Axtarış
The search found 105857 results in 0.181 seconds.
Search results
Hikmət Hacıyev şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.Muxalifet - 26-11-2018
Baş verən böhrandan sonra Ukraynadan kritik qərar!
Ukraynanıın dövlət başçısı Pyotr Poroşenko, ölkəsində hərbi vəziyyət elan edilməsini nəzərdə tutan qərarı imzalayıb.
Pyotr Poroşenko, Qara dənizdə Rusiya ilə yaşanan gərginlikdən sonra hərbi vəziyyət qanununu imzalayıb.
Hərbi vəziyyət, bu gün Ukrayna saatı ilə 15.00-da başlayıb və 25 yanvar 2019-a qədər davam edəcək.Muxalifet3 - 26-11-2018
Məktəbin təmiri indi yada düşüb, ŞAGİRDLƏR AÇIQ HAVADA DƏRS KEÇİR - Video
Salyan rayonunun Kürsəngi kəndinin orta məkəbində təmir işləri getdiyi üçün məktəbin təxminən 900 nəfərlik şagird heyəti acınacaqlı durumda qalıb.
Muxalifet4 - 26-11-2018
"Kürdəmirdə tavanı uçan məktəbə baxış keçiriləcək" - Təhsil Nazirliyi
Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib.
Muxalifet4 - 26-11-2018
"Yerevanın qədimliyi ilə bağlı heç bir iz yoxdur"- UKRAYNALI ARAŞDIRMAÇI - VİDEO
Erməni tarixçilər tez-tez XVII əsrdə fransalı səyyah Jan Şardenin Ermənistana səyahəti ilə bağlı yazdıqlarından sitat gətirir, ancaq heç vaxt onun mətnini tam yayımlamır.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu boşluğu doldurmaq üçün ukraynalı araşdırmaçı, tarixçi, tanınmış bloqer (milliyyəti erməni olan) Filipp Ekozyans araşdırmaları zamanı Şardenin məktublarının orijinallarını tapmağa müvəffəq olub.
Muxalifet4 - 26-11-2018
Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi - FƏRMAN
Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Muxalifet.az xəbər verir ki, fərmana əsasən, Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Muxalifet4 - 26-11-2018
Arif Əsgərovun baldızı oğlu yoxa çıxdı: oğurlanıb, ya öldürülüb? - “DEDİ SƏNİN ATANIN GORUNU..., MƏNİM ARXAMDA PUL DAYANIB” +VİDEO
“Azərbaycan Dəmir Yolları”QSC-nin rəisi, sonrasa nəqliyyat nazirinin müavini olmuş A.Əsgərovun milyonlarla manatlıq dələduzluq işinə istintaqa cəlb edilmiş baldızı oğlu Rahib Hüseynov dörd gündür ki, yoxa çıxıb. Virtualaz.org xəbər verir ki, R.Hüseynovun anası Lətifə Hüseynova Arif Əsgərovun malikanəsinin qapısı önündə ağlayaraq ondan oğlunun taleyinə aydınlıq gətirməsini xahiş edir. Qadın deyir ki, oğlunun yoxa çıxmasında Arif Əsgərovun oğlu Elnar Əsgərovun əli ola bilər.
Muxalifet - 26-11-2018
Baş prokurorluqdan villa basqınıyla əlaqədar kritik açıqlama – Qaşıqçı cinayəti
İstanbul Baş Prokurorluğu: “Qaşıqçı-nın öldürülməsi hadisəsini həyata keçirən şübhəlilərdən birinin hadisədən bir gün əvvəl Yalovada yaşayan Səudiyyə Ərəbistanı vətəndaşı ilə ünsiyyət qurduğu aşkar edilib. Bu görüşün, Qaşıqçı-nın cəsədinin parçalanmasından sonra yox edilməsinə, yaxud saxlanmasına yönəlik olduğu düşünülür.”
Müxalifət.azMuxalifet3 - 26-11-2018
Bakıda rüşvət alan bağça müdirini girov götürüblərmiş... - Məhkəmədə maraqlı epizod açıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Samirə Məmmədova ifadə verib.Muxalifet - 26-11-2018
Qətlə görə tutulan ata və oğulun məhkəməsində qalmaqal: vəkil mərhumun yaxınlarını təhqir etdi
İdmançının ölümünə səbəb olan şəxslər hakim qarşısına çıxarılıb. Onlar ata və oğuldur.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Muxalifet - 26-11-2018
Fransanı Tramp qarışdırır? - Getdikcə böyüyən aksiyalar və... - ŞOK İDDİA
Fransada qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz olaraq keçirilən aksiyalarının miqyası getdikcə genişlənməkdədir.
Noyabrın 17-dən bu yana davam edən aksiyalara yüz minlərlə insan qatılıb.
Paytaxt Parisdə keçirilən aksiyalar polislə daha sərt qarşıdurmalara gətirib çıxarıb. Şəhərin küçələrində tez-tez alovlar yüksəlir, ticarət mərkəzləri və iş yerləri qarət edilir. Ölkə miqyasında çoxlu sayda neft anbarının çıxış və girişləri etirazçılar tərəfindən tutulub.Muxalifet - 26-11-2018
DƏHŞƏT: İŞİD 4 PKK-lının boğazını kəsdi!
Terror təşkilatı İŞİD, ələ keçirdiyi PKK-nın bir qolu olan SDG-li terrorçuları edam edib.
Terror təşkilatı İŞİD, Suriyanın Deyr əz Zor rayonunda davam edən toqquşmalarda əsir aldığı terror təşkilatı YPG-nin başını çəkdiyi DSG üzvlərini öldürüb.
Boğazları kəsilib
Muxalifet3 - 26-11-2018
BAKIDA DƏHŞƏT: Ata və 3 yaşlı oğlu maşının altında qaldı
Bakıda ata və 3 yaşlı oğlunu maşın vurub.
Open.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Şıxlinski küçəsində yerləşən "Ovçu" restoranın qarşısında baş verib. Hikmət Məhərrəmovun idarə etdiyi "VAZ-21099" markal 10 CF 028 dövlət nömrə nişanlı avtomobillə yol keçən, 1979-cu il təvəllüdlü Anar Hüseynovu və onun oğlu, 2015-ci il təvəlüdlü Ayaz Hüseynzadəni vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 26-11-2018
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet - 26-11-2018
Kürdəmirdə avtomobil su kanalına düşdü - Sürücü boğularaq öldü
Kürdəmir rayonunda yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet - 26-11-2018
Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazındakı hadisə ilə bağlı Rusiya XİN-ə çağırılıb.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ukraynalı diplomat jurnalistlərin suallarını cavablandırmayıb.
Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu dəvətə Ukrayna tərəfinin təcavüzkar və təxribatçı hərəkətlərinin səbə olduğunu bildirmişdi.Muxalifet - 26-11-2018
“Qarabağa görə narahatsansa...” – Paşinyandan Serjə siyasi ölüm hökmü
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan özündən əvvəlki hökumət rəhbərliyinə siyasi ölüm hökmü çıxarıb.
Muxalifet.az erməni KİV-nə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyası başlayan kimi Paşinyan aprel inqilabı nəticəsində devrilən sabiq prezident Serj Sarkisyanın yenidən hakimiyyətə gəlmək arzusunu və onun Respublikaçılar partiyasının təşviqat kampaniyasındakı şüarlarını kəskin tənqid edib.Muxalifet - 26-11-2018
Appelyasiya məhkəməsi Musavat gənclərinin sədrini həbsdə saxladı
Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Bu barədə vəkil Osman Kazımov məlumat verib
Apellyasiya şikayəti müdafiə tərəfinin şikayətini təmin etməyərək Səbayel Rayon Məhkəməsinin noyabrın 21-də Ə.Sadıqbəyli ilə bağlı çıxardığı 3 aylıq həbs qət-imkan tədbirini qüvvədə saxlayıb.
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.Muxalifet3 - 26-11-2018
“Kerçdə baş verənlər Ukraynanın provokasiyasıdır” - Namazovdan qalmaqallı açıqlama
Son aylarda Ukrayna ilə Rusiya arasında informasiya müharibəsi çərçivəsində Azov dənizi haqqında mövzular xüsusi yer tuturdu. Gözlənilirdi ki, Azov dənizi və Kerç boğazı ilə bağlı problem daha da ağırlaşacaq və hansısa xoşagəlməz hadisələrə gətirib çıxaracaq.
Bu fikirləri Teleqraf.com-a Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov Rusiya ilə Ukrayna arasında Azov dənizində baş verən hərbi qarşıdurmanı şərh edərkən deyib.Muxalifet - 26-11-2018
Çin təyyarəsi sərhədi pozdu – Koreya qırıcıları qaldırdı
Çin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Cənubi Koreyanın hava məkanını pozub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi informasiya yayıb.
Çin təyyarəsinin hava sərhədlərini pozması səbəbindən Cənubi Koreya qırıcıları xəbərdarlıq məqsədi ilə havaya qaldırılıb.
Muxalifet3 - 26-11-2018