Axtarış

The search found 105857 results in 0.152 seconds.

Search results

  1. ​Sabah bu ərazidə işıq olmayacaq

    Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Yeni Saray qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan 14:30-a qədər elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Muxalifet.az-a Azərişıq ASC-dən məlumat verilib. Yaranmış narahatçılığa görə Azərişıq ASC istehlakçılardan üzr istəyir.

    Muxalifet - 20-11-2018

  2. BIR QRUP ƏDLİYYƏ ƏMƏKDAŞNA GENERAL RÜTBƏSİ VERİLDİ – Sərəncam

    Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
    Sərəncamla Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
    Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova
    Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

    Muxalifet - 20-11-2018

  3. Paşinyan Azərbaycanda tutulan diversanta görə qəzəbləndi - “NƏYƏ GÖRƏ KARAPETYANA GÖRƏ YOLU KƏSMİRLƏR? YETİMDİR, ONA GÖRƏ?...

    Azərbaycana keçərkən yaxalanan erməni diversantı, Ermənistanın Tavuş vilayətinin Berdavan kənd sakini Karen Kazaryanın yaxınlarının və həmkəndlilərinin onun azad edilməsi tələbi ilə keçirdikləri aksiyalar baş nazir Nikol Paşinyanı qəzəbləndirib.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu gün noyabrın 20-də keçirdiyi mətbuat konfransında Kazaryanın məsələsi haqda danışıb. Deyib ki, Kazaryanın qohumlarının onunla görüşmək istədiyi haqda məlumat alıb. Və tapşırıb ki, bu görüşü təşki etsinlər.

    Muxalifet - 20-11-2018

  4. ​Baş nazir Mario Raffaelli ilə görüşüb - 25 ildən sonra Bakı səfəri

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 20-də italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.

    Muxalifet - 20-11-2018

  5. ​Paşinyan Azərbaycana silah satan Belarusdan - İzahat tələb edir

    Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan noyabrın 12-də Belarus prezidenti Lukaşenkonun Azərbaycan səfiri ilə görüşündə səsləndirdiyi bəyanatlara reaksiya verib.
    Lukaşenko Lətif Qəndilovla görüşündə Paşinyanın hakimiyyətdə sadəcə situasiyanı ələ almaq üçün olduğunu, keçid dövründə olan Ermənistan üçün Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik etməyin çox ağır yük olduğunu və öhdəsindən gəlib-gəlməyəcəyinə əmin olmadığını ifadə etmişdi. 

    Muxalifet - 20-11-2018

  6. Belarus HHM - Düşmən ordusu üçün aşılmaz sədd

    “Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi ilə Azərbaycan Müdafiə Nazirliyi arasında silah və Hava Hücumundan Müdafiə avadanlıqlarının təchiz edilməsində əməkdaşlığın inkişafı haqqında Anlaşma Memorandumunun imzalanması sensasiya hesab edilə bilməz. Bu, Minsk ilə Bakı arasında uzun illərdir davam edən əməkdaşlığın tərkib hissəsidir”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Berlin Azad Universitetinin siyasi elmlər doktoru, Ostroqorski Mərkəzinin (Minsk-London) analitiki Sergey Boqdan bildirib.

    Muxalifet4 - 20-11-2018

  7. ​Lavrov Rusiya-ABŞ əlaqələrindəki SİRRİ AÇIQLADI: Onlar Trampın...

    Rusiya ilə münasibətlərin qaydaya salınması üzrə ABŞ prezidenti Donald Trampın istənilən addımları dağıdıcı yanaşmaya tərəfdar olan şəxslər tərəfindən bloklanır.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu beynəlxalq işlər üzrə Rusiya Şurasının ümumi yığıncağında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    Muxalifet - 20-11-2018

  8. Dəhşətli yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı

    Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.

    Muxalifet.az report-a istinadın xəbər verir ki, onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.

    N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

    Muxalifet4 - 20-11-2018

  9. "Evimizin qabağındakı dükana 300 manat borcum var" - DEPUTAT

    Gürcüstanda 600 min şəxsin banklara 500 milyon dollardan artıq borcu bağlanacaq. Azərbaycanda da manatın devalvasiyasından sonra banklara borcu olanlara dövlətin güzəşt etməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb, hətta işin araşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilib. Amma hər dəfə KM bankların xeyrinə qərar verib. Gürcüstan borcluların kreditini silə bilirsə, Azərbaycan niyə oxşar addım atmır?

    Muxalifet4 - 20-11-2018

  10. ​Rusiyadan Türkiyəyə ÇAĞIRIŞ: “Problemi dərhal həll eləməliyik”

    Muxalifet.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan Rusiyanın Soçi şəhərində rəsmi səfərdədirlər. Onlar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Soçi sammitindən sonra İdlibdə mövcud olan vəziyyəti və ümumilikdə Suriya problemini müzakirə ediblər.
    Rusiya Federasiyasının müdafiə naziri S.Şoyqu Suriyada mövcud olan vəziyyətin “problemlərin müzakirə edilməsini və dərhal həll edilməsini” tələb elədiyini bildirib.

    Muxalifet - 20-11-2018

  11. "Banklara beş min manata qədər olan borclar silinməlidir" - İqtisadçı hökumətə səsləndi

    "Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə hələ də əlavə faizlər hesablayır və cərirmələr kəsir”.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

    Muxalifet4 - 20-11-2018

  12. ​Vergi islahatlarının “tacı” : Gəlir vergisinin ləğvi nə verəcək – TƏHLİL

    Hələ bir neçə il öncə yazdığım şərhdə məcburi dövlət sosial sığorta ödəmələri üzrə mövcud yükün (3% işçi, 22% əməkhaqqı fondu) işçi ilə işəgötürən arasında ədalətli bölünməsini təmin etmək üçün yeganə çıxış yolunun məhz fiziki şəxslərdən gəlir vergisini azaltmaqdan ibarət olduğunu qeyd etmişdim. Çünki bunun digər yolu əməkhaqqlarının yüksəldilməsi ola bilərdi ki, bu da real deyil.

    Muxalifet - 20-11-2018

  13. ​Noyabrın 21-nə MANATIN MƏZƏNNƏSİ

    Noyabrın 21-nə manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 21.11.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il noyabrın 20-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 20-11-2018

  14. ​Feysbuk və İnstaqram çökdü

    Bir neçə dəqiqədir ki, Feysbuk və İntaqrama girişdə problem yaranıb.
    Axar.az xəbər verir ki, sosial şəbəkələrdə səhifəni yeniləyərkən “Bölməni yeniləmək mümkün olmadı” – sözləri yazılır.

    Muxalifet - 20-11-2018

  15. “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

    Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. Hazırda “Nar” ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub.

    Muxalifet4 - 20-11-2018

  16. ​Azərbaycan vətəndaşının ayaqqabısından narkotik vasitə çıxıb

    İrandan qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb. 
    Bu barədə “Reprot”a DGK-dan məlumat verilib.

    Muxalifet - 20-11-2018

  17. "Real"dan iki nəhəng transfer həmləsi - İngiltərənin iki ulduzunu alacaq

    İspaniya nəhəngi “Real Madrid” Markos Raşford (Mançester Yunayted) və Kristian Erikseni (Tottenhem) transfer etmək üçün xəzinəsinin ağzını açıb.
    Klub bu iki transfer üçün 90 milyon funt-sterlinqindən keçməyə hazırdır.
    La Liqada yaxşı günlər keçirməyən komanda üstünlüyü İngiltərənin Millətlər Liqası çərçivəsində Xorvatiya ilə matçında meydançada ikən bəyəndiyi Raşforda verir. Madrid kralı Raşfrod üçün 50 milyon funtundan keçəcək.
    “İnter”ə getmək istəyən Luka Modriçin yerini doldurmağa çalışan “Kral Klubu” danimarkalı Eriksen üçünsə 40 milyon funt ayırıb.

    Muxalifet - 20-11-2018

  18. ​İraq Suriyaya zərbə endirdi - 40 terrorçu zərərsizləşdirildi

    İraq Silahlı Qüvvələri Suriyadakı İŞİD mövqelərinə hava zərbələri endirib. Nəticədə 40 terrorçu və onlara məxsus obyektlər məhv edilib.
    Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, İraqın F-16 qırıcı təyyarələri İŞİD-in silah anbarının yerləşdiyi obyekti dağıdıblar. Hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. 

    Muxalifet - 20-11-2018

  19. Putinin bu sözləri Qərbi SİLKƏLƏYƏCƏK: 2021-ci ilə kimi...

    “Silahlı qüvvələrin genişmiqyaslı yenidən təchizatı strateji pariteti saxlamağa imkan verəcək və Rusiyanı xarici təhlükələrdən qoruyacaq.
    Muxalifet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Soçidə hərbi mövzu üzrə müşavirədə bildirib.
    Onun sözlərinə görə, 2021-ci ilə kimi orduda və donanmada müasir silah və texnikanın payı ən azı 70 faiz təşkil etməlidir. Putin qeyd edib ki, qoşunların genişmiqyaslı yenidən təchizatı ordu qarşısında dayanan məsələlərin kompleks həll etməyə imkan verəcək.

    Muxalifet - 20-11-2018

  20. ​Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi

    Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqosu və rəsmi internet səhifəsi (www.sosial.gov.az) təqdim edilib.
    Tədbirdə bildirilib ki, nazirliyin rəsmi internet saytının adı dəyişdirilib. Artıq vətəndaşlar sosial.gov.az saytına girməklə nazirliyin fəaliyyəti ilə tanış ola bilərlər.
    Sayt Xüsusi Dövlət Mühafizə Xidmətinin auditinə verilib. Yaxın günlərdə istifadəyə veriləcək./"Qafqazinfo"/

    Muxalifet - 20-11-2018

Pages