Axtarış

The search found 105857 results in 0.158 seconds.

Search results

  1. Leyla Əliyeva Mehriban Əliyevanın gəlinlik GÖRÜNTÜSÜNÜ YAYDI - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram səhifəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gəlinlik fotosunu paylaşıb.
    Muxalifet.az xəbər verir ki, birinci xanımın toy fotosu maraq doğurub.
    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev Mehriban Əliyeva ilə 1983-cü ildə ailə qurub.

    Muxalifet3 - 22-11-2018

  2. ​Britaniya ilə Avropadan növbəti Breksit razılığı...

    Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Breksitdən sonrakı dövrdə əlaqələrə dair sazişin və Siyasi Bəyannamənin layihəsi üzrə razılıq əldə ediblər. Beləliklə, bu həftənin sonunda Londonun Brüsseldən ayrılması barədə yekun sənədlərin imzalanması ərəfəsində bütün maneələr aradan qalxıb.

    Muxalifet3 - 22-11-2018

  3. ​“Koroğlu” saxlanıldı - Tehranda

    Güney Azərbaycandan olan milli-mədəni fəal Kazim Səfayi (Koroğlu) Tehranda saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, fəal paytaxt Tehrana “Traktor” futbol klubu ilə “Perspolis”in oyununu izləmək üçün gəlib.
    Kazım Səfayinin hansı ittiham əsasında saxlanıldığı məlum deyil. O, İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
    “Traktor”-“Perspolis” görüşü noyabrın 25-də baş tutacaq.
     

    Muxalifet3 - 22-11-2018

  4. ​Gömrük Komitəsinə 3 milyarda yaxın vəsait daxil oldu

    2018-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 978 milyon 496 min manat təşkil edib.
    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 754 milyon 738 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 43 milyon 404 min manat, aksizlər üzrə 148 milyon 294 min manat, yol vergisi üzrə isə 32 milyon 59 min manat təşkil edib.
     

    Muxalifet3 - 22-11-2018

  5. ​Direktor olmaq istəyənlərin nəzərinə— Tələblər dəyişdi

    Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.
    Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
    M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.

    Muxalifet3 - 22-11-2018

  6. ​Trampdan ŞOK AÇIQLAMA: Dünya məsuliyyət daşıyır...

    ABŞ Prezidenti Donald Trampın jurnalistin Camal Qaşıqçı ilə bağlı sualına verdiyi qəribə cavab hər kəsin təəccübünə səbəb olub.
    Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri vəliəhd Məhəmməd bin Salmanı bu cinayətdən dolayı ittiham etmək üçün yetərincə dəlilin olmadığını bildirib.
    “Bin Salman bəlkə də cinayəti öncədən bilirdi, bəlkə də yox... Bəlkə də bütün dünya buna görə məsuliyyət daşımalıdır. Çünki dünya kirli bir yerdir”, - deyə Tramp bildirib.
     

    Muxalifet3 - 22-11-2018

  7. ​Səudiyyə Ərəbistanında daşqınlar nəticəsində 35 nəfər ölüb

    Səudiyyə Ərəbistanında leysan yağışlar nəticəsində əmələ gələn sel və daşqınlarda ölənlərin sayı 35-ə çatıb.
    Muxalifet.az xəbər verir ki, ölüm halları krallığın 10 müxtəlif bölgəsində qeydə alınıb.
    Yağışlar nəticəsində ən çox insan Məkkədə ölüb - 11 nəfər.
    Bildirilir ki, sel və daşqınların olduğu bölgələrdən 4 min insan təxliyə edilib.
     

    Muxalifet3 - 22-11-2018

  8. ​Ərini öldürən qadın dəlixanaya göndəriləcək

    Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Muxalifet.az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib.
    O, bu səbəbdən T. Vəliyeva barəsində tibbi ekspertiza keçirilməsini istəyib. 

    Muxalifet3 - 22-11-2018

  9. ​Məşhur türkiyəli aşpaz bu dəfə Kadırovu təəccübləndirdi - FOTO

    “Salt Bae” ləqəbli türkiyəli aşpaz Nüsrət Gökçə Çeçenistan rəhbəri Ramzan Kadırov üçün yemək hazırlayıb. 
    Muxalifet.az xəbər verir ki, ət xörəklərinə duz səpmək tərzi ilə məşhurlaşan aşpazın hazırladığı yeməyi Kadırova təqdim etməsinin görüntüləri yayılıb. 
    Fotodan görünür ki, Gökçə özünəməxsus şəkildə ət tikəsini bıçağa sancaraq Kadırova uzadır. 
     

    Muxalifet3 - 22-11-2018

  10. ​Azərbaycandan Ukraynaya 260 kq heroin aparmaqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

    Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaqda təqsirləndirilən İmamverdi Ağayevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb. 
    Muxalifet.az xəbər verir ki, oxu.az-a bu barədə vəkil Hafiz Ələsgərov məlumat verib. 
    O deyib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilib. 

    Muxalifet3 - 22-11-2018

  11. ​Yaponiya Azərbaycanın mövqeyini dəstəkləyir - Nazir

    Yaponiya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
    Muxalifet.az xəbər verir ki, bunu Yaponiya imperatorunun 85 illiyi münasibətilə keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
    “Azərbaycanla Yaponiya arasında uzun illərdir dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz yüksək səviyyəli siyasi etimad əldə ediblər” – deyən M.Babayev Yaponiyanın Azərbaycanı beynəlxalq müstəvidə daim dəstəklədiyini dilə gətirib.

    Muxalifet3 - 22-11-2018

  12. ​Rusiya 3 deputatını bu qıza görə Türkiyəyə göndərir

    Rusiya Dövlət Dumasının deputat qrupu yetkinlik yaşına çatmayan qızın qanunsuz olaraq Türkiyədə saxlanılmasını araşdırmaq üçün bu ölkəyə göndəriləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Dumanın MDB məsələləri üzrə Komitəsinin sədr müavini Viktor Vodolatski deyib. O bildirib ki, komitə Türkiyə parlamentində həmkarları ilə görüşüb, bu məsələni aydınlaşdırmaq üçün deputat qrupu göndərilməsi barədə qərar verib.
    “Deputatlar bu problemi türk həmkarları ilə birgə aydınlaşdırmaq və qızı anasına geri qaytarmaq üçün gedəcəklər”, - Vodolatski deyib.

    Muxalifet3 - 22-11-2018

  13. PKK Kərkükdə at oynadır: Terrorçularla İsrailin iş birliyi

    İraqın Türkmən şəhəri Kərkükdə PKK varlığı artır. Mosulda İŞİD işğalı bəhanəsi ilə 2014 ildən bəri bölgəyə terrorçu göndərən PKK, İraqın şimalındakı varlığını İsrailin də dəstəyi ilə yeni bir mərhələyə qaldırıb.
     
    Sadəcə Kərkük şəhərinin mərkəzində 6 ayrı ofisi yerləşən terror təşkilatı, şəhər ətrafındakılarla birlikdə onlarla əlaqə idarəsinə sahibdir. Yerli mənbələrə görə, söz mövzusu PKK büroları, "Əl Aman” adı altında fəaliyyət göstərən İsrail şirkətləri üzərindən maliyələşdirilir.

    Muxalifet3 - 23-11-2018

  14. Qətərdən S. Ərəbistanı və Qaşıqçı mesajı!

     Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, “Qaşıqçı cinayətinin məsullarının hesab vermələri lazımdır” deyib.
     
    Al Sani, İtaliyanın paytaxtı Romada təşkil olunan MED-Ağdəniz Dialoq Forumunda jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlama verib.
    Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərə həyata keçirdikləri boykotu da tənqid edən Al Sani," 4 Ərəb ölkəsinin Qətərə qarşı boykotunun Qaşıqçı hadisəsindən sonra davam edib etməyəcəyini bilmirik " deyib.
     

    Muxalifet3 - 23-11-2018

  15. "Səudiyyə Ərəbistanı İsrailin qoruyucusudur" - TRAMP

    ABŞ prezidenti Donald Tramp, "Səudiyyə Ərəbistanı olmasaydı İsrailin başı dərddə olardı" deyib. Ər-Riyadın neft bazarındakı rolunu bir daha önə çıxaran Tramp, "Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı olmasını təmin edir. Qlobal bir böhran istəyirsinizsə, ən mühüm amil neft qiymətlərinin yüksəlməsidir" deyib.
     

    Muxalifet3 - 23-11-2018

  16. ​Prezidentdən ŞOK ETİRAF: Onları öldürməyə icazə verdim

    ABŞ prezidenti Donald Tramp ölkəsini yenidən təhdid edib.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, prezident miqrant böhranı səbəbiylə Meksika sərhədində inşa etməyi planlaşdırdığı divar üçün lazımı maliyyəni almayacağı halda, hökumətin işini dayandıracağını açıqlayıb.
    “Hökumətin fəaliyyətinin dayandırılması gündəmə gələ bilərmi? Divarın inşası da daxil olmaqla, sərhəd təhlükəsizliyi məsələsinə görə ola bilər”, - Tramp deyib.

    Muxalifet - 23-11-2018

  17. YPG terrorçuları ABŞ-ı təkzib etdi: ONLAR BİZİM LİDERİMİZDİR

    PKK/YPG-YƏ verdiyi silahlarla Fəratın şərqini hissələrə ayıran və terrorçuların PKK ilə əlaqəsini rədd edən ABŞ-ı bölgədəki müttəfiqi təkzib edib.

    Muxalifet3 - 23-11-2018

  18. ​Kim istəyirsə, öz orqanını sata bilər? – Deputatdan açıqlama

    Orqan transplantasiyası ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Məqsəd həm bu sahədəki boşluqları aradan qaldırmaq, həm də hər istəyən şəxsin öz daxili orqanını satmasının qarşısını almaq üçün nəzarət mexanizmini sərtləşdirməkdir.

    Muxalifet - 23-11-2018

  19. “Türkiyə ilə yeni dünya nizamını inşa edirik”

     Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEN), Rusiyanın Ankara səfirliyi, Rus-Türk İctimai Forumu, Ankara İldırım Beyazıt Universiteti və AK Partiya Xarici Əlaqələr rəhbərliyinin iş birliyi ilə "Rusiya-Türkiyə Münasibətləri: Gələcəyi Formalaşdırmaq" adlı forum keçirilib.
     

    Muxalifet3 - 23-11-2018

  20. Eldar Mahmudovun kompromatlarını Zamirə Hacıyeva Londonda gizlədə bilər – sensasion gəlişmə

    Həbsdəki sabiq bankir arvadının hədəfə gəlməsinin kökündə bu amil dayana bilər; Anar Mahmudovun Londonda təcili şirkət açması il gizli videolarla nə əlaqəsi? 

    Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Z.Hacıyevanın gözlənilmədən dinc həyatının bu cür dəyişməsi bir çox iddialara səbəb olub. Həmin versiyalardan biri də Z.Hacıyevanın qudası Eldar Mahmudovla sıx əlaqələrinin olması ilə bağlıdır.

    Muxalifet - 23-11-2018

Pages