Axtarış

The search found 105857 results in 0.084 seconds.

Search results

  1. Avtomobilində öldürülən avtoritetlə bağlı YENİ XƏBƏR - RUSİYADAN GƏLİBMİŞ VƏ..

    Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    Publika.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.
    Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00 radələrində baş verib.

    Muxalifet - 25-11-2018

  2. ​ARVADI TƏRƏFİNDƏN DÖYÜLƏN KİŞİ POLİSƏ SIĞINDI, daha sonra… Foto

    Evdə işgəncə görən və boşanmaq istəyən kişini arvadı mətbəx aləti ilə döyüb.
    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, İstanbulda yaşayan Yaqub 3 il öncə Məryəm adlı qadınla evlənib.
    Cütlük arasında tez-tez problemlər olub, dava düşüb. Məryəm qayınanası ilə görüşmək istəmədiyi üçün ərini küçədə saxlayıb, əri isə oteldə qalmağa məcbur olub.
    Buna görə də Yaqub boşanmaq üçün məhkəməyə müraciət edib.
    Boşanmaq istəməyən Məryəm ərini möhkəm döyüb. Arvadının əlindən qaçıb polisə sığınan kişi daha sonra xəstəxanada müalicə alıb.

    Muxalifet - 25-11-2018

  3. “Kediciklər”in ŞOK bağlantıları ortaya çıxdı: FETÖ ilə əlaqələri varmış... - FOTOLAR

    Adnan Oktar və qrupuna qarşı yönəlmiş istintaq çərçivəsində şübhəli şəxslərdən ələ keçirilən materiallar əsasında yeni şok məlumat və bağlantılar ortaya çıxıb.

    Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

    Məlumata görə, A.Oktarın “kedicikləri”nin FETÖ-nün ən üst səviyyəli isimləri ilə mütəmadi şəkildə əlaqələri olub.

    Muxalifet - 25-11-2018

  4. “Cinayətkarlara qırmızı xalça sərilməsini dayandırın” - Ruhani müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı

    İran prezidenti Həsən Ruhani şənbə günü müsəlmanları ölkənin regional rəqibi Birləşmiş Ştatlara qarşı birləşməyə çağırıb. Ruhani həmçinin İsraili Qərb dövlətləri tərəfindən yaradılan “saxta rejim” adlandıraraq, İkinci Dünya Müharibəsindən sonra formalaşan dövlətin “regiondakı xərçəng şişi” olduğunu bildirib.
     

    Muxalifet4 - 25-11-2018

  5. Nəyə görə rusiyalılar kreditlə evlənir və... KREDİT BİTMƏMİŞ BOŞANIRLAR

    2015-ci ildə Sankt-Peterburqda 50 min rubl məvacibi olan geodeziya üzrə mühəndis Dmitriy Xramov sevdiyi qıza evlənmək təklif edir və onun həyatında yeganə toy olduğuna bu gündə ümid etdiyi ilk toyunu gözəl keçirmək qərarına gəlir.

    Muxalifet4 - 25-11-2018

  6. ​Bu neft ölkəsində PROBLEM: 1 trilyonu nəyə xərcləməli?

    Dünyada milyonlarla insanın aclıq çəkdiyi, başlarının üstündə damı olmadığı bir vaxtda dünyada ən zəngin neft ölkəsinin də öz problemi var. Belə ki, Norveçin Qlobal Pensiya Fondunda (GPFG) neftin satışından əldə edilən gəlirlər hesabına 1 trilyon dollardan çox pul yığılıb və indi həm fondda, həm hökumətdə bu sualın üstündə baş sındırırlar: pulları hara yatırmalı, nəyə xərcləməli?
     

    Muxalifet4 - 25-11-2018

  7. ​Daha bir ölkə “erməni soyqırımı”nı tanıyır – “1,5 MİLYON ERMƏNİ ÖLDÜRÜLÜB”

    İslandiya parlamentinə qondarma erməni soyqırımının tanınması üçün qanun layihəsi təqdim olunub.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, təqdim olunan qanun layihəsinin altında iqtidar və müxalifət partiyalarından 11 millət vəkilinin imzası olub.
     

    Muxalifet4 - 25-11-2018

  8. Tramp kürəkənini Səudiyyəyə göndərdi – SLAMANLA GİZLİ GÖRÜŞ VƏ...

    ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner ötən həftə Səudiyyə Ərəbistanına gizli səfər edib.

    Məlumata görə, Kuşner səfər çərçivəsində vəliəhd Məhəmməd bin Salmanla görüşüb.
     
    Onu bu səfərdə Trampın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Ceyson Qrinblat müşayiət edib.
     

    Muxalifet4 - 25-11-2018

  9. Fransada qiymət artımına qarşı QİYAM DAVAM EDİR – 25 yaralı var / FOTO

    Fransada yanacağın qiymətinin qalxmasına qarşı başlayan etiraz aksiyaları davam edir.
    Xarici mətbuat xəbər verir ki, aksiya iştirakçılarının sayı 106 min nəfərə çatıb.
    "Sarı jiletlilər” adı altında başlayan mitinq ölkənin bütün şəhərlərini bürüyüb.
    Son məlumatlarda etirazçılardan 130 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Etiraz aksiyalarında 5-i polis olmaqla 25 nəfər yaralanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edir.

    Muxalifet4 - 25-11-2018

  10. DƏHŞƏT: Azərbaycanda ər özünü də, 23 yaşlı arvadını da yandırdı

    Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
    Rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.
    Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.(Report)

    Muxalifet4 - 25-11-2018

  11. Məşhur müğənni əməliyyat zamanı öldü - XƏSTƏXANA MEYİTİNİ VERMİR

    ABŞ-ın məşhur müğənnilərindən Laura Avila qorxunc şəkildə vəfat edib.

    Publika.az xəbər verir ki, Dallasda yaşayan 36 yaşlı müğənni burnunu estetik əməliyyat etdirmək üçün Meksikaya gedib.

    Meksikanın Xuarez şəhərində yerləşən bir xəstəxanaya müraciət edən müğənni orada əməliyyat girib. Lakin təcrübəsiz həkimlərin xəstəyə verdiyi narkoz onun beyninə zərər vurub. Bir neçə dəqiqə sonra ürək infarktı keçirən Laura daha sonra komaya girib. O, komadan ayılmayıb.

    Muxalifet4 - 25-11-2018

  12. Nazirin Tərtərdə maraqlı görüntüsü - FOTO

    Dünən Kənd Təsərrüfatı naziri İnam Kərimov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.
     
    Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçın və digər rayonlardan olan vətəndaşları qəbul edən nazirin maraqlı fotosu yayılıb.
     
    Belə ki, qəbuldan sonra sakinlərlə görüşən nazirin burada uzunboğaz çəkmədə olması diqqətdən yayınmayıb. (modern.az)
     

    Muxalifet4 - 25-11-2018

  13. Hələbə kimyəvi silahlarla hücum oldu - 100-dək insan zəhərləndi

    Suriyanın Hələb şəhərinə kimyəvi silahlarla hücum olub.

    “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, suriyalı döyüşçülərin xlor, eləcə də digər zəhərləyici maddələrlə dinc sakinləri atəşə tutması nəticəsində 100-dək insan xəsarət alıb. Onlardan 8-i uşaqdır.

    Təngnəfəslik və göz yaşarması diaqnozu ilə xəstəxanalara çatdırılan yaralılarda qaz allergiyasının simptomları var.

    Artıq Rusiyanın hərbi kimyaçıları hadisə yerindədirlər və onlar radiasiya, kimyəvi və bioloji zəhərlənmənin qarşısını almaq üçün hərəkətə keçiblər.

    Muxalifet4 - 25-11-2018

  14. 40 illik prezident bundan sonra gəzə bilməyəcək

    Zimbabvenin eks-lideri Robert Muqabe bundan sonra yeriyə bilməyəcək.
     
    “Röyters” xəbər verir ki, bu barədə hazırkı prezident Emmerson Mnanqaqva məlumat yayıb. Hazırda Sinqapurda müalicə olunan Muqabe növbəti həftə evinə qayıdacaq.
     
    Qeyd edək ki, 94 yaşlı Muqabe 1980-ci ildən etibarən ölkəni ardıcıl olaraq 40 il idarə edib. O, 2017-ci ildə hərbi razılıqdan sonra istefaya getməli olub.
     
     

    Muxalifet4 - 25-11-2018

  15. Şahzadənin olduğu gəmi batdı: 13 ölü, 37 itkin

    Viktoriya gölünün Uqanda sahillərində gəmi batıb.

    Bu haqda "Daily Mirror” nəşri bildirib.

    Hadisə nəticəsində ən azı 13 nəfər həlak olub. Nəşrin məlumatına görə, gəmidə 120 insan olub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

    Təxminən 70 nəfər xilas edilib. Nəşr bildirir ki, onların arasında Uqanda kralının qardaşı olan şahzadə Devid Vasayca da olub. Sərnişinlər arasında yerli müğənnilər İrin Namubiru və repçi "The Mith" də olub. Lakin onların aqibəti barədə məlumat yoxdur.

    Muxalifet4 - 25-11-2018

  16. ​“Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

    “Nar” “British Council”-un təşkilatçılığı ilə Fiziki Məhdudiyyətli Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması layihəsi çərçivəsində karyera sərgisində iştirak edib.

    Muxalifet4 - 25-11-2018

  17. Rövşən Rzayev eks-nazirdən “bir çömçə” artıq yeməsə... – ŞİKAYƏT

    Bildiyiniz kimi, son günlər gündəmi Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxardığı”na dair məlumatlar yazılır. Ehtimal edilir ki, bu məlumatlar sözügedən Komitəyə sədr təyin edilmiş Rövşən Rzayev tərəfindən mətbuata çıxarılır və məqsədli şəkildə sabiq Komitə sədrinin sorğu-suala çəkilməsinə hesablanıb. Bəs yeni sədr nə ilə məşğuldur və qaçqın və məcburi köçkünlərə hansı diqqət və qayğını göstərir...?

    Muxalifet4 - 25-11-2018

  18. Biz nə vaxta qədər ələbaxan olacağıq?

    Doğrudan da, xalqlar arasında, onun eyni peşə sahibi olan nümayəndələri arasında nə qədər fərq var. Birində ruslaşmış başqa millətin nümayəndələri olsalar da yaratdıqları SSRİ adlanan mənfur və riyakar rejimin iç üzünü açan əsərlər -roman, povest və hekayələr yazılır, digərlərində, yəni rusların müstəmləkələri olan müttəfiq respublikalarda, konkret desək Azərbaycanda isə yazıçılar bütün varlıqları ilə, bütün neyronları ilə həmin ədalətsiz və amansız rejimi tərənnüm etməkdən başqa heç nə yaratmayıblar.

    Muxalifet4 - 25-11-2018

  19. "Lotu Quli"nin daha bir adamı Bakı aeroportunda tutuldu - FOTO

    Kriminal aləmdə "Rəşad Yevlaxski” kimi tanınan Rəşad Cəbrayılov Bakı aeroportunda saxlanılıb.

    Kriminal avtoritet qanunsuz olaraq Naxçıvan Muxtar Respublikasından Gürcüstan ərazisinə keçib. Batumi şəhərindən Türkiyəyə ərazisinə qanunsuz daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb.

    Və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra ikinci cəhddə Naxçıvandan Türkiyəyə ərazisinə daxil olmağa çalışıb, amma alınmayıb.

    Belə ki, bir neçə gün sonra Naxçıvan – Bakı aviareysi ilə uçarkən yenidən Bakı aeroportunda saxlanılıb.

    Muxalifet4 - 25-11-2018

  20. Cəlilabadda "Chevrolet" su kanalına düşdü: yaralananlar var

    Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Muğan bürosunun məlumatına görə, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən "Chevrolet" markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb.

    Hadisə nəticəsində Sadatlı kənd sakinləri - 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 25-11-2018

Pages