Axtarış

The search found 105857 results in 0.187 seconds.

Search results

  1. ​“Suriyada İŞİD yoxdur” - ƏRDOĞAN

    “Suriyada İŞİD yoxdur”. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanƏdalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. Onun sözlərinə görə, Suriyada terror dəstələri var: “Hamı Suriyada öz mənfəətini güdür. Biz Türkiyənin ərazi bütövlüyünü qorumaq üçün meydana girdik, risk etdik. Bu terror qrupuna zərbə vurduq. Biz bölgəmizdəki İŞİD şarını partlatdıq. İslamın başındakı ən böyük dərdlərdən birini çökdürməyi bacardıq.

    Muxalifet - 27-11-2018

  2. ​Qəlyanın aksiz vergisinə cəlb olunması təklif edilir

    “Tütün məmulatları ilə yanaşı, sulu və bütün növ qəlyanlar aksiz vergisinə cəlb edilməlidir. Qanunvericilikdə qəlyan da tütün məhsullarına bərabər tutulur. Amma Vergi Məcəlləsində bu məsələ öz əksini tapmayıb”.
    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vegi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

    Muxalifet - 27-11-2018

  3. ​Vergilər naziri pensiyalardan DANIŞDI

    “Əmək haqqı rəsmi əmək müqaviləsində gösətrilməməsi həmin şəxslərin pensiya hüququndan məhrum edilməsi deməkdir. Bu qanun layihəsinin qəbul edilməsi 100 minlərlə insanın pensiya hüquququnun bərpasına imkan yaradacaq”.
    Bu sözləri vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik barədə çıxış edərkən deyib.
    Nazir bildirib ki, statistika görə 2014-2016- illər ərzində müqaviləsiz işləyənlərin sayı artıb. 

    Muxalifet - 27-11-2018

  4. “İŞİD şarını biz partlatdıq” – ƏRDOĞAN

    Partiyasının qrup toplantısında gündəmi dəyərləndirən prezident Rəcəb Tayyib Ərdoğan, terrorla mübarizə ilə bağlı önəmli mesajlar verib:
     
    İŞİD ŞARINI TÜRKİYƏ PARTLATDI
     

    Muxalifet3 - 27-11-2018

  5. Rusiya bu əraziləri zəbt etmək istəyir – XƏRİTƏNİ AÇIQLADILAR (FOTO)

    Rusiya Mariupoldan Dnestryanı əraziyə kimi Ukraynanın sonrakı bölünməsi üzrə plana malikdir.

    Muxalifet.az ”Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

    Muxalifet - 27-11-2018

  6. Ramin Hacılının həbs müddəti daha bir ay uzadılıb

    Bu gün Nərimanov Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    “Report”un məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha bir ay artırılıb.

    Muxalifet - 27-11-2018

  7. ​Türkiyədə daha 82 hərbçi həbs olundu - FƏTÖ ƏMƏLİYYATI

    Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FƏTO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 həbçi nəzarətə götürülüb.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ankara Respublika Prokurorluğu məlumat yayıb.
    Bildirilir ki, Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FƏTÖ-çü imamlarla əlaqələri üzə çıxıb.
    FƏTÖ ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

    Muxalifet - 27-11-2018

  8. ​Yeni başçı onu baş memar TƏYİN ETDİ

    Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Əliyev Memarlıq və tikinti şöbəsinə müdir təyin edib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, Vüqar Əliyevin müvafiq əmri ilə, Orxan Məhərrəmov Səbail Rayon İcra Hakimiyyətinə baş memar təyin olunub.
    Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 27-11-2018

  9. Fransadan bomba effekti verən "nüvə" qərarı!

    Fransa prezidenti Emmanuel Makron, ölkəsinin 2035-ci ilədək 14 nüvə reaktorunu bağlayacağını deyib.
     
    Bu barədə Fransız xəbər agentliyi AFP, verdiyi son dəqiqə xəbərlə məlumat yayıb.
    Fransada social partlayışa səbəb olan yanacaqdoldurmadakı qiymət artırmaları ilə bağlı etirazları yaxından təqib etdiyini bildirən Makron, ancaq vergilərdə bir dəyişikliyin nəzərdə tutulmadığını da sözlərinə əlavə edib.
    Müxalifət.az

    Muxalifet3 - 27-11-2018

  10. ​Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı

    Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun “Eternity-2018” birgə komanda-qərargah təlimləri başa çatıb.
    Muxalifet.az Open.az-a istinaden xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
    Türkiyənin Lüleburqaz şəhərində keçirilən təlimlərdə Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə və Azərbaycan hərbçiləri ilə birgə iştirak ediblər.

    Muxalifet - 27-11-2018

  11. ​Acundan boşanan Şeymanın Çağatayla gecə klubundakı GÖRÜNTÜLƏRİ ORTAYA ÇIXDI - VİDEO

    Acun Ilıcalı ilə dünən razılaşdırılmış şəkildə boşanan Şeyma Subaşının bir kişi ilə gecə klubunda görüntüləri üzə çıxıb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acuna aktyor Cağatay Ulusoy ilə xəyanət etdiyini deyilən Şeyma Subaşının eyni adlı türk iş adamı ilə videosu yayılıb.

    Muxalifet - 27-11-2018

  12. ​Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.

    Muxalifet - 27-11-2018

  13. Rusiya, Ukraynalı ekipajın etiraf videosunu yaydı

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kerç boğazında baş verən böhranla bağlı Ukraynalı zabitlərin etiraf videosunu yayıb.
     

    Muxalifet3 - 27-11-2018

  14. ​Türkiyəli Məşhur aktrisa vəfat etdi

    Türkiyənin məşhur teatr və kino aktrisası Uğur Kıvılcım vəfat edib.
    Muxalifet.az xəbər verir ki, sənətçi 76 yaşında dünyasını dəyişib.
    Aktrisa ilə vida mərasimi sabah Kaddıköy Haldun Taner Səhnəsində keçiriləcək.
    Qeyd edək ki, U.Kıvılcım 1942-cı ildə İstanbulda dünyaya gəlib.

    Muxalifet - 27-11-2018

  15. ​TARİXDƏ İLK DƏFƏ: Almaniya ilə Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi imzaladılar

    Muxalifet.az xəbər verir ki, Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bu ölkələrin ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq, hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalayıblar. İmzalama mərasimi Almaniyada keçirilib.
    Məlumatı Gürcüstanın MN-nin mətbuat xidməti verib.

    Muxalifet - 27-11-2018

  16. Həbibin növbəti rəqibi bu 3 döyüşçüdən biri olacaq – SİYAHI

    Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyna Uayt Rusiya döyüşçüsü Həbib Nurməhəmmədovun üç potensial rəqibinin adını açıqlayıb.
    Muxalifet.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda ESPN telekanalı bildirib.
    “Konor Makqreqor və Həbib Nurmaqomedov arasında döyüşdə bütün mümkün rekordlar qeydə alındı. O, inanılmaz idi! Həbib qalib gəldi və onun Toni Ferqyuson və Dastin Pörye ilə döyüşünü, yaxud da Konorla revanş döyüşünü təşkil etmək imkanımız var”, - UFC-nin başçısı bildirib.

    Muxalifet - 27-11-2018

  17. "Taliban"çılar 25 nəfəri qaçırdı

    "Taliban" hərəkatının nümayəndələri Əfqanıstanın Saripul əyalətinin Bəlxab mahalından Məzari-Şərif şəhərinə gedən 25 nəfəri qaçırıb.
    Muxalifet.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Bəlx vilayətinin qubernatorunun nümayəndəsi məlumat verib.
    Qaçırılanların hazırda harada olduğu barədə məlumat verilməyib.

    Muxalifet - 27-11-2018

  18. ​"KTMT-də kimə bel bağlayacağımızı bilməliyik" - PAŞİNYAN

    "Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir".
    Bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
    “Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı nəhayət ayırd etməliyik”, – o vurğulayıb.

    Muxalifet - 27-11-2018

  19. ​Erməniyə ərə gedən Leyla yeni doğulmuş qızı ilə FOTOLARINI PAYLAŞDI

    Erməni Artyom Xaçaturyanla ailə quran azərbaycanlı Leyla bir aylıq qızı ilə birlikdə çəkilmiş fotolarını paylaşıb. A24.Az xəbər verir ki, onun bu fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Adel adlı bir qız anası olan Leylanın oktyabrın 11-də yenidən qızı dünyaya gəlib. O, körpənin adını Mişel qoyub. Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası asetindir.

    Muxalifet - 27-11-2018

  20. ​Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ

    Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna yüksək vəzifə verilib.
    Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət öncə Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib. O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı.
    Xəbəri Milli Məclisdən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 27-11-2018

Pages