Axtarış
The search found 105857 results in 0.091 seconds.
Search results
Bunların əsasında Naxçıvan Sazişi dayanır - Kocaman
Naxçıvan Türk dünyasında xüsusi yerə və əhəmiyyətə malik olan bir məkandır. Təsadüfi deyil ki, Naxçıvanda Türk dünyası baxımından ilklərə imza atılıb. Türk dünyasının həmrəyliyinə, birliyinə yol açan mühüm bir təşkilatın quruluşunu özündə əks etdirən Naxçıvan Sazişi sayəsində Türk Şurası yaradılıb. Həmin vaxtdan bəri iqtisadiyyat, təhsil, turizm, idman və mədəniyyət sahələrində bir sıra layihələr həyata keçirilib. Bu layihələrin həyata keçirilməsinin əsasında da Naxçıvan Sazişi dayanır.
Muxalifet3 - 26-11-2018
BMT TŞ-dən Rusiyaya müraciət: Gəmiləri burax!
BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - Fransa, Hollandiya, Polşa, İsveç və Böyük Britaniya Ukrayna gəmilərinin buraxılması və onların Kerç boğazından keçmələrinə icazə verilməsi üçün Rusiyaya müraciət ediblər.
Muxalifet3 - 26-11-2018
Bazarda yerli çayın koloqramı 100 manatdan bahadır - VİDEO
Son illər yerli çaya tələbat artdığından çayçılıqda canlanma müşahidə olunur. Çay sahələrinin və yığılan məhsulun miqdarı artsa da bir çoxları qiymətin elə əvvəlki kimi baha olduğunu bildirirlər. Məsələn, Lənkəran bazarlarında qiyməti 100 manat və daha baha olan çay növləri var.
Çay yetişdirən fermerlər məhsulu bazarlarda çəki ilə satırlar. Bir kilosunun qiyməti 100 manat və daha artıq olan çaylar da var.
Muxalifet4 - 26-11-2018
ABŞ-dan Rusiyanın hücumuna reaksiya: Həyasızcasına...
Bu həyasızcasına edilmiş hücum beynəlxalq cəmiyyət tərəfindən pislənməli və heç vaxt qəbul edilməməlidir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.
Heyli Rusiyanın Ukraynanın Kerç boğazından qanuni keçmək haqqı olan gəmilərə müdaxiləsinin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.
Muxalifet3 - 26-11-2018
Bitkoin kəskin ucuzlaşdı
Dünyanın ən populyar kriptovalyutası bitkoin 4 min dollardan aşağı düşüb.
Muxalifet.az xəbər verir ki, ötən gün bitkoinin qiyməti sutka ərzində 10,17 faiz azalaraq 3 879 dollara bərabər olub.
Sonrakı saatlarda bitkoin qiymətini bir qədər bərpa edərək 3 976 dollaradək yüksəlib.
Qeyd edək ki, bu göstərici ötən ilin sentyabrından bəri ilk dəfə qeydə alınıb.
Muxalifet3 - 26-11-2018
FTX: Ukraynalı kapitanlar söz vermişdi ki...
Rusiya Federal Təhlükəsizlik Xidməti ötən gün Kerç boğazında 3 Ukrayna gəmisinin saxlanılması ilə bağlı məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, FTX öncədən Ukraynanın gəmi kapitanlarının sərhədi pozmayacaqları barədə söz verdiklərini xatırladıb:
"Ukraynanın gəmi kapitanları Rusiya sərhədini keçməyəcəklərini söyləmişdi".
Muxalifet3 - 26-11-2018
Rusiya Breksitdən mənafeyi üçün istifadə edəcəkmi?
Böyük Britaniyanın ABŞ-dan ayrılması London və Moskva arasında daha konstruktiv münasibətlərin qurulması üçün başlanğıc ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Britaniyadakı səfirliyinin nümayəndəsi RİA-ya açıqlamasında deyib.
Adı açıqlanmayan nümayəndə bildirib ki, bu çərçivədə Brüssel razılaşması ticari-iqtisadi anlamda hər hansı yenilik gətirməyib.
Qeyd edək ki, Britaniya 2019-cu ilin 29 martında Avropa Birliyindən (AB) ayrılacaq.
Muxalifet3 - 26-11-2018
Qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən bildirir ki, noyabrın 26-da qızılın qiyməti noyabrın 23-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2082,8315 manat təşkil edib.
Gümüş 0,266 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3935 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 3,2725 manat azalaraq 1437,5455 manat, palladiumun qiyməti isə 38,301 manat azalaraq 1924,859 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 26-11-2018
Əməkdar artist xanım həmkarının başını qırxdı - Video
ARB TV-nin “Baldız” serialının növbəti bölümündə maraqlı anlar yaşanıb.
Məlumatına görə, serial zamanı əməkdar artist Dilarə Əliyeva həmkarı Vüsalə Həsənlinin başını qırxıb.
Həmin anı əks etdirən videonu təqdim edirik:
Muxalifet4 - 27-11-2018
"Rusiya ilə əlaqələrə daha ehtiyac yoxdur" - UKRAYNALI NAZİR
Rusiya ilə əlaqələrə daha ehtiyac yoxdur və biz bu cür əlaqələrə malik deyilik.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.
“Biz indi Rusiyada yaşayan 2,5 milyon ukraynalıya yardım etmək üçün lazımi formulu tapmalıyıq və konsulluğun gördüyü bütün işləri görməliyik”, - deyə XİN rəhbəri bildirib.
Muxalifet4 - 27-11-2018
Ukrayna Radası Poroşenkonun fərmanını dəyişdirdi
Bu gün Ukrayna Ali Radasının yerli vaxtla saat 16:00-da (bakı vaxtı ilə 18:00) başlayan və Prezident Poroşenkonun ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı fərmanının müzakirəsinə həsr edilən fövqəladə toplantısı başa çatıb.
Ukrayna mediası xəbər verir ki, uzun müzakirələrdən sonra Prezident Poroşenkonun fərmanı müəyyən redaktələrlə təsdiqlənib. Belə ki, Ukraynada hərbi vəziyyətin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında fərmanda əks olunduğu kimi, 60 gün deyil, 30 günlük elan olunması qəbul edilib.
Muxalifet4 - 27-11-2018
Bir reklama çəkildi, milyonlar qazandı - Video
Aktyor Barış Arduç “Ford Focus”un reklam siması olub.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor budəfəki reklamdan 3 milyon lirə qazanıb. Reklam filmi cəmi bir gün ərzində çəkilib.
Barış daha əvvəl də reklam siması olduğu markalardan aldığı qonorarlarla birlikdə budəfəki qazancını daşınmaz əmlaka yatıracaq. Aktyorun restoran açacağı da deyilir.
Muxalifet4 - 27-11-2018
RUSİYADAN DAHA BİR İDDİA - “Gəmilərin birində xüsusi xidmət orqanlarının əməkdaşları olub”
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski tutulan Ukrayna gəmilərindən birində xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğunu bildirib.
“TASS” agentliyi xəbər verir ki, Polyanski onların xüsusi tapşırıqla Rusiya sərhədlərini pozduğunu deyib:
“Gəmilərdən birində Ukrayna xüsusi xidmət orqanlarının 2 əməkdaşı olub. Onlar boynuna alıb ki, xüsusi tapşırıqla məhz bu cür hərəkət etməli olublar. Biz bu barədə ətraflı danışacağıq”.
Muxalifet4 - 27-11-2018
Paşinyan Belarusa getməkdən imtina etdi - SƏBƏB...
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (AAİİ) hökumət başçılarının iştirakı ilə Minskdə keçiriləcək Avrasiya Hökumətlərarası Şuranın iclasına qatılmayacaq.
Virtualaz.org “Reqnum”a istinadən xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Ermıənistan baş nazirinin birinci müavininin vəzifələrini icra edən Ararat Mirzoyan yazıb.
“Baş nazirin qərarına müvafiq olaraq, məzuniyyət dövründə onu əvəz edəcəyəm. Ermənistanı AAİİ-nin hökumətlərarası iclasında təmsil edəcəyəm”, - Mirzoyan qeyd edib.
Muxalifet4 - 27-11-2018
"Hakimiyyət Zurabişvilini dəstəkləsə də, Vaşadze..." - ƏLİBALA ƏSGƏROV
Noyabrın 28-də qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda hakim “Gürcü arzusu” blokunun dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66, müxalifətçi “Güc birlikdədir”-in namizədi Qriqol Vaşadze isə 37,7 faizini toplamışdı.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Gürcüstan vətəndaşı, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov Meydan TV-nin suallarını cavablandırıb.- Noyabrın 28-də keçiriləcək 2-ci turla bağlı gözləntiləriniz nədən ibarətdir?
Muxalifet4 - 27-11-2018
NATO-dan Rusiyaya sərt XƏBƏRDARLIQ - "Hərəkətlərinin qarşılığı olacaq"
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.
Muxalifet.az xəbər verir ki, baş katibə görə, Rusiya saxladığı Ukrayna gəmilərini və hərbçilərini dərhal sərbəst buraxmalıdır: "Rusiya hərəkətlərinin qarşılığının olacağını anlamalıdır. NATO-nun bütün üzvləri Ukraynaya tam dəstək verir".
Qeyd edək ki, Rusiya noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər saxlanılıb.Muxalifet - 27-11-2018
Ukraynada prezident seçkilərinin tarixi təyin edilib
Ukrayna Ali Radası (parlament) ölkədə növbəti prezident seçkilərini 31 mart 2019-cu il tarixinə təyin edib.
Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, parlament müvafiq qərarı bazar ertəsi qəbul edib.
Qərarın lehinə 298 deputat səs verib.
“Biz qərarı qəbul etdik”, — deyə səsvermədən sonra Rada spikeri Andrey Parubi bildirib.
Qərara əsasən, sənəd qəbul olunduğu gündən qüvvəyə minir.
Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko ölkə ərazisində hərbi vəziyyət tətbiq etmək barədə qərar qəbul edib.Muxalifet - 27-11-2018
Saakaşvili üçün revanş günü - Gürcüstan seçkiləri...
Sabah qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Oktyabrın 28-də seçkilərin keçirildiyi ilk turdan keçən son bir ay ərzində Gürcüstandakı seçki prosesləri bütün dünyanın diqqət mərkəzinə çevrilib.
Bu turda prezidentlik uğrunda hakim “Gürcü Arzusu” koalisiyasının namizədi Salome Zurabişvili ilə müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq. İlk turda S.Zurabişvili 38,64, Q.Vaşadze isə 37,74% səs toplayıb.
Muxalifet - 27-11-2018
Səudiyyə şahzadəsinin Misir səfəri ETİRAZLA QARŞILANDI - "Mişarın utanc səfəri"
Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın növbəti səfəri Misirə olub. Misir rəsmi agentliyi “MENA”-nın xəbərinə görə, Səudiyyə şahzadəsi bin Salmanı Qahirə Beynəlxalq Hava Limanında Misir prezidenti Əbdul- Fəttah es-Sisi qarşılayıb.
Xəbərdə, iki gün davam edəcək səfər çərçivəsində bin Salmanın Misir prezidenti Sisi ilə ikitərəfli əlaqələr və regional prosesləri müzakirə edəcəyi bildirilib.
Misirdə müxalifətdə yer alan siyasi şəxslər və jurnalistlər isə Səudiyyə vəliəhdinin Qahirə səfərinə təpki göstərib.Muxalifet3 - 27-11-2018
Müharibə ONLARI XİLAS EDƏCƏK: İşləməyən strategiya və MÜDHİŞ ZAMANLAMA
Kerç boğazında bazar günü baş vermiş münaqişə apreldən - Rusiyanın materik hissəsi ilə zəbt edilmiş Krım arasında körpünün açılışından bu yana yetişirdi. Kreml 3,4 milyard dollarlıq layihə ilə yarımadanın birləşməsi üzrə iradəsini nümayiş etdirmək fikrində idi. O həmçinin bununla Ukraynadan yan keçərək Krıma çatdırmaları həyata keçirmək imkanını təmin etdi.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Kerç boğazı ətrafında Rusiya və Ukrayna arasında baş verən son qarşıdurmanı şərh edən “Blomberg” agentliyinin məqaləsində deyilir.Muxalifet - 27-11-2018