Axtarış

The search found 105857 results in 0.114 seconds.

Search results

  1. ​Paşinyandan Lukaşenkoya mesaj: “Biz elə bir iş görmüşük ki...”

    "Belarusun Ermənistandan görməyə alışdığı münasibətlər bir də olmayacaq". 
    Muxalifet.az azvision.az-a istinaden xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Qavar şəhər icmasının rəhbərliyi ilə görüşündə İrəvanın Minsklə münasibətlərini şərh edərkən deyib.

    Muxalifet - 19-11-2018

  2. Azərbaycanda minlərlə insana ŞAD XƏBƏR - Ləğv olunur

    Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv oluna bilər.
    Muxalifet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Vergi Məcəlləsində qeyd edilib.
    Belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə, 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.

    Muxalifet - 19-11-2018

  3. 230 milyard dollarlıq çirkli pul araşdırması: PUTİNİN ADI HALLANDIRILIR

    Danimarkanın “Danske bank”-ının Estoniyada fəaliyyət göstərən filialında 2007-2015 illər dövründə baş verən 230 milyard dollarlıq çirkli pulla bağlı aparılan istintaq genişlənir. Yuyulan çirkli pulların bir qisminin rus lider Putin və yaxınlarına aid olduğu irəli sürülür.
     
    ABŞ-ın Ədliyyə Nazirliyi, “Deutsche Bank” və “Bank of America” ilə təmasa keçərək Danimarkanın “Danske Bank”ı ilə münasibətləri haqqında məlumat istəyib.

    Muxalifet3 - 19-11-2018

  4. ​İranda bahalaşma davam edir - Sanksiyalar təsirini göstərir

    ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra ölkədə ərzaq malları ilə yanaşı, meyvə-tərəvəz məhsullarının qiymətlərində və xidmət sektorunda bahalaşma qeydə alınıb.

    Muxalifet - 19-11-2018

  5. "Mayın 8-də Şuşada deyildim... Sinəmi qabağa verməliydim ki, gəlin məni öldürün?!" - ŞUŞANIN İCRA BAŞÇISINDAN ŞOK ETİRAF

    Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Modern.az” saytına müsahibəsində Şuşada keçən günləri, illəri haqda danışıb.

    Muxalifet4 - 19-11-2018

  6. Bu xəbər dünya birjasını silkələdi: "DOLLAR DÜŞƏCƏK..." - AÇIQLAMA

    Dünyanın ən böyük investisiya banklarından olan ABŞ-a məxsus “Goldman Sachs”-dan verilən açıqlamada, 2019-da dolların dəyər itirəcəyi bildirilib.
     
    Latın Amerikası maliyyə şəbəkələrinin gələn il inkişaf etməkdə olan bazarlardakı oxşarlarından daha yaxşı proqram fəaliyyəti ortaya qoyacaqlarını qeyd edən bank, "Yaxın perspektivdə İsveç kronu, Kanada və Avstraliya dolları, Yeni Zelandiya dolları və İsrail şekeli üçün istiqamət yuxarıdır" - deyib.
    Müxalifət.az

    Muxalifet3 - 19-11-2018

  7. ​Ərazini qanunsuz şumladı - 32 min manat cərimələndi

    Ağsu rayonu Gəgəli kəndində qışlaq otlaq sahələri qanunsuz olaraq şumlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
    Araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsində Ağsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.
    Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

    Muxalifet - 19-11-2018

  8. “BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir” – 700 ballı Aslan Aşirovla müsahibə

     
     
    Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsi 700 bal toplayaraq ali m’kt’b’ q’bul olunan Aslan Aşırovdan müsahibə alıb. Muxalifet.az həmin müsahibəni oxucularımıza təqdim edir:
    - Özünüz haqda bir az danışın.
    - Adım Aslandır, 17 yaşım var. Gürcüstanda anadan olmuşam, Azərbaycan vətəndaşıyam.169 saylı tam orta məktəbi bitirmişəm.
    - Aslan, qəbul imtahanında ən yüksək nəticəni – 700 balı toplamağınızda ən çox kimin rolu var? 

    Muxalifet4 - 19-11-2018

  9. ​“Məmur olmaq istəyənlərin dil bilikləri yoxlanacaq” - “Dil normalarını pozanları cərimələyəcəyik”

    Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018-ci il tarixli fərmanına əsasən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən Monitorinq Mərkəzi dövlət dilinin tətbiqinə nəzarət edəcək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.

    Muxalifet - 19-11-2018

  10. Putin Ərdoğanla tarixi tədbirdə - VİDEO

    İstanbulda səfərdə olan Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” qaz boru kəmərinin dəniz hissəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
    Muxalifet.az
    “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti dəyəri 7 milyard dollara yaxın “Türk axını” layihəsinin dəniz hissəsindəki işlərini artıq tamamlayıb. Bu münasibətlə İstanbulda Putin və Ərdoğanla yanaşı, bir sıra ölkələrin yüksək vəzifəli hökumət nümayəndələri iştirak ediblər. 

    Muxalifet - 19-11-2018

  11. ​İranda gəmi qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

    İranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
    Muxalifet.az bildirir ki, İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.

    Muxalifet - 19-11-2018

  12. ​"Qalatasaray" daha bir futbolçusunu itirdi

    İstanbulun "Qalatasaray" futbol klubu daha bir əsas futbolçusunu itirib.
    Muxalifet.az xəbər verir ki, komandanın mərakeşli yarlmmüdafiəçisi Yunes Belhanda ağır zədə alıb. O, milli komandasının Kamerunla keçirdiyi oyunda zədələnib və görüşü yarımçıq tərk edib. Belhandanın 2 aya yaxın meydanlardan kənar qalacağı bildirilib.
    Qeyd edək ki, "Qalatasaray"ın bir neçə futbolçusu cəza, 3 furbolçusu isə zədə səbəbindən komandaya kömək edə bilmir. Türkiyə Futbol Federasiyası komandanın baş məşqçisi Fatih Terimi də 10 oyunluq cəzalandırıb.

    Muxalifet - 19-11-2018

  13. ​Bərdə sakini çəlləkdən avtomobil hazırladı - VİDEO

    Bərdə rayon sakini yararsız dəmir çəlləklərdən avtomobil hazırlayıb.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, rayon sakini Tofiq Kərimovun hazırladığı avtomobil iki qapılıdır və maşına 4 nəfər əyləşə bilər.

    Muxalifet - 19-11-2018

  14. ​Abel Məhərrəmovun oğlunu hansı aqibət gözləyir? - XİN-dən müəmmalı REAKSİYA

    Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunduqdan sonra onun oğlu, Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun barəsində də araşdırmaların başlanılacağı və geri çağırılacağı barədə xəbərlər yaylıb.
    Azərbaycandan çəlləklərlə şərab çıxardığı qeyd edilir. İddia olunur ki, İspaniyaya aparılan şərab çəlləkləri orada qablaşdırıb və xaricdə istehsal olunubmuş kimi ölkəmizə geri qaytarılıb.

    Muxalifet - 19-11-2018

  15. Komitə sədri Nyu-Yorkda görüşlər keçirib - FOTOLAR

    ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb. Komitənin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda, Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb.

    Muxalifet4 - 19-11-2018

  16. ​Baş nazir istefanı gözə aldı: “Buna nail olacam...”

    Böyük Britaniyanın baş naziri Tereza Mey onun “Brexit”lə bağlı planlarına qarşı çıxanlara xəbərdarlıq edərək bildirib ki, hansı yolla olursa-olsun Avropa İttifaqı ilə razılaşdırılan sazişin imzalanmasına nail olacaq. 
    Azvision.az xəbər verir ki, bu barədə Tereza Mey britaniyalı iş adamları ilə görüşdə deyib. Xəbərdarlıq edib ki, “Brexit” üzrə sazişin qəbulu üzrə yekun mərhələ ən çətini olacaq. Bununla belə, Mey onun mümkün istefası ilə bağlı ehtimallara da toxunaraq bildirib ki, bu sazişin imzalanmasına nail olacaq. 

    Muxalifet - 19-11-2018

  17. ​Tanınmış azərbaycanlı jurnalist VƏFAT ETDİ

    Mətbuat Şurası jurnalist Elman Kələyevin vəfatı ilə bağlı nekroloq yayıb.
    Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, nekroloqda deyilir: "Soydaşlarımızın sıx məskunlaşdıqları Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan” qəzetinin redaktor müavini, ölkənin Əməkdar jurnalisti Elman Hüseyn oğlu Kələyev dünyasını dəyişib. Bu münasibətlə mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

    Muxalifet - 19-11-2018

  18. ​Taksi sürücüsü azərbaycanlı prodüserə hücum etdi: Blokda qaz balonu ilə...

    Azərbaycanlı prodüser Sayqa Cahid ARB-nin "Səhər-səhər" verilişində qonaq olub.
    Prodüser proqramda 4 il öncə başına gələn bir hadisədən söz açıb.
    O, 2014-cü ildə taksi sürücüsünün evinin blokunda ona hücum etdiyini vurğulayıb.

    Muxalifet - 19-11-2018

  19. ​Ərdoğan Baxçalı ilə yeni ittifaq yaradır: 2019 hədəfi...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə Beştəpə sarayında bir araya gələcək.
    Tərəflər 2019-cu ilin martında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə lokal ittifaqların qurulması məsələsini müzakirə edəcəklər.
    Bildirilir ki, Ərdoğan və Baxçalı “Cümhur ittifaqı”nın simasında müttəfiqliyin ikinci turunun başladır./Axar.az 

    Muxalifet - 19-11-2018

  20. İran prezidentindən “Türkiyə” açıqlaması

    İran prezidenti Həsən Ruhani, ABŞ sanksiyalarına baxmayaraq, ölkəsinin Türkiyənin də aralarında olduğu digər region ölkələrlə əlaqələrini daha da gücləndirəcəyini deyib.
     
    Türkiyə sərhədinə yaxın Xoy şəhərində xalqa səslənən Ruhani, ABŞ-ın İrana qarşı başlatdığı sanksiyalara toxunaraq," ABŞ, İran xalqı ilə qardaş Türkiyə, Azərbaycan və İraq xalqlarıyla əlaqəsini zəiflətməyəcək. Qonşularımızla əlaqələrimiz daha da gücləndirəcəyik" deyib.

    Muxalifet3 - 19-11-2018

Pages