Axtarış

The search found 105857 results in 0.184 seconds.

Search results

  1. ​İnternetdə “Abel” şərablarının onlayn satışı təşkil olunub – BU MƏHSULUN ABEL MƏHƏRRƏMOVLA NƏ KİMİ BAĞLANTISI VAR?

    Ukraynanın nüfuzlu onlayn (online) alqı-satqı saytlarında “Abel Mendoza” adlı şərab məhsulu satılır. Muxalifet.az-ın əməkdaşlarının internetdə apardığı araşdırma nəticəsində məlum olub ki, qiyməti 2513 qrivna (təxminən 153 AZN) olan bu şərabın alıcılara müxtəlif növləri - beş qırmızı və beş ağ növü - təqdim olunur.

    Muxalifet4 - 21-11-2018

  2. ​Sabiq nazir vəfat etdi

    Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
    Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, Nəriman Həbib oğlu Yusifov indiki Ermənistanın ərazisində qalmış qədim Azərbaycan torpağında, Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.

    Muxalifet3 - 21-11-2018

  3. ​Maşın bazarında qiymətlər dəyişir - Səbəb

    2019-cu ildən Azərbaycana xaricdən gətirilən avtomobillərə gömrük rüsumu artırılır. Bu qərarın avtomobil bazarına təsirsiz ötüşməyəcəyi gözlənilir.
    Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı modern.az -a danışan iqtisadçı ekspert Rəşad Həsənov təsirlərin əvvəlcədən məlum olduğunu deyib:

    Muxalifet3 - 21-11-2018

  4. ​ABŞ Türkiyənin narahatlığını anladı: Suriyada...

    Türkiyənin narahatlığına görə Suriyanın şimalında bir neçə nöqtədə müşahidə məntəqələri yaradılacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib.
     

    Muxalifet3 - 21-11-2018

  5. Azərbaycanda kimlərin kredit borcları silinə bilər - ekspert rəyi

    Rəşad Həsənov: “Dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir”

    Muxalifet - 22-11-2018

  6. ​ABŞ-a görə bu ÜÇ ÖLKƏ bombalanacaq: İranın MÜHARİBƏ PLANI MƏLUM OLDU

    İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib.
    Muxalifet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, iranlı general ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin, Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin uçuş məsafəsində olduğunu açıqlayıb.

    Muxalifet - 22-11-2018

  7. İŞĞALÇI ORDUDA ANARXİYA: Paşinyanın oğlu yemək tapmır, atası isə...

    Ermənistanın baş nazir əvəzi şokda; Moskvadan isə daha bir xəbərdarlıq gəldi; “İrəvan bizə şərt diktə edə bilməz, Paşinyanın söylədikləri boşunadır...”

    Ötən həftə Bakıda Belarusun Azərbaycandakı səfirini qəbul edən prezident İlham Əliyev diplomatla söhbət zamanı belə bir ifadə işlətmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) problem varsa da, bu, elə Ermənistanın özüdür. İrəvandan gələn xəbərlər, “Rus NATO-su” ətrafında davam edən müzakirələr bunu bir daha sübut edir.

    Muxalifet - 22-11-2018

  8. Fikrət Məmmədov: Son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz...

    Son 15 ildə Penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

    Muxalifet - 22-11-2018

  9. Vəliəhd şahzadəsi ilə bağlı İddiaya ilk rəsmi açıqlama

    Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, Camal Qaşıqçı cinayəti səbəbi ilə kral ailəsində bəzi şəxslərin vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxma zamanının dəyişdirilməsini təklif etdikləri istiqamətində çıxan xəbərlərə təpki göstərib. Səid ibni Cübeyr, bu iddialar haqqında, "Şok edici və yolverilməzdir" deyib.
     
    Cubeyr, bu fikirləri  ABŞ mərkəzli bir xəbər kanalına verdiyi müsahibədə bildirib.

    Muxalifet3 - 22-11-2018

  10. DEPUTATDAN RÜŞVƏT TƏLƏB EDƏN İCRA BAŞÇISI – Adil Əliyev bu ünvandakı obyektinə qapı açdırmaq istəyib…

    “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”

    Muxalifet - 22-11-2018

  11. Trampın adı da Qaşıqcı cinayətinə qarışdı

    Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın, 2016-cı ildə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün Səudiyyə rəhbərliyinin peşəsini yerinə yetirməyi qadağan etdiyi və həbs olunmamaq üçün ABŞ-a gəldiyi bildirilib.
     
    ABŞ mediasında yer alan məlumatın, ABŞ Dövlət Departamentinin 2017-ci il üçün İnsan Haqları Hesabatının Səudiyyə Ərəbistanı hissəsində də yer alması diqqəti çəkib.
     
     HƏR MÖVZUDA QADAĞAN OLUNDU
     

    Muxalifet3 - 22-11-2018

  12. ​Nəinki müalicə edir, hətta ömrü uzadır - Xərçəngə qarşı UNİVERSAL VASİTƏ

    Qida əlavəsi kimi istifadə olunan mannoza şəkəri xərçəngin müxtəlif tiplərindən əziyyət çəkən siçanlarda bədxassəli şişlərin artmasını yavaşlada və kimyaterapiyanın effektini gücləndirə bilir.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, “EurekAlert”-in press-relizə görə, bu qənətə Böyük Britaniyanın Xərçəng Tədqiqatı İnstitutunun alimləri gəliblər.

    Muxalifet - 22-11-2018

  13. Səudiyyə Ərəbistanından yeni mesaj: ƏDALƏT İSTƏYİRİK

    CNBC televiziyasına açıqlama verən Səudiyyə Ərəbistanının xarixi işlər naziri el-Cubeyr, "Dəlilləri görmədən, faktları bilmədən Səudiyyə Ərəbistanını günahkar elan etdilər. Bu o gündən bəri davam edir. Mediada, Türkiyə və Qətər informasiya agentliklərindən gələn və kral ailəsinə qarşı olan sızıntıları gördük. Səudiyyə Kralığına qarşı atılan çoxsaylı ittihamlar görürük, amma heç biri həqiqəti əks etdirmir" deyə bildirib.
     

    Muxalifet3 - 22-11-2018

  14. ​Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri vəfat etdi

    Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general-polkovnik İqor Korobov vəfat edib.
    Open.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Putin tərəfindən 2017-ci ildə vəzifəyə gətirilən vəzifə başına gətirilən Korobov 62 yaşında dünyasını dəyişib.
    Onun uzun müddətdir davam edən ağır xəstəlikdən həyatını itirdiyi bildirilib.

    Muxalifet - 22-11-2018

  15. Eldar Əzizovdan baş direktora SƏRT CƏZA: SON XƏBƏRDARLIQ EDİLDİ

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Yaşıllaşdırma Departamentinin baş direktoru Vaqif Novruzovu cəzalandırıb. Şəhər meri parklarda və digər yaşıllıq ərazilərində bitkilərə düzgün qulluq edilməməsi səbəbindən baş direktor barəsində şiddətli töhmət elan edilib. V.Novruzova işində dönüş yaratması ilə bağlı sonuncu xəbərdarlıq edilib./Publika.az

    Muxalifet - 22-11-2018

  16. XOŞQƏDƏMİN VERİLİŞİNDƏ ANA OLMAQ İSTƏYƏN 50 YAŞLI QADINI BİABIR ETİLƏR – VİDEO

    Ötən gün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verənlər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

    Muxalifet - 22-11-2018

  17. Səfər Mehdiyevdən YENİ TƏYİNAT: İstintaq İdarəsinə rəis təyin etdi

    Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
    Muxalifet.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük xidməti polkovniki Ülvi Zülfüqarovun Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunması haqda əmr imzalayıb.
    Qeyd edək ki, Səfər Mehdiyevin sədr təyin olunmasından sonra Gömrük Komitəsinin rəhbər heyətinin yenidən formalaşdırılması prosesi gedir.

    Muxalifet - 22-11-2018

  18. ​Bakıda yük maşını qəza törətdi - daşıdığı qum yola dağıldı

    Bakıda ağırtonnajlı maşın qəza törədib.
    Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 08:40 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.
    Moskva prospektindən üzü şəhər istiqamətinə hərəkət edən yük avtomobili 20 Yanvar körpüsündəki beton maneəyə dəyib. Təkərləri partlayan maşının yük yerində olan qum yola dağılıb.
    Hadisə nəticəsində sözügedən prospektdən üzü şəhər istiqamətinə olan yolda avtomobillər arasında sıxlıq yaranıb. Şahidlərin bildirdiyinə görə, qəza yerinə yol polisi də cəlb olunub.

    Muxalifet - 22-11-2018

  19. ​Türkiyədə DƏHŞƏTLİ QƏZA: cənazə maşını aşdı - 7 ölü

    Türkiyənin Malatya bölgəsinin Darende mahalında ağır yol qəzası baş verib.
    Muxalifet.az xəbər verir ki, mikroavtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində aşan nəqliyyat vasitəsində 7 nəfər dünyasını dəyişib, 15 nəfər yaralanıb.
    Hadisə yerinə çox sayda təcili tibbi yardım dəstəsi göndərilib. Mikroavtobusda İstanbuldan Malatyaya cənazə aparılırmış.

    Muxalifet - 22-11-2018

  20. Azərbaycan Prezidentinin Aşqabadda rəsmi qarşılanma mərasimi olub

    Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

    "Report" xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

    Muxalifet - 22-11-2018

Pages