Axtarış

The search found 105857 results in 0.109 seconds.

Search results

  1. ​Prezidentin general rütbəsi verdiyi xidmət rəisi kimdir?

    Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
    Muxalifet.az xəbər verir ki, Ceyhun Həsənov 5 dekabr 1962-ci ildə Salyanda anadan olub. 1981-83-cü illərdə orduda xidmət edib.
    1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
    2004-06-da Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləyib.

    Muxalifet3 - 20-11-2018

  2. ​Qızıl-gümüş bazarında vəziyyət necədir?

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 20-də qızılın qiyməti noyabrın 19-u ilə müqayisədə 4,471 manat artaraq 1 unsiya üçün 2078,1055 manat təşkil edib.
    Gümüş 0,0142 manat bahalaşaraq 1 unsiya üçün 24,4588 manata bərabər olub.
    Platinin qiyməti 12,988 manat artaraq 1448,519 manat, palladiumun qiyməti isə 26,3415 manat azalaraq 1984,546 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 20-11-2018

  3. ​AMEA-da 500-ə yaxın magistr və doktorantın yataqxana problemi yaranıb

    Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yataqxanada yerləşdirməyə ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var.
    Muxalifet.az xəbər verir ki, bunu akademiyadan Trend-ə bildiriblər.
    Əlavə edilib ki, həmin şəxslər imkan olduqca AMEA-nın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanasında yaşayış yeri ilə təmin olunacaqlar.
    Yataqxanadakı otaqlar boşaldıqdan sonra orada subay magistr və doktorantların yaşayış yeri ilə təmin olunması üçün zəruri şərait yaradılacaq, daha sonra magistr və doktorantlar oraya köçürüləcək.

    Muxalifet3 - 20-11-2018

  4. ​Azərbaycanda 3 qurum birləşdirilir - Super nazirlik yaradılır

    Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib. 

    Muxalifet.az  xəbər verir ki, bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. 

    Muxalifet3 - 20-11-2018

  5. ​Bakıda direktor döyüldü: xəstəxanaya yerləşdirildi

    Bakıda məktəb direktoruna xəsarət yetirilib. Muxalifet.az report-a istinadən xəbər verir ki, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb. Hadisə zamanı o, ciddi xəsarət alıb. T.Mirzəliyev xəstəxanaya yerləşdirilib. Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

    Muxalifet3 - 20-11-2018

  6. ​Konqres Ər-Riyada qarşı istədiyi qərarı verə bilər - Tramp

    Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti barədə məlumata sahib ola bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Qaşıqçı cinayəti barədə bəyanat verən ABŞ Prezidenti Donald Tramp bildirib.
    "Kəşfiyyat təşkilatımız Qaşıqçının öldürülməsinə dair bütün məlumatları araşdırmağa davam edir. Bu faciəvi hadisə ilə əlaqədar vəliəhd məlumat sahibi ola bilər", - Tramp deyib.

    Muxalifet3 - 20-11-2018

  7. ​Çavuşoğlu Pompeo ilə görüşdü: 45 dəqiqəlik müzakirə...

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş baş tutub.
    Muxalifet.az xəbər verir ki, Dövlət Departamentində keçirilən görüş 45 dəqiqə davam edib.
    Rəsmilər regional və ikitərəfli münasibətləri, səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra davam edən prosesləri müzakirə ediblər.
     

    Muxalifet3 - 20-11-2018

  8. ​Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır

    Avropa İttifaqı Gürcüstana 231 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.
     
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
     
    Məlumatda bildirilir ki, bu barədə saziş noyabrın 21-də Avropa İttifaqının üzvləri ilə Gürcüstan hökumət nümayəndələri arasında Brüsseldə keçiriləcək görüşdə imzalanacaq.
     

    Muxalifet4 - 21-11-2018

  9. ABŞ PKK-ya yeni silah və dərman göndərdi

    PKK-nın Qəndildəki eterrorçubaşları Murad Karayılan, Cəmil Bayık və Duran Qalxanının başına 12 milyon dollar mükafat qoyan Amerika, digər tərəfdən də Qəndilə növbəti silah və tibbi ləvazimat göndərərək qeyri səmimi  və ikiüzlü olduqlarını ortaya qoudular. Alınan məlumata görə, İraqın şimalındakı Süleymaniyyə Hava Limanına enən Amerikan yük təyyarələrində olan silah və tibbi ləvazimatlar əvvəl Ərbilə göndərilib. Daha sonra buradan da PKK/PYD üçün paylaşma aparılıb.
     

    Muxalifet3 - 21-11-2018

  10. PKK. Süleyman Şahın məzarını TERROR DÜŞƏRGƏSİNƏ ÇEVİRDİLƏR

    Suriyanın Rakka şəhərində yerləşən Caber Qalası, ABŞ-ın himayəsi ilə rayonu işğal edən PKK terror təşkilatının düşərgəsinə çevrilib. 1921-ci il Ankara Sazişi çərçivəsində Türkiyə torpağı kimi qəbul edilən Caber Qalası, eyni zamanda 9 əsr boyunca Süleyman Şahın məzarının yerləşdiyi yer olma xüsusiyyəti daşıyır. Buranı 2018 ilin yayında əvvəl qərargaha çevirən PKK, sonra Caber Qalasını təlim mərkəzi halına gətirib.
     

    Muxalifet3 - 21-11-2018

  11. ​AZƏRBAYCANDA QIZLARI OLAN AİLƏLƏRƏ ŞAD XƏBƏR

    Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir.
    Trend-in məlumatına görə, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

    Muxalifet - 21-11-2018

  12. Bakıda binada qaz sobası yanğına səbəb oldu: təxliyə edilənlər var

    Bakıda hündürmərtəbəli binada qaz sobasının partlaması nəticəsində yanğın olub.
    FHN-dən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 21-11-2018

  13. ÜST malyariya ilə mübarizə planını təqdim edib – «Heç kim malyariyadan ölməməlidir»

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada malyariya ilə yeni mübarizə planını təqdim edib. Bu barədə ÜST-nın bazar ertəsi yaydığı bəyanatda söhbət açılır.

    Muxalifet - 21-11-2018

  14. Səudiyyədə qazan qaynayır: HƏRƏKƏTƏ KEÇDİLƏR

    Səudiyyə Kral ailəsinin bəzi üzvləri, vəliəhd şahzadə Məhəmməd bin Salmanın növbəti kral olmaması üçün hərəkətə keçib. Bu məqsədlə ölkə içində və xaricində fəaliyyət göstərən müxalif qrupun yeni kral namizədi isə mövcud kral Salman bin Əbdüləzizin qardaşı şahzadə Əhməd bin Əbdüləzizdir. Müxalif qrupa Səudiyyə tayfa üzvlərindən, təhlükəsizlik orqanlarından və Qərb ölkələrindən də dəstək verilir.
     

    Muxalifet3 - 21-11-2018

  15. Paşinyan Kremlə meydan oxudu: “Bizimlə hamı hesablaşacaq!..”

    İrəvanın davakar və riskli ritorikasının arxasındakı səbəblər; erməni baş nazir əvəzi seçkiöncəsi “va-bank” gedir...

    Azərbaycan prezidenti İlham Əliyevin Belarusa son uğurlu səfəri işğalçı Ermənistana növbəti “tərs şillə” kimi dəyib. Ən azı 3 səbəbdən.

    Muxalifet - 21-11-2018

  16. ​Balakəndə ağır yol QƏZASI - ölən var

    Balakən ölümlə nəticələnən yol qəzası olub.
    “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə gecə saat 1 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
    1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda yaşayan Ülvi Mütəllim oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. O, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Ü.Əliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

    Muxalifet - 21-11-2018

  17. Hacıyevlərlə bağlı yeni məlumatlar

    Cahangir Hacıyev xanımı barədə məhkəmədə nə demişdi?

    Muxalifet - 21-11-2018

  18. Trampa çox ağır sözlər! “Səudiyyənin susmaq üçün verdiyi pul...”

    “Vaşinqton Post” qəzetinin müəllifi və icraçı direktoru Fred Ryan, ABŞ prezidenti Donald Trampın Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair bu gün verdiyi açıqlamaya sərt reaksiya göstərib.

    Muxalifet3 - 21-11-2018

  19. ABŞ müharibənin fitilini yandırdı! Dünyanı sarsıdan xəbər

    Ağ Evin iqtisadi məsləhətçilər şurasının sədri Kevin Hassett, Çinin Dünya Ticarət Təşkilatından (DTT) çıxarılmasının gündəmə gələ biləcəyini deyib.
     
    BBC-yə açıqlama verən Hassett, Çinin bir DTT üzvü kimi pis niyyətli davrandığını deyib.
    Hassett, BBC-yə müsahibəsində həmçinin prezident Trampın beynəlxalq ticarətdə sərt oynamaq strategiyasının həyata keçirdiyini də bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 21-11-2018

  20. ​Metroda TƏHLÜKƏLİ ANLAR: Maşinist iki vaqonun arasına düşdü

    Noyabrın 19-u səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.
    Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

    Muxalifet - 21-11-2018

Pages