Axtarış
The search found 105857 results in 0.123 seconds.
Search results
"Mən pulu rüşvət kimi qəbul etməmişəm" - HƏBS EDİLƏN GÖMRÜK POLKOVNİKİ
Dövlət Gömrük Komitəsinin sabiq polkovniki hakim qarşısına çıxarılıb.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilərək həbs edilən Natiq İmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Muxalifet4 - 21-11-2018
Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum etdi - 4 NƏFƏR YARALANDI - FOTO
Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.
Muxalifet4 - 21-11-2018
Avropa Birliyində “İtaliya” böhranı
Avropa Birliyində İtaliya ilə bağlı kritik bir vəziyyət yaranıb.
Avropa İttifaqı İtaliyanın 2019 il büdcəsini qəbul etməyərək rədd edib. Belə bir vəziyyət Avropa Birliyi daxilində İtaliya ilə bağlı siyasi böhran yaradıb.
Müxalifət.az
Muxalifet3 - 21-11-2018
Seçicilər deputatı axtarır, o isə... – ŞAHİN İSMAYILOV HAQQINDA ŞOK İDDİALAR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 21-11-2018
ABEL MƏHƏRRƏMOVUN MİLYONLUQ MÜLKLƏRİ VƏ… – Bu akademik də villabaz imiş! (Yeniləndi)
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun noyabrın 15-də gözlənilmədən və qeyri-adi səbəblər üzündən vəzifəsindən azad olunması gündəmin ən əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Yarımrəsmi (Hökumət TV və digər KİV-ləri tərəfindən tirajlanan) versiyaya görə, A.Məhərrəmov İspaniyada dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl möhkəm içib, Allahşükür Paşazadə ilə mübahisə etdiyinə və bu zaman bəzi siyasi səhvlərə yol verdiyinə görə ali rəhbərliyin qəzəbinə gəlib. İnandırıcı olan və olmayan bir xeyli başqa iddialar da var.
Muxalifet4 - 21-11-2018
Rusiyadan ABŞ-a qarşı sərt açıqlama
ABŞ-ın "Suriyaya qeyri-qanuni neft xətti quraraq terrorizmə maliyyə qaynağı təmin etdiyi"ni iddiası ilə bəzi Rusiya firmaları və bir Rusiya vətəndaşını sanksiya siyahısına salmasından sonra Rusiyadan çox sərt reaksiya verilib.
Rusiya XİN-dən edilən yazılı açıqlamada, Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarının artıraraq davam etdirdiyi qeyd olunub.
Rutin hala gəldi
Muxalifet3 - 21-11-2018
81 yaşlı erməni özünü Rusiya səfirliyinin qarşısında yandırdı
Ermənistanın 81 yaşlı vətəndaşı Nəriman Muradyan Rusiyanın İrəvandakı səfirliyi önündə özünü yandıraraq intihara cəhd edib.
Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, insident ötən gün baş verib. Belə ki, Tavuş əyalətinin sakini olan qoca kişi əlində benzin doldurulmuş butulka və kibritlə səfirliyin binası önünə gələrək özünü yandırmaq istəyib.
Lakin hadisə yerinə gələn polis intihar cəhdinin qarşısını ala bilib. Daha sonra Muradyan polis məntəqəsinə aparılıb.Muxalifet4 - 21-11-2018
Nazir aktyorun direktoru döyməsinə münasibətini AÇIQLADI
Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, nazir qeyd olunan halın ümumilikdə Azərbaycan cəmiyyəti üçün nadir hadisə olduğunu bildirib.Muxalifet4 - 21-11-2018
İcra başçısı deputatdan 30 min manat rüşvət istəyib? – ASİF ƏSGƏROV HAQDA SENSASİON İTTİHAM
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 21-11-2018
Çoxmənzilli binaların idarə edilməsi qaydalarını pozanlar cəzalanadırılacaq - CƏRİMƏLƏR
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Muxalifet4 - 21-11-2018
Bakıda daha bir avtobus qəzası - 3 NƏFƏR XƏSARƏT ALDI
Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.
Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "DAEWO" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Muxalifet4 - 21-11-2018
Bakıda tanınmış özəl klinika cərimələndi - Vətəndaşa təyin olunan diaqnoz digər klinikalarda təkzib olunub
Bakı Apellyasiya Məhkəməsi Avropa Məhkəməsinin qərarına istinad edərək özəl klinikanı cərimələyib.
“İnsan haqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsi üzrə pozitiv öhdəliklər dövlətdən tələb edir ki, xəstəxanaları pasiyentlərin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə məcbur edən hüquqi aktlar qəbul etsin. Dövlətin borcudur ki, xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və tibb işçilərinin məsuliyyətini müəyyən etməkdən ötrü səmərəli məhkəmə sistemi təşkil etsin”, – bu, Avropa Məhkəməsinin qərarındandır.
Muxalifet4 - 21-11-2018
"Oğlumun vəziyyəti ağırdır" - DÖYÜLƏN DİREKTORUN ATASI DANIŞDI
Oğlumun vəziyyəti yaxşı deyil, güclü ağrıları var.
Muxalifet.az xəbər verir ki, bu sözləri oxu.az-a ötən gün aktyor Rza Rzayev tərəfindən döyüldüyü iddia edilən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin atası deyib.
O bildirib ki, hazırda Tural Mirzəliyev ciddi həkim nəzarətində saxlanılır:
Muxalifet4 - 21-11-2018
Abel Məhərrəmovun şərab çəlləklərində daha kimlər “boğulacaq”? – KEÇMİŞ REKTOR HAQQINDA ŞOK XƏBƏRLƏR
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 21-11-2018
Xarici tələbələr üçün təhsil haqqı 16 dəfə qaldırıldı
Fransa hökuməti xarici tələbələr üçün təhsil haqqını artırıb.
Ölkədəki minlərlə xarici tələbə bakalavr səviyyəsində indiyə qədər ödədiyi 170 avro təhsil haqqı əvəzinə 2770 avro, magistr və doktorluq səviyyəsində isə 243 avro əvəzinə 3770 avro ödəməli olacaq.
İndiyədək təhsil haqqı digər ölkələrdən aşağı olduğu üçün Fransa ildə 300 min xarici tələbə qəbul edib və bu göstərici ilə dünyada dördüncü yerdə qərarlaşıb.
Muxalifet4 - 21-11-2018
Sabirabadda 380 nəfəri kişi, 300 nəfər qadın BU İŞ ÜÇÜN BİRLƏŞDİ
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsinə uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad rayonu birlik istehsal kooperativi” yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına ümumilikdə 1100 ha torpaq sahəsi verilib.
Kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adam başına 1.25 hektar torpaq sahəsi düşür.
Muxalifet4 - 21-11-2018
Dünya gücləri “S-400”-ləri niyə alır? – Almanlardan İNANILMAZ İDDİA
Rusiyanın “S-400” zenit-raket kompleksləri dünya silah bazarında “ixracat hiti”nə çevrilib.
Bu haqda Almaniyanın “Die Welt” qəzeti yazıb.
Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il “S-400”-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.Muxalifet - 21-11-2018
İki uşaq anası intim fotoları ilə şantaj edildi - BAKIDA ŞOK HADİSƏ
Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az xəbər verir ki, Faiq Qasımov tanışı Səidə Paşayevanı haqqında rüsvayedici məlumatları (onunla cinsi əlaqədə olmasına dair fotoşəkilləri) yaymaqla hədələyib.
Muxalifet - 21-11-2018
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv olundu
Gürcüstan Milli Təhlükəsizlik Şurası ləğv olunub. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili konstitusiyaya müvafiq dəyişiklikləri imzalayıb.
Yeni prezidentin inauqurasiyasından sonra qüvvəyə minəcək dəyişikliklərə əsasən, dövlət başçısı yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.
Gürcüstan Prezidentinin parlament üzrə nümayəndəsi Ana Natsvlişvili bildirib ki, G.Marqvelaşvilinin çoxsaylı müraciətlərinə baxmayaraq, Milli Təhlükəsizlik Şurasına alternativ orqan yaradılmayıb.
Muxalifet4 - 21-11-2018
Azərbaycanda bu bələdiyyələrin adları DƏYİŞDİRİLİR
Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.
Bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir.Muxalifet - 21-11-2018