Axtarış
The search found 105857 results in 0.22 seconds.
Search results
HAMI BU SƏRXOŞ AZƏRBAYCANLI KİŞİNİN SAĞLIQ DEMƏSİNDƏN DANIŞIR – VİDEO
Azərbaycanda toy məclisində kişinin dediyi sağlıq hər kəsin gülüşünə səbəb olub.
Muxalifet.az A24.Az-a istinaden xəbər verir ki, o, öz sağlığında Rusiya prezidenti Vladimir Putinə olan simpatiyasından bəhs edib:
“Putin dünyanın ən yaraşıqlı, ən hörmətli prezidentidir. Mən bu badəni onun şərəfinə içmək istəyirəm. Azərbaycan və Rusiya dünyanın ən zəngin ölkələridir. Yaşasın Azərbaycan və Rusiya!”Muxalifet - 27-11-2018
“Ukrayna gəmilərinə hücum Putinin reytinqini yuxarı qaldırmaq məqsədi güdə bilər”
Azov dənizinin Kerç boğazı yaxınlığında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi katerinin Ukraynanın döyüş gəmilərinə atəş açması nəticəsində 6 matrosun yaralanması və Ukraynaya aid 3 hücum gəmisinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirilməsi dünyanın diqqətində olan əsas məsələdir.
“Hər şey BMT Təhlükəsizlik Şurasının bu məsələyə verəcəyi qiymətdən asılı olacaq”
Muxalifet4 - 27-11-2018
"Qarabağ" Bakı Metropoliteninə müraciət edib
"Qarabağ" klubu Bakı Metropoliteninə müraciət edib.
Muxalifet.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Avropa Liqasının V turunda "Sportinq"lə keçiriləcək oyunun gec başa çatacağını nəzərə alaraq azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec- saat 01:00-də bağlanması üçün Bakı Metropoliteninə müraciət edib.
Bakı Metropoliteni klubun müraciətini nəzərdən keçirdikdən sonra cavab verəcək.
Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.Muxalifet - 27-11-2018
Putin Ukraynadakı dayağını İvanişviliyə yardıma göndərdi
Gürcüstandakı prezident seçkisinə iki gün qalmış Rusiya Prezidenti Vladimir Putin yaxın adamı Viktor Medvedçuku Tiflisə göndərib.
Bunu Pirveli TV-yə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, Putinin sağ əli olan Medvedçuk Gürcüstanan İvanişvilinin uduzmasına görə göndərilir:Muxalifet - 27-11-2018
“Allahşükür Paşazadənin açıqlamsı cəmiyyəti çaşdırmaq məqsədi daşıyır” – ABEL MƏHƏRRƏMOVLA BAĞLI QALMAQALA REAKSİYA
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Muxalifet4 - 27-11-2018
Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: Əməliyyat edilən xəstə iflic oldu
Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib. Xəstənin yaxınları baş verən hadisədə həkimləri günahkar bilir: Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi.
Muxalifet4 - 27-11-2018
"Sənə verdi, ona verdi..." - Elza onu tənqid edən Rasim Balayevə CAVAB VERDİ - Video
CVN internet televiziyasında qonaq olan xalq artisti Rasim Balayev əməkdar artist Elza Seydcahanın şeir yazmasını tənqid edib.
Unikal.org xəbər verir ki, Rasim Balayev müğənninin şeir söyləməsini ona irad tutub:
Muxalifet4 - 27-11-2018
Trampdan Fransaya gözdağı: Fransanın yanmasını televiziyadan izləyirəm
ABŞ prezidenti Donald Tramp, Avropanın ordu qurmaqdan əvvəl NATO-ya hərbi bağlılıqlarını yerinə yetirib, pul ödəmələri lazım olduğunu açıqlayıb.
ABŞ ilə Avropa arasında ordu böhranı davam edir. Fransa prezidentinin “Avropa ordusunun yaradılması” fikrinə Donald Trampın qəzəbi davam edir. Mövcud vəziyyətdə Avropanın da qoruyucusu mövqeyində olan ABŞ-dan uzaqlaşmağa çalışarkən, Avropaya Trampdan yeni bir təpki səslənib.
“ÖNCƏ PULU ÖDƏYİN”
Muxalifet3 - 27-11-2018
В Имишли должники банков готовятся к голодовке
Группа жителей Имишлинского района намерена 30 ноября начать голодовку в райцентре перед "Домом юстиции". Об этом Turan сообщил житель района Bугар Гадиров. Голодовка проводится в знак протеста против удержания у них задолженности перед банками и жестким исполнением судебных решений. "Новый начальник отдела исполнений действует заодно с банками и хочет за счет граждан, как можно быстрее собрать долги. К примеру, он не ограничился удержанием половины 480-манатной зарплаты моего брата, а стал забирать ползарплаты и у его поручителя.
Muxalifet4 - 27-11-2018
Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI: atasının maşınını qaçırdı və...
Kürdəmir rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
Belə ki, rayonun Xirdapay kəndi ərazisində aşan “KİA Rio” markalı avtomobili idarə edən 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun maşını sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub.
Muxalifet4 - 27-11-2018
İmişlidə banka borcu olanlar aclıq aksiyasına hazırlaşır
İmişli rayonunun bir qrup sakini noyabrın 30-da "Ədliyyə Evi"nin önündə aclıq aksiyasına başlayacaq.
Bu barədə Turan-a rayon sakini Vüqar Qədirov bildirib.Aclıq banklara olan borcların tutulması ilə bağlı çıxarılmış məhkəmə qərarlarının sərt icrası ilə əlaqədardır:
Muxalifet4 - 27-11-2018
2019-cu ilin dövlət büdcəsi qəbul edildi – NEFTİN QİYMƏTİ DƏYİŞMƏDİ
"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, noyabrın 27-də keçirilən iclasda millət vəkilləri büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, büdcədə neftin qiyməti əvvəldən nəzərdə tutulduğu kimi, 60 dollardan götürülüb.
Muxalifet4 - 27-11-2018
Almaniyadan Rusiyaya ard-arda gələn təpki: DƏRHAL BURAXIN!
Berlində Xarici Siyasət Forumunda çıxış edən Almaniyanın müdafiə naziri Ursula fon der Leyen, Ukrayna ilə yaşanan böhranda Rusiyanın nəzarətinə götürdüyü dənizçiləri dərhal azad etməsi lazım olduğunu söyləyib. Xarici işlər naziri Heiko Maas isə çıxışında Rusiyanın beynəlxalq hüquqa sadiq qalması lazım olduğunu bildirib.
Muxalifet3 - 27-11-2018
Azərbaycanda benzin və dizellə bağlı MÜHÜM XƏBƏR - VİDEO
Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir.
Bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri sürətlə davam edir. Görüləcək işlərdən sonra benzin ilə yanaşı, "Avro -5" standartına cavab verən dizel də ölkəmizdə istehsal olunacaq.
Muxalifet.az xəbər verir ki, Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov ''Xəzər Xəbər''ə açıqlamasında artıq bu yanacaqların istehsal tarixinin bəlli olduğunu deyib.Muxalifet4 - 27-11-2018
İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Muxalifet4 - 27-11-2018
Mikayıl Müşfiqlə bağlı DNK analizin nəticəsi nə vaxt açıqlanacaq? - RƏSMİ
“Mikayıl Müşfiqlə bağlı DNK analizlərinin nəticəsi hələ bir neçə həftədən sonra məlum olacaq. Çünki ortaya əlavə sualla çıxıb və bununla əlaqədar işlər bir qədər uzanacaq”.
Muxalifet.az xəbər verir ki, bu barədə Azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, əlavə müayinələr təyin olunub.Muxalifet4 - 27-11-2018
17 Rus təyyarəsi İngilis gəmisini mühasirəyə alıb - TƏHDİD
Qara dənizdə Rusiya və Ukrayna arasındakı qarşıdurmadan dərhal sonra başqa bir şok görüntü yayımlanıb.
Rus döyüş təyyarələri, İngilis döyüş gəmisi HMS Daneken ətrafına toplaşaraq təhdid edib.
Qara dənizdə NATO adından xidmət edən gəminin üzərində 17 təyyarə uçuşub.
Rus təyyarələri NATO bayrağı daşıyan İngilis gəmisinə olduqca yaxınlaşıb.
Və xeyli sürətli və alçaqdan uçublar.
İngiltərənin müdafiə naziri Qavin Williamson, baş verənləri həyasız bir düşmənçilik kimi qiymətləndirib.Muxalifet3 - 27-11-2018
Kremldən açıqlama: GƏRGİNLİK ARTIR
Kreml, Ukraynadakı hərbi vəziyyət qərarının Ukraynadakı qarşıdurmanın güclənməsinə yol aça biləcəyini açıqlayıb.
Bunu Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
Saxlanılan 3 Ukrayna döyüş gəmisinin ekipajının aqibəti haqqında da danışan Kremlin sözçüsü Dmitri Peskov, bu məsələdəki qərarı məhkəmənin verəcəyini və Kremlin bu məsələdə bir mövqeyinin olmadığını deyib.
Müxalifət.azMuxalifet3 - 27-11-2018
Qanun DƏYİŞDİ: Azərbaycanda işsizlərə 12 ayadək ƏLAVƏ PUL VERİLƏCƏK
“İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək”.
Bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sığorta fondunun böyük hissəsi işsizlik probleminin həllinə yönəlib.Muxalifet - 27-11-2018
"Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək
"“Qarabağ» klubunun oyunu ilə əlaqədar "Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək. Zərurət yaranacağı təqdirdə, iş vaxtı uzadılacaq".
Bu barədə Open.az-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.Muxalifet - 27-11-2018