Axtarış
The search found 105857 results in 0.18 seconds.
Search results
SENSASİYA: Cavid Qurbanov ölkədən milyonları bu yolla ofşora ötürürmüş... - ŞOK FAKTLAR / FOTOLAR
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədrini məlum “Panama Papers” qalmaqalı ilə nə bağlayıb?
Muxalifet4 - 23-11-2018
Putin Krımdadır
Rusiya prezidenti Vladimir Putin bu gün Dövlət Şurasının Rəyasət Heyətinin iclasının keçiriləcəyi Krıma səfərə gəlib. Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün prezident Krımdadır, o artıq gəlib”, - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Dövlət Şurasının Rəyasət Heyətinin iclası müzakirə formatında keçiriləcək.Muxalifet - 23-11-2018
Qəbələ sakinlərindən ov tüfəngləri götürüldü
Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Abrıx kənd və Niç qəsəbə sakinləri olan Elnur Mustafayev və Nəzər Əhmədovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-16” markalı ov tüfəngləri götürülüb.Muxalifet - 23-11-2018
Qanunsuz satılan toxumlar aşkarlandı
Rusiyada müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan və satışını reallaşdıran şirkətlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Agentlikdən verilən məlumata görə, müraciətdə Şəmkir rayonunda onlara məxsus əmtəə nişanı altında KURAJ F1 hibridinin saxta qablaşdırmada olan saxta toxumların satıldığı qeyd olunub.Muxalifet - 23-11-2018
ABŞ və Rusiya ordusu arasında döyüş oldu - RƏSMİ
Suriyada ABŞ və Rusiya hərbçiləri arasında döyüşlər baş verib.
Muxalifet.az xəbər verir ki, Rusiyanın “Russia Today” telekanalının ərəb xidmətinin məlumatına görə, bu haqda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Jeffri bildirib.
Jeffri hadisənin nə zaman baş verdiyini, yaxud da ölən və yaralananların olub-olmadığını söyləməyib.Muxalifet - 23-11-2018
“Hər ay bağçaya 20 manat verirlər, evə ac qayıdırlar” - Müəllimlə direktorun yemək davası
“Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir”.
Muxalifet.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib. Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb:
Muxalifet4 - 23-11-2018
Badamdar sürüşmə sahəsində TƏHLÜKƏ ARTIR- İri qaya parçası qopdu...
Badamdar sürüşmə sahəsində iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:
Muxalifet4 - 23-11-2018
Erməni “gey”: Ümidimiz Paşinyanadır
“Ermənistanda LGBT hüquqlarının qorunması yoxdur, bizim ümidimiz Nikol Paşinyanadır”.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu barədə homoseksual yazar, LGBT hüquqlarının müdafiəçisi kimi tanınan Nensi Agabiyan deyib.
Onun sözlərinə görə, Ermənistanda cəmiyyət homoseksuallara nifrət edir: “Onlar tez-tez gənclərin hücumuna məruz qalırlar. Son vaxtlar bir qədər yumşalma hiss olunur. Paşinyan uğurlu inqilab etdi və son dövrlərdə müəyyən irəliləyişlər müşahidə olunur. Bizim ümidimiz Paşinyanadır”.Muxalifet - 23-11-2018
Məşhur həmyerlimiz Rusiyada liderlik edir - Səsvermə
Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsində Surqut və Nijnevartovsk bölgəsində Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov liderlik edir.
Rusiyanın İctimai Palatasının rəsmi saytında səsvermədə artıq 1.6 milyondan çox vətəndaşın iştirak etdiyi bildirilib.
Ümumilikdə səsvermənin davam etdiyi müddət ərzində 47 hava limanına 124 şəxsin adının verilməsi barədə rəylər daxil olub.Muxalifet - 23-11-2018
Novxanıda qeyri-qanuni ibadət yeri aşkarlanıb
Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.
Muxalifet - 23-11-2018
Məcburi dövlət sosial sığorta haqqı azaldılır - Qanun DƏYİŞİR
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı qanunvericilik dəyişdirilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsi (Məcburi dövlət sosial sığorta haqqı) yeni redaksiyada təklif edilir.
Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı
14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.
14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.Muxalifet - 23-11-2018
Səudiyyə şahzadəsi indi yandı: BMT, betnəlxalq istintaqa yaşıl işıq yandırdı
Birləşmiş Millətlər Təşkilatından jurnalist Camal Qaşıqçı cinayətinə dair açıqlama verilib. BMT, Qaşıqçı üçün açılacaq beynəlxalq bir istintaqdan məmnuniyyət duyacağını bildirib.
BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Elizabet Throssell, Anadolu Agentliyinə Qaşıqçı cinayətinə dair münasibət bildirib.
Beynəlxalq ekspertlər daxil edilsin
Muxalifet3 - 23-11-2018
Xəzərdə balıqçılar köməksiz qaldı - Gəmi göndərildi
Xəzər dənizində 2 nəfər qayıqda köməksiz qalıb.
Muxalifet - 23-11-2018
“Qəndildəki terrorçubaşıyla Məclisdəki qalstukluların heç bir fərqi yoxdur” – Türk nazir
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Antalyada şəhid körpə Bədirxan Mustafa Karakaya Uşaq Bağçasının açılışında çıxış edib.
Çıxışında gündəmi qiymətləndirən nazir Soylu, terrorla mübarizədə qətiyyət mesajları verib.
Süleyman Soylu, "10 yaşlı qızların dağa çıxmasını əngəlləyə bilməsəm aldığım nəfəs mənə haram olsun. Qəndildəki terrorçubaşı Cəmil Bayık-la, Məclisdəki qalstukluların heç bir fərqi yoxdur" deyib.
Soylunun, Məclisdəki qalstuklular deyərkən, PKK-nın siyasi qolu olan HDP-çiləri nəzərdə tutduğu bildirilir.Muxalifet3 - 23-11-2018
Paşinyan oğluna görə Qarabağdakı hərbi hissələri yoxlatdırır
Oğlunun bir zəngi ilə Paşinyan Qarabağdakı hərbi hissələri yoxlatdırmağa başlayıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan keçirdiyi mətbuat konfransında orduda əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirib.Muxalifet - 23-11-2018
DTX və DİN birgə əməliyyat keçirdi - SUMQAYITDA
Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi qanunsuz dini fəaliyyətin qarşısını almaq məqsədi ilə birgə baxış keçirib.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bu barədə dövlət komitəsi məlumat yayıb.Muxalifet - 23-11-2018
ABŞ-ın hədəfindəki jurnalist danışdı: MƏNİ ÖLDÜRMƏK İSTƏYİRDİLƏR
Suriyadakı müharibəni ən yaxından izləyən şəxslərdən biri olan Amerikan əsilli jurnalist Bilal Əbdülkərim, ABŞ-ın onu öldürməyə təşəbbüs etdiyini bildirib.
“Mepanews”-un xəbərinə görə, müharibənin ilk illərindən etibarən ölkədə müxaliflərin, xalqın və döyüşçülərin səsinin dünyaya olduğu kimi çatdırılmasında mühüm rol oynayan Amerikalı jurnalist Əbdülkərim, ABŞ ilə yaşadığı sui-qəsd hadisəsini nəql edib.Muxalifet3 - 23-11-2018
“Bizdən bir azərbaycanlı 4 ev alıb”
Ölkəmizdə səfərdə olan İspaniyanın Blanca Real şirkətinin təmsilçisi Xavier de Hennin ölkəmizə gəlməklərinin səbəbini Fins.az-a açıqlayarkən bildirib ki, azərbaycanlı investor onların vasitəsi ilə İspaniyada müxtəlif yerlərdən 4 –dən çox ev alması onların şirkət olaraq ölkəmizə gəlməklərinə maraq yaradıb.
Şirkət rəsmisi nümayəndəsi olduğu Blance Realın əsasən İspaniyanın cənubunda Malaqada mənzillər və villalar təqdim etdiklərini bildidrdi.Muxalifet - 23-11-2018
Vəkil Aslan İsmayılova cəza verildi – MƏHKƏMƏ QƏRARI
Noyabrın 23-də Binəqədi rayon məhkəməsi hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri və 1500 manat da cərimə cəzası kəsilməsi barədə qərar çıxarıb.
Məhkəmənin qənaətinə görə, hüquqşünas xuliqanlıq etməkdə təqsirli bilinib.
Hökmə əsasən, A.İsmayılov onu təhqir etdiyinə görə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.Muxalifet3 - 23-11-2018
Prosineçki xəstəxanaya yerləşdirildi
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı mütəxəssis 23 noyabra keçən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, o, qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır.
Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib.Muxalifet3 - 23-11-2018