Axtarış
The search found 105857 results in 0.097 seconds.
Search results
Azərbaycanda avtomobil istehsalı 26,5 dəfə artıb
2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.
Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb.
Bununla yanaşı 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub.Muxalifet - 28-11-2018
Qadın sürücü onu saxlayan polislərin BAŞINA OYUN AÇDI - VİDEO
İstanbulda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən qadın sürücü polis tərəfindən saxlanılıb.
Muxalifet.az A24.Az-a istinaden xəbər verir ki, təhlükəsizlik kəməri taxmayan və qırmızı işıqda keçən qadın sürücü polisin cəza yazmasına mane olmaq istəyib. Qışqıraraq ağlamağa başlayan qadın polisləri əsəbiləşdirib:
“Ay xanım, bağırma! Sizin kimi müəllimə yaraşmaz belə hərəkətlər”, – deyə polis əməkdaşı qadına etiraz edib.
Sürücünün polislə mübahisəsini əks etdirən görüntüləri sizə təqdim edirik:
Muxalifet - 28-11-2018
“15 yaşıma kimi doyunca yediyimi xatırlamıram” - Nazarbayev həyatından danışdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev yaşadığı yoxsul həyatından danışıb. “Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Vətəndaş forumunda çıxışı zamanı bəhs edib: “Mən kənd uşağıyam. Müharibədən sonra tamamilə yoxsulluq içərisində yaşamışam, geyim çatışmırdı. Xatırlamıram ki, 15 yaşına kimi doyunca yemək yeyim. Ola bilsin ki, elə buna görə də sağlam olursan”. 78 yaşlı dövlət başçısı bildirib ki, peşəkar yoluna poladəridən olaraq başlayıb: “Cavanlar zəhmətə hazır olmalıdırlar. İnanmayın ki, bu dünya ədalətlə doludur.
Muxalifet - 28-11-2018
Qənirə Paşayeva Türkiyədə ƏMƏLİYYAT OLUNDU
Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub. Muxalifet.az publika.az-a istinden xəbər verir ki, bu barədə Əməkdar artist Aybəniz Haşımova məlumat verib. O, Q.Paşayevaya şəfa diləyib: "Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım. Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur.
Muxalifet - 28-11-2018
Tarixin ən sirli adamı - DƏMİR MASKALI ADAM KİM OLUB?
Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma sirri heç bir zaman açılmayıb. Kim idi dəmir maskalı adam? Niyə uzun illər həbsdə qalıb? Niyə üzündəki maskanı çıxrmadılar? Bu sirli adam kim idi?
Muxalifet.az dəmir maskalı adam haqqında oxucularına məlumat verir.
O, öləndə kamerasındakı bütün əşyalarını yandırdılar. Meyitini dəfn etmək üçün heç bir mərasim keçirilmədi. Bu əmri isə Fransa kralı XIV Luis verdi. Bəs kralın zəhləsi gedən adam kim idi?Muxalifet - 28-11-2018
Məşhur türkiyəli bacılar tutuldu
“Cicişlər” ləqəbi ilə tanınan məşhur türkiyəli bacılar Esra və Ceyda Ərsoy bacıları tutulub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bacılar Etilərdə İstanbul Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Esra “narkotikə aludə etmək”, Ceyda isə “narkotikdən istifadə etmək” cinayətində ittiham olunur.Muxalifet - 28-11-2018
Gürcüstanda seçici fəallığı 47,31% təşkil edir
Bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda saat 17:00-a olan seçici fəallığı 47,31% təşkil edib.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze gün ərzində keçirdiyi növbəti brifinqdə bəyan edib.
Onun sözlərinə görə, saat 17:00-dək Gürcüstanın seçki hüququna malik yaşı 18-dən yuxarı olan 3 milyon 528 min 658 vətəndaşından 1 milyon 662 min 453 nəfəri səsvermədə iştirak edib.Muxalifet - 28-11-2018
Həmyerlisini butulka ilə öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Ramazanov 11 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet3 - 28-11-2018
Artilleriyaçılarla komandir toplanışı keçirilir - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordunun, birlik və birləşmələrin artilleriya rəisləri, artilleriya hərbi hissələrinin komandirləri və müavinləri ilə komandir toplanışı keçirilir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 28-11-2018
ŞOK: Gürcüstanda prezident seçkiləri ləğv edilə bilər? - AÇIQLAMA
Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş vermiş 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır.
Muxalifet.az-ın verdiyi xəbərə görə, bu barədə daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.Muxalifet3 - 28-11-2018
"Qəbələ" "Herta" səddini keçə bilmədi
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.
Muxalifet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Almaniyada "Herta" ilə üz-üzə gəlib. Berlin şəhərində "Vurfplats" stadionunda təşkil edilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" bu nəticədən sonra UEFA Gənclər Liqasındakı çıxışını başa vurub.
Qeyd edək ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda "Herta” 3:1 hesabı ilə qələbə qazanıb.
Muxalifet3 - 28-11-2018
Şimali Koreya ilə bağlı təftiş başladı: Yollar birləşdirilir
Şimali Koreya və Cənubi Koreya noyabrın 30-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) dəmir yolu şəbəkəsinin birgə təftişinə başlayacaqlar.
Muxalifet3 - 28-11-2018
Baqdasaryan Paşinyanı ifşa etdi
1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.
Muxalifet3 - 28-11-2018
Ərdoğan Trampla razılaşdı: Görüş olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş barədə razılıq əldə edilib. Muxalifet.az xəbər verir ki, telefon danışığında Ərdoğanla Tramp G20 zirvəsində üz-üzə görüşmək barədə razılaşıblar. Qeyd edək ki, bu gün Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Pyotr Poroşenko ilə də telefon əlaqəsi yaradaraq Kerç böhranını müzakirə edib.
Muxalifet3 - 28-11-2018
Ukrayna Rusiyaya nota verdi: Dərhal azad edilsin!
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Kerç boğazında saxlanılan ukraynalı dənizçilərə görə bu ölkəyə nota göndərib.
Muxalifet.az xəbər verir ki, rəsmi Kiyev Rusiyadan saxlanılan dənizçilərin sərbəst buraxılmasını tələb edib.
"Həbs edilən vətəndaşlar dərhal azad edilməli və təhlükəsiz şəkildə Ukraynaya qaytarılmalıdır", - bəyanatda qeyd edilib.
Muxalifet3 - 28-11-2018
Экзит-пол Edison Research на 17:00: Вашадзе - 45%, Зурабишвили - 55%
Американская компания исследования общественного мнения Edison Research провела экзит-полы по заказу телекомпании "Рустави 2" в ходе второго тура президентских выборов в Грузии.
Muxalifet4 - 28-11-2018
Qonşuda seçki başa çatdı - Nəticələr GÖZLƏNİLİR
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə yekunlaşıb.
Qeyd edilir ki, ölkə üzrə seçki məntəqələri saat 20:00-da bağlanıb.
Muxalifet3 - 28-11-2018
Вашадзе: Подождем окончательных результатов
Я подтверждаю глубочайшее уважение «Рустави 2» и Edison Research, но мы обязательно будем ждать окончательных результатов, — об этом кандидат в президенты от «Национального движения» Григол Вашадзе заявил после объявления результатов экзитпола.
По его словам, результаты экзитпола были объявлены по данным на 17:00, а большая часть избирателей явилась на выборы после 17:00.
Muxalifet4 - 28-11-2018
İvanişvilidən seçki sonrası ilk açıqlama
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, o, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib.
“Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, - partiya sədri bildirib.
Muxalifet4 - 28-11-2018
SON DƏQİQƏ: Benzinin qiyməti ucuzlaşacaq
Türkiyədə benzinin qiyməti yenidən ucuzlaşıb.
Muxalifet.az xəbər verir ki, bu gecədən etibarən benzinin qiyməti 0.5 TL ucuzlaşacaq.
Ekspertlərin bir çoxu bu ucuzlaşmanı dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı olduğunu qeyd edib. Azərbaycanda isə bununla bağlı hər hansısa bir dəyişikliyin olması hələ ki, gözlənilmir.Muxalifet3 - 28-11-2018