Axtarış

The search found 105857 results in 0.272 seconds.

Search results

  1. Rusiya ilk dəfədir ordumuza açıq hücum etdi - Turçinov

    Rusiya hərbi bölmələri Ukraynanın şərq və cənub sərhədlərində aktivləşdirilib.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Şuranın gecə keçirilən toplantısında deyib. O bildirib ki, Rusiya Ukraynaya qarşı 5 ildir hibrid müharibəsi aparır, ancaq ilk dəfədir ki, açıq şəkildə hücum edib.
     

    Muxalifet4 - 26-11-2018

  2. ​Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı

    Bakıda qayın yeznəsini bıçaqlayıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
    Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.
    Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.
    Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
    B.Yaqubov könüllü olaraq polisə təslim olub.

    Muxalifet - 26-11-2018

  3. ABŞ-ın keçmiş səfiri Azərbaycandakı ENERJİ BÖHRANINDAN yazdı - "Bu, hansı nəticələrə gətirib çıxara biləcəyini əyani göstərir”

    Amerikanın analitik mərkəzləri Böyük Xəzər regionunda (Mərkəzi Asiya və üç Cənubi Qafqaz respublikaları nəzərdə tutulur) kritik əhəmiyyətli infrastrukturun mühafizə olunması üçün zəruri tədbirlər barədə məsələni araşdırır.

    Bu barədə Amerikadakı Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center) saytında dərc edilmiş və “Böyük Xəzər regionunda kritik mühüm infrastrukturun mühafizəsi-tələbatlar və imkanlar” adlı araşdırmada deyilir. Araşdırmanın müəllifi isə ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekutadır.

    Muxalifet4 - 26-11-2018

  4. ​Hansı nazirlərimiz mühafizəçidən imtina edib?

    Bəzi hallarda rəsmi tədbirlərə dəvət olunan nazirlər məkana öz şəxsi mühafizə xidməti ilə birlikdə gəlir. Hətta bir çox naziri, vəzifəli şəxsi qoruyan işçiləri onun yanından bir dəqiqə belə ayrılmır. Halbuki, əksər hallarda nazirlərin və digər rəsmilərin bu qədər əlçatmaz olması, özünü adi insanlardan fərqləndirməsi birmənalı qarşılanmır. Sözügedən mənzərə ilə qarşılaşanlar bunu tənqid edir, nazirlərin, deputatların, rəsmi şəxslərin addımını müsbət dəyərləndirmir.

    Muxalifet - 26-11-2018

  5. Rusiya-Ukrayna savaşı başlayarsa... - AZƏRBAYCANIN MÖVQEYİ NECƏ OLMALIDIR?

    Xəzər dənizinin statusunun müəyyənləşməsinə 27 il vaxt lazım gəldi. Konvensiya bu il imzalandı. Ancaq hətta bu Konvensiya Xəzərin dibinin bölüşdürülməsini həll etmədi. Azərbaycan İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair ayrıca saziş imzalamalıdır. Rusiyanın Krımı ilhaqı özü ilə oxşar sualı aktuallaşdırdı: Azov dənizinin statusu necə olmalıdır? Rusiya ilə Ukrayna arasındakı mübahisəyə qədər, yəni 2013-cü ilə qədər Azovla bağlı heç bir problem yox idi, iki ölkə arasında müvaqif sazişə görə dənizdən birgə istifadə ilə bağlı saziş mövcud olub.

    Muxalifet4 - 26-11-2018

  6. Fransada küçələr qarışdı: arxasında ABŞ-mı var?

    Fransa prezidenti Makronun, ABŞ-a qarşı Avropa ordusu qurmaq istədiyini açıqlamasından sadəcə 10 gün sonra ölkə qarışdı.
     
    Fransa ilə Amerika arasında münasibətlər son dövrdə olduqca gərgindir.
    ABŞ prezidenti Donald Tramp isə Fransa prezidentinin “Avropanın öz ordusu qurulmalıdır” açıqlamasına od püskürmüşdü.
    Twitter hesabından Makrona cavab verən Tramp, "ABŞ köməyə yetişmədən əvvəl faşist işğalı altında Almanca öyrənməyə çalışırdınız" deyə qəzəbini ortaya qoymuşdu.

    Muxalifet3 - 26-11-2018

  7. ​Biləsuvarda polis zabitinə balta ilə xəsarət yetirilib – İKİ QARDAŞ TƏRƏFİNDƏN

    Ötən gün Biləsuvar rayonunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına balta ilə silahlanmış iki qardaş tərəfindən hücum olunub.
    Məlumata görə, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində məcburi gətirilmə tədbiri seçilmiş rayonun Aşağı Cürəli kənd sakini Rauf Şahbazov və qardaşı Rəşad balta ilə silahlanaraq evlərində polisə silahlı müqavimət göstəriblər.

    Muxalifet4 - 26-11-2018

  8. ​Aparıcı Elgizdən ŞOK SÖZLƏR: "Əxlaqı olmayan hicab altında da..."

    Aparıcı Elgiz Əkbər ilahiyyatçı Veysəl Orucovun "Hicab bağlamayan qadının əri qeyrətsiz hesab olunur” sözlərinə cavab verib. 
    AZXEBER.COM-un məlumatına görə, o, deyilən fikirlə razılaşmadığını bildirərək, etiraz edib:
    "Əxlaq örtüyü olmayanı baş örtüyü dindar etməz. Qadının əsas əxlaqıdır. Əxlaqı olmayan elə hicab altında da öz işini görəcək”.

    Muxalifet - 26-11-2018

  9. ​“Gürcülər İvanişvilidən narazıdır” - Saakaşvili hakimiyyət yolunda

    “Gürcüstan prezident seçkilərinin ikinci turunda keçmiş prezident Mixail Saakaşvilinin yaxın silahdaşı, müxalif koalisiyanın namizədi Qriqol Vaşadzenin qalib gəlmə şansı yüksəkdir. Qərb ölkələri də Vaşadzeni dəstəkləyir”.
    Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
    Onun sözlərinə görə, Saakaşvili Qərbdə dəstək verdiyi Vaşadzenin lobbiçiliyini həyata keçirir:

    Muxalifet - 26-11-2018

  10. ​Lerikli molla özünü "ikinci allah" adlandırır - VİDEO

    Lerikin Kaqoy kəndində özünü "ikinci allah" adlandıran Məmmədsəfa adlı molla peyda olub. Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkədə qeyd edilir ki, Məmmədsəfa adlı bu şəxsə yüzlərlə insan inanır. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.

    Muxalifet - 26-11-2018

  11. ​Əhaliyə VACİB XƏBƏRDARLIQ

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dəni məhv edir. bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qida ilə təmin etmək olar.
    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur.
    Agentlikdən bildirilib ki, anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır.

    Muxalifet - 26-11-2018

  12. ​Rusiyanın ələ keçirdiyi Ukrayna gəmiləri zədələnməyib

    Rusiyanın Kerç boğazında ələ keçirdiyi Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi hazırda Krımın Qara dəniz sahilindəki Kerç limanında saxlanılır və onların heç birinə ziyan dəyməyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
    Qeyd olunur ki, hazırda hər üç gəmi hərbi geyimli şəxslər tərəfindən əhatə olunub. Gəmiləri yaxından izləyən şahidin sözlərinə görə, ələ keçirilən gəmilərin heç biri zədələnməyib. 

    Muxalifet - 26-11-2018

  13. Azərbaycanda 112 qadın özünü öldürməyə məcbur olub - TƏKCƏ SON 9 AYDA, 11-İ AZYAŞLI QIZDIR...

    "2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb".

    Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov "Qadınlara və Qızlara qarşı zorakılığa Son" 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

    Muxalifet4 - 26-11-2018

  14. Son dəqiqə: Qaşıqçı cinayətində təcili gəlişmə

    Türkiyənin Jandarm və polis dəstələri, Camal Qaşıqçı cinayəti ilə bağlı Yalovada lüks bir villanın həyətində qazıntı işi aparır. Qazıntının konkret hansı məqsədlə aparıldığı hələlik bilinmir. Ancaq görünən odur ki, Türkiyənin hüquq mühafizə orqanları Qaşıqçının cəsədi ilə bağlı yeni məlumatlar əldə edib  və dərhal da hərəkətə keçib.
    Müxalifət.az

    Muxalifet3 - 26-11-2018

  15. ABŞ hərbi təyyarəsini Ukraynaya köməyə göndərdi

    ABŞ hərbi hava qüvvələrinə məxsus “RC-135V” radioelektron kəşfiyyat təyyarəsi Yunanıstanın Krit adasındakı Suda-Bey aviabazadan çıxaraq Rusyia ilə Ukrayna arasında baş vermiş silahlı insidentlə əlaqədar Qara dəniz akvatoriyasına yollanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Ukrayna hərbi portalı” məlumat yayıb. 
    Bildirilir ki, ABŞ-a məxsus kəşfiyyat təyyarəsi Bolqarıstan hava məkanından keçərək Rusiyanın ilhaq etdiyi Krım sahillərinə doğru istiqamətlənib. 

    Muxalifet - 26-11-2018

  16. İstanbulda vertolyot qəzaya uğrayaraq düşdü – 4 əsgər şəhid oldu

    İstabulda Sancaqtəpə-də vertolyot qəzaya uğrayaraq düşüb. Qəza nəticəsində 4 əsgər şəhid olub.
    Məlumata görə, Sancaqtəpə düşən hərbi vertolyotun qəza səbəbi haqda hələlik heç bir informasiya verilməyib.
    Müxalifət.az

    Muxalifet3 - 26-11-2018

  17. ​Pərvin Abiyevanın geyimi müzakirələrə səbəb oldu - FOTO

    Aktrisa Pərvin Abiyevanın geyimi müzakirələrə səbəb olub.
    Aktrisanın uzun yarıqlı ətəyi və sinə dekoltesi ilə çəkdirdiyi fotosunu "İnstagram” hesabında paylaşıb.
    Bəzi izləyicilər isə bu geyiminə görə Pərvinə iradlarını yazıblar. /Unikal.org 

    Muxalifet - 26-11-2018

  18. ​Poroşenko Rusiyanın saxladığı gəmilərin azad olunmasını tələb edib

    Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyadan Kerç boğazında saxnılmış ukraynalı hərbçilərin dərhal azad olunmasını və Kiyevə təhvil verilməsini tələb edib.
    Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, bu bəyanatla ukraynalı lider Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ötən gecə keçirilmiş iclasında çıxış edib.

    Muxalifet4 - 26-11-2018

  19. ​Acunun boşanmasının ŞOK SƏBƏBİ: sən demə, Şeyma Çağatayla, özü isə... - FOTO

    Şeyma Subaşı ilə aparıcı Acun Ilıcalının boşanma səbəbləri ilə bağlı müxtəlif iddialar ortaya atılıb.
    Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma Subaşının ərini aktyor Cağatay Ulusoyla aldatdığı, Acunun isə Dafne Samyelinin qızına Londondan ev aldığı deyilir.
    İddia olunur ki, Şeyma aylar əvvəl Cağatay Ulusoyla bir məkanda əyləndikdən sonra onun evinə gedib. Onlar kameralara yaxalansa da, Acun bu xəbərin yayılmasına icazə verməyib.

    Muxalifet - 26-11-2018

  20. “MƏNİM BİR ALLAHIM VAR, O DA GÖYDƏDİR, BİRDƏ Kİ, CƏNAB PREZİDENTDİR" – Deputat Əliağa Hüseynov

    Xəbər verdiyimiz kimi, Lerikin Kaqoy kəndində özünü “ikinci Allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub.
    Sözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir.
    Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub.
    Məsələni dəqiqləşdirmək üçün Əliağa Hüseynovla əlaqə saxladıq.
    Deputat açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib:

    Muxalifet - 26-11-2018

Pages