Axtarış
The search found 105857 results in 0.116 seconds.
Search results
Qənirə Paşayevanın XƏSTƏLİYİ BİLİNDİ - Bacısı hər ŞEYİ AÇIQLADI
Türkiyədə əməliyyat edilən millət vəkili Qənirə Paşayevanın hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə bacısı Kəmalə Paşayeva sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, Qənirə Paşayeva Karpal Tunel sindromundan əziyyət çəkdiyi üçün əməliyyat edilib.
Muxalifet4 - 29-11-2018
"Bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi, amma..." - POLİTOLOQ
"Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi”.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstandakı prezident seçkilərinin nəticəsini şərh edərkən deyib.
Politoloqun fikincə, o, hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi.
Muxalifet4 - 29-11-2018
Vaşadze hansı ərazilərdə qələbə qazandı? - SİYAHI
Gürcüstanda keçirilən prezident seçkisində müxalifətin namizədi olan Qriqol Vaşadze iki şəhərdə qələbə qazana bilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, qələbəsini Rustavi (51,51%) və Telavi (51,19%) şəhərlərində təmin edib. Vaşadze ən az səsi isə Cənubi Osetiyanın yaxınlığında yerləşən Saçxere rayonunda toplayıb. Belə ki, ona burada 8,22% səs verilib.
Vahid Milli Hərəkatın əsas dayaqlarından biri sayılan Batumi şəhərində də müxalifətin namizədi səs itirib. Belə ki, o, Batumi şəhərində cəmi 44,27% səs toplaya bilib.
Muxalifet4 - 29-11-2018
Tərtərdə “zapravka”da partlayış - Yaralananların adları məlum oldu - YENİLƏNİB
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.
Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib.
***Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Muxalifet4 - 29-11-2018
Gəncə sakini Bakıda qadına xəsarət törədib, MOBİL TELEFONU VƏ NOUTBUKUNU ALDI
Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Belə ki, Bakı şəhər sakini E.Ələkbərov noyabrın 25-də, saat 23 radələrində A.M.Şərifzadə küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs E.Ələkbərovanın başına küt alətlə xəsarət yetirərək, onun mobil telefonunu və noutbukunu alıb.
E.Ələkbərova quldurluqla üzləşməsi ilə bağlı 29-cu polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ələddin Hüseynov yaxalanıb.Muxalifet4 - 29-11-2018
İranlı gömrükdən daxili orqanında 24 ədəd həb keçirmək istədi - FOTO
Biləsuvar gömrük postunda sərhədi keçən şəxsin daxili orqanlarında gizlin keçirmək istədiyi psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.Muxalifet4 - 29-11-2018
Bakıda sulu qar yağacaq, güclü külək əsəcək - PROQNOZ
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 30-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.Muxalifet4 - 29-11-2018
Deputatın obyektinə qapı açdırmaq istəyi QALMAQALA ÇEVRİLDİ – Rüşvət skandalı böyüyür
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 29-11-2018
78 yaşlı qocadan şok etiraf: 90 narkomanı, fahişəni, avaranı öldürdüm - FOTO
ABŞ-ın Texas ştatındakı Dallas şəhərində həbsxanada cəza çəkən 78 yaşlı Semüel Littl 90 nəfəri öldürdüyünü etiraf edib.
Birləşmiş Ştatların müxtəlif yerlərində həmin qətllərin üstü hələ də açılmayıb.
Milli.Az The Dallas Morning News-a istinadən bildirir ki, S.Littl üç qadını amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alıb. Lakin onun 1970-ci illərdə törədilmiş qətllərlə bağlı olduğu istisna deyil.
Muxalifet4 - 29-11-2018
DİN və DTX Goranboyda birgə əməliyyat keçirdi
Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.
Bu barədə DİN-dən məlumat verilib.
Əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) "F-1" qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.
Muxalifet4 - 29-11-2018
Paşinyandan Qarabağ separatçısına qarşı SƏRT BƏYANAT
Ermənistan baş nazir əvəzi Nikol Paşinyan Bako Saakyanı sərt tənqid edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, separatçı rejimi Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
Muxalifet4 - 29-11-2018
Papanın çıxışı zamanı lal uşaq səhnəyə çıxdı - "Buraxın, oynasın" - VİDEO - FOTO
Roma Papası Fransiskin Vatikanda çıxışı zamanı zalda maraqlı anlar yaşanıb.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, səhnəyə çıxan azyaşlı oğlan Papanın yanında dayanan mühafizəçiyə yaxınlaşaraq onunla oynamaq istəyib.
Mühafizəçinin qolunu dartan uşaq onun reaksiya vermədiyini gördükdə səhnədə dövrə vurub. Bir neçə saniyə sonra uşağın bacısı səhnəyə çıxaraq qardaşını düşürməyə çalışsa da, cəhdləri boşa çıxıb.
Muxalifet4 - 29-11-2018
“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? - Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU
29 noyabr Gürcüstan tarixində ilklərə daha biri əlavə olundu. Salome Zurabişvili səslərin 59,56 faizini toplayaraq ölkə tarixində ilk qadın prezident adını qazandı.
Zurabişvilinin həyatı və siyasi karyerası ilə bağlı yazını təqdim edirik.
Salome Zurabişvili 1952-ci il martın 18-də gürcü siyasi mühacirlərin – 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olan Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində Parisdə doğulub. Onun ata babası İvan Zurabişvili 1918-1921-ci illərdə müstəqil Gürcüstanın menşevizm hökumətinə daxil idi.
Muxalifet4 - 29-11-2018
“Maliyyə Nazirliyi hər bir universitetə ayrılan vəsaitin həcmini açıqlamalıdır” - RÖVŞƏN AĞAYEV
“2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu”
Muxalifet4 - 29-11-2018
Yeni başçı haqda sensasion ittihamlar – İNDİDƏN NARAZILIQ YARADIR...
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 29-11-2018
Qarabağdakı əsgərlər Ermənistana aparılır – SƏBƏB
Qarabağda xidmət edən Ermənistan hərbçiləri öz valideynlərinə zəng vuraraq 9 dekabrda Gorus və Qafan rayonlarına gətiriləcəklərini bildiriblər.
Bu məlumatı “168 Jam” qəzeti yayıb. Hərbçilərin Ermənistana seçkidə iştirak üçün gətiriləcəkləri bildirilib:
“Əsgərlər valideynlərinə deyiblər ki, bunu Nikol Paşinyan təşkil edib. Onlardan Mənim Addımım Blokuna səs vermələri istənilib”.Muxalifet4 - 29-11-2018
Zurabişvili hazırkı prezident iqamətgahından imtina edəcək
Gürcüstanda ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda səs çoxluğu ilə qalib gələn Salome Zurabişvilinin Tbilisinin Avlabar rayonunda yerləşən hazırkı prezident iqamətgahından imtina edəcəyi gözlənilir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, S.Zurabişvilinin seçkiöncəsi proqramında onun Tbilisinin Atoneli küçəsindəki prezident sarayında yerləşəcəyi qeyd olunub.
S.Zurabişvilinin inauqurasiyasının isə dekabrın 16-da keçiriləcəyi gözlənilir.
Muxalifet4 - 29-11-2018
Yoxa çıxan 21 yaşlı qız 40 gün sonra Bakıda tapıldı
Bir neçə gün əvvəl itkin düşən gənc qız tapılıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sitinadən xəbər verir ki,
Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Muxalifet4 - 29-11-2018
"Bakı Olimpiya Sadionunda oyuna baxmaqdansa..." - Baloğlan Əşrəfovdan sərt tənqid
Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov Avropa Liqasının qrup mərhələsində 5-ci tur çərçivəsində keçiriləcək "Qarabağ" - "Sportinq" oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsini tənqid edib.
Muxalifət.az xəbər verir ki, əməkdar artist "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, oyunu BOS-da canlı izləməkdənsə, televizorda baxmaq daha maraqlıdır:Muxalifet4 - 29-11-2018
Astara sakini Bakıda bıçaqlandı
Astara rayon sakini Tural Tarverdiyev Bakıda bıçaqlanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nərimanov rayon Polis idarəsinin18-ci polis şöbəsininəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən İmişli rayon sakini Elvin Həmzəyev saxlanılıb.Muxalifet4 - 29-11-2018