Axtarış

The search found 105857 results in 0.176 seconds.

Search results

  1. ​Şahbazın qardaşı: Ümidimiz bunadır...

              
    5 aydan çoxdur ki, qardaşımdan məlumat ala bilmirik. Sağdırmı, sağlamdırmı xəbərimiz yoxdur. Bu barədə bizə heç nə demirlər.
    Muxalifet.az xəbər verir ki, bunu azvision.az-a Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət etsələr də, Şahbaz barədə nə yazılı, nə də şifahi məlumat verilir.

    Muxalifet3 - 27-11-2018

  2. ​Gəncə icra başçısının müavini işdən çıxarıldı

    Gənc Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.
    Report-un məlumatına görə, işdən kənarlaşdırılan şəxs icra başçısı Niyazi Bayramovun müavini, İdarənin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qurbanəliyeva Sevda Firuddin qızıdır.
    Həmin vəzifəyə təyinat barədə məlumat yoxdur.
     

    Muxalifet3 - 27-11-2018

  3. Ərdoğan və Tramp görüşəcək

    ABŞ prezidenti Trampın Argentinadakı G20 Zirvəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcəyi, Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla ilə görüşmək planının olmadığı bildirilib.
     
    Bu haqda Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton məlumat verib.
    Bolton, ABŞ prezidenti Trampın sammit çərçivəsində Argentina, Çin, Rusiya, Almaniya, Yaponiya, Hindistan və Cənubi Koreya liderləri ilə bir araya gələcəyi məlumatını bölüşərək, prezident Ərdoğan ilə də ikitərəfli görüş keçirəcəyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 28-11-2018

  4. Türkiyə yeni xüsusi təyinatlı qüvvə formalaşdırır

    Enerjidə dəhliz ölkə olan və özünü əhatə edən dənizlərdə neft və qaz axtarış fəaliyyətlərini son dövrdə artıran Türkiyə, dənizlərdəki nəql xətlərini, qaz və neft platformalarını qoruyacaq xüsusi qüvvə yaradır. Sayı və miqyası hələ məlum olmasa da, 2023-ə qədər işə başlaması planlaşdırılan Dəniz Təhlükəsizlik qüvvələri, dənizlərdə meydana gələn terror hadisələrinə qarşı təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirəcək. Dəniz qüvvələrinin ilk fəaliyyət sahəsi İstanbul və Dardanel boğazları olacaq. Xüsusi qüvvə daha sonra sahillərə yerləşdiriləcək.

    Muxalifet3 - 28-11-2018

  5. BƏƏ və S. Ərəbistanının “Türkiyə” planı ifşa oldu

    Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ittifaqının Suriya və İraqa yönəlik ticari, siyasi və hərbi marağı son dövrdə fövqəladə dərəcədə artıb. İraqda prezident seçilən Berham Saleh, Türkiyəyə gəlmək əvəzinə, nəfəsi Ər-Riyadda alarkən, İraq hökumətindən bəzi nazirlər də ardıcıl Səudiyyə və BƏƏ-nə yönələn səfərlər həyata keçirib. Bu danışıqlarla birlikdə Səudiyyə və BƏƏ-nin İraqla dialoqu son illərin ən yüksək səviyyəsinə çatıb.

    Muxalifet3 - 28-11-2018

  6. Çində partlayış oldu

    Çinin Hıbey əyalətinin Cangciaokou şəhərində bir kimya zavodu yaxınlığında meydana gələn partlayış nəticəsində 22 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
     
    Sosial media platformalarından olan Wechat üzərindən verilən məlumata görə, Cangciakou şəhərinin Çiaodong bölgəsində yerləşən bir kimya zavodu yaxınlığında partlayış baş verib.
    Partlayış nəticəsində 22 nəfər ölüb, 22 nəfər yaralanıb.
    Müxalifət.az

    Muxalifet3 - 28-11-2018

  7. Terrorçu usagı özünə sipər etdi, polis atəş aça bilmədi

    Məlumatlara görə, Türkiyənin Batman əyalətində Hilal məhəlləsində daha əvvəldən bir PKK-lı terrorçunun evdə olduğunu təsbit edən polis dəstələri evə basqın təşkil edib.
     
    KÖRPƏNİ SİPƏR ETDİ, POLİS ATƏŞ AÇMADI
     
    Basqında polis dəstələri ilə bir terrorçu arasında atışma olub. Qarşıdurma əsnasında terrorçunun bir körpəni özünə sipər etdiyi və bu üzdən polisin atəş edə bilmədiyi bildirilib.

    Muxalifet3 - 28-11-2018

  8. Kreml HƏRƏKƏTƏ KEÇDİ, Saakaşvili həbs ediləcək, Gürcüstan... - MÜSAHİBƏ

    Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda iqtidar və müxalifətin favorit namizədlərinin eyni səs toplaması seçkilərin taleyini ikinci tura buraxıb. Seçkilərdə böyük rəqabətin olacağı isə istisna deyil.

    Siyasi analitik Natiq Miri mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

    Muxalifet - 28-11-2018

  9. Türkiyəyə qarşı müharibə ssenarisi! Xəritə belə cızdılar

    Lozanna Müqaviləsinə güvəndiyini dəfələrlə açıqlayan Yunanıstan tərəfi, Türkiyənin dibindəki kiçik adalara raket yerləşdirməyə çalışır.
     
    Türkiyənin Aralıq dənizində başladığı neft və qaz işləri, Yunanıstanda böyük bir narahatlığa səbəb olub.
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, qaçqın məsələsi gündəmə gəldikdə Yunanıstanın tir-tir titrədiyini, ancaq məsələnin neft və qaz olduğu zaman Yunanıstanın aslan kəsildiyini deyib.
     
    MÜHARİBƏ SSENARİSİ
     

    Muxalifet3 - 28-11-2018

  10. “Bu aqressiya mənim xoşuma gəlmir…” – Tramp Putinlə görüşməyə bilər

    ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

    “Report” “The Washington Post”a istinadən xəbər verir ki, Tramp hadisə ilə bağlı “ətraflı hesabat” gözləyir.

    “O, (Hesabat. — Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı… Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil”, — deyə qəzet onun sözlərini sitat gətirib.

    Muxalifet - 28-11-2018

  11. “VƏKİLLİK ƏMRLƏ VERİLMİŞ XÜSUSİ RÜTBƏ DEYİL Kİ…” – Tanınmış vəkil onunla bağlı iddialara cavab verdi

    Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl vəkillik xidməti göstərməyi dayandırdığını bəyan edən Azərbaycanın tanınmış vəkili Adəm Məmmədov Rusiyada aktiv diaspor fəaliyyətinə başlayıb. Adəm Məmmədov Rusiyanın paytaxtı Moskvada yaradılan Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyinin həmtəsisçisi olmaqla yanaşı 1-ci vitse-prezidenti də təyin edilib.

    Muxalifet - 28-11-2018

  12. ​Saakaşvili-İvanişvili dueli: II raund başladı

    Gürcüstanda prezident seçkilərinin ikinci turu başlayıb.
    Muxalifet.az xəbər verir ki, mübarizə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze ilə hakim Gürcü Arsuzunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili arasında gedir.
    Saat 08:00-da start götürən seçkidə ölkə üzrə səsvermə hüququ olan 3.528.658 seçici üçün 3703 seçki məntəqəsi yaradılıb. Xarici ölkələrdə seçki üçün 55 seçki məntəqəsi açılıb.
    Bu gün seçkini 48500-dən çox yerli, 1300-dən çox beynəlxalq müşahidəçi izləyəcək.

    Muxalifet - 28-11-2018

  13. Putin Poroşenkonun zənginə cavab verməyib

    Ukrayna prezidenti Pyotr Poroşenko Kerç boğazında Ukrayna Hərbi-Dəniz Qüvvələrlərinin gəmilərinin saxlanılması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlamaq istəyib. Lakin, buna nail olmayıb. Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin Poroşenkonun telefonuna cavab verməyib. "Gecə dərhal Rusiya prezidenti Putinlə danışıq sifariş etdim, amma cavab almadıq. Kansler Merkelə müraciət etməyə məcbur oldum ki, o, Ukrayna döyüşçülərinin və gəmilərin təcili azad olunması barədə Putinlə danışsın", - deyə Poroşenko bildirib.

    Muxalifet - 28-11-2018

  14. ​Rusiya gərginliyi PİK HƏDDƏ çatdırdı: Hərbçilər həbs edildi

    Rusiya Qara dənizin Krım sahillərində ələ keçirdiyi Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 7-i həbs edib.
    Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.
    Belə ki, Krımda yerləşən Rusiya məhkəməsi ölkənin su sərhədlərini qanunsuz şəkildə keçdiyinə görə 7 hərbçi haqqında 2 ay müddətinə həbs qərarı çıxarıb.
    Digər hərbçilərin məhkəmə prosesi isə davam edir.

    Muxalifet - 28-11-2018

  15. ​Qarabağ separatçılarını tərəf kimi tanımağa hazırlıq gedir - İDDİA

    Elxan Şahinoğlu: “Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırıb eyni ölkələrə göndərməliyik”

    Muxalifet - 28-11-2018

  16. “30 min nəfərlik terror ordusu” iddiasına ABŞ-dan cavab

    ABŞ-dan “30 min nəfərlik terror ordusuna təlim veriləcək” iddialarına cavab verilib.
     
    Polkovnik Ryan, keçirdiyi video konfransda bu iddiaya da cavab verib.
    Polkovnik Ryan, YPG/PKK-nın siyasi qolu PYD-nin, ABŞ-ın İrana qarşı bir illik müqavilə bağladığı və bu müqavilə çərçivəsində ABŞ-ın 30 min adama

    Muxalifet3 - 28-11-2018

  17. ​İki şəhərdə su olmayacaq

    Bu gün iki şəhərdə su olmayacaq.
    “Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərində aparılan profilaktik işlərlə əlaqədar 28 noyabr 2018-ci il tarixində gün ərzində Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 28-11-2018

  18. Bir ailənin 4 üzvü tortdan ZƏHƏRLƏNDİ

    Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-11-2018

  19. ​Bakının "gecə kabusları" - Bir gecədə 10-larla adama ziyan vurdular

    Bakının Xətai rayonunda bir sutka ərzində naməlum şəxslər 10 avtomobilə ziyan vurublar və şəxsi əmlakı oğurlayıblar. 
    Muxalifet.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

    Muxalifet - 28-11-2018

  20. ​Sarkisyanın oğlu qəzaya düşdü - FOTOLAR

    Ermənistanda Respublika Partiyasının lideri, “Biz” blokunun seçki siyahısına rəhbərlik edən Aram Sarkisyanın 25 yaşlı oğlu Qurqen Sarkisyan qəzaya düşüb.
    Muxalifet.az "Shamhsyan.com"-a istinadən xəbər verir ki, Mxçyan kəndində Qurqen Sarkisyanın idarə etdiyi "Nissan Pathfinder" avtomobili 40 yaşlı Armen Poqasyanın idarə etdiyi GAZ 2705 yük avtomobili ilə toqquşub.
    Müxtəlif bədən xəsarətləri alan sürücülər xəstəxanaya yerləşdiriliblər. Qəzanın baş verməsi ilə bağlı yol polisi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 28-11-2018

Pages