Axtarış

The search found 105857 results in 0.117 seconds.

Search results

  1. ​Azərbaycana xaricdən pul köçürmələri artıb

    2018-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
    Muxalifet.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, ilkin rəqəmlərə əsasən 2018-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 mln. ABŞ dolları təşkil edib.
    Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 mln. manat və ya 32,2% çoxdur.

    Muxalifet3 - 26-11-2018

  2. ​Həbib karyerasını başa vurur?

    Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə dünya çempionu Həbib Nurməhəmmədov Moskvada təşkil edilən mətbuat konfransında idman karyerasını başa vurmağı düşünmədiyini bildirib.

    Muxalifet3 - 26-11-2018

  3. ​Bakıda seyfdən 2300 manat oğurlandı

    Bakıda marketdə seyfdən 2300 manat oğurlanıb.
    Muxalifet.az DİN-in saytına istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.
     
     

    Muxalifet3 - 26-11-2018

  4. ŞOK: Zamanda səyahət etmək mümkün olacaq, bunun üçün....

    Meksikalı nüvə fiziki Migel Alkubyerra bildirib ki, 1000 ildən sonra zaman içində səyahət etmək mümkün olacaq.
    Muxalifet.az xəbər verir ki, alimin sözünə əsasən, bunun üçün sürətin artırılması üzərində işləmək lazımdır.
    Migelin fikrinə görə, işıq sürətini ötmək üçün bəşəriyyətə varp-mühərriklər lazımdır. Bu mühərriklər maşının qarşısında zamanı sıxır və arxasında genişləndirir. Belə olduğu halda hava gəmisi sürətləndiricisinə nisbətən hərəkətsiz qalacaq, məkan isə əksinə, dəyişməyə başlayacaq.

    Muxalifet3 - 26-11-2018

  5. ​SON DƏQİQƏ: Rusiya Ukraynanı xəritədən siləcək? – RƏSMİ NOTA

    Rusiya Xarici İşlər Nazirliyi Ukrayna donanmasına aid üç gəminin sərhədi pozduğu üçün bu ölkəyə nota verib.
    Muxalifet.az xəbər verir ki, Kerç boğazında yaşanan gərginlikdən dolayı nazirliyə çağırılan Ukraynanın müvəqqəti işlər vəkilinə nota təqdim edilib.
     

    Muxalifet3 - 26-11-2018

  6. ​ABŞ bu kəndi də bombaladı: cəsədlər dağıntılar altında qaldı

    ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsində Əbu-Həsən kəndini də bombalayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yayan Suriya dövlət televiziyası ABŞ-ın yeni cinayət törətdiyini bildirib.
    Hücum nəticəsində çox saytda vətəndaşın həlak olduğu, cəsədlərin hələ də dağıntılar altında qaldığı bildirilib.
    Qeyd edək ki, ABŞ koalisiyasının şənbə günü sözügedən bölgədə Hacin şəhərini də bombalayıb. Hava hücumunda 9-u uşaq olmaqla, 20 mülki vətəndaş həyatını itirib.
     

    Muxalifet3 - 26-11-2018

  7. ​Suriyada hakimiyyət dəyişikliyi: Əsəddən köklü islahat

    Suriya hökumətində dəyişiklik edilib.
    Muxalifet.az xəbər verir ki, general Məhəmməd Xalid Rəhman daxili işlər naziri təyin edilib.
    Bundan əlavə, su ehtiyatları naziri Atif Nəddaf, turizm naziri Məhəmməd Rami Rədvan-Martini, maarif naziri Müvəffəq əl-Əzəb, ali təhsil naziri Bəssam Bəşir İbrahim, ictimai işlər və mənzil tikintisi naziri Süheyl Məhəmməd Abdül Lətif, kommunikasiya və texnologiyalar naziri Əyad Məhəmməd əl-Xatib, sənaye naziri isə Məhəmməd Müinzin əl-Abdin Cizbə təyin olunub.
     

    Muxalifet3 - 26-11-2018

  8. ​47 dövlət əmlakı hərraca çıxarıldı

     Özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraclar 25 dekabr tarixində keçiriləcək.

    Muxalifet3 - 26-11-2018

  9. ​Bu, çox əlamətdar bir hadisədir - Nazir

    Türk Şurası Gənc Liderlərinin Forumu ilk dəfə olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Naxçıvanda keçirilir. Bu, çox əlamətdar bir hadisədir. Türk Şurasının təsis konfransı da Naxçıvanda keçirilib. Düşünürəm ki, forumun ilk dəfə olaraq Naxçıvanda keçirilməsi həmin layihənin davamına böyük təkan verəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac -a müsahibəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov deyib.

    Muxalifet3 - 26-11-2018

  10. “Lotu Quli” ilə bağlı qərar verildi – BU DA SON - VİDEO

    Muxalifet.az bax.tv-yə istinadən həmin video-materialı təqdim edir:

    Muxalifet3 - 26-11-2018

  11. ​Lepe Riko Bakıda konsert verdi

    Noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində meksikalı pianoçu Xesus Lepe Riko konsert proqramı ilə çıxış edib.
    Muxalifet.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunub.
    Konsertdən əvvəl Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores çıxış edərək tədbirin iki ölkə və xalqın yaxınlaşmasına, mədəniyyət və incəsənətinin qarşılıqlı tanıdılmasına töhfə vermək məqsədilə keçirildiyi vurğulanıb.

    Muxalifet3 - 26-11-2018

  12. ​İvanişvili çətin durumda: 50 faiz...

    ABŞ-ın “Edison Research” sosioloji sorğu kompaniyası Gürcüstanın “Rustavi 2” televiziya kanalının sifarişi ilə ölkədə sosioloji rəy sorğusu keçirib. Muxalifet.az xəbər verir ki, 2038 seçicinin iştirak etdiyi sorğuda respondentlər “Siz Bidzina İvanişvilinin Gürcüstanın siyasi mühitindəki rolunu necə qiymətləndirirsiniz?” sualını cavablandırıblar.

    Muxalifet3 - 26-11-2018

  13. ​Yol polisi sürücünü təqib edə bilərmi? – Video

    Əksər vətəndaşlar, düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə - qova bilməz. Bəziləri isə başqa bir fikirdədir. Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu qanunlarımızda öz təsbitini tapıb.
    ARB Tv-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
    Bu məsələ “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsində ətraflı şəkildə izah edilir.

    Muxalifet3 - 26-11-2018

  14. ​Rusiyadan bəyanat: Kiyev Kerçi gündəmə gətirməklə...

    Rusiya Xarici İşlər Nazirliyi Kerç boğazında yaşanana gərginliklə bağlı bəyanat yayımlayıb.
    Muxalifet.az xəbər verir ki, XİN Kiyevin Kerç boğazındakı məsələni gündəmə gətirməklə daxildəki siyasi problemlərdən diqqətləri yayındırmağı hədəflədiyini bildirib.
    "Məqsəd diqqətləri Ukraynadakı daxili siyasi problemlərdən başqa istiqamətə çəkməkdir. Kiyev rəhbərliyinin hərbi vəziyyət elan etməsi bunun sübutudur", - XİN bəyan edib.
     

    Muxalifet3 - 26-11-2018

  15. Ordu hazır vəziyyətə gətirildi: Bu gün MÜHARİBƏ ƏMRİ VERİLƏ BİLƏR

    Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığına gətirilib. Muxalifet.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna ordusunun Baş qərargahının Feysbuk səhifəsində yerləşdirilən məlumatda deyilir. Qərar Kerç boğazında Ukrayna gəmilərinə Rusiya tərəfindən atəş açılması ilə bağlıdır. “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət elan edilməsi barədə qərarına əsasən, Ukraynanın Silahlı qüvvələrinin Baş Qərargahının rəisi Ukraynanın Silahlı qüvvələrinin tam döyüş hazırlığına gətirilməsi haqqında sərəncam verdi”, - xəbərdə deyilir.

    Muxalifet3 - 26-11-2018

  16. UKRAYNALILAR HÜCUMA KEÇDİ - Ukrayna-Rusiya münaqişəsində pik hədd / VİDEO

    Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib.

    Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar.

    Muxalifet4 - 26-11-2018

  17. ​İranda kəskin bahalaşma: İnflyasiya rekord həddə çatdı

    İranın şəhərlərində inflyasiya ötən ilin analoji dövrü ilə müqayisədə 18,4% artıb.
    Muxalifet.az-ın məlumatına görə, ötən ilin oktyabr ayı ilə müqayisədə isə bu ilin eyni dövründə inflyasiya 39,9% artıb.
    Bir il ərzində ərzaq 25 faiz, tütün məmulatları 60 faiz, mənzil 10 faiz, geyim 16,3 faiz bahalaşıb.
     

    Muxalifet3 - 26-11-2018

  18. İsmayıllıda qonur ayını ovlayanlar saxlanıldı

    Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.

    Saxlanılanlardan 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb.

    Muxalifet4 - 26-11-2018

  19. ​ABŞ sərhədində qarşıdurma: polis miqrantlara müdaxilə etdi

    ABŞ polisi Mərkəzi Amerika ölkələrindən gələn miqrantlara müdaxilə edib.
    Muxalifet.az xəbər verir ki, sərhəd divarını aşmaq istəyən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.
    Meksikanın televiziya kanallarında yayılan görüntülərdə miqrantlar metal divarlara qalxmağa cəhd ediblər, bəziləri isə divarın altından keçməyə cəhd göstəriblər.
    Polisin müdaxiləsindən sonra miqrantlar geri qayıtmaq məcburiyyətində qalıb.
     

    Muxalifet3 - 26-11-2018

  20. STRESS TESTİ: Bu şəklin hərəkət etdiyini görürsünüzsə...

    Əgər son vaxtlar Twitter-də olmusunuzsa, yəqin ki, bu illüziyanı görmüsünüz.

    Əslində bu şəklə baxan bir çox adamlara belə gəlir ki, təsvir hərəkət edir.

    Hərçənd şəkil tamamilə hərəkətsizdir. Vahiməlidir.

    Amma tvitlərə görə (onlardan Tumblr-ə aid olan bir post artıq silinib) bu köhnə bir illüziya deyil.

    Postlarda deyilir ki, bu şəklin hərəkət sürəti sizin nə dərəcədə stressli olduğunuzu göstərir.

    Bəziləri deyir ki, bu şəkli yapon nevrologiya professoru Yamamoto yaradıb və aşağıda belə bir təlimat yazıb:

    Muxalifet4 - 26-11-2018

Pages