Axtarış
The search found 105857 results in 0.093 seconds.
Search results
Dünya mediası Qaşıqçı cinayəti ilə çalxalanırkən, VƏLİƏHD ŞAHZADƏ KEF ÇƏKİR
Dünya mediası o gecə eyş-işrət məclisində baş verənləri danışır. Ərəb vəliəhd şahzadələrinin eyş-işrət gecəsindən gələn son dəqiqə xəbəri, fotoları ərəb dünyasını qarışdırıb. Ərəb şahzadələri əylənərkən özlərin keçmiş kimi görünür.
Muxalifet3 - 26-11-2018
"Həmin vaxt "Qoca" maşının salonunda yox, "baqaj"ında olub"- vəkillərin çıxışı yekunlaşdı
Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Muxalifet - 26-11-2018
Bilgəhdə bu malikanəni 21 milyon manata satışa çıxardılar ... - VƏ ELANI SAYTDAN YIĞIŞDIRDILAR
Bakının Bilgəh qəsəbəsində, Mir Cəlal Paşayev küçəsində yerləşən nəhəng malikanə daşınmaz əmlak alqı-satqısı üzrə elan saytlarından birində satışa çıxarılıb. Lakin bu barədə xəbər online KİV-lərdə yayılandan sonra həmin elan silinib.
Elana əsasən malikanə 160 hektar ərazidə inşa olunub və 2 mərtəbəlidir. Klassik üslubda inşa edilib, ümumi sahəsi 2 min kvadratmetrdən çoxdur. Yaşayış sahəsi tamamilə eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.Muxalifet - 26-11-2018
Sürücülərə VACİB XƏBƏRDARLIQ: bunu edənlər cərimələnəcək
“Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.
Muxalifet - 26-11-2018
ABŞ PKK terror təşkilatı ilə ORTAQ HƏRBİ BAZA QURUR - Gizli anlaşma ortaya çıxdı
ABŞ-ın Suriyada qurmaq niyyətində olduğu nəzarət məntəqələri ilə bağlı PKK/PYD ilə razılaşdığı aşkara çıxıb.
ABŞ-ın “regionun təhlükəsizliyi” adı altında Suriyanın şimalında quracağı nəzarət məntəqələri ilə əlaqədar PYD/PKK ilə razılaşma əldə elədiyi barəsindəki məlumatı YPG terrorçusu etiraf edib. Açıqlamaya görə, qurulacaq hərbi bazalarda ABŞ hərbçiləri ilə terrorçular birlikdə xidmət edəcəklər.
Muxalifet4 - 26-11-2018
Rusiyadan ABŞ-a raket cavabı!
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov, ölkəsinin Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini pozacaq hər hansı bir raketə malik olmadığını bildirib.
Sergey Ryabkov tərəfindən edilən açıqlamada, ABŞ-ın Rusiya tərəfindən həyata keçirildiyini önə sürdüyü testin, iddia edildiyi kimi uzun mənzilli olmadığı, ABŞ-ın dəlil göstərmədən Rusiyanı günahlandırmağa üstünlük verdiyi qeyd olunub.
Ryabkov, ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə sadiq qaldığı təqdirdə Rusiyanın da müqaviləyə sadiq qalacağını ifadə edib.Muxalifet3 - 26-11-2018
Güclü külək əsəcək – Xəbərarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Muxalifet - 26-11-2018
Rus menyusunda növbəti “QƏLƏBƏ”, yoxsa... - Azovda baş verənlərin PƏRDƏARXASI
Son aylar Azov dənizində Rusiya və Ukrayna arasında gərginləşən vəziyyət pik nöqtəsinə çatdı. gəmilərin Odessa limanına qayıdışı zamanı Rusiya gəmiləri Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıblar.
Publika.az-a şərhində Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, indiki halda qarşıdurmada hər iki tərəf maraqlı ola bilər.
Politoloq Ukraynanın seçkilər ərəfəsindən olduğunu və hazırkı prezident Pyotr Poroşenkonun qələbə qazanma ehtimalının olduqca aşağı olmasına diqqət çəkib:
Muxalifet - 26-11-2018
Musavatçı gəncin həbsi ilə bağlı apellyasiya şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsi noyabrın 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbsi ilə bağlı apellyasiya şikayətinə baxmalıdır.
Bunu AzadliqRadiosuna müsavatçının vəkili Osman Kazımov deyib.
Apellyasiya şikayətində onun həbsinin əsassız olduğu qeyd edilir və gənc müsavatçının azdlığa buraxılması istənilir.
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.Muxalifet3 - 26-11-2018
DİN-dən polisin baltalanması xəbəri ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Muxalifet4 - 26-11-2018
Milli Məclisin qarşısında etiraz aksiyası keçiriləcək - “Rəfael Cəbrayılov mandatdan məhrum edilsin” - VİDEO
Deputat Rəfael Cəbrayılovun fırıldağına məruz qalan çoxsaylı vətəndaşlar Milli Məclisin qarşısında aksiya planlaşdırırlar.
Deputat Rəfael Cəbrayılovun dələduzluq yolu ilə aldatdığı vətəndaşlar problemlərinin həlli üçün başqa variantlarının qalmadığını bildiriblər.
Məlumata görə, deputata məxsus olan tikinti şirkətindən ev alan çox sayda vətəndaş az sonra böyük dələduzluqla üzləşdiklərini başa düşüblər. Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb.
Muxalifet4 - 26-11-2018
""Qoca" müqavimət göstərib, zərərsizləşdiriblər" - VƏKİL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.
Muxalifet4 - 26-11-2018
İki qatar toqquşdu - YARALILAR VAR - VİDEO
Türkiyənin Sivas vilayətində yük qatarı ilə sərnişin qatarı toqquşub.
Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib.
Qəza yerinə xilasedicilər cəlb edilib. Ölü və yaralı sayının artacağı istisna edilmir.
lkin ehtimallara əsasən, qəzaya dispetçerlərin səhvi səbəb olub.
Muxalifet4 - 26-11-2018
Neftçalada sabiq müstəntiqin ofisdə qətli ilə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi Neftçala rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.Muxalifet - 26-11-2018
Müxalif partiyaya PKK ilə anlaşdığı haqda ŞOK İTTİHAM
Türkiyədə seçkilər zamanı CHP-nin hər bələdiyyədən bir kürsünü HDP-yə verdiyi bildirilir.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, iyunun 24-də “Hər evdən 1 səs HDP-yə” deyərək bu partiyanın üzvlərinin parlamentə yerləşdirilməsinə vəsilə olan Kamal Kılıçdaroğlunun HDP və İP ilə əldə elədiyi razılaşmanın detalları bəlli olub. İstanbul və Ankara kimi böyük şəhərlərdə CHP-ni dəstəkləyəcək 2 partiyaya sədr müavinləri və məclis üzvləri olmaq üçün imtiyazlar veriləcək.
Muxalifet4 - 26-11-2018
“Azov dənizində baş verən hadisədən narahatıq” – Türkiyə XİN
“Azov dənizində baş verən hadisədən narahatıq”.
“Haber7” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması ilə bağlı yaydığı açıqlamada bildirilib.
Muxalifet4 - 26-11-2018
"AST Telaman"dan ŞOK AÇIQLAMA - “Edam cəzasına da razıyam”
Azərbaycanlı iş adamı Telman İsmayılov ona məxsus bazarlarda narkotik alveri edildiyi ilə bağlı ittihamlara cavab verib.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, Rusiyanın NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları” proqramının "Yalan detektoru” rubrikasının qonağı olan biznesmen onunla bağlı yayılan bütün kriminal xəbərlərə bir-bir aydınlıq gətirib.
Muxalifet4 - 26-11-2018
"Milli Məclisi Tovuz palatkası yerinə qoyub" - MİR ŞAHİN SABİQ BAŞ PROKUROR HAQDA
Tanınmış telejurnalist Mir Şahin Ədalət Partiyasının sədri İlhas İsmayılovun verdiyi bir müsahibəyə münasibət bildirib.
Axar.az xəbər verir ki, “Mir Şahin saatı” proqramında İ.İsmayılovun açıqlamasını şərh edən Mir Şahin keçmiş nazir və baş prokurorun bir çağırış əvvəl deputatı olduğu Milli Məclisi “Tovuz palatkası yerinə” qoymaqda suçlayıb.
Telejurnalist İ.İsmayılovun Azərbaycanda şəffaf seçki keçirilməsi üçün “Suriyadakı kimi seçkilərin BMT tərəfindən keçirilməsi” “təşəbbüsünə” sərt reaksiya göstərib:
Muxalifet4 - 26-11-2018
Goranboyda maşınla vurulan piyada öldü
Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən xəbərə görə, noyabrın 24-də saat 8 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 26-11-2018
Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu - FOTOLAR
Kürdəmir rayonunda dərs zamanı orta məktəbin tavanı çöküb. Muxalifet.az A24.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə baş verib. Belə ki, dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin kolidorunun tavanı qəfildən uçub. Xoşbəxtlikdən uçqun hadisəsi şagirdlər siniflərdə olan zaman baş verib və həmin vaxt kolidorda heç kim olmayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılıb və dərslər yarımçıq qalıb.
Muxalifet4 - 26-11-2018