Axtarış

The search found 105857 results in 0.102 seconds.

Search results

  1. PKK-ya 24 saat vaxt verildi! BÖLGƏNİ TƏRK EDİN

    İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK-ya aid ofislərin ətrafı Kürdüstan Yurdsevərlər Birliyi (KYB) gücləri tərəfindən mühasirəyə alınıb. KYB gücləri, PKK-lılara şəhəri dərhal tərk etməsi çağırışı edib və 24 saat möhlət verib.
     
    Terror təşkilatı PKK-nın İraqın Kürd bölgəsindəki siyasi qolu olan “Tevgera Azadi” hərəkatının həmsədri Şilan Şakir də, Süleymaniyyə polisindən onlara ofisləri bağlamaq tələbinin gəldiyini təsdiqləyib.
     

    Muxalifet3 - 27-11-2018

  2. ​Daha bir məhkum xəstəlikdən öldü - FOTO

    Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
    Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1964-cü il təvəllüdlü Arif Mirzağa oğlu Kiçiknicat xəstəlikdən dünyasını dəyişib.
    Qeyd edək ki, A. Kiçiknicat qanunsuz odlu silah gəzdirdiyi üçün bu ilin əvvəlində həbs edilib./Open.az 

    Muxalifet - 27-11-2018

  3. SON DƏQİQƏ: Əhaliyə ŞAD XƏBƏR

    Növbəti ildən pensiyaya çıxanların müavinətlərində artım müşahidə ediləcək. Bu, pensiya sahədə atılmış ən böyük addımdır, pensiya sahəsində inqilabi dəyişiklik olacaq. Bir daha xatırladım ki, artım yalnız gələn ildən pensiyaya çıxanlara aid olacaq.
    Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.

    Muxalifet - 27-11-2018

  4. ​“Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN

    "Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir".

    Muxalifet - 27-11-2018

  5. Paşinyan bu şərtlə Qarabağı qaytaracaq - Şahnazaryandan ŞOK AÇIQLAMA

    “Ermənistanın bugünkü hakimiyyəti Qarabağ üçün Azərbaycandan daha böyük təhlükədir”.
    Bu barədə Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan jurnalistlərə açıqlamasında bildirib.
    D. Şahnazaryan Paşinyanın partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın Dağlıq Qarabağla bağlı bəyanatını da şərh edib.

    Muxalifet - 27-11-2018

  6. Vəliəhd Şahzadə bin Salman üçün həbs tələbi

    İnsan Haqları İzləmə Təşkilatı, Səudiyyə jurnalisti Camal Qaşıqçı sui-qəsdi ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın həbs olunması üçün ittihamnamə ilə çıxış edib.
     
    İnsan Haqları İzləmə Təşkilatı(HRW) G-20 Sammitində iştirak etmək üçün Argentinaya getməsi gözlənilən vəliəhd şahzadə Salmannın həbs olunmasını tələb edib. Vəliəhd şahzadə bin Salmanın həbs olunma səbəbi Qaşıqçı cinayəti və Yəmənə qarşı keçirilən hərbi əməliyyatlar göstərilib.
     
    Argentina məhkəməsinə müraciət edilib
     

    Muxalifet3 - 27-11-2018

  7. ​“Kim qapı-qapı düşüb liftpulu yığsa, işdən azad olunacaq” - “Lifttəmir”in baş direktoru

    "Lift xidmətləri üçün tariflərin qaldırılması bu gün aktual deyil”.
    Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov bildirib.
    X.Ələkbərov hazırkı qiymətlərin aşağı olduğunu bildirib:
    "Mən demişəm gələcəkdə tariflərə baxıla bilər və 1 manatadək qaldırıla bilər. Amma bu, indi üçün gündəmdə deyil. Bu gün hansısa qiymət artımından söhbət getmir. "Qiymətlər qaldırılır” yazmaqla gündəmi zəbt etməyə çalışırlar”.

    Muxalifet - 27-11-2018

  8. ​Pensiya yaşı çatan 100 minə yaxın şəxsin hüququ bərpa olunur - 25 illik staj TƏLƏB OLUNMAYACAQ

    "Əmək pensiyaları haqqında" qanun layihəsinə bir sıra dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
    Qanun layihəsi ilə bağlı millət vəkili Hadı Rəcəbli məlumat verib.
    H.Rəcəbli bildirib ki, qanunda bir sıra vacib dəyişiklik olacaq.
    Millət vəkili qanundakı ən vacib məqamlara diqqət çəkib:

    Muxalifet - 27-11-2018

  9. ​Dolların sabaha olan məzənnəsi açıqlandı

    Noyabrın 28-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 28.11.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il noyabrın 27-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 27-11-2018

  10. ​Azərbaycan Prezidenti Çeçenistana səfər edəcək

    "Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim".
    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

    Muxalifet - 27-11-2018

  11. ​Sürücü: 18 saat işləyirik, iki dəqiqə siqaret çəkməyək? - VİDEO

    Qadağalara məhəl qoymur, sükan arxasında siqaret çəkir, sərnişinləri zəhərləyir. Sürücülərin sükan arxasında siqaret çəkməsi qadağan ediləndən bəri, belə hallar qismən azalsa da, buna məhəl qoymayanlar hələ də var.
    Sürücülər bildiriblər ki, qadağanın olmasından xəbərdardılar.
    “Qadağan olduğunu bilirəm. Nə edək? 18 saat işləyirik, 2 dəqiqə siqaret çəkməyək? Aşağı düşüb çəkə bilmərəm. Oğrular var, pulu apararlar”, - deyə digər sürücü bildirib.

    Muxalifet - 27-11-2018

  12. ​Eyyubdan Ağabalaya sürpriz - Video

    “Səbail” klubunun üzvü Ağabala Ramazanov subaylığın daşını atıb. “Qafqazinfo” xəbər verir ki, uzun müddətdir ki, zədədən əziyyət çəkən futbolçu özünə təmtəraqlı toy edib.
    Toyda Azərbaycan estradasının tanınmış nümayəndələri, o cümlədən Bakı Eyyub Yaqubov da iştirak edib. Ağabalanın toyuna məhz  Eyyub Yaqubov “Ağabala”  mahnısı ilə damğa vurub

    Muxalifet - 27-11-2018

  13. Rusiyadan böhranı artıracaq həmlə!

    Rusiyanın TASS xəbər agentliyinin yaydığı məlumata görə, Krım məhkəməsi 25 noyabrda üç Ukrayna gəmisi ilə birlikdə saxlanılan Ukraynalı dənizçilərdən birini 2 ay həbs cəzasına məhkum edib.
    Müxalifət.az

    Muxalifet3 - 27-11-2018

  14. ​​Prezident icra başçısı ilə bağlı sərəncam İMZALADI​

    Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncama əsasənAzərbaycan ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
    Qeyd edək ki, M. Quliyev 26 aprel 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır

    Muxalifet - 27-11-2018

  15. MTN əməkdaşına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

    Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Azad Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, Azad Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.

    Muxalifet - 27-11-2018

  16. ​“Üzərinizə asfalt tökəcəyəm” - Paşinyan məmurları hədələdi

    Ermənistan baş nazirliyinə namizəd Nikol Paşinyan Spitak rayonunda seçki kampaniyası çərçivəsində Respublikaçı Partiyasının üzvləri olan kənd icmalarının rəhbərlərini təhdid edib.
    Muxalifet.az Teleqraf.com-a istinaden xəbər verir ki, o, seçiləcəyi halda respublikaçı olan bütün kənd rəhbərlərini vəzifələrindən uzaqlaşdıracağını deyib.

    Muxalifet - 27-11-2018

  17. ​Ölkə başçısı Əkrəm Rəhimlini təltif edib

    Prezident İlham Əliyev Əkrəm Rəhimlinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    Muxalifet - 27-11-2018

  18. Bakı metrosunda BİABIRÇILIQ: GƏNC QIZ HAMININ GÖZÜ QARŞISINDA... - VİDEO

    Bakı metrosunda gənc qız qeyri-adi və biabırçı davranışları ilə görənləri təəccüb içində qoyub.
    O, qatarda ayaqqabısını çıxarıb və corabını qeyri-etik şəkildə dəyişib. Bundan sonra ayağından çıxardığı corabı əvvəl iyləyib, sonra sərnişinlərin əyləşdiyi oturacağa atıb. Qız bu hərəkəti edərkən alt paltarı görünüb. O, intim yerlərinin görünməsindən narahat olmayıb, əksinə bədənini bir az da nümayiş etdirib.
    Sözügedən kadrları təqdim edirik: /Publika.az 

    Muxalifet - 27-11-2018

  19. ​Qərb Saakyanı Azərbaycana satacaq - Çxvediani

    Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən ölkələrin paytaxtlarına səfəri seçkidə qalib gələcək Paşinyanın “Qarabağ klanı”nın qalan nüfuzunu da məhv etməyə başlamasından sonra özünə sığınacaq tapmaq üçün ümidsiz cəhdidir.
    Bu sözləri Bako Saakyanın Fransa, ABŞ və Rusiyaya səfərlərini şərh edən gürcü politoloq Vladimir Çxvediani deyib.

    Muxalifet3 - 27-11-2018

  20. ​Azərbaycan bu il Xəzər dənizindən 160 ton şüşə çıxarıb

    Cari ilin yanvar – sentyabr aylarının nəticələrinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) həm sahil, həm də dəniz obyektlərində formalaşan 122 944 ton çirkab məişət-təsərrüfat suyu, 5 336 ton neftli döşəməaltı su, 229,582 ton işlənmiş sürtgü yağı, 49,277 ton yağlı əski, 22,792 ton sintetik propilen buraz kəndir qalığı, 160,42 ton şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
    Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet3 - 27-11-2018

Pages