Axtarış

The search found 105857 results in 0.147 seconds.

Search results

  1. ​“Neftin qiyməti 40 dollara düşə bilər” – RƏSUL QULİYEV

    “ABŞ neftin qiymətini aşağı salmaq strategiyasını qəbul etsə... Rusiya Federasiyasının hərbi imkanları düşəcək, əvəzində Çin güclənəcək”
     
    “İran neftinin exportuna sanksiya qoyulmasına baxmayaraq (İran gündə 2milyon 500 min barelə yaxın neft export edirdi) neftin barelinin qiyməti böyük sürətlə düşür. Bu proses ABŞ-ın neft istehsalını artırması ilə əlaqədardır”.
    Muxalifet.az xəbər verir ki, bu haqda eks-spiker Rəsul Quliyev özünün Facebook səhifəsində yazıb.

    Muxalifet4 - 25-11-2018

  2. ​Hacıqabul rayonunda DƏHŞƏTLİ YOL QƏZASI – FOTO, VİDEO

    Təxminən 1 saat əvvəl Hacıqabul rayonu ərazisində dəhşətli qəza baş verib. 
    Dərgi.az xəbər verir ki, qəza nəticəsində sərnişinlərdən bir neçəsi ağır xəsarət alıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, ağır yaralılar təcili olaraq ən yaxın xəstəxanaya aparılıb.
    Ehtimal edilir ki, qəzaya səbəb yağan yağış olub. 
     

    Muxalifet - 25-11-2018

  3. Saakyanın “səfəri” ilə bağlı Dağlıq Qarabağın azərbaycanlı icmasının - Bəyanatı

    “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb.

    Muxalifet - 25-11-2018

  4. Taylandda gəlinlərin kütləvi qaçışı təşkil edilib - VİDEO

    Taylandın paytaxtı Banqkokda ənənəvi olaraq gəlinlərin qaçışı təşkil edilib.

    “Report” xəbər verir ki, qızlar yarışda iştirak etmək üçün gəlinlik paltarı və idman ayaqqabısı geyiniblər.

    Bu il yarışlarda 300 qız iştirak edib. Onlar bir neçə mükafat uğrunda, eləcə də ən əsası 30 min dollar üçün mübarizə aparıblar. Yarışlarda həmçinin brilyant qaşlı bir cüt üzük, Maldiv adalarında bal ayı və başqa hədiyyələr oynanılıb.

    Muxalifet - 25-11-2018

  5. Azərbaycanda gənc şair intihar etdi – FOTO

    Gənc şair Şaiq Sadıqzadə intihar edib.
    Muxalifet.az xəbər verir ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.
    Faktla bağlı araşdırma aparılır.
    Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.
    Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub.(publika.az)

    Muxalifet - 25-11-2018

  6. Azərbaycanın bəzi yerlərində 9 dərəcə şaxta olacaq - SABAHIN HAVASI

    Ölkə ərazisində noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.

    Muxalifet4 - 25-11-2018

  7. Azərbaycanda 42 yaşlı qadın faciəvi şəkildə öldü

    Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
    Rayonun Çobanabdallı kənd ərazisində qeydə alınıb.
    Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızını avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.(Report)

    Muxalifet4 - 25-11-2018

  8. Yer üzündə yaşamayan insanlar nə qədər maaş alır? - RƏQƏMLƏR

    Kosmonavtlar elm dünyası və insanlığın gələcəyi üçün çox önəmli işlərə imza atırlar. Bir çox insanın arzusunda olduğu bu peşənin maaşı isə hər kəsin maraq dairəsindədir.

    Publika.az astronavtların aldığı maaşların miqdarını təqdim edir.

    Kosmosa gedən ilk insan Yuri Qaqarin həm hərbi pilot, həm də kosmonavt kimi iki maaş alıb. Ona kosmosa uçması münasibətliə ev, “Volqa” avtomobili, xalça və buna bənzər digər əşyalar hədiyyə edilib.

    Muxalifet4 - 25-11-2018

  9. Tbilisidə Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilib

    Tbilisidə Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının əleyhinə kütləvi aksiya keçirilir.

    “Nasizmə yox”hərəkatının təşkil etdiyi aksiyaya minlərlə iştirakçı qatılıb.

    “Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarının səsləndirildiyi aksiyaya “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.

    Partiyanın liderlərindən biri İrma İnaşvili çıxış edərək aksiya iştirakçılarının ölkənin keçmişə qaytarılmasına etiraz etdiklərini bildirib:

    Muxalifet4 - 25-11-2018

  10. ​Dəhşətli gəmi qəzası: Kralın varisi xilas edildi

    Uqandadakı Viktoriya gölündə baş verən gəmi qəzası nəticəsində azı 29 nəfər həlak olub.
    Muxalifet.az xəbər verir ki, göyərtədə olan 100-dən çox insandan, 40-nı xilas etmək mümkün olub. Xilas edilənlərin arasında kral ailəsinin varisinin də olduğu bildirilir.
    İtkin düşənlərin axtarışları davam edir.
     

    Muxalifet3 - 25-11-2018

  11. ​​ Yağış Badamdarda yeni uçqunlara səbəb oldu

    Badamdar qəsəbəsindəki sürüşmə zonasında gərginlik qalmaqdadır.

    Muxalifet3 - 25-11-2018

  12. ​"Neftçi"dən mühüm qələbə: xal fərqi artdı

    Bu gün Topaz Premyer Liqasının 12-ci turunda "Səbail" və "Neftçi" klubları üz-üzə gəlib.
    Muxalifet.az xəbər verir ki, matç "Neftçi"nin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Baqali Dabo (41) və Emin Mahmudov (53) vurub.
    Bu hesabla lider "Neftçi" ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 5-ə çatdırıb.
    Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ı qəbul edir.
     

    Muxalifet3 - 25-11-2018

  13. “Namaz, hicab qadınların əxlaq rəmzidir, bu yoxdursa...” – İlahiyyatçıdan ŞOK SÖZLƏR– VİDEO

    Azərbaycanlı ilahiyyatçı Veysəl Orucovun hicab taxmayan qadınlar haqqında söylədiyi fikirlər sosial şəbəkələrdə qınaqla qarşılanıb. 
    Muxalifet.az xəbər verir ki, Veysəl Orucov hicab taxmayan qadınların ərlərini “qeyrətsiz” adlandırıb:

    Muxalifet3 - 25-11-2018

  14. ​Məşhur sənətçi: Ərdoğan dünya lideridir

    Avropadan çox öndəyik. Amma bu günlərə gəlmək heç də asan olmayıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli sənətçi Muazzez Ərsoy “Ahaber”ə açıqlamasında deyib.
    “Uğurlu olmaq insana nifrət qazandırır. Halbuki, bükə bilmədiyi biləyi öpmələri gərəkdir. Amma onu belə etməyi özlərinə sığışdıra bilmirlər. Cənab prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğan dünya lideridir. Görmək istəməyənlər görməyə bilər, lakin kor olmayan hər kəs görər”, - deyə Ərsoy bildirib.
     

    Muxalifet3 - 25-11-2018

  15. ​Faciədir, Britaniya Avropadan ayrılır - Yunker

    Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması ilə bağlı aparılan işlərin ən çətin dönəmi hələ qarşıdadır.
    Muxalifet.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
    “İşin çətin dövrü hələ qarşıdadır. Çünki ayrılma faciəvi məqamdır”, - deyə Yunker bildirib.
     

    Muxalifet3 - 25-11-2018

  16. SON DƏQİQƏ: Əhaliyə BƏD XƏBƏR

    Neftin büdcədə baza qiyməti 40 dollardan hesablanmalıdır

    Qubad İBADOĞLU

    NEFT UCUZLAŞIR, MANATIN TALEYİ NECƏ OLACAQ? – Ekspert rəyi

    Muxalifet3 - 25-11-2018

  17. ​Meksika buna icazə verməməlidir - Tramp

    Meksika miqrant karvanlarının Birləşmiş Ştatların cənub sərhədinə çatmasına icazə verməməlidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
    “Meksika hökuməti miqrantları cənub sərhədlərimizə çatmadan dayandırsaydı, bu, çox məqbul olardı”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
    Qeyd edək ki, bir müddətdir Meksikadan yerli əhalinin ABŞ-a kütləvi axını müşahidə edilir.
     

    Muxalifet3 - 25-11-2018

  18. ​Güney Azərbaycan şəhərində təmizlik qadağan edildi

    Güney Azərbaycanın Ərdəbil şəhərində ətraf mühit tərəfdarları iməcilik keçirmək istəsələr də, valilik buna icazə verməyib.
    Muxalifet.az xəbər verir ki, Ərdəbil Valiliyi ərazini zibil və məişət tullantılarından təmizləmək istəyən fəallara qadağa qoyub.
    Bildirilir ki, yalnız valiliyin icazə verəcəyi təqdirdə bu bölgədə hər hansı təmizlik işləri aparmaq olar.
    Qeyd edək ki, son aylarda İranda çox sayda ətraf mühit tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
     

    Muxalifet3 - 25-11-2018

  19. ​ABŞ yenə dinc sakinləri hədəf aldı: 14 ölü

    ABŞ koalisiyasının Suriyanın Əş-Şaaf vilayətində endirdiyi aviazərbələr nəticəsində 14 mülki şəxs həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
    Qeyd edək ki, koalisiyanın bir müddət əvvəl Deyr əz-Zor şəhərini də bombalaması nəticəsində 11 dinc sakin ölmüşdü.
     

    Muxalifet3 - 25-11-2018

  20. ​Akar bir daha Şoyquya zəng etdi: Hazır olmalıyıq

    Türkiyə Müdafiə naziri Hulusi Akar Rusiya Müdafiə naziri Sergey Şoyquya zəng edib.
    Muxalifet.az xəbər verir ki, iki nazir İdliblə bağlı son durumu müzakirə edib və regional məsələlərdən danışıblar.
    Tərəflər Soçi razılaşmasına qarşı təxribatın gözlənilən olduğunu, buna görə də hər an hər şey hazır olmağın vacibliyini vurğulayıblar.
    Türkiyə mediası nazirlərin son iki gündə artıq ikinci dəfədir telefon danışığı aparmasına xüsusi diqqət çəkib.
     

    Muxalifet3 - 25-11-2018

Pages