Axtarış

The search found 105857 results in 0.107 seconds.

Search results

  1. ​"143 manat yaşayış minimumu üçün normal rəqəmdir" – Millət vəkili

    2019-cu il üçün yaşayış minimumu dəyişib.

    Muxalifet.az anews.az-a istinadən xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

    Millət vəkili bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir.

    "Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

    Spiker Oqtay Əsədov bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib:

    Muxalifet3 - 27-11-2018

  2. ​Türkiyə yansa, bu dörd rayonun vecinə deyil - Ərdoğan

    Türkiyə yansa Kadıköy, Beşiktaş, Şişli ve Çankaya rayonlarının vecinə deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında çıxışı zamanı deyib.
    “CHP-nin qalaları hazırki səviyyəyə böyükşəhər bələdiyyəsinin və hökumətin investisiyaları gəlib çatıb. Kadıköy, Beşiktaş, Şişli və Çankaya kimi ərazilərdə seçki nəticələrinə baxın. Türkiyə yansa, bunların vecinə deyil. Buralardakı seçici statusu Türkiyə tortunun qaymağını yeyən kəsimdən ibarətdir”, - deyə Ərdoğan bildirib.
     

    Muxalifet3 - 27-11-2018

  3. ​Ermənistan Mərkəzi Bankından Bakıya təxribat - Foto

    Azərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olub. Bu adət-ənənə bu gündə yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan digər respublikalardan bir neçə dəfə öndədir.

    Muxalifet3 - 27-11-2018

  4. ​Hökumət verdiyi sözü yerinə yetirmir - Təbrizli deputat

    Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökumət Azərbaycan dili institutunun açılmasına şərait yaratmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlament) Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi deyib. İran Aşıqlar Birliyinin konfransında çıxış edən deputat diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində Təbrizə səfər edən Həsən Ruhani seçicilərə Azərbaycan dili institutunun açılacağı haqqında söz vermişdi. H.Ruhaninin rəhbərlik etdiyi hökumət verdiyi sözü tutmalıdır.

    Muxalifet3 - 27-11-2018

  5. ​SON DƏQİQƏ: Azərbaycanlı tanınmış vəfat etdi - VİDEO

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq Əjdər Ağayev 81 yaşında vəfat edib. 
    O, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan təhsil şurasının sədri, respublika müəllimlər şurasının sədri vəzifələrində çalışıb. 
    Ailə yaxınlarından verilən məlumata görə, Əjdər Ağayev uzun müddət ağır xəstlikdən əziyyət çəkib. Bu gün erkən saatlarda ürəyi dayanıb və vəfat edib. 
     

    Muxalifet3 - 27-11-2018

  6. ​XİN rəhbəri amerikalı din xadimlərini qəbul etdi

    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperı və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.
    XİN-dən verilən məlumata görə, görüşdə Ravvin Abraham Kuper Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu bildirərək Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

    Muxalifet3 - 27-11-2018

  7. ​Türkiyə hücuma keçdi – ÖLƏNLƏR VAR

    Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın Zap bölgəsində təşkil etdiyi aviaəməliyyatlar nəticəsində 6 terrorçu məhv edilib.
    Muxalifet.az  xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında deyilib.
    Əməliyyat zamanı terrorçulara aid silah-sursat anbarları, sığınacaqlar da yararsız hala salınıb.
     

    Muxalifet3 - 27-11-2018

  8. ​Sülhməramlılarımız Sudana yola düşür

    Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımızın 2019-cu ilin yanvarında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.
     

    Muxalifet3 - 27-11-2018

  9. ​Rusiya ukraynalı dənizçini həbs etdi - Qərar

    Krımın Simferopol şəhərində yerləşən Kiyev regional məhkəməsi Rusiya ərazi sularını pozması ittihamı ilə ukraynalı dənizçi Vladimir Varimezin 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, hakim Mixail Belausovun qərarına görə, dənizçi 25 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.
    Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.

    Muxalifet3 - 27-11-2018

  10. ​Bərdədə dəhşətli olay: Meşəyə getdilər və...

    Bərdə rayonunda kütləvi dava baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.
    Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

    Muxalifet3 - 27-11-2018

  11. ​Türkiyə və Rusiya bir cəbhədə yer alır, lakin... - Mamedov

    Terrorçular sülh prosesini baltalamaq üçün əlindən gələn hər şeyi edə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Beynəlxalq Diplomatiya Akademiyasının proqram koordinatoru Ruslan Mamedov deyib.
    “Suriya hökuməti, müxalifəti və Rusiya-Türkiyə-İran üçlüyü provokasiyaya aldanmamalıdır. Rusiya və Türkiyə burada bir cəbhədə yer alır. Fərqli mövqelərə baxmayaraq, sabitliyin təminatı üçün ortaq dil tapmaq qaçılmazdır”, - deyə Mamedov bildirib.
     

    Muxalifet3 - 27-11-2018

  12. ​"Frans3" Azərbaycanın rolundan bəhs etdi - Enerji təhlükəsizliyi

    Fransanın “Frans3” telekanalında yayımlanan “Avenue de l'Europe” verilişinin növbəti buraxılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bu xüsusda Azərbaycanın oynadığı vacib rola həsr edilib.
    Muxalifet.az xəbər verir ki, reportajda müəllif Azərbaycanın reallaşdırdığı nəhəng “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını və bu məsələdə qitənin asılılığının azaldılmasına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.

    Muxalifet3 - 27-11-2018

  13. ​Trampdan təklif: ABŞ-da dövlət televiziyası yaradılsın

    CNN telekanalı ilə rəqabət apara biləcək dövlət televiziyası yaratmaq lazımdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
    Tramp qeyd edib ki, ABŞ-da “güclü səs”i, amma aşağı reytinqi olan CNN ölkədə baş verən hadisələri dünyaya ədalətsiz və yanlış şəkildə göstərir:
    “Buna qarşı nəsə etmək lazımdır. Qüdrətli dövlət olduğumuzu dünyaya göstərmək üçün öz ümumdünya şəbəkəmizi yarada bilərik”.
     

    Muxalifet3 - 27-11-2018

  14. Millimizin Millətlər Liqasındakı BİABIRÇILIĞININ SƏBƏBLƏRİ

    Baxıram, Gürcüstan milli komandasının Millətlər Liqasındakı uğuruna, lap paxıllığım tutur. Adamlar keçirdiyi 6 oyunun 5-də qələbə qazanıb, yalnız 1 oyunda 2 xal itirdilər. Qazaxıstan, Latviya, Andorra milliləri ilə eyni qrupda yer alan gürcülər 6 oyuna cəmi 2 dəfə qapılarında qol gördülər. Bəs biz nə etdik?
    Vur-tut, 2 qələbə qazandıq ki, bu da “fağır” Farer adaları üzərində qeydə alındı. Qalan 3 xalı isə güc-bəla ilə 3 oyuna yığa bildik, Kosova və Malta ilə (evdə və səfərə) edilən heç-heçələrlə. Cəmi 9 xal və ən yaxın olduğumuz Avropa çempionatı ümidlərimiz suya düşdü!

    Muxalifet3 - 27-11-2018

  15. ​Məşhur türkiyəli aktrisa vəfat etdi

    Məşhur türkiyəli aktrisa Uğur Kıvılcım 76 yaşında vəfat edib.
    Muxalifet.az xəbər verir ki, Uğur Kıvılcım sabah Çekmeköydə dəfn olunacaq.
    Xatırladaq ki, bir çox serialda və filmdə rol almış aktrisa tamaşaçının yaddaşında "Tonton nənə" kimi qalmağı bacarıb.
     

    Muxalifet3 - 27-11-2018

  16. ​Başına 300 min pul qoyulan Ağbaş məhv edildi

    Başına 300 min lirə pul mükafatı qoyulan PKK terrorçusu Zinar Amed ləqəbli Əli Ağbaş Türkiyənin Muş bölgəsindəki Malazgird Tatarqazi kəndində məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilib.
     

    Muxalifet3 - 27-11-2018

  17. ​NATO-dan bəyanat: Rusiya və ABŞ müzakirəsi vacibdir

    Rusiya və ABŞ Orta və Yaxın Mənzilli Raketlərin ləğvi razılaşması ilə bağlı müzakirələrə başlamalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri NATO baş katibinin köməkçisi Rouz Hötemüller deyib.
    “Mən Rusiyanın bu müqavilə ilə bağlı dialoqa başlamasını məmnuniyyətlə qarşılayardım”, - deyə Hötemüller bildirib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin 1987-ci ildə imzalanmış bu müqavilədən çıxacağını bəyan etmişdi.
     

    Muxalifet3 - 27-11-2018

  18. ​Rusiya daha 3 ukraynalı dənizçini həbs etdirdi - Yeniləndi

    Kiyev məhkəməsi daha 3 ukraynalı dənizçi haqda 2 aylıq həbs qətimkan tədbiri seçilib.
    Qeyd edək ki, Kerç boğazında Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.
     

    Muxalifet3 - 27-11-2018

  19. ​Paşinyan: Serj Sarkisyan Qarabağı təslim etməyə hazırlaşırdı

    Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyasını vaxtilə Dağlıq Qarabağın təslim edilməsi siyasəti yürütdüyünü bəyan edib. 
    Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunu sözügedən partiyanın nümayəndələrinin hazırkı hökumətə qarşı analoji ittihamlarına cavab olaraq bildirib.

    Muxalifet3 - 27-11-2018

  20. ​Messi hədəflərini açıqladı

    “Barselona”nın hücumçusu Lionel Messi karyerasının hazırkı mərhələsində hədəflədiyi məqsədləri açıqlayıb.
    Muxalifet.az “Marca” nəşrinə istinadən xəbər verir ki, futbolçu öz üzərində çalışmaq, inkişaf etmək istədiyini bildirib. 
    “Əsas məqsədim əldə etdiklərimlə kifayətlənməməkdir. Gün keçdikcə, daha yaxşı olmaq, daha çox mükafat qazanmaq istəyirəm. Həmişə qalib gəlməyi sevirəm, uduzmağı heç sevmirəm”, - deyə o vurğulayıb. 
     

    Muxalifet3 - 27-11-2018

Pages