Axtarış
The search found 105857 results in 0.127 seconds.
Search results
“NKVD”-nin 15 il məxfi saxlanılan Suxanovka türməsi – məhbuslara 52 növ işgəncə verilən obyekt
İosif Stalinin göstərişi, “NKVD”-nin rəhbəri Nikolay Yejovun başçılığı ilə 1938-ci ildə Moskva ətrafında istifadəyə hazır olan Suxanovka türməsi 15 il ərzində tam məxfi şaxlanılıb. Burada işləyənlərin, çəza çəkənlərin, hətta güllələnlərin adları şərti rəqəmlərlə göstərilib, əsl soyadları isə kodlaşdırılaraq “tam məxfi” qrifli qovluqlarda saxlanılıb. Türmə siyasi məhbuslar və Stalin rejiminə qarşı çıxanlar üçün nəzərdə tutulub.
Muxalifet - 28-11-2018
Koçaryan bu gün həbs oluna bilər
Bizim mövqemiz ondan ibarətdir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs altında olmalıdır.
Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda jurnalistlərlə söhbət zamanı ölkənin Baş prokuroru Artur Davtyan bildirib.
Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi bu gün Robert Koçaryan barəsində ehtiyat tədbirlə bağlı şikayətə baxır. Baş prokuror iclasda iştirak edir. O, məhkəmənin gedişini şəxsən müşahidə etməyə qərar verib.Muxalifet - 28-11-2018
"CANLI BOMBA" həyəcanı - Metro TƏXLİYƏ EDİLDİ
Rusiyanın paytaxtı Moskovada "canlı bomba" həyəcanı yaşanır. Milli.Az Hürriyət-ə istinadən xəbər verir ki, metro stansiyası və 12 mağazanın təxliyə edildiyi deyilir. Bomba xəbərdarlığı səbəbiylə bəzi böyük AVM-lər boşaldılıb. Milli.Az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, aralarında "Artrium", "Tsvetnoi", "Kapitoliy", "Megapolis" kimi böyük alış-veriş mərkəzlərində bomba axtarışı davam etdirilir.
Muxalifet4 - 28-11-2018
“Vəziyyət gərgindir, ciddi pozuntular var” - Vaşadzenin seçki qərargahının rəhbərindən AÇIQLAMA
Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Georgi Vaşadze birləşmiş müxalifətin ofisində keçirdiyi mətbuat konfransında səsvermə prosesinin ciddi pozuntularla müşayiət edildiyini bildirib.
Muxalifet4 - 28-11-2018
Bərdədə 140 nəfərin qatıldığı baltalı, bıçaqlı davanın TƏFƏRRÜATI: “14 yaşlı qıza söz atıblar, sonra isə...”
Dünən Bərdə rayonunda baş vermiş kütləvi davanın təfərrüatı məlum olub.
Muxalifet.az bildirir ki, rayonun Lək bələdiyyəsindən Mahir Piriyevin aznews.az-a verdiyi məlumata görə, kütləvi davaya səbəb Qaradəmirçi kənd sakinlərindən birinin 14 yaşlı məktəbli qıza söz atması olub:
Muxalifet4 - 28-11-2018
Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər - FOTO
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, seçkilərin birinci turu ilə müqayisədə rayonda seçici fəallığının daha yüksək olduğu müşahidə olunur.
Marneuli rayonu üzrə bütün seçki məntəqələrində seçicilər fəallıq nümayiş etdirirlər. Bu vaxta qədər rayonda səsvermə prosesi ilə bağlı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Muxalifet4 - 28-11-2018
Qonşudan gələn səslər polisi hərəkətə keçirdi - Evə girəndə ŞOK OLDULAR - VİDEO - FOTO
Ankaranın Çankaya rayonunda sənədsiz fəaliyyət göstərən və fahişəxana kimi istifadə edildiyi deyilən masaj salonuna təşkil edilən basqında 4-ü qadın olmaqla 17 nəfər saxlanılıb.
Muxalifet4 - 28-11-2018
Seçkidəki pozuntularla bağlı bir necə cinayət işi açılıb - Gürcüstan DİN-dən AÇIQLAMA
Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin gedişatı ilə bağlı bir neçə cinayət işinin açıldığını bildirib.
Gürcüstan KİV-ləri xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Nino Cavaxadze açıqlama verib.
Nazir müavini müxalif “Rustavi 2” telekanalının Marneulidə xüsusi təyinatlı polislərin və xüsusi texnikanın yerləşdirməsi ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə polis qüvvələrini ölkə miqyasında adekvat miqdarda bölüşdürməyə çalışır.
Muxalifet4 - 28-11-2018
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib - BAKIDA
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.
Muxalifet4 - 28-11-2018
PKK-ya verilən möhlət bu gün bitir - TƏLƏB YERİNƏ YETİRİLMƏSƏ...
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) qeyri-qanuni siyasi partiyalara ofislərini boşaltmaları üçün verdiyi müddət bu gün bitir. Bu qərar terror təşkilatı PKK-nın siyasi qolu “Tevgera Azadi”-ni də əhatə edir. Təhlükəsizlik güclərinin partiya qapısına bu gün qıfıl vurmaq üçün bina ətrafında gözlədiyi bildirilir. İKBY-dəki yerli media xəbərlərinə görə, Süleymaniyyə hüquq-mühafizə orqanları dünən “Tevgera Azadi”-nin binasını basıb, partiyanın Daxili İşlər Nazirliyindən alınan hər hansı bir fəaliyyət icazəsi olmadığını bildirərək, qapılarına 24 saat ərzində kilid vurulacağını bildirib.
Muxalifet3 - 28-11-2018
Keçmiş komitə sədrinin qardaşının istintaqa verdiyi ifadə: "Borcumu qaytarmağa imkanım olmayıb"
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun istintaqa verdiyi ifadəsi məlum olub. Muxalifet.az report-a istinadən xəbər verir ki, o, istintaq dövründə bildirib ki, 2004-cü ildə qaynı Taleh Abdullayev “Sahil D Kompani” MMC-ni təsis edib. S.İbrahimov qeyd edib ki, 2006-cı ildə “İSR Holdinq”lə şifahi razılaşma əldə olunub: "Razılaşmaya əsasən, onların Xətai rayonunda yerləşən torpaq sahəsində hümdürmərtəbəli yaşayış binasını “Sahil D Kompani” tikməliydi, “İSR Holdinq” isə bu işdən pay alacaqdı.
Muxalifet4 - 28-11-2018
“Synergy Group”un şirkətlərindən biri ləğv olunur
“Synergy Sport” MMC ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Synergy Sport” 2013-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkət “Synergy Group” MMC-yə daxildir.
Muxalifet4 - 28-11-2018
Kreditləri bağışlamaq: təcrübə və mexanizmlər - "O ƏJDAHADAN BİZDƏ NİYƏ YOXDUR?"
Hökumətlərin çətinə düşəndə müraciət etdiyi mövzudur. İctimai dividend qazanmaq və sosial səhman yaratmaq yolunda atılan addımlardan sayılır. Ağır xərcləri olur. Lakin dövlət bununla vəətndaşların yanında olduğunun mesajını verir. Keçid dövrlərinə daha çox xas və sistem transformasiyasında istifadə olunan alətlərdəndir. Gürcüstan müstəqil bir dövlət olaraq postsovet məkanında mütərəqqi və yenilikçi addımları ilə hər zaman seçilən dövlət saymaq olar.
Muxalifet4 - 28-11-2018
SOCAR iki qaz paylayıcı şirkəti satın aldı
Azərbaycanın milli neft şirkəti SOCAR, Türkiyədəki investiyalarına sürət kəsmədən davam edir. SOCAR, zavod, neft-kimya, neft və boru kəmərindən sonra şəhərdaxili qaz paylama işinə də daxil olub. Şirkət, Alman EWE şirkətindən Bursa və Kayseri qaz paylayıcı şirkətlərini satın alıb. Satışın140 milyon dollara başa gəldiyi bildirilir.
Muxalifet3 - 28-11-2018
İranda sünni lider məscidə gedərkən ÖLDÜRÜLDÜ
İranda bəluc əsilli sünni ruhani lider Mövləvi Əbdülqafur Camalzehi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.
Muxalifet.az xəbər verir ki, hadisə Gülüstan əyalətinin Nəzərabad kəndində baş verib.
Sübh namazını qılmaq üçün evindən çıxıb məscidə gedən Camalzadeh motosiklet sürən iki naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirilib.
İki ayağından və kürəyindən 4 güllə yarası alan 61 yaşlı ruhani hadisə yerində ölüb.
Hələlik hər hansı bir şəxs və ya qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib.
Muxalifet4 - 28-11-2018
Azov böhranı: Ərdoğandan Putin və Poroşenkoya kritik zəng
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, liderlərin telefon söhbətində əsas gündəm Ukrayna və Rusiya arasında baş verən gərginlik olub.Baş verənlərlə bağlı narahatlığını dilə gətirən Ərdoğan böhranın həllinin vacib olduğunu vurğulayıb.
Muxalifet4 - 28-11-2018
Gürcüstanda jurnalist döyüldü - QADINLAR TƏRƏFİNDƏN
Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu zamanı “Pirveli” telekanalının əməkdaşına fiziki təzyiq edilməsi ilə bağlı istintaq başladıb.
Muxalifet.az xəbər verir ki, jurnalistə paytaxt Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin partiyasının əleyhinə keçirilmiş mitinqdə təzyiq edilib.
Jurnalist 2 qadına seçicilərin avtobuslarla niyə regionlara aparılması və onların harada qeydiyyatdan keçdiyi haqda sual verib.
Jurnalistin hərəkətlərindən qıcıqlanan qadınlar telefonunu əlindən alaraq, onu vurmağa başlayıblar.
Muxalifet4 - 28-11-2018
“Azərbaycanlı kəşfiyyatçılar Kazaryanı evindən…” – Paşinyandan ölkəni qarışdıran iddiaya cavab
Ermənistanın Baş naziri vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan Azərbaycan ordusuna əsir düşmüş kəşfiyyatçı Karen Kazaryanın valideynləri ilə görüşəcəyini açıqlayıb.
Muxalifet.az teleqraf.com xəbər verir ki, o, bu barədə Noyemberyan rayonunda seçiciləri ilə görüşündə bildirib:
“Azərbaycanda əsir saxlanılan Kazaryanın valideynləri ilə görüşəcəyəm. Həyat yoldaşım onlarla iki dəfə görüşüb”.Muxalifet4 - 28-11-2018
Azərbaycanda vəzifəli şəxs RÜŞVƏT alarkan həbs olundu
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib.
Report-un xəbərinə görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Muxalifet4 - 28-11-2018
İngiltərə Türkiyənin FETÖ-çu ilə bağlı ekstradisiya tələbini rədd etdi
Türkiyə 15 iyul dövlət çevrilişi cəhdində iştirak etdiyi səbəb ilə İngiltərədən Akın İpək-in ekstradisiyasını tələb edib.
Bu hadisədən sonra Akın İpək İngiltərədə saxlanılıb və məhkəməyə çıxarılmışdı.
Məhkəmə, fərari FETÖ-çu Akın İpək-in Türkiyəyə ekstradisiya tələbini rədd edib.Müxalifət.az
Muxalifet3 - 28-11-2018