Axtarış

The search found 105857 results in 0.109 seconds.

Search results

  1. Səudiyyə vəliəhdinə böyük şok: ÖLKƏMİZƏ GƏLMƏSİN

    Tunisdə "50 Vəkil Qrupu" Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 27 noyabrda keçirilməsi planlaşdırılan Tunis səfərini əngəlləmək üçün iddia qaldırmağa qərar verib.
     
    “50 Vəkil Qrupu”nun koordinatoru Nəzər Bucelal, "Şahzadə bin Salman, jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsində şübhə çevrəsinin içindədir" deyib.

    Muxalifet3 - 24-11-2018

  2. ​Cəbhədə GƏRGİNLİK: Düşmən mövqelərimizi atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 24-11-2018

  3. Tanklar, hücum təyyarələri, zenit kompleksləri… – Belarus Azərbaycana daha nələr satıb?

    Bu günlərdə məlum oldu ki, Belarusdan Azərbaycana hərbi texnikanın növbəti partiyasının çatdırılması üzrə yeni müqavilə bağlanıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, yerli 42.TUT.BY nəşri bu kontekstdə Belarusun Azərbaycana indiyə qədər çatdırdığı hərbi texnikanın siyahısını təqdim edib.

    Muxalifet - 24-11-2018

  4. Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir

    Ermənistanda “Sasna tsrer” (“Sasun cəngavərləri”) silahlı terror qruplaşmasının üzvləri Azərbaycanın işğal altındakı ərazilərində qondarma rejimin rəhbərini hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəri, “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş keçmiş səhra komandiri Jirayr Səfilyan deyib.

    Muxalifet - 24-11-2018

  5. Terror təşkilatı YPG-dən Türkiyəyə çağırış!

    Terror təşkilatı YPG-nin sözdə bölgə sözçülərindən biri olan Nuri Mahmud, Türkiyəyə dialoq çağırışı edib. Mahmud, "Türkiyə ilə yaşadığımız problemləri dialoq yolu ilə həll etməyə hazırıq" deyib.
     

    Muxalifet3 - 24-11-2018

  6. ​ABŞ Türkiyə ilə sərhəddə hərəkətə keçdi: PKK planı gündəmdə … - Türk ordusu cavaba hazırlaşır

    Türkiyə ordusunun PKK terror təşkilatının Şərqi Fərat bölgəsindəki mövqelərinə qarşı keçirdiyi əməliyyatlar ABŞ-ı narahat edib. Təşkilatın bölgədə qalmasında maraqlı olan Pentaqon Türkiyə ilə sərhədlərə 12 müşahidə məntəqəsi quracağını açıqlayıb.
    Muxalifet.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, PKK Təl-Abyad, Əyn əl-Ərəb, Malikiyyə və Qamışlı kimi sərhəd bölgələrindən silah cəbbəxanası və ərzaq anbarlarını boşaldaraq, Suriyanın daxili ərazilərinə çəkilib.

    Muxalifet - 24-11-2018

  7. "Neftin qiyməti 60 dollardan aşağı düşərsə..." - EKSPERT TƏHLİL EDİR

    2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir. Büdcə layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb. Yazılanlara görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, 22 milyard 918 milyon manat təşkil edəcək. Bu həftə 2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması gözlənilir.Görəsən, yeni büdcə layihəsində hansı yeniliklər var?

    Muxalifet4 - 24-11-2018

  8. ​8 yaşlı qız 10 yaşlı oğlana ərə verildi - Toydan VİDEO

    10 yaşlı oğlanla 8 yaşlı qız evləndirilib.
    Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, Rumınyanın Dolj şəhərində uşaqlara toy edilib.
    10 yaşlı oğlanla 8 yaşlı qız nikah masasına oturub. Toyun aparıcısı bəyə "sən artıq evlisən oyuncaqlarını burax", - deyib.
    Toydan çəkilən görüntülər sosial şəbəkədə yayıldıqdan sonra etiraz doğurub.

    Muxalifet - 24-11-2018

  9. Demokratlar Tramp-Səudiyyə əlaqələrini araşdıracaq

    ABŞ-da Konqresə ara seçkilərindən sonra Nümayəndələr Palatasında əksəriyyəti əldə edən Demokratlar, ABŞ prezidenti Tramp haqqında, Səudiyyə şahzadəsi bin Salman və Qaşıqçı cinayəti ilə bağlı şərhlərinə görə araşdırma başlayacaq.
     

    Muxalifet3 - 24-11-2018

  10. Hər dörd gənc qadından birinin psixi pozğunluğu var - ŞOK HESABAT

    Statistikaya görə, İngiltərədə təxminən hər dörd qadından biri psixi problemlərdən, əsasən, depressiya və təlaş hissindən əziyyət çəkir.

    Britaniya Milli Səhiyyə Sisteminin (NHS) hesabatına əsasən, 17-19 yaşlı gənc qadınların təxminən 23 faizi psixi problemlər yaşayır, bu isə psixi problemləri olan gənc kişilərin sayından təxminən iki dəfə çoxdur.

    Yaşı 5-15 arası olan uşaqlarda isə hər doqquz nəfərdən birinin psixi problemlərlə üzləşdiyi aşkar olunub, 13 il əvvəl həmin yaş qrupunda psixi problemi olanlara hər 10 nəfərdən birində rast gəlinirdi.

    Muxalifet4 - 24-11-2018

  11. ​Bakıda 2 yeniyetmənin ŞOK CİNAYƏTİ

    Bakıda xeyli telefon oğurlamış yeniyetmələr ələ keçib.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.
    Yeniyetmələrin başqa cinayətlər törədib-törətməməsi araşdırılır.

    Muxalifet - 24-11-2018

  12. ​Britaniya Rusiyaya qarşı Ukrayna ordusunu gücləndirir

     Böyük Britaniya Ukraynanın xarici təcavüzdən qorunması üçün 11 milyon funt-sterlinq maliyyə ayıracaq. 
    Muxalifet.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə “Münaqişələrin qarşısının alınması, sabitlik və təhlükəsizliyiə dəstək Fondu”nun 2018-2019-cu illər üzrə hesabatında yazılıb.

    Muxalifet - 24-11-2018

  13. Türkiyənin səfiri: "Sizə rəsmi məlumat verirəm: Ermənistandan Türkiyəyə TİR keçməsi mümkün deyil"

    Erkan Özoral: “Bu cür xəbərlər, məlumatlar yayılırsa, mütləq hansısa məqsəd güdür”

    Ermənistana məxsus yük maşınlarının Türkiyə ərazisinə daxil olması barədə mətbuatda yayılan məlumatlar bir neçə gündür müzakirə olunmaqdadır. Türkiyənin Azərbaycandakı səfirliyi bununla bağlı təkzib versə də, mövzuya nöqtə qoyulmayıb.

    Muxalifet - 24-11-2018

  14. Camal Qaşıqçıın 2 qızının ataları haqda təəssüratları… - DUYĞU DOLU SÖZLƏR

    Jurnalist Camal Qaşıqçı-nın qızları Noha və Razan Qaşıqçı, “Vaşinqton Post” qəzeti üçün qələmə aldığı məqalədə ataları haqda təəssüratlarını bölüşüblər.
     
    Noha və Razan bacıları, “Vaşinqton Post” qəzeti üçün "Biz Camal Qaşıqçı-nın qızlarıyıq: İşığı heç vaxt sönməyəcəyinə söz veririk" başlıqlı bir məqalə qələmə alıb.
    Camal Qaşıqçı-nın "mürəkkəb" bir adam olduğunu qeyd edən bacılar, "O, bizim həyatımızda o böyük qəlbi ilə sevgi dolu bir ata idi" deyə qeyd ediblər.

    Muxalifet3 - 24-11-2018

  15. ABŞ əsgəri öldürüldü

    NATO üçün Əfqanıstanda xidmət edən ABŞ əsgəri öldürülüb. Beləliklə, son 1 ildə ölən Amerikalı əsgər sayı 8-ə yüksəlib.
     
    NATO-ya bağlı Qətiyyətli Dəstək Missiyasında xidmət edən ABŞ əsgərinin ölümü ilə bağlı detalların yaxın saatlarda açıqlanması gözlənilir.
    Qeyd edək ki, Əfqanıstanda 14 min ABŞ əsgəri var. 2001-də Əfqanıstanı işğal edən ABŞ, 17 ildə 2400 əsgərini itirib.
    Müxalifət.az

    Muxalifet3 - 24-11-2018

  16. Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildi

    Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində (“Neftmaştəmir” ASC ilə üzbəüz) yerləşən, yüzlərlə çoxillik zeytun ağaclarından ibarət təxminən 35-40 sotluq ərazinin zəbt edilərək hasarlanması faktına Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev şəxsən özü müdaxilə edib. Bu gün səhər saatlarında icra hakimiyyətinin başçısının köməkçisi Müslüm Mahmudov redaksiyamızla əlaqə saxlayaraq belə deyib.

    Muxalifet - 24-11-2018

  17. “MedEra Hospital”dan növbəti şikayət - “Dodaqlarım əyridir, burnumdan qan gəlir” - FOTO/VIDEO

    Son zamanlar “MedEra Hospital” klinikasının fəaliyyəti – bahalı müayinələr, xəstələrin çoxsaylı şikayətləri, cərrahiyyə əməliyyatından sonra yaranan fəsadlar və s. bu kimi xoşagəlməz hallar dəfələrlə mətbuat tərəfindən tənqid edilib.

    Bu dəfə burun-dodaq əməliyyatı etdirən xanımı çıxılmaz vəziyyətdə qalıb.

    Evelina Şükürova adlı qadın 2016-cı ildə burun-dodaq əməliyyatı üçün sözügedən hospitalın direktoru və lor həkimi olan Qəhrəman Qəhrəmanova müraciət edib.O, əməliyyat üçün həkimə 2500 manat pul ödəyib.

    Qəhrəman Qəhrəmanov

    Muxalifet - 24-11-2018

  18. ​Zabit Səmədov RİNQƏ ÇIXACAQ - Tarix və məkan bəllidir

    Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.
    Muxalifet.az xəbər verir ki, 34 yaşlı kikboksçu dekabrn 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq.
    Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

    Muxalifet - 24-11-2018

  19. ​Şou biznesin ən varlısı KİMDİR? - ÖZLƏRİ AÇIQLADILAR - VİDEO

    ARB TV-nin "Show News" verilişinin növbəti buraxılışında yerli məşhurlar arasında "Şou biznesin ən varlı nümayəndəsi kimdir?" sorğusunu keçirib. 
    Maraqlı cavabları ilə diqqət çəkən şou əhlindən kimisi ad çəkərək, kimisi özünü, kimisi də mənəviyyatını zəngin dəyərləndirib:
    Rəqqasə Fatimə Fələliyeva: "Pul olaraq da insan olaraq da Rüfət Axundovu alqışlayıram. Zəhmətkeş insandır. Daxildən özüm varlıyam, amma özümü oliqarx siyahısında görmürəm".

    Muxalifet - 24-11-2018

  20. ​Moskvada təhlükəli anlar: Bina yola uçdu - Video

    Moskvanın şimalında köhnə biznes mərkəzinin söküntüsü zamanı gözlənilməz hadisə baş verib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Moskvanın Krasnaya Sosna küçəsində aparılan söküntü zamanı bina yola dağılıb.
    Binanın yola dağılması zamanı yoldan keçən avtomobillərdən heç birinə ziyan dəyməyib.
    Qeyd edək ki, sökülən biznes mərkəzinin adının “Severyanin” olduğu bildirilib. Onun yerində yaşayış kompleksinin tikintisi nəzərdə tutulub.

    Muxalifet - 24-11-2018

Pages