Axtarış

The search found 105857 results in 0.09 seconds.

Search results

  1. ​“Paşinyanın ərköyünlüyü Qarabağı itirməklə nəticələnəcək...” – Arkovdan AÇIQLAMA

    Ermənistanın yeni hökuməti Kremlə şantaj üçün sələflərinin taktikasından istifadə etməyə davam edir. Bu dəfə şantaj predmeti kimi KTMT seçilib. Öz bəyanatları və fəaliyyətləri ilə İrəvan bir neçə məqsədinə çatmaq istəyir.
    Bu sözləri açıqlamasında Rusiyanın hərbi-siyasi blokunda yaranan münaqişənin səbəbləri və həll yolları barədə danışan rus politoloq, “Politrus” analitik-informasiya portalının yaradıcısı və rəhbəri Vitali Arkov deyib.

    Muxalifet3 - 23-11-2018

  2. ​Lavrovdan Ər-Riyada Qaşıqçı ilə bağlı xəbərdarlıq...

    Səudiyyə Ərəbistanı öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı istintaqı tez bir zamanda sona çatdırmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    O, Moskvanın istintaqın nəticələrini gözlədiyini bəyan edib:
    “Səudiyyə hökumətinin istintaq apardığını, Türkiyə hökuməti ilə əməkdaşlıq etdiyini görürük. Yekun qərarın ən qısa zamanda açıqlanmasını istəyirik”.
     

    Muxalifet3 - 23-11-2018

  3. ​Britaniyada kral ailəsinə qoyulan qadağalar - Siyahı

    Böyük Britaniyada kral ailəsinin xanım üzvlərinin əməl etməli olduqları bir sıra qaydalar var.
    Muxalifet.az həmin qaydalardan bəzilərini təqdim edir:
    1. Kral ailəsinin qadınları parıltılı, qırmızı və tünd rəngli dodaq boyalarından istifadə edə bilməzlər. Onlar hər zaman mümkün qədər sadə makyajda olmalı, taxma kirpiklərdən istifadə etməməlidirlər. Çox tünd makyaj zövqsüzlük nümunəsi hesab edilir.
    2. Kral ailəsinin xanımlarının dırnaqları qısa olmalıdır. Şahzadələr tünd rəngli dırnaq boyalarından istifadə edə bilməzlər.

    Muxalifet3 - 23-11-2018

  4. ​Ədliyyə naziri beynəlxalq görüşlər keçirdi

    Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Türkiyənin ədliyyə naziri Abdulhamit Gül, Belarusun ədliyyə naziri Oleq Slijevski, Gürcüstanın ədliyyə nazirinin birinci müavini Mikheil Sarjveladze, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Georq Stava ölkəmizdə səfərdə olublar.

    Muxalifet3 - 23-11-2018

  5. ​Rusiya və İran Xəzərdə kruiz səfərlərinə başlayır

    Rusiya və İran Xəzərdə turizm potensialını inkişaf etdirmək üçün qarşılıqlı dəniz səfərlərinə başlamağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Nəqliyyat və Şəhərsalma naziri Məhəmməd Eslami deyib. “Rusiya Nəqliyyat naziri Ditrih ilə görüşdə birgə dəniz turizm xidmətinin fəaliyyətə başlması ilə bağlı müzakirə apardıq. Bu layihə çərçivəsində Rusiya və İran limanlarının potensialından istifadə edərək, qarşılıqlı şəkildə sərnişin daşıya biləcəyik. Hələlik bu məqsədlə İranda 2 liman hazır vəziyyətə gətirilib”, - deyə Eslami bildirib.

    Muxalifet3 - 23-11-2018

  6. ​Zərif açıqladı: Avropa qorxmasaydı, bunu edərdi...

    ABŞ-la yenidən nüvə müzakirələrinə başlamaq vaxt itkisidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
    O bildirib ki, ABŞ Prezidenti Donald Tramp etibar edilməyən şəxsdir:
    “Nə üçün güvənilməz bir müttəfiqlə vaxtımızı itirək? Avropalı müttəfiqlərimiz çəkinməsə, onlar da eyni qərarı qəbul edərdi”.
    Qeyd edək ki, D.Tramp may ayında ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını bəyan etmişdi.
     

    Muxalifet3 - 23-11-2018

  7. ​İran Səudiyyə gəmisini ələ keçirdi

    İran İslam İnqilabı Korpusuna məxsus qüvvələr Səudiyyə Ərəbistanına aid balıqçı gəmisini saxlayıb və göyərtədə olanları həbs edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Mizan agentliyi məlumat yayıb.
    Bildirilib ki, həbs edilən dənizçilərlə bağlı istintaq davam etdirilir.
    Onların sayı və şəxsiyyətləri açıqlanmır.
     

    Muxalifet3 - 23-11-2018

  8. ​Yaponiya sahilləri silkələndi - 5 bal

    Sakit okeanda, Yaponiyanın Fukusima prefekturasında 5,0 bal gücündə zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə Yaponiyanın Metereologiya İdarəsi məlumat yayıb. Zəlzələ ocağı 50 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanların 12 prefekturada, o cümlədə paytaxt Tokioda hiss edildiyi deyilib. Sunami təhlükəsi yoxdur, dağıntı və tələfat barədə informasiya verilmir.

    Muxalifet3 - 23-11-2018

  9. SON DƏQİQƏ: Röya ağır qəzaya düşdü

    Müğənni Röya avtomobil qəzasına düşüb.
    Muxalifet.az bakupost.az-a istinadən xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.
    Müğənninin HB Güvən klinikasına aparıldığı bildirilib.
    Klinikadan xəbəri təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib:
    "Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.
     

    Muxalifet3 - 23-11-2018

  10. ​Səudiyyədən qadınlara daha bir "yaşıl işıq"

    Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib.
    Muxalifet.az xəbər verir ki, sürücü-qadınlar yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.
    Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salmanın miqyaslı sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.
     

    Muxalifet3 - 23-11-2018

  11. ​FHN dənizdə köməksiz qalanları xilas etdi

    Hövsan yaxınlığında dənizdə köməksiz qalan şəxlərin xilas edilib.
    Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
    Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.
     

    Muxalifet3 - 23-11-2018

  12. ​Moskvadan Əsəd açıqlaması: Heç bir siyasi fiquru...

    Moskva Suriyada heç bir siyasi fiquru dəstəkləmir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “Bəşər Əsəd mövzusuna gəldikdə deməliyəm ki, biz Suriyada heç bir siyasi fiquru dəstəkləmirik. Suriyada həll prosesinin xalq tərəfindən müəyyən edilməsini əks etdirən və ölkənin gələcəyini təyinetmə haqqının sadəcə xalqa aid olduğunu bildirən BMT Təhlükəsizlik Şurasının qərarına və 2012-ci il Cenevrə bəyanatına hörmət edirik”, - deyə XİN rəhbəri bildirib.
     

    Muxalifet3 - 23-11-2018

  13. ​Gürcüstana gedən magistralda tıxac: Avtomobil yandı - Foto

    Zaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb.
    Muxalifet.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

    Muxalifet3 - 23-11-2018

  14. ​Dövlət qulluğunun inkişafına dair strategiya təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilib.

    Muxalifet3 - 23-11-2018

  15. ​Baş nazirdən ŞOK: Həzrəti İsa mövcud olmayıb

    Həzrəti İsa əslində var olmayıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pakistanın baş naziri İmran Xan iştirak etdiyi konfranslardan birində çıxışı zamanı deyib.
    O bildirib ki, tarix kitablarının heç birində İsa peyğəmbərdən bəhs edilmir.
    Baş nazirin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
    Onu savadsızlıqda ittiham ediblər.
     

    Muxalifet3 - 23-11-2018

  16. ​Bakıya giriş-çıxış bağlandı - Səbəb

    Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.
    Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, tıxac 2 saata yaxındır davam edir.
    20 yanvar dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub. Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən həmin yolda da maşınlar yalnız bir cərgə boyunca hərəkət etmək məcburiyyətində qalıb.

    Muxalifet3 - 23-11-2018

  17. ​Zeytun bağı hasara alındı - Eldar Əzizovdan reaksiya

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağacın olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb.
    Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org -a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.
    “Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”, - Bakı meriyasının mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

    Muxalifet3 - 23-11-2018

  18. ​Putin Həbibə nömrəsini verdi: Nə isə olsa, zəng et!

    Rusiya Prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib.
    Muxalifet.az bildirir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.
    O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.

    Muxalifet3 - 23-11-2018

  19. ​Qəzzada növbəti qarşıdurma: 12 fələstinli yaralandı

    Qəzza zolağında İsrail hərbçiləri ilə qarşıdurmada azı 12 fələstinli xəsarət alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Yaralılar arasında azyaşlının da olduğu deyilir.
     

    Muxalifet3 - 23-11-2018

  20. ​ABŞ Mosulu bombaladı: 14 İŞİD-çi məhv edildi

    ABŞ koalisiyasının İraqın Mosul şəhərinin şimal-qərbinə endirdiyi aviazərbələr nəticəsində 14 İŞİD-çi öldürülüb.
    Muxalifet.az xəbər verir ki, əməliyyatın Atşane dağlarındakı İŞİD hədəflərinə qarşı keçirildiyi bildirilib.
    Qeyd edək ki, İŞİD-in 3 il nəzarətdə saxladığı Mosul 2017-ci ildə azad edilmişdi.
     

    Muxalifet3 - 23-11-2018

Pages