Axtarış
The search found 105857 results in 0.171 seconds.
Search results
Cəbhədə düşmən təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 27-11-2018
Gecə yatdığı yerdə kürəkənini yandıran qayınanadan YENİ XƏBƏR
Kürəkənini gecə yatdığı yerdə yandıraraq sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
K. Əəsdova barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi məhkəmənin hakimi Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.Muxalifet - 27-11-2018
“Mən siyasətçiyəm, bu, “dözülməzdir” – Donald Tramp
ABŞ Prezidenti Donald Tramp Missisipi ştatında tərəfdarları qarşısında çıxışı zamanı siyasi rolunun “dözülməz” olduğunu söyləyib.
Bu barədə “Report” “Daily Express”ə istinadən xəbər verir.
Çıxışı zamanı Prezident qeyd edib ki, Vaşinqtondakı siyasətçilər onilliklər ərzində zovodları bağlayaraq və xeyli sahəni məhv edərək digər ölkələrin ABŞ-ın iş yerlərini oğurlamasına icazə veriblər.
“20 ildir bunu deyirəm – özəl sektorda olduğum müddətdən… İndi onlar mənə siyasətçi deyirlər. Mən siyasətçiyəm. Bu, dözülməzdir!”, – D.Tramp bildirib.
Muxalifet - 27-11-2018
Kolumbiyada körpü çökdü - 5 ölü
Kolumbiyada inşaatı davam edən körpünün sütunu çöküb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 fəhlə həyatını itirib.
Körpü tikintisini öz üzərinə götürən "Coviandina" şirkəti hadisə barədə açıqlama yayıb.
Bildirilib ki, şirkət üçün həyatını itirən fəhlələrin ailələrinə yardım ediləcək.
Qeyd edək ki, yanvarın 14-də Chirajara bölgəsində asma körpü tikintisində qəza baş vermişdi. Körpünün çökməsi nəticəsində 9 fəhlə 280 metr dərinlikdəki dərəyə düşərək həlak olmuşdu.Muxalifet - 27-11-2018
Balkanlarda hərəkətlilik: Böyük Albaniya qurulurmu?
Kosovo-Albaniya Birgə Nazirlər Kabinetinin İclasında çıxış edən Albaniyanın baş naziri Edi Ram, iki ölkə Xarici İşlər Nazirliklərinin 2025-ci ilədək Albanların birləşməsi məqsədilə birgə strategiya hazırlaması üçün Kosovo baş naziri Haradinaja müraciət edib.
Kosovanın baş naziri Ramuş Haradinaj, Albaniyanın baş naziri Edi Rama ilə keçirdiyi mətbuat konfransında iki ölkənin birgə nazirlər kabineti toplantısının uğurla başa çatdığını vurğulayıb.Muxalifet3 - 27-11-2018
ABŞ miqrantlara gözyaşardıcı qaz sıxdığını təsdiqlədi - Qadınlarla uşaqlar da var
Ağ Ev amerikalı hərbçilərin Meksika tərəfindən sərhədi pozmağa çalışam miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə şərh verib.
Bu barədə Ağ Ev tvitter hesabında yazıb və bildirib ki, sərhədin mühafizəsindən məsul olan zabitlər ölümcül olmayan üsulla kütləni dağıtmağa çalışıblar. Bu isə bütün ölkədə hüquq-mühafizə instansiyaları üçün qəbul edilən standart protokoldur: “Hərbçilər təhlükəli situasiyanın öhdəsindən peşəkar şəkildə gəldilər”.Muxalifet - 27-11-2018
“Bu, ilkin xəbərdarlıqdır” – Restoranlar Paşinyana QARŞI ÇIXDI
Ermənistan Restoranlar İttifaqına daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazırdır.
Muxalifet.az news.am saytına istinadən xəbər verir ki, bu haqda məlumat qurumun Feysbuk səhifəsində yerləşdirilib.
İttifaqın üzvləri qeyd ediblər ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyana, həmçinin Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını uzun müddətdir bildirirlər, lakin onların şikayətlərinə cavab verilməyib.Muxalifet - 27-11-2018
ABŞ-dan daha 100 ədəd F-35 alacaq
Yaponiyanın ABŞ-dan daha 100 ədəd F-35 kabus təyyarəsi sifariş edəcəyi bildirilib.
“Nikkey Asian Review” qəzetinin xəbərində, Yaponiya, Çinin hərbi cəhətdən yenidən qurulmasına cavab olaraq ABŞ-dan köhnəlmiş F-15-lərin yerinə daha 100 ədəd F-35 kabus təyyarəsi satın almağı planlaşdırdığı qeyd olunub.
Yapon hökumətinin, dekabrın ortasında Milli Müdafiə Proqramı sənədini qəbul etdikdən sonra F-35-lərin sayın alınmasının təsdiq olunacağının gözlənildiyi qeyd edilib.Muxalifet3 - 27-11-2018
Bakının bu rayonunda su olmayacaq
Bakının bu rayonu bu gün susuz qalacaq.
“Azərsu” ASC-dən Muxalifet.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 27 noyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 27-11-2018
Şeymanın Çağatayla fotoları ortaya çıxdı - YENİLƏNİB
Məşhur türk aktyoru Çağatay Ulusoyla eşq iddialarını təkzib edən Şeyma Subaşının yalanı ortaya çıxıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Şubaşının açıqlamasından sonra sosial şəbəkədə məşhur aktyorla fotosu yayılıb.
Foto cütlüyün sevgili olduğu iddialarını daha da gücləndirib.
Şeymanın Çağatayla fotoları ortya çıxdı - YENİLƏNİB***
10:21
Muxalifet - 27-11-2018
Azərbaycan və daha 3 ölkə Ermənistanın mükafatından imtina etdi
Bu gün dörd ölkə eyni anda Ermənistanın paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib. Virtualaz.org-un məlumatına görə, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Muxalifet - 27-11-2018
Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanına 90 milyard dollara başa gəldi
Jurnalist Camal Qaşıqçı-nın öldürülməsi Səudiyyə Ərəbistanına baha başa gəldi. “JP Morqan”, dünyanın təpki göstərdiyi Ərəbistandan 90 milyard dollar sərmayə çıxaracağını bildirib Jurnalist Camal Qaşıqçı-nın şübhəli ölümü və Yəməndəki müharibə şiddətinin artması ilə birlikdə Səudiyyə Ərəbistanına başda Avropa olmaqla, bütün dünyadan təpkilər uçqun kimi böyüyür. Keçən il 4.1 milyard dollarla dünyanın ən böyük hərbi təchizat idxalçısı olan ölkəyə, başda Almaniya olmaqla, Danimarka, Finlandiya və Böyük Britaniya silah satışlarını dayandıracağını açıqlayıb.
Muxalifet3 - 27-11-2018
Soros fondu Türkiyədən gedir
Corc Sorosun Açıq Cəmiyyət Fondu Türkiyədəki fəaliyyətini dayandırır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fondun mətbuat xidməti yayıb.
Qeyd edək ki, son zamanlar Soros Fondu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt tənqidlərinə məruz qalıb. Ərdoğan bu fondu dövlətlər arasında nifaq salmaqda ittiham edib.
Türkiyə mətbuatı da Soros Fondunu Gəzi hadisələrinin sponsoru olmaqda günahlandırıb.Muxalifet - 27-11-2018
HÖKUMƏT ŞƏHİD AİLƏSİNƏ PUL VERMƏKDƏN İMTİNA EDİR
Şəhid anası: “Mən gedib sübut edə bilərəm ki, mən o pulu almamışam”
Muxalifet - 27-11-2018
AZAL şefinin təyyarəsi “Abel zolağına” enir? - Adı dəyişdirilən bank müəmması
Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir.
Muxalifet4 - 27-11-2018
Hökumət pambıqçılıqdan imtina edir - ƏKİN SAHƏLƏRİ AZALDILIR
“Bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutur”.
Muxalifet.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin (DAİM) açılışında nazir İnam Kərimov deyib.
Muxalifet4 - 27-11-2018
Tunislilər də Səudiyyə vəliəhd şahzadəsinə etiraz etdi: QATİLİ ÖLKƏMİZDƏ İSTƏMİRİK
Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salman, edəcəyi səfər öncəsi Tunisdə etiraz edilib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sabah edəcəyi Tunis səfəri, siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və media mənsubları tərəfindən etirazla qarşılanıb.
Etirazda iştirak edən nümayişçilər, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçını dəstəkləyən şüarlar səsləndirərək, Səudiyyə Ərəbistanının siyasətlərini pisləyib.
Muxalifet3 - 27-11-2018
“Ermənistandakı məxməri inqilab Qarabağda qələbədən daha mühümdür...” - PAŞİNYANIN ADAMI BELƏ DEDİ, YEREVANDA TUFAN QOPDU
Ermənistanda “Yelk” fraksiyasından deputat, dekabrın 9-na təyin edilmiş növbədənkənar seçkilərdə Nikol Paşinyanın “Mənim addımım” blokunun proporsional siyahısında yer alan Sasun Mikaelyanın bəyanatı Yerevanda və Qarabağda əsl siyasi fırtına yaradıb.
Muxalifet - 27-11-2018
Bakıda lift pulu beş dəfə artırıla bilər
Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır.
Muxalifet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər:
Muxalifet4 - 27-11-2018
ABŞ Putin və Poroşenkonu birbaşa danışıqlara çağırdı
ABŞ-ın Dövlət katibi Mayk Pompeo Kerç boğazı ətrafındakı hadisə ilə əlaqədar Rusiya və Ukrayna prezidentlərini - Vladimir Putin və Pyotr Poroşenkonu birbaşa danışıqlara başlamağa çağırıb.
Muxaliet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti tərəfindən yayılmış bəyanatda deyilir.
Pompeo həmçinin, tərəfləri təmkinli olmağa və beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.Muxalifet - 27-11-2018