Ukrayna öz geosiyasi seçimini edib, NATO-nun, Avropa İttifaqının qapıları ölkənin üzünə açıqdır.
    Muxalifet.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Pyotr Poroşenko ictimai-siyasi fəallarla görüşündə söyləyib.
    Poroşenko bildirib ki, Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır. “Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq. Bu üzvlüyün baş tutmayacağı barədə deyilən fikirlərə heç vaxt inanmayın”, - deyə Poroşenko qeyd edib.
     

    Muxalifet3 - 20-11-2018

Pages