Axtarış
The search found 105857 results in 0.136 seconds.
Search results
Abel Məhərrəmovun qızının şəxsi biznesi ortaya çıxdı - FOTO
Eks-rektor Abel Məhərrəmovun ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
Muxalifet.az bildirir ki, big.az-ın əldə etdiyi məlumata görə, Abel Məhərrəmovun qızı Nərminə Məhərrəmova Bakıda yerləşən "Qlobus" uşaq bağçasına rəhbərlik edir.
Məlumat üçün bildirək ki, "Qlobus" uşaq bağçasına 2010-2011-ci tədris ilində lisenziya verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə noyabrın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.Muxalifet - 19-11-2018
“Türk Axını”nda tarixi gün
Dünyanın ən böyük enerji layihələrindən biri olan “Türk Axını” qaz boru xəttinin dənizdəki tikintisi başa çatıb. Türkiyənin prezidenti Ərdoğan və Rusiya prezidenti Putin tarixi layihə üçün bu gün İstanbulda bir araya gəlir. “Türk Axını”nın dəniz mərhələsi Qara dənizin dibində bir-birinə paralel uzanan 930 km uzunluqda iki boru kəmərindən ibarətdir. 2019-ci ilin sonunda Rusiyadan Türkiyəyə təbii qaz axmağa başlayacaq. Layihəyə görə, illik 31,5 milyard kubmetr qaz daşınacaq.
Muxalifet3 - 19-11-2018
Tribunaya sərxoş çıxdı, RƏZİL OLDU
Avropa İttifaqı Komissiyasının prezidenti Yan Klod Yuncker, yenə bir qalmaqal ilə gündəmə gəlib. Yuncker sərxoş vəziyyətdə toplantıya fərqli ayaqqabıları geyinərək gəlib.
Avropa Komissiyasının prezidenti Yan Klod Yunckerın mətbuat konfransında ayaqqabısının birinin qara, digərinin qəhvəyi olduğunu görən köməkçiləri dərhal hərəkətə keçib.
DƏRHAL İÇƏRİ GÖNDƏRİLDİ
Yunckərə müdaxilə edən könəkçiləri, sərxoş komissiya sədrini dərhal içəri aparıb.Muxalifet3 - 19-11-2018
Türk ordusu Afrində əməliyyata başladı
Afrindəki təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəyi ilə Azad Suriya Ordusu (ASO), Afrində xalqa zülm edən, oğurluq, qəsb və cinayət fəaliyyətləri həyata keçirən təxminən 300 nəfərlik Abu Havlə cinayət şəbəkəsinə qarşı əməliyyata başlayıb.
Türkiyənin regionda təmin etməyə çalışdığı sabitliyi pozmağı hədəfləyən bəzi region ölkələri tərəfindən dəstəkləndiyi məlum olan Şuheda Şakiyə qrupunun lideri Abu Havlə kod adlı Əbdürrəhman Əl Hüseyn və cinayətkar dəstəsinə qarşı hərəkətə keçilib.Muxalifet3 - 19-11-2018
“Həmin ərazilərdən narkotik vasitələr daşınır” – Əli Həsənov
Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.
Trend-in məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.
Muxalifet - 19-11-2018
Uşağınız üçün “Ozmo” alanda diqqətli olun, kiflənmiş ola bilər – Fotofakt
Türkiyə istehsalı olan və Azərbaycanda da satılan “Ozmo” uşaq qidası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Hövsan qəsəbəsinin sakini Elşad Mətləboğlu qəsəbədə yerləşən “Ballı” marketdən uşaq üçün “Ozmo” keksi aldıqlarını, amma vaxtı keçməsə də keksin kiflənmiş olduğunu bildirb:Muxalifet - 19-11-2018
Türkiyə futbol millisinin baş məşqçisindən istefa siqnalı
İsveçlə məğlubiyyətdən sonra gələcəyi istefası gündəmə gələnTürkiyənin futbol milli komandasının baş məşqçisi Mirça Lucescu, Rumın mətbuatına qısa açıqlama verib.
Jurnalistin istefa edib etməyəcəyi sualına cavab olaraq Lucescu, "Çərşənbə günü Ukrayna ilə hazırlıq matçına çıxacağıq. Başqa gənc futbolçuları da sınayacağam. Bu hazırlıq matçından sonra bir şey etmək lazımdırsa, edəcəyəm" deyib.
Qeyd edək ki, Türkiyənin milli komandası Mirça Lucescu-nun rəhbərliyi altında meydançaya çıxdığı 16 oyunda yalnız 4 qələbə qazanıb.Muxalifet3 - 19-11-2018
Son dəqiqə: Türkiyədə təyyarə qəzaya uğrayaraq düşdü
Dənizlinin Merkezəfəndi rayonunun Başkarcı Məhəlləsində, bir təlim təyyarəsi qəzaya uğrayaraq düşüb. Bölgədə axtarış və xilasetmə əməliyatı başlayıb. İndiyədək ölən və yaralananlar haqda məlumat yoxdur.
Müxalifət.azMuxalifet3 - 19-11-2018
Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi YENİLƏNİB
Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin işinə baxılıb.
Məhkəmənin qərarı ilə Ə.Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.
Digər saxlanılanlar isə 400 və 500 manat məbləğində cərimələniblər.
Məhkəmə binası qarşısında Əli Kərimlini onlarla tərəfdarı qarşılayıb.
AXCP sədri tərəfdarları önündə çıxış edərək saxlanılmasını qanunsuz adlandırıb.
Ə.Kərimli bəyan edib ki, tezliklə KİV üçün daha ətraflı məlumat yayılacaq.*** 11:57
Muxalifet - 19-11-2018
ABŞ Konqresindən Qaşıqçı cinayəti ilə bağlı birmənalı açıqlama: “Qətl əmrini vəliəhd şahzadə verib”
Qaşıqçının qətli ilə bağlı bir sıra Konqres üzvləri açıqlama verib.
Kaliforniya nümayəndəsi Demokrat Adam Schiff, “İran bizim düşmənimizdir və Səudiyyə Ərəbistanı, İrana qarşı olduğu üçün bizim üçün əhəmiyyətlidir. Amma bu, Səudiyyə Ərəbistanını bizim dostumuz etməz, dostlarımız jurnalist öldürməz” deyə söyləyib.Muxalifet3 - 19-11-2018
BAKIDA ŞOK OLAY: İş adamını girov götürdülər, cinsi əlaqəyə təhrik etdilər
Adam oğurluğu, şantaj və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən Bakı şəhər sakinləri – Əzizbala Rəcəbov və onun qardaşı Saleh Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az Hurriyyet.org-a istinaden xəbər verir ki, Əzizbala Rəcəbov qardaşı Saleh Rəcəbov ilə 30 iyun 2015-ci il tarixdə, saat 16 radələrində birgə kənd təsərrüfatı mallarının alqı-satqısı ilə məşğul olduğu şəriki Nəsimi Babayevi (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) aldadıblar.Muxalifet - 19-11-2018
“Qırmız Beretlilər” Afrində əməliyyata başladı: QULDUR DƏSTƏSİ TƏSLİM OLDU
Türk Xüsusi Təyinatlı Qüvvələrinə bağlı birliklər ilə onlara dəstək verən Azad Suriya Ordusunun (ASO) qüvvələri dünən sübh çağı “Zeytun Budağı” Hərəkatı ilə PYD/YPG-dən təmizlənən Afrində xalqa zülm və qəsb edən cinayət şəbəkəsinə qarşı əməliyyata başlayıb.
ƏMƏLİYYAT KEÇİRİLİB
Muxalifet3 - 19-11-2018
Bakıda QƏTL: Masajçı qadın kirayə qaldığı evdə öldürüldü
Bakıda masajçı qadını kirayə qaldığı evdə öldürən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanılıb.Muxalifet - 19-11-2018
Azərbaycanlı qız verilişə elə paltarda gəldi ki... - FOTO
"Dəb mənəm” verilişinin iştirakçısı geyimi ilə gündəm yaradıb. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, uzun müddətdir səbirsizliklə gözlənilən "Dəb mənəm” verilişi artıq yayıma başlayıb. Proqramın ilk buraxılışı şənbə günü efirə gedib. Aysu Bədəlova adlı iştirakçı dekolteli geyimi ilə verilişə damğa vurub. Verilişin münsifləri: modelyer Gülnarə Xəlilova, stilsit Elnur Həsənov və Səhər Əkbər Aysu Bədəlovanın geyimi bəyənmədiyni və çox açıq olduğunu deyib. ATV-də yayımlanan "Dəb mənəm” verilişinin iştirakçısının yarıçılpaq geyimi ilə efirə çıxması müzakirələrə səbəb olub.
Muxalifet - 19-11-2018
Bakı sakini güllələnib – Qardaşına xəsarət yetirilib
oyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
S.Quliyevin vəziyyəti orta-ağır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Muxalifet - 19-11-2018
Tribunada Türk bayrağını yandırdılar!
Yunanıstan ilə Estoniya arasında oynanan futbol matçında Yunan azarkeşlər, tribunada Türk bayrağını yandırıb.
Yunanıstan ilə Estoniya milli komandaları UEFA Millətlər Liqası çərçivəsində qarşı-qarşıya gəlib. Estoniyanın Yunanıstanı 1-0 məğlub etdiyi matçda Yunan azarkeşlər böyük bir qalmaqal yaradaraq, məğlubiyyətin acısını Türkiyə bayrağından çıxıblar.Muxalifet3 - 19-11-2018
Bakıda marşrut avtobusu işıqforda 3 maşını vurdu - ÖLƏN VAR
Bakıda marşrut avtobusu qəza törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumatına görə, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 19-11-2018
"ABŞ səfiri özünü işğalçı ordunun zabiti kimi aparır" - Keçmiş baş nazir
“N” TV telekanalına açıqlama verən Almaniyanın keçmiş Sosial Demokrat Partiyasından olan baş naziri Gerhard Şröder, ABŞ-ın Almaniyadakı səfirinin Alman hökumətinə əmr verici açıqlamalarını, Vaşinqtonun ticarət siyasətlərini və Avropaya qarşı tutduğu işğalçı mövqeyi sərt dillə tənqid edib.
“Bizə işğal edilmiş bir ölkə kimi rəftar edilməsinə dözə bilmərik" deyən Şröder, "Amerika səfirinin etdiklərini müşahidə edərkən, özünü ABŞ-ın hegemon bir ölkədəki səfiri kimi deyil, işğalçı ordunun zabiti kimi gördüyü qənaətinə gəlirəm" deyib.
Muxalifet3 - 19-11-2018
BDU-ya yeni rektor kim təyin olunub? - RƏSMİ AÇIQLAMA
Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlara münasibət bildirib. Muxalifet.az xəbər verir ki, universitetdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu təhsil müəssisəsinə rektor təyin edilməsi barədə yayılan məlumatlar düzgün deyil. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir.
Muxalifet - 19-11-2018
Ermənistanda daha bir hərbçi öldü
Ermənistanın Geğarkunik vilayətində baş verən yol qəzasında bir hərbçi ölüb.
Azvision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, “Opel Astra” markalı avtomobil yol kənarındakı maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.
A. Karapetyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqavilə ilə xidmət edən hərbi qulluqçu olub. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-11-2018