Axtarış

The search found 105857 results in 0.135 seconds.

Search results

  1. ​Bakıda qaynını çəkiclə öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

    Bakıda qayınını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
    Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Məhkəmə baxışı noybarın 29-a təyin edilib.

    Muxalifet - 22-11-2018

  2. Məktəblərdə “yeni təhsil, firəvan həyat tərzi” adı altında soyğunçuluq siyasəti

    Son illər uşaq baxçalarının, orta məktəblərin və universitetlərin “özəl sektor”a çevrilməsi sayəsində əməlli-başlı biznes şəbəkəsi çiçəklənməkdədir. Bu “obyektlər”in sahibləri istədikləri məzənnəni günün standartına çevirmək məharətlərini göstərmək üçün sanki “Olimpiya Marafonu”na çıxıblar. Apardığımız müşahidələr əsasında onu deyə bilərik ki, özəl təhsil sektoru sosial-iqtisadi durumu nəzərə alıb, bəzən bu prosesdən məharətlə faydalanaraq, ilbəil təhsil haqlarını artırır. Halbuki, ədalətli sosial siyasət yürüdən demokratik ölkələrdə təhsil sektoru pulsuzdur.

    Muxalifet4 - 22-11-2018

  3. Çavuşoğlundan “Camal Qaşıqçı” açıqlaması

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Camal Qaşıqçı cinayətinə münasibət bildirib.
     
    Qaşıqçı cinayəti ilə bağlı verilən suala, Çavuşoğlu, "Cinayəti törədənlər Türkiyədə də mühakimə olunmalıdır” deyə cavab verib.

    Muxalifet3 - 22-11-2018

  4. ​Hüseyn Bolt Türkiyəyə TRANSFER EDİLİR: "Sivasspor"dan rəsmi açıqlama - YENİLƏNDİ

    Yamaykalı sprinter və futbolçu Hüseyn Boltun transferi ilə “Sivasspor” klubundan açıqlama gəlib.
    Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, Sivas təmsilçisi 32 yaşlı dünya rekordçusunun transferi ilə maraqlandıqları iddiasını yalanlayıb.
    Klub prezidentinin vəkili Ərdal Sarılar Anadolui Agentliyinə verdiyi açıqlamada Hüseyn Bolt ilə danışıqlar aparmalarına dair çıxan iddiaların əsilsiz olduğunu bildirib. Vəkil deyib ki, “Sivasspor” altetizm klubu deyil:

    Muxalifet - 22-11-2018

  5. Daha 304 şəhid varisinə 11 min manat veriləcək

    Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

    Muxalifet4 - 22-11-2018

  6. ​KEÇMİŞ İCRA BAŞÇISI: “Danışsam, Zaurun, Xoşqədəmin dilində qalacam”

    Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov təqaüdə çıxıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Mia.az-a açıqlama verən Tofiq Zeynalov hazırda istirahət etdiyini deyib:
    “Qoca kişiyəm, hazırda təqaüddəyəm. Allah prezidentimizə can sağlığı versin. İşdən çıxardı, pensiyaya çıxdım. Öz torpağım var. Orada işlərim var onu görürəm. Üzümçülüklə məşğulam, böyük alma bağım var.
    Boş vaxtlarımda xarici televiziyaları izləyirəm. Rusiya kanalllarını, “Euronews”u izləyirəm. Dünyada baş verən proseslərlə maraqlanıram.

    Muxalifet - 22-11-2018

  7. ​DƏHŞƏT: Qatar uşağın ÜSTÜNDƏN KEÇDİ - Video

    Hindistanda ağlasığmaz hadisə yaşanıb. Qatar uşağın üstündən keçib.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bir anda baş verib. Uşaq anasının qucağından bir anda qatar relsinin üzərinə qaçıb. Həmin anda qatar stansiyaya daxil olub.
    Qatar uşağın üstündən keçsə də, o sağ qalıb.Ən qəribəsi uşağın burnunun belə qanamamasıdır.

    Muxalifet - 22-11-2018

  8. "İcra başçıları bizim razılığımız olmadan fiziki və hüquqi şəxslərə torpaqlar ayırır" - KOMİTƏ SƏDRİ

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov REAL TV-ə müsahibə verib. Komitə sədri əmlak idarəçiliyi ilə bağlı sualları cavablandırıb.

    Muxalifet.az müsahibəni oxucularına təqdim edir:

    - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır?

    Muxalifet4 - 22-11-2018

  9. ​Türkiyədən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: torpaqları...

    “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir”.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
    Kalın qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

    Muxalifet - 22-11-2018

  10. Ərdoğan vəliəhd şahzadəylə görüşəcəkmi? – RƏSMİ AÇIQLAMA

    Türkiyənin Prezident Sarayından verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın, Argentinadakı G-20 Sammitində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşməyəcəyi bildirilib.
     
    Xatırladaq ki, az öncə yenə də Türkiyə prezidentinin sözçüsünün adından prezident Ərdoğanın Səudiyyə vəliəhdi ilə görüşə biləcəyi qeyd edilmişdi. Və görüşün mümkünlüyü prezidentin proqramının sıxlığı ilə əlaqələndirilmişdi. Ancaq son anda görüşün olmayacağı ilə bağlı birmənalı fikir bildirildi. Bu isə ortada hansısa anlaşılmazlığın olduğunu göstərdi.

    Muxalifet3 - 22-11-2018

  11. Azərbaycanlı aparıcı bu görüntüsünə görə İŞDƏN QOVULDU - VİDEO

    ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə "Qafqazinfo"-nun sorğusuna cavab olaraq televiziyadan bildirilib.
    Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib.

    Muxalifet - 22-11-2018

  12. ​Gürcülərdən Azərbaycanda DƏHŞƏTLİ ƏMƏLLƏR: evinə girdi, arvadına...

    Azərbaycanda adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunan Gürcüstan vətəndaşları Giorgi Gatenadze, Teimurazi Kobakhidze, Mogeli Gelaşvili və Rafaeli Xubelaşvilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Giorgi Gatenadze Azərbaycan paytaxtında həmyerliləri Teimurazi Kobakhidze, Mogeli Gelaşvili və Rafaeli Xubelaşvili ilə birlikdə mütəşəkkil dəstə qurub. Onlar Bakıda sifarişlə adam oğurluğu, işgəncə vermə və digər ağır cinayətlər törədiblər.

    Gürcü bandası

    Muxalifet - 22-11-2018

  13. ​Türkiyədə dollar şoku bitdi - Kritik səviyyə...

    Türkiyə lirəsi ABŞ dolları qarşısında bir az da güclənib.
    Muxalifet.az xəbər verir ki, hazırda 1 ABŞ dolları 5.28 lirəyə, 1 avro isə 6.04 lirəyə satılır.
    Buna səbəb kimi dolların dünya bazarında zəifləməsi göstərilir.
    Ekspertlər dolların zəifləməsinin davam edəcəyini proqnozlaşdırır. Onlar hətta lirənin daha da güclənəcəyini, 1 dolların 5.10 lirəyə bərabər olacağını ehtimal edirlər.
    Qeyd edək ki, Türkiyədə dolların 5,3-ə qalxması "kritik səviyyə" hesab olunurdu.

    Muxalifet - 22-11-2018

  14. ​Prezidentin Türkmənistana rəsmi səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri noyabrın 22-də başa çatıb.

    Muxalifet - 22-11-2018

  15. Avropa Birliyində yeni siyasi böhran

    Avropa İttifaqı və London rəhbərliyi arasında aparılan gərgin danışıqlar çərçivəsində “Brexit-dən” sonra münasibətləri tənzimləyəcək layihə sənəddə razılığa gəlinib. Ancaq, İspaniya Cəbəllütariqlə bağlı qeyri-müəyyənlik səbəbindən, müqaviləni ratifikasiya etməyəcəyini bildirib.
     
    “Reuters” xəbər agentliyinə danışan İspan diplomatik mənbələr, Madrid rəhbərliyinin Cəbəllütariqlə bağlı qeyri-müəyyənlik səbəbindən “Brexit” müqaviləsini təsdiq etməyəcəyini bəyan edib.

    Muxalifet3 - 22-11-2018

  16. Azərbaycanın Avropa təhsilli nazirləri – “Harvard”, “Sorbonna”, “Birminhem”...

    Son dövrlər qərb təhsilli kadrların yüksək dövlət vəzifələrinə təyinatına tez-tez rast gəlirik. Onların arasında nazirlər, xidmət rəhbərləri, yüksək rütbəli məmurlar və digərləri var.

    Muxalifet - 22-11-2018

  17. ​İNGİLTƏRƏ ORDUSU "BREKSİT" XAOSUNA QARŞI

    Muxalifet.az xəbər verir ki, İngiltərə ordusu ölkənin Avropa İttifaqından heç bir razılaşma əldə edilmədən çıxması və bunun ölkədə xaos yaratması ehtimalına qarşı hərəkətə keçib.
    İngiltərə ordusunun hökumətdən gizli şəkildə aparıldığı bildirilən “Operation Temperer” adı verilen əməliyyatı ilə ölkədəki mümkün "Breksit" xaosunun qarşısını almaq niyyətində olduğu xəbəri yayılıb. “Operation Temperer” mümkün böyük terror hücumu təhdidinə qarşı minlərlə ağır silahlı hərbinin küçələrə çıxaraq təhlükəsizliyi təmin eləməsi planı olaraq hazırlanıb.

    Muxalifet - 22-11-2018

  18. “Nar"-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

    Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayında və müştəri məmnuniyyətində sürətli artım müşahidə olunur. Son 10 ayda müştəri loyallığı indeksi 20%, internet məmnuniyyəti indeksi isə 23% artıb. Abunəçilərin fikrinə əsasən, “Nar” ən yaxşı internet qiymətləri təklif edən mobil operatordur.

    Muxalifet4 - 22-11-2018

  19. İngilis nazir ağzından qaçırdı: ““Brexit” Türkiyə tələsidir”

    İngiltərənin “Daily Telegraph” qəzeti, Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hunt-un keçən həftə baş nazir Teresa Mey-i Avropa Birliyindən çıxış (Brexit) müqaviləsi mövzusunda xəbərdar etdiyini və Brüssel ilə üzərində razılaşdırılmış mətni "Türkiyə tələsi" adlandırdığını səciyyələndiyini yazıb. Qəzet xəbəri manşetindən verib.
     

    Muxalifet3 - 22-11-2018

  20. Paşinyanın erməni homoseksuala iltifatı: “Onun gözləri...” - BİABIRÇILIQ

    “Ermənistanda gey-paradın keçirilməsi ətrafında ehtiraslar qızışır. Xüsusilə 9 dekabrda keçiriləcək növbədənkənar seçkilərdən öncə bu məsələ ətrafında qalmaqal yaranıb. Baş nazir vəzifəsini əvəz edən Nikol Paşinyan isə homoseksualizmin anlaşılmaz izahını verdi və bununla öz siyasi imicini zərbə altına qoydu”.
    Bu barədə rusiyalı jurnalist Sergey Dorenko “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.
    Dorenko Paşinyanın Parisdəki mehmanxanada rastlaşdığı hadisəni danışmasını xatırladıb.
    Paşinyan deyib ki, Parisdə ona bir erməni oğlan qəhvə verirdi.

    Muxalifet - 22-11-2018

Pages