Axtarış

The search found 105857 results in 0.181 seconds.

Search results

  1. ​Putinlə Ərdoğan görüşə eyni avtomobildə gəldi - Yeniləndi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutub.
    Liderlər görüşün baş tutduğu Yıldız sarayının Mabeyn köşkünə Türkiyə administrasiyasının rəmzi və Rusiya bayrağının olduğu eyni avtomobildə gəliblər.
    Mətbuata qapalı görüş 1,5 saat davam edib.
     

    Muxalifet3 - 19-11-2018

  2. ​Bu ölkədə vulkan püskürdü: əhali təxliyyə edilir

    Qvatemalada püskürən Fueqo vulkanına yaxın ərazilərdən son saatlar ərzində azı 2995 sakin təxliyyə olunub.
    Muxalifet.az xəbər verir ki, yaxından keçən böyük avtomobil yolu bağlanıb.
    Daha əvvəl Milli Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Xidməti (Coordinadora Nacional Para la Reduccion de Desastres - CONRED) vulkanın püskürməsi ilə bağlı “qırmızı” təhlükə elan edərək Eskuintla, Çimaltenanqo, Sakatepekes departamentlərinin yerli hakimiyyətlərini və bələdiyyələrini əhalinin təxliyyəsinə başlamağa çağırmışdı.

    Muxalifet3 - 19-11-2018

  3. ​Bakının bu rayonlarında qaz olmayacaq - Xəbərdarlıq

    Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    Muxalifet3 - 19-11-2018

  4. ​Rusiyalı nazir açıqladı: OPEK-lə müqaviləyə hazırıq!

    OPEK ilə əməkdaşlıq müqaviləsi imzalaya bilərik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
    O bildirib ki, Rusiya OPEK-lə əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır və bu məsələ ilə bağlı dekabrın 6-da müzakirə olacaq:
    “Rusiya və digər neft istehsalçıları hasilatın azaldılması ilə əlaqədar qərarı dekabr ayında verəcəklər”.
     

    Muxalifet3 - 19-11-2018

  5. ​Berlində mühüm konfrans: Dinlərarası dialoq və əməkdaşlıq

    Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Muxalifet3 - 19-11-2018

  6. ​Erməni nazir "İnterpol"u hədələdi: İmtina edəcəyik!

    Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Aleksandr Prokopçuk "İnterpol"un rəhbəri seçilərsə, Kiyev bu təşkilatın üzvlüyündən imtina edə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər naziri Arsen Avakov Tvitter hesabında yazıb.
    O bildirib ki, "İnterpol" rəhbərliyinə rus namizədin irəli sürülməsi absurddur, təşkilatın ruhu və hədəfi ilə ziddiyyət təşkil edir.
    “Əgər Ukrayna və digər dövlətlərin arqumenti dinlənilməsə, Kiyev bu təşkilata üzvlüyün dayandırılması məsələsinə baxacaq”, - deyə Avakov bildirib.
     

    Muxalifet3 - 19-11-2018

  7. ​İlham Əliyevin Belarusa səfəri başa çatdı - Foto

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri noyabrın 19-da başa çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
     

    Muxalifet3 - 19-11-2018

  8. ​Türk ordusunu hədəf alan terrorçular məhv edildi

    Türkiyə qırıcılarının İraqın şimalında, Avaşin-Basyan, Qəndil və Haftanin bölgərində təşkil etdiyi avia-əməliyyatlar nəticəsində 14 terrorçu öldürülüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) məlumatında deyilir.
    Bildirilib ki, hücum hazırlığında olan terrorçulara aid silah-sursat anbları, sığınacaqlar da məhv edilib.
     

    Muxalifet3 - 19-11-2018

  9. Ruhanidən Azərbaycan AÇIQLAMASI: "İranın düşmənləri..."

    İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

    Muxalifet3 - 19-11-2018

  10. ​İspaniya qasırğaya təslim oldu

    İspaniyada qasırğa və leysan yağışları nəticəsində məşhur kurortların əksəriyyətini su basıb.
    Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, güclü dalğalar səbəbindən Tenerif adasının sahilində yerləşən otellərinin eyvanları uçub.
    Bundan əlavə, qasırğa Malaqa və Barselona şəhərində ciddi dağıntılar törədib, Alikante, Valensiya əyalətlərində isə "qırmızı" təhlükə səviyyəsi elan edilib.
    Bir çox məktəblərdə dərslər dayandırılıb.
     

    Muxalifet3 - 19-11-2018

  11. ​ABŞ regionda inqilab şərtləri yaratmaq istəyir - Romanenko

    ABŞ Ukraynaya Donbasda inqilab şərtlərinin yaradılması ilə bağlı tövsiyyələr verir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Qərargah rəisinin keçmiş köməkçisi İqor Romanenko deyib.
    “Amerikalılar sərhədi tamamilə bağlamağı, heç kimi, hətta elektrik enerjisi və suyun da buraxılmamasını istəyir. Beləliklə, regionda Rusiyanın qəbul etməyəcəyi inqilab şərtləri yaranacaq. Rusiya bunu uzun müddət qəbul edə bilməz və durum tərsinə çevriləcək”, - deyə Romanenko bildirib.
     

    Muxalifet3 - 19-11-2018

  12. ​Qəzzada növbəti toqquşma: 40 fələstinli yaralandı

    Bazar ertəsi Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən növbəti toqquşmada 40-dan çox fələstinli xəsarət alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Bildirilib ki, sözügedən fələstinlilərdən 21-i döyüş güllələrindən, 15-i rezin güllələrdən, 5-i isə boğucu qazdan xəsarət alıb.
     

    Muxalifet3 - 19-11-2018

  13. ​Gürcüstanda işsizliyin səviyyəsi artdı

    Gürcüstanda işsizliyin səviyyəsi artıb və cari ilin üçüncü rübündə 12,2 faiz təşkil edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin direktoru Qoqita Todradze keçirdiyi brifinqdə məlumat verib.
    Onun sözlərinə görə, işsizlik səviyyəsinin artması mövsümi amillərlə bağlıdır. Bu, həmçinin təhsil sektorunda çalışanların sayının azalması, bir sıra digər sektorlarda işlə təminatın aşağı olması ilə əlaqədardır.

    Muxalifet3 - 19-11-2018

  14. ​Səudiyyədən Suriya çağırışı...

    Səudiyyə Ərəbistanı Suriya böhranının siyasi həllinin tərəfdarıdır.
    Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə kralı Salman bin Əbdüləziz deyib.
    “Siyasi həll Suriya qaçqınlarının öz vətənlərinə qayıtmaları üçün də imkan yaratmalıdır”, - deyə kral bildirib.
    Əbdüləziz həmçinin bildirib ki, Səudiyyə Fələstin xalqı öz qanuni hüquqlarını tam bərpa edənə qədər onun yanında olacaq.
     

    Muxalifet3 - 19-11-2018

  15. ​Məşhur bakılıya yüksək vəzifə verildi

    Beynəlxalq Şahmat Federasiyasında (FIDE) Bakıda doğulan Emil Sutovskiyə vəzifə verilib.
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, 1977-ci ildə Bakıda doğulmuş, milliyyətcə yəhudi olan E.Sutovski bu qurumda baş direktor vəzifəsində çalışacaq.
    Bu qərar 8-10 noyabr tarixlərində FIDE-nin Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş şurasında qəbul olunub.

    Muxalifet3 - 19-11-2018

  16. ​Tramp açıqladı: Onlara pul ödəməyəcəyik, axmaqdırlar

    Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki onlar bizim üçün heç nə etmirlər.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
    “Əlbəttə, Üsamə Ben Ladeni daha əvvəl tutmaq lazım idi. Dünya Ticarət Mərkəzinə hücum öncəsi yazdığım kitabda bu barədə qeyd etmişdim. Klinton şansını itirdi. Pakistana milyardlarla ödəniş etdik, bizə onun yerini də demədilər. Axmaqlar”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
    Qeyd edək ki, ABŞ terrorizmlə mübarizə çərçivəsində Pakistana maliyyə yardımı ayırırdı.
     

    Muxalifet3 - 19-11-2018

  17. ​Nazirdən çağırış: Bir olmalıyıq ki...

    Radikalizmə və qütbləşməyə qarşı bir olmalıyıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT İdarə Heyətində təşkil edilən Mədəniyyətlər İttifaqının VIII Qlobal Forumunda çıxışı zamanı deyib.
    “Türkiyə bu yöndəki birgə səylərə dəstək verməyə hazırdır”, - deyə Çavuşoğlu bildirib.
     

    Muxalifet3 - 19-11-2018

  18. Gürcüstanda azərbaycanlı jurnalist dünyasını dəyişdi

    Mətbuat Şurası jurnalist Elman Kələyevin vəfatı ilə bağlı nekroloq yayıb.
    Mətbuat Şurasından  verilən məlumata görə, nekroloqda deyilir: "Soydaşlarımızın sıx məskunlaşdıqları Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan” qəzetinin redaktor müavini, ölkənin Əməkdar jurnalisti Elman Hüseyn oğlu Kələyev dünyasını dəyişib. Bu münasibətlə mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

    Muxalifet3 - 19-11-2018

  19. ​ŞOK: Telefonlardakı bu xidmətlər ləğv olunacaq - AÇIQLAMA

    Gələcəkdə insanlar telefonla daha az danışacaq.
    Muxalifet.az xəbər verir ki, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.
    N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir:
    “Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır”.

    Muxalifet3 - 19-11-2018

  20. ​Putinin İstanbul səfəri: ideya gerçəkləşir...

    Adətən bu səfərlər layihələrin reallaşdırılması, tədbirdə iştirak etmək üçün olsa da, səfər zamanı mütləq dövlət başçıları ikitərəfli məsələləri müzakirə edir.
    Bu sözləri açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Putinin Türkiyəyə səfərini şərh edərkən deyib. O bildirib ki, səfər Türkiyə-Rusiya münasibətlərində yeni bir pərdə açmır, amma artıq bir müddətdir açılmış olan pərdənin, başlamış olan mərhələnin daha da gücləndirilməsinə xidmət edir:

    Muxalifet3 - 19-11-2018

Pages