Axtarış

The search found 105857 results in 0.187 seconds.

Search results

  1. ​Tailandlı boksçu hakimi nokauta göndərdi - VİDEO

    Tailandlı boksçu Qou Dakuy “Max Muay Thai” turnirində həm rəqibi, həm də hakimi nokauta göndərib. 
    Muxalifet.az xəbər verir ki, epizodun videosu “Twitter”də yerləşdirilib.
    Dakuy rəqibi vurmaq istəsə də, ayaq zərbəsi referiyə tuş gəlib. Ani özünü itirən hakim xidməti personalın yardımı ilə özünə gəlib. 
    Qələbə isə Dakuya verilib.
     

    Muxalifet3 - 25-11-2018

  2. ​Paşinyan sözündən qaçdı: bir ayda ikinci dəfə...

    Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan noyabrın 26-dan məzuniyyətə gedəcək. Muxalifet.az teleqraf.com-a istinadla xəbər verir ki, Nikol Paşinyan bu barədə Feysbuk səhifəsində məlumat paylaşıb. O, seçkiqabağı kampaniyada aktiv iştirak üçün məzuniyyətə çıxacağını bildirib. Qeyd edək ki, Paşinyan daha əvvəl seçkiqabağı kampaniya üçün məzuniyyətə ehtiyac duymadığını söyləsə də, noyabrın ilk günündə qısamüddətli məzuniyyət götürmüş və 5 noyabra qədər Dağlıq Qarabağda qalmışdı.

    Muxalifet3 - 25-11-2018

  3. ​İran-İraq sərhədində şiddətli zəlzələ oldu

    İraq-İraq sərhədində 6,4 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
    Hələ ki, hadisə ilə bağlı əlavə məlumat verilmir.
     

    Muxalifet3 - 25-11-2018

  4. ​Hindistanda avtobus çaya düşdü: 9 ölü

    Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
    Muxalifet.az xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus hündürlüyü 12 metr olan körpüdən çaya düşüb. 
    Bildirilir ki, ölkənin şimalında baş verən qəzada 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb. 
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 25-11-2018

  5. ​Səudiyyə Ərəbistanında Peyğəmbərimizin(s) söylədiyi qiyamət əlamətləri gerçəkləşdi - VİDEO

    Bu ölkə rəhbərliyinin son onilliklərdə törətdiyi İslama zidd əməllərin də Qiyamət əlamətləri olduğunu, söyləsək, yəqin ki, yanılmarıq...
    Bir neçə həftədir ki, hava Səudiyyə Ərəbistanı xalqına gözlənilməz sürprizlər təqdim edir. Belə ki, ötən Cümə günü Məkkə əyalətinə qarla qarışıq yağışlar hücum çəkdi. Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tabuk əyalətini  isə bir qar çovğunu ziyarət etdi.  

    Muxalifet3 - 25-11-2018

  6. ​Azərbaycanda keçmiş müstəntiq öldürüldü - Namus üstündə...

    Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

    Muxalifet3 - 25-11-2018

  7. ​"Neftçi"nin məşqçisindən qəribə reaksiya: Başa düşmədim...

    Yaxşı oyun göstərmək istəyirdik. Uşaqlar böyük səylər göstərdilər və buna nail olduq. Yaxşı nəticələr göstərən komandaya qarşı səfərdə yaxşı çıxış etdik. Bu da çox xoşdur.
    Muxalifet.az xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Roberto Bordin səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XII matçından sonra mətbuat konfransında deyib.
    İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
    - Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?
    - Çox yaxşı kollektivimiz var. Bu da bizim fərqimizi göstərir.

    Muxalifet3 - 25-11-2018

  8. ​Cənubi Azərbaycanda 12 alpinist itkin düşdü

    İranın Esalim və Xalxal dağlıq ərazisində 12 alpinist itkin düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Əməliyyatlar İdarəsinin sədr müavini Şahin Fethi deyib.
    O bildirib ki, alpinistlərin itkin düşdüyü ərazidə şiddətli qar yağıntısı müşahidə edilir.
    Fəthi 4 axtarış-xilasetmə qrupunun və yerli əhalinin iştirakı ilə bölgədə axtarışların başlanıldığını vurğulayıb.
    Qeyd edək ki, sözügedən dağlıq ərazi Ərdəbil və Gilan ostanları arasında yerləşir.
     

    Muxalifet3 - 25-11-2018

  9. ​Türk futbolunda 8 il sonra bir ilk: "Fənərbaxça"...

    Türkiyə Super Liqasında "Trabzonspor" doğma meydanda "Fənərbaxça"nı qəbul edib.
    Muxalifet.az xəbər verir ki, matç Trabzon təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaradəniz klubunun qollarını Novak və Sosa vurub. "Fənər"in heyətində isə Frey fərqlənib.
    Bununla da "Trabzonspor" liqada "Fənərbaxça"nı 8 il (17 oyun) sonra məğlub edə bilib.
     

    Muxalifet3 - 25-11-2018

  10. ​SON DƏQİQƏ: Rusiya Ukrayna hərbi gəmisinə atəş açdı - YENİLƏNİB

    Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozaraq Kerç boğazı istiqamətində irəliləyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə FTX-nin Krım üzrə sərhəd xidməti informasiya yayıb. Bildirilib ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.
    Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.

    Muxalifet3 - 25-11-2018

  11. ​"Avroviziya"nın qalibi bəlli oldu

    Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində səsvermənin nəticələri açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, səsvermənin yekunlarına əsasən müsabiqədə Polşa təmsilçisi qalib gəlib.
    Müsabiqənin budəfəki finalı rekord sayda iştirakçı ilə xarakterik olub. Finalda Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Azərbaycan, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri yarışıblar.
     

    Muxalifet3 - 25-11-2018

  12. ​Mobil rabitə operatorları 700 milyon manatdan çox gəlir əldə edib

    2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1530,3 milyon manatlıq xidmət göstərilib.
    Muxalifet.az trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
    Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 718,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
     

    Muxalifet3 - 25-11-2018

  13. NATO-dan Qaradənizdəki gərginliyə münasibət

    NATO Azov dənizindəki Kerç boğazında yaranan gərginliyi yaxından izlədiyini və tərəflərin itidallı davranmalarının lazım olduğunu bəyan edib.
     
    NATO sözçüsü Oana Lungescu mövzuya bağlı etdiyi açıqlamada, "Azov dənizindəki Kerç boğazı ətrafındakı hadisələri yaxından təqib edirik. Ukraynalı səlahiyyətlilərlə də əlaqə saxlayırıq. İtidal və gərginliyi azaltma çağırışı edirik" deyə bildirib.
     

    Muxalifet3 - 26-11-2018

  14. ABŞ-dan vəliəhd şahzadə bin Salmanla bağlı şok açıqlama

    ABŞ-ın Respublikaçı senatoru Mayk Lee prezident Donald Trampın ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) Camal Qaşıqçı cinayəti ilə bağlı əldə etdiyi nəticə haqqında söylədiklərinin doğru olmadığını ifadə edərək "Mənim gördüyüm kəşfiyyat məlumatına görə, cinayət əmrini vəliəhd şahzadə (Məhəmməd bin Salman) verib" deyib.
     
    Bu fikri ABŞ-ın Utah əyalətinin senatoru Lee, Qaşıqçı cinayəti və MKİ-nin hesabatına bağlı NBC kanalında çıxış edərkən söyləyib.

    Muxalifet3 - 26-11-2018

  15. ABŞ İsraili gücləndirir

    İsrail ordusu, ABŞ-dan iki yeni F-35 döyüş təyyarəsini təhvil aldığını açıqlayıb.
     
    İsrail ordusunun hava qüvvələrinin verdiyi açıqlamada, ABŞ istehsalı olan 2 F-35 döyüş təyyarəsinin ölkənin cənubundakı Negev bölgəsində yerləşən Nevatim Hava Bazasına entiyi və "Qızıl Kartal" donanmasına qatıldığı bildirilib.
    Açıqlamda İsrail ordusunun 2 ədəd yeni təyyarə ilə hava gücünün əməliyyat potensialının artacağı qeyd edilib.

    Muxalifet3 - 26-11-2018

  16. ABŞ mediasından S-400 etirafı!

    Amerikanın “Business Insider” xəbər saytında, Rusiyanın S-400 raket əleyhinə müdafiə sistemlərinin bu qədər rəğbət görməsini ABŞ-ın raketlərindən daha yaxşı olmasına bağlayıb.
     
    Rusiya, son bir neçə il ərzində S-400 raket əleyhinə müdafiə sistemlərinin satışı ilə bağlı bir neçə müqavilə imzalamışdır və Mərakeş, Belarus və Çin kimi ölkələrin də bu raketlərin satışı ilə maraqlandıqlarını bildirib.
     
    "TÜRKİYƏ S-500 DE ALMAQ İSTƏYİR"
     

    Muxalifet3 - 26-11-2018

  17. Rusiya açıqladı: Ukrayna gəmiləri limanlara qayıtdı

    Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX), Azov dənizindəki Ukrayna döyüş gəmilərinin limanlarına döndüyünü açıqlayıb.
     
    FTX, Rus döyüş gəmilərinin Ukrayna döyüş gəmilərinə müdaxilə etdiyini söyləyib.
    Ukrayna donanmasına aid 3 gəminin limanlarına geri döndüyünü bəyan edilən açıqlamada, "Bu cür təhlükəli və məsuliyyətsiz qərarlar verən Kiyev rəhbərliyi bu cür hərəkətlərinin nəticələrini düşünməlidir" deyə qeyd edilib.

    Muxalifet3 - 26-11-2018

  18. Rusiyanın Qarabağ dilemması - Kremlin iki yolu var

    Rəsmi Moskva ya sülh prosesinə, nəhayət, ciddi təkan verməlidir; ya da...; politoloq: “Həmişəki kimi, prosesi yenə Rusiya özü idarə edir...”

    Muxalifet - 26-11-2018

  19. ABŞ YPG terrorçularından İrana qarşı ordu düzəldir

    ABŞ ordusunun Türkiyə sərhədində qurulacaq 5 müşahidə məntəqəsi ilə paralel, əsasını YPG terrorçularının təşkil etdiyi 30 min DSG döyüşçüsünə də İŞİD və İrana qarşı təlim verəcəyi bildirilib.
     
    Demokratik Suriya Qüvvələri (DSG) və ABŞ arasında imzalanmış memorandum çərçivəsində, 30 min döyüşçüyə təlim keçiləcəyi öyrənilib.

    Muxalifet3 - 26-11-2018

  20. ​“Bizdə olan tualetlər bu gün də Moskvada yoxdur” - Telman İsmayılov

    Rusiyanın NTV telekanalının “Yeni rus sensasiyaları” proqramı iş adamı Telman İsmayılovdan müsahibə alıb.
    Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, iki sifarişli qətldə şübhəli bilinən oliqarx iddia edir ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi “Çerkizov” bazarına heç bir aidiyyatı yoxdur. “Siz başqa obyektləri, başqa bazarları göstərirdiniz, amma məndən danışırdınız. Guya orada zirzəmi var… Mənim heç vaxt zirzəmim olmayıb! Kazinom olmayıb! Kimdəsə narkotik tapanda mühafizə işçiləri mükafat alırdılar!”, – İsmayılov deyib.

    Muxalifet - 26-11-2018

Pages