Axtarış
The search found 105857 results in 0.176 seconds.
Search results
ABŞ-la Çin arasında gərginlik: Bəyannamə imzalanmadı
Asiya Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində ABŞ ilə Çin arasındakı münaqişə ilə bağlı liderlər yekun bəyannamə üzərində razılıq əldə etməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sammitə ev sahibliyi edən Papua Yeni Qvineyanın Baş naziri Peter Onil verib.
Onil bütün dünyanın ABŞ ilə Çin arasında yaşanan gərginlikdən dolayı narahat olduğunu bildirib.
Qeyd edək ki, Sakit okean ölkələri arasında son 29 ildə ilk dəfə bir sammitdə bəyannamə imzalanmayıb.
Muxalifet3 - 18-11-2018
Hindistanda dəhşətli avtobus qəzası: 12 ölü, 13 yaralı
Hindistanın Uttarakxand ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, hadisə Uttarkaşi rayonunda baş verib. Qəza nəticəsində 10 nəfər hadisə yerində, 2 nəfər isə xəstaxanada keçinib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Muxalifet3 - 18-11-2018
Millətlər Liqası: Dünya ikincisi məğlub oldu
UEFA Millətlər Liqasının qrup mərhələsində İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, matç ingilislərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 57-ci dəqiqəsində Andrey Kramariç son Dünya Çempionatının finalçısı Xorvatiyanı önə keçirib. İngiltərə bu qola 78-ci dəqiqədə Linqard ilə cavab verib. 7 dəqiqə sonra isə Herri Keyn qələbə topunu vurub.
Günün digər maraqlı matçında isə saat 23:45-də İsveçrə və Belçika yığmaları üz-üzə gələcəklər.
Muxalifet3 - 18-11-2018
İslam ölkəsində hərbi maşın partladıldı: ölənlər var
Pakistanın Bəlucistan əyalətində hərbi maşına hücum edilib.
Muxalifet.az xəbər verir ki, əyalətin Ketta şəhərində hərbi maşının keçdiyi vaxt yola quraşdırılmış bombanın partladılması nəticəsində 3 əsgər həlak olub, 4-ü yaralanıb.
Hələ ki, heç bir qruplaşma teraktın məsuliyyətini üzərinə götürməyib.
Muxalifet3 - 18-11-2018
Əgər ayaqlarınızda qıcolma varsa, MÜTLƏQ OXUYUN!
Yəqin ki, hər biriniz heç olmasa bir dəfə də olsa ayaq qıcolması keçirmisiniz. Son zamanlarda bir çox insanlarda müşahidə edilən qıcolmaların səbəbləri də müxtəlifdir. Muxalifet.az medicina.az-a istinadən bir çoxlarını narahat edən ayaq qıcolmalarının səbəblərini çatdırır: Ayaq qıcolması əsasən 10 saniyədən 15 dəq-dək davam edən ayaq əzələsinin tonusunun qəfil artması nəticəsində meydana çıxan haldır. Ən çox ayağın baldır əzələlərində müşahidə edilir. Səbəbi isə baldır əzələlərinin ürəkdən mərkəzi sinir sistemində uzaqda yerləşməsidir.
Muxalifet3 - 18-11-2018
Türkiyədən ABŞ-ın təxribatı ilə bağlı bəyanat: Tarazlıq pozulacaq
ABŞ-ın "Ekson mobil" şirkətinin Kipr adası sahillərində karbohidrogen axtarmağa başlamasına Türkiyədən növbəti reaksiya verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bəyanat verib.
Adanın yalnız bir tərəfə deyil, hər iki tərəfə aid olduğunu xatırladan Aksoy sözügedən addımın həll prosesində tarazlığı pozacağını söyləyib:
"Biz Cənubi Kipr rəhbərliyini birtərəfli karbohidrogen fəaliyyətini dayandırması istiqamətində xəbərdarlıq etmişdik".
Muxalifet3 - 18-11-2018
Afinada tələbələr ayağa qalxdı: 20 nəfər saxlanıldı
Dünən Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər.
Muxalifet.az xəbər verir ki, aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu şəhərlərində baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və molotov kokteyli atıb, polis isə sis bombalarından istifadə edib.
Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.Muxalifet3 - 18-11-2018
Makrondan Avropaya çağırış: Bunun qarşısını almalıyıq
Avropa daha güclü və daha müstəqil olmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
"Avropa öz müdafiəsi və təhlükəsizliyi üçün ciddi tədbirlər görməlidir. Xüsusən Almaniya və Fransa dünyanın xaosa sürüklənməsinin qarşısını almalıdır", - Makron bildirib.
Muxalifet3 - 18-11-2018
ABŞ-da fəxri vətəndaşlıq alan azərbaycanlı: Azərbaycan üçün...
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova Amerikaya 10 günlük səfəri başa vuraraq vətənə dönüb. Amerikada rəsmilər və senatorlarla görüşlər keçirən, Senata seçkilərdə müşahidəçi kimi iştirak edən, Nebraska ştatının fəxri vətəndaşı adını alan G. Səfərova yeni musavat -a müsahibəsində səfər təəssüratlarını bölüşüb.
- Günel xanım, Amerika səfərindən yeni dönmüsünüz. Orada çox vacib görüşləriniz və uğurlarınız olub. Əvvəlcə, ondan başlayaq ki, bu səfər necə baş tutdu? ABŞ-a ilk səfəriniz idimi?Muxalifet3 - 18-11-2018
Tikritdə terakt: 2 ölü, 17 yaralı
İraqın Tikrit şəhərində bomba quraşdırılmış maşınla təşkil edilən hücum nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Tikrit polisi məlumat yayıb.
Polis şəhərin mərkəzində bomba yüklü maşının partladıldığını bildirib.
Hələ ki, heç bir qruplaşma teraktın məsuliyyətini üzərinə götürməyib.
Muxalifet3 - 18-11-2018
“Parlamentdə evə ehtiyacı olanlar var...” - Deputat
Deputatların maaşlarının artırılmasına, bəlkə də, ehtiyac yoxdur. Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaja səbəb olur. Amma onların müavinətlərinin artırılması yaxşı olardı.
Muxalifet3 - 18-11-2018
Peskov: "Türk axını" populist layihə deyil...
"Türk axını" populist layihə deyil, həm Türkiyə, həm də Avropanın yararına olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov "Türk axını" layihəsinin Türkiyə iqtisadiyyatının inkişafına, Avropanın enerji təhlükəsizliyinin qorunmasına yardımçı olacağını deyib.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda sözügedən layihənin dəniz hissəsinin tamamlanması münasibətilə konfransda bir araya gələcək.
Muxalifet3 - 18-11-2018
Bu ölkə məktəblərdə baş örtüyünü qadağan edir
Avstriyada koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq (ÖVP) və Avstriya Azadlıq (FPÖ) partiyaları ibtidai məktəblərdə baş örtüyünü qadağan etmək niyyətindədir. Bu məqsədlə yaxın günlərdə ölkə parlamentində müvafiq təşəbbüs ərizəsi təqdim ediləcək.
Muxalifet3 - 18-11-2018
Türkiyənin matçı haqda şok iddia: Hakim mənə dedi ki...
İsveç millisinin futbolçusu Markus Berq Türkiyə yığması ilə matçdan sonra sensasion açıqlama ilə çıxış edib.
Muxalifet.az xəbər verir ki, futbolçu matçı idarə edən hakimin onların lehinə penalti təyin edəcəyi ilə bağlı söz verdiyini deyib:
"Birinci hissədən sonra rumın hakim Kovasa dedim ki, mənə qarşı kobudluq oldu, penalti verməli idin. O da bildirdi ki, həmin epizodu izləyəcəm, əgər həqiqətən penalti idisə, ikinci hissədə sizin lehinizə 11 metrlik cərimə zərbəsi təyin edəcəyəm".Muxalifet3 - 18-11-2018
Nazir açıqladı: Avropa ordusu necə olacaq?
Ümumavropa ordusu gərginlik yaranacağı halda Avropanın maraqlarını müdafiə etmək üçün lazımdır.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen danışıb.
“Ümumavropa ordusu yalnız birlikdə təlim keçmiş əsgərlərə və yaxşı təchizata deyil, eyni zamanda Avropanın maraqlarını müdafiə edəcək siyasi iradəyə malik olmalıdır”, - nazir bildirib.
Muxalifet3 - 18-11-2018
“Bu əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olacaqlar...” – Millət vəkili
"Son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayı xeyli çoxalıb".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın rəsmi səhifəsinə verdiyi müsahibədə bildirib.
O bildirib ki, pensiyaçıların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər Milli Məclisi və komitəni daim düşündürür:
Muxalifet3 - 18-11-2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüdü
Bolqarıstanı yeni kütləvi etiraz aksiyaları bürüyüb.
Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxaraq hökuməti istefaya çağırıblar.
Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.
Ölkənin daxili işlər naziri Mladen Marinov bildirib ki, aksiyaların dinc şəraitdə keçirilməsi təmin edilib.
Muxalifet3 - 18-11-2018
Rusiyada atışma: çempion Qvardiya əməkdaşını öldürüldü
Rusiya Qvardiyasının əməkdaşının öldürülməsində şübhəli sayılan şəxs əlbəyaxa döyüş üzrə dünya çempionudur.
RİA-nın yaydığı məlumata görə, hazırda adı açıqlanmayan çempion reanimasiyaya yerləşdirilib. Onun yanına adam buraxılmır, buna görə də müstəntiqlər onu sorğu-sual edə bilməyiblər.
İdmançıdan əlavə hadisə yerindən qaçan daha iki şübhəlinin şəxsiyyəti müəyyənləşib və onların axtarışlarına başlanılıb.
Muxalifet3 - 18-11-2018
Ərdəbildə məşhur zavod bağlandı: 2 min insan...
Güney Azərbaycanda Ərdəbil Artavil Təkər Zavodu maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə müəssisənin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Güney Azərbaycanın ən böyük təkər istehsalçısı olan müəssisədə çalışan 2 min işçi fabrikin bağlanması nəticəsində iş yerini itirib.
Fəaliyyətini dayandıran müəssisənin bir çox işçinin əməkhaqqını ödəyə bilmədiyi qeyd edilib.
Muxalifet3 - 18-11-2018
Millimizi Kosovoda MÖHTƏŞƏM qarşılama: Tükləri BİZ-BİZ EDƏN GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacağı Kosovo ilə matç üçün Priştina şəhərinə yola düşüb.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, millimizi Priştinada cəmi bir azarkeş qarşılayıb.
O, tək olmasına baxmayaraq, şövqlə Azərbaycanı və millini tərif edən mahnılar, şüarlar oxuyub, yığmanın üzvləri ilə salamlaşıb.
Həmin anın görüntülərini təqdim edirik:Muxalifet - 19-11-2018