Axtarış

The search found 105857 results in 0.118 seconds.

Search results

  1. ​Trampdan inanılmaz: Ərdoğanla da görüşü ləğv etdi

    ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya dövlət başçısı Mun Çje İnlə də G20-də planlaşdırılan görüşü ləğv edib.
    Muxalifet.Az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
    Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə də görüşdən imtina etdiyini açıqlamışdı.
     

    Muxalifet3 - 29-11-2018

  2. ​Ceki Çanın qızı həmcinsi ilə evləndi— FOTO

    Dünyaca məşhur aktyor Ceki Çanın 19 yaşlı qızı Etta Ng 31 yaşlı həmcinsi ilə evlənib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media üzərindən 31 yaşlı kanadalı sevgilisi ilə evləndiyini açıqlayıb.
    Onun evləndiyi şəxs bloqger Endi Outumdur. Məlumata görə, cütlük 8 noyabrda münasibətini rəsmiləşdirib. Onlar həmcinslərin münasibətinin qadağan olduğu Honq Konqda yaşayır. 
    Qeyd edək ki, cütlük 2017-ci ildə flirt etməyə başlayıb, bundan sonra aktyor qızı Kanadaya köçmüşdü.
     

    Muxalifet3 - 29-11-2018

  3. Qızıl-gümüş bazarında QİYMƏTLƏR

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, noyabrın 29-da qızılın qiyməti noyabrın 28-i ilə müqayisədə 17,6885 manat artaraq 1 unsiya üçün 2082,721 manat təşkil edib.
    Gümüş 0,3613 manat bahalaşaraq 1 unsiya üçün 24,4248 manata bərabər olub.
    Platinin qiyməti 5,8395 manat azalaraq 1408,62 manat, palladiumun qiyməti isə 45,56 manat artaraq 2010,0375 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 29-11-2018

  4. ABŞ açıq təhdid etdi: İRANI VURARIQ

    ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook, ABŞ-ın regionda maraqlarını hədəf aldlqları təqdirdə İranın hərbi müdaxilə etmək üçün tərəddüd etməyəcəklərini söyləyib.
     
    Hook, İran adına döyüşən qrupların, Yəmən, Əfqanıstan, İraq və Səudiyyə Ərəbistanında İrana aid silahlar istifadə etdiklərini ifadə edərək, İran təhdidinin artdığını və vəziyyətə müdaxilə edilməzsə, bölgədə gərginliyin yüksələcəyini vurğulayıb.
     
    CAVAB VERMƏYƏ TƏRƏDDÜD ETMƏYƏCƏYİK
     

    Muxalifet3 - 30-11-2018

  5. ​Suriya İsrailin hərbi təyyarəsini vurdu

    Suriyanın Hava Hücumundan Müdafiə sistemi cümə axşamı Dəməşqin cənubunda yerləşən Əl-Kisva yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsini və hədəfə yönəlmiş 4 raketini vurub.
    Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin təhlükəsizlik orqanlarındakı mənbə deyib.
    "Bizim Hava Hücumundan Müdafiə sistemlərimiz İsrailin təyyarəsi və dörd raketini hədəfə çatmamış vurub", - deyə mənbə bildirib.
    O qeyd edib ki, beləliklə Əl-Kisva rayonunda hədəflərə yönəlmiş bütün raketlər vurulmuş olub.

    Muxalifet - 30-11-2018

  6. “Açığı, “Qarabağ”dan bu hesabı gözləmirdim” – “Sportinq”in baş məşqçisi

    “Oyuna çox yaxşı başladıq. Birinci və ikinci qolu yaxşı vəziyyətdən vurduq. “Qarabağ”ı çox bəyənirəm. Açığı, bu hesabı gözləmirdim. Amma bu gün yaxşı oynadıq. Bunu bazargünkü çempionat matçında da gözləyirəm”.

    “Report”un məlumatına görə, bunu Portuqaliya “Sportinq”inin baş məşqçisi Marsel Kayzer Bakıda “Qarabağ”a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.

    Hollandiyalı mütəxəssis daha sonra sualları cavablandırıb…

    - Komandanın çıxışına neçə bal verərdiniz?

    Muxalifet - 30-11-2018

  7. Əsəd rejimindən iddia: İSRAİL TƏYYARƏSİNİ VURDUQ

    Suriyadakı hava müdafiə sisteminin, ölkənin cənub hava sahəsindəki Əl-Kisvi kəndi üzərində bir İsrail təyyarəsi ilə 4 raketi vuraraq zərərsizləşdirdikləri bildirilib.
     
    Suriya dövlət televiziyası, Suriyadakı hava müdafiə sisteminin, Şam ətrafındakı əl-Kisva kəndnə raket hücumunun dəf edildiyini qeyd edib. Açıqlamada, hücum nəticəsində heç bir raketin hədəfinə çatmadığı qeyd edilib.
    Bir Suriya rəsmisi, Rusiya mətbuatına açıqlama verərəkİsrailin hədəfinə çatmadan 1 təyyarə və 4 raketini vurduqlarını deyib.

    Muxalifet3 - 30-11-2018

  8. Arif Əsgərovun baldızından ilginc açıqlamalar, ŞOK İTTİHAMLAR

    Elnar Əsgərov xalası Lətifə Hüseynovanı da həbs etdirmək istəyir; Rahib Hüseynovun Türkiyəyə necə qaçırılması haqda açıqlama verildi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi - Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar. Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb.

    Muxalifet - 30-11-2018

  9. ​NATO hərəkətə keçir, Türkiyə boğazları... - Rusiyada belə ZƏRBƏNİ GÖZLƏMİRDİLƏR

    Ukraynanın qarşısındakı vəzifə budur: beynəlxalq cəmiyyəti özünün ətrafında birləşdirmək, Krımın zəbt edilməsini xatırlatmaq, Qərbin açıq-aydın unutmağa başladığı Donbas münaqişəsini yada salmaq. Amma əsas vəzifə Azov dənizində daim artan təhlükəyə diqqəti yönəltmək lazımdır. Burada qüvvələr nisbəti açıq-aydın Ukraynanın xeyrinə deyil və böyük qorunmamış sahil xətti var.

    Muxalifet - 30-11-2018

  10. CNN Fələstini dəstəkləyən şərhçini qovdu

    Fələstinə etdiyi səfərdən sonra BMT-də çıxış Lamont Hill, CNN-dəki vəzifəsindən  qovulub.
     
    CNN-in mətbuat katibi Barbara Levin, heç bir ciddi şərh verməyərək  "Lamont Hill artıq CNN-də işləmir" – deyib.
    BMT-dəki çıxışında Lamont Hill, gündəlik həyatda Fələstin xalqının qarşısında duran çətinliklərə diqqət çəkib və “çaydan dənizə müstəqil Fələstin” ifadəsini işlədib.
    İsrail tərəfdarı qruplar, Lamont Hilli-in müəllim olduğu Temple Universitetinə və CNN-ə onun işdən qovulması üçün çağırış edib.
     

    Muxalifet3 - 30-11-2018

  11. ​Zurabişvili seçilən kimi Rusiya məsələsinə nöqtə qoydu

    Tiflis və Moskva arasında əməkdaşlıq üçün lazımi zaman hələ yetişməyib.
    Bunu BBC-nin Rusiya xidmətinə açıqlamasında Gürcüstanın prezidenti seçilən Salome Zurabişvili deyib.
    “Rusiya özünü indiki kimi aparmağa, yəni işğal xəttində insanların ələ keçirilməsinə və işğal xətti ərazimizin daha da içərisinə – Tiflisə doğru çəkilməyə davam etsə və Rusiyanın Ukrayna ilə münasibətlərdəki davranışını nəzərə alsaq, indi birbaşa əməkdaşlığa keçəcəyimizi düşünmürəm.

    Muxalifet - 30-11-2018

  12. Türk hakerlər PKK-nın “səsini” kəsdi!

    Almaniya mərkəzli terror təşkilatı PKK-ya aid “Bestanuce” adlı xəbər saytına bu gün Türk haker qrupu “Akıncılar” kiber hücum reallaşdırıb.
     
    Daim Türk siyasətçilərini qaralayan yazılar dərc edən xəbər saytlarından "bestanuce.de" və "bestanüçe.com", Cyber ​​Warrior Akıncılar qrupu tərəfindən kiber hücuma məruz qalıb.
     
    "Xainlər üçün cəhənnəm!"
     
    Dağıtdıqları sayta, Akıncılar qrupunu təmsil edən bir şəkil ilə birlikdə İngilis və Türkçə olaraq bu mesajı buraxıblar: "Xainlər üçün yaşasın cəhənnəm!"

    Muxalifet3 - 30-11-2018

  13. Ərdoğanın telefon diplomatiyası - Rusiya ilə Ukraynanı barışdırmaq istəyi

    Türkiyənin və Azərbaycanın vasitəçiliyi Kerç böhranının aradan qaldırılmasına gətirib çıxara bilər?

    ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon söhbətində liderlər son günlər Ukrayna ilə Rusiya arasında yaşanan gərginliyi müzakirə ediblər.

    Muxalifet - 30-11-2018

  14. Merkelin havada qorxu dolu anları! Təyyarə qəzalı idi

    Almaniyanın baş naziri Angela Merkelin G-20 sammiti çərçivəsində Argentinaya uçuşu texniki qəza səbəbiylə təcili eniş edib.
     
    Amsterdam üzərində ikən elektron sistemdə qəza olduğu üzə çıxıb və təyyarə təcili olaraq Köln şəhərinə eniş edib.
    Merkel, başqa bir təyyarə ilə yoluna davam edib.
    Merkel G20 sammitinə 5 saat gecikmə ilə qatıla bilib.
    Müxalifət.az

    Muxalifet3 - 30-11-2018

  15. ​Türkiyədə 500 min insan öləcək, 2,5 milyonu isə... – Hər şey ONA DOĞRU GEDİR?

    Bu gün Mərmərə dənizi sahilində zəlzələ baş verib.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yerli vaxtla saat 05:36-da Yalova vilayətinin Çınarcık mahalında baş verən 4,1 bal gücündə zəlzələ İstanbul, Bursa və Tekirdağ kimi ətraf vilayətlərdə də hiss olunub.
    Zəlzələ ocağının 14 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
    Qeyd edək ki, Mərmərə dənizi seysmoloji cəhətdən dünyanın ən aktiv bölgələrindən biri hesab olunur. Alimlər yaxın tarixdə bu bölgədə dağıdıcı zəlzələnin baş vermə ehtimalını yüksək qiymətləndirirlər.

    Muxalifet - 30-11-2018

  16. AZƏRBAYCANIN YENİ OMBUDSMANININ ADI – Süleymanovanı kimin əvəz edəcəyi dəqiqləşib!

    Səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın yerinə, nəhayət ki, namizəd tapılıb. Bu barədə “AzPolitika.info”ya məlumat hökumətə yaxın mənbələrdən daxil olub. Məlumata görə, ombudsman vəzifəsinə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat Məlahət İbrahimqızının (Həsənova) seçiləcəyi gözlənilir. Bununla bağlı artıq yekun qərar verilib və yaxın vaxtlarda onun namizədliyi Milli Məclisə təqdim olunacaq.

    Muxalifet - 30-11-2018

  17. ​Şəkidə iki maşın TOQQUŞDU: 6 nəfər yaralandı

    Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb. Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Muxalifet - 30-11-2018

  18. Baltik dənizində F-16-larla Rus təyyarələri üz-üzə

    Belçika Hava Qüvvələri Rusiyanın Baltik dənizinə müdaxilə etdiyini açıqlayıb.
     
    Baltik dənizində olan Belçika donanmasının gəmilərinin bölgədə Rusiyanın icazəsiz uçuşlar edən reaktiv jetlərini təsbit etdiyini, Belçika Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələrinin NATO-nun hava sahəsindəki Rusiya jetlərinə qarşı havaya qalxdığı və onları əngəllədiyi məlumatı verilib.
    Belçika Hava Qüvvələri, Rusiyanın qırıcı təyyarələrinin görüntülərini sosial media hesablarından paylaşıb.
    Müxalifət.az

    Muxalifet3 - 30-11-2018

  19. ​Məmmədyarov yeni prezidentin andiçməsində iştirak edəcək

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.
    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

    Muxalifet - 30-11-2018

  20. ​Bakı metrosunda qızlar oğlana sataşdı, dava düşdü – VİDEO

    Bakı metrosunda daha bir biabırçı hadisə baş verib.
    Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, videodan da göründüyü kimi qatarda iki gənc qız bir oğlanla dava salır. Dava qızların oğlana söz atması səbəbindən yarandığı bildirilir.
    Qatar "28 may” stansiyasına çatanda metro işçiləri və polis məsələyə qarışıb. Qızları və həmin oğlanı qatardan çıxarıblar.
    Həmin görüntüləri təqdim edirik.
     

    Muxalifet - 30-11-2018

Pages