Axtarış

The search found 105857 results in 0.106 seconds.

Search results

  1. Ata Azərbaycana deport olundu, ana barda gecələdi, nənəsi araq içməyə getdi... 3 KÖRPƏ UŞAQ İSƏ YANIB ÖLDÜ

    Rusiyanın ucqarlarını bürümüş yoxsulluq və səfalət daha bir faciəyə səbəb olub.

    Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il noyabrın 28-də İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoyelansk qəsəbəsindəki evlərdən birində baş vermiş yanğın nəticəsində 3 azyaşlı tüstüdən boğularaq ölüb. Onların atası Azərbaycan vətəndaşıdır. Ölən uşaqlar 2, 3 və 4 yaşlarında olublar.

    Yerli administrasiyanın rəhbəri İrina Botvenko deyib ki, hadisə vaxtı uşaqların anası işdə olub, nənəsi isə tanışı ilə araq içməyə gedib.

    Muxalifet - 30-11-2018

  2. ​Paşinyan Qarabağdakı erməni əsgərləri öz xeyrinə səs verməyə məcbur edir

    Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan 9 dekabrda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində lideri olduğu “Mənim addımım” blokunun qələbə çalaraq qanunverici orqanda mütləq çoxluğu ələ keçirməsi üçün Ermənistan ordusunun Qarabağdakı əsgərlərindən istifadə edəcək.
    Bu barədə Ermənistanın “168 saat” qəzeti məlumat yayıb.

    Muxalifet - 30-11-2018

  3. Bakıda müəllimi rüsvayedici məlumatlarla şantaj edənlərə HÖKÜM OXUNDU

    Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Y.Zalov 5 il azadlıqdan məhrum edilib, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş S.Hümbətovaya isə şərti cəza verilib.

    Muxalifet - 30-11-2018

  4. Adam öldürdü, qardaşı cinayəti üzərinə götürdü

    Bakı Ağır Cinayətlər Məhkəməsində uşaqlıq dostunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Elman Ağasıyevə hökm oxunub.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Ağasıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet4 - 30-11-2018

  5. Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO

    Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Garant Holding”in törəmə müəssisəsi olan "Fortis Group” tikinti materialları istehsal edən zavodda son bir ildə 100-ə yaxın işçi işdən çıxarılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə unikal.og-a zavodda növbə rəisi işləyən Çərkəzov İman Şəmsəddin oğlu məlumat verib.

    O, bildirib ki, hazırda çalışdığı "Fortis Group”-dən (əvvəllər "Azbentonit” MMC) qanunsuz olaraq onu işdən çıxarmaq istəyirlər:

    Muxalifet4 - 30-11-2018

  6. 2019-cu ilin yaşayış minimumu TƏSDİQLƏNDİ -149 manat…

    Milli Məclisin iclasında" 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib.
    Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.
    Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.
    İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub.
    Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

    Muxalifet - 30-11-2018

  7. "Bu xəbər cəfəngiyyatdan başqa bir şey deyil” - DEPUTAT

    “Mənim İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə gətirilməyimlə bağlı bəzi saytların dərc etdiyi xəbər cəfəngiyyatdan başqa bir şey deyil”. Muxalifet.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı bildirib. Məlahət İbrahimqızı hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatdır.

    Muxalifet4 - 30-11-2018

  8. ​Ukrayna Rusiya təyyarələrini MƏHV ETDİ: Azovda təhlükəli addım - VİDEO

    Ukrayna Silahlı Qüvvələri Azov dənizinin akvatoriyasında təlimlərə başlayıb.
    Muxalifet.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Birləşmiş güclərinin əməliyyat qərargahının mətbuat mərkəzindən bildirilib.
    "Hücum və ordu aviasiyasının bölmələri rəqibin hava zərbəsini təqlid edirdi. 3SU-23-4 "Şılka", "Strela-10M" ekipajları, daşınabilən zenit-raket kompleksləri və ZU-23 zenit sistemləri şərti hava hədəflərini məhv etdi", - mətbuat mərkəzi qeyd edib.

    Muxalifet - 30-11-2018

  9. “Bülletenləri topa-topa seçki qutularına atıblar” – POLİTOLOQ GÜRCÜSTANDAKI SEÇKİLƏR HAQDA

    Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, seçkilərin saxtalaşdırıldığına əmindir: “Çünki müxtəlif seçki fırıldaqları olub. Bu seçki xalqın siyasi iradəsini əks etdirmir və nəticə etibarilə onun nəticələrini legitim saymaq olmaz. Əlbəttə ki, siyasi müxalifətin qələbəsi Gürcüstan xalqının arzularına daha yaxşı cavab verə bilərdi, amma bu, baş vermədi. Çünki işin başında duran adam Rusiya ilə ciddi əlaqəsi olan milyarder Bidzina İvanişvilidir. Orada səslərini çoxunun pulla alınması prosesi baş verib.

    Muxalifet4 - 30-11-2018

  10. ABŞ PKK terrorçularına növbəti silah yardımı göndərdi

    Terror təşkilatı PKK/YPG-nin hamisi ABŞ, Suriyanın Qamışlı rayonundan terrorçuların yuvalandığı Münbiçə 150 TIR dolu zirehli maşın, tank, hərbi texnika və yanacaqdoldurma tankerləri göndərib. İraq üzərindən keçirilən hərbi silahlarla dolu hərbi konvoyun, burada terror təşkilatı YPG-yə təhvil verdiyi bildirilib. Növbəti bu hadisə ABŞ-ın Münbiç məsələsində Türkiyə ilə razılaşdırdığı yol xəritəsində nə qədər qeyri səmimi olduğu, Türkiyənin başını bu cür oyunlarla qatmaqla zaman qazanmağa çalışdığı üzə çıxıb.

    Muxalifet3 - 30-11-2018

  11. “İT GÜNÜ"NDƏ OLMAQ: nəyi pisdir ki...

    Heç bir işin qulpundan yapışmayan insanların kənardan ona-buna ağıl verməsi nə zamansa indiki qədər qıcıq doğurmayıb. Çünki internet dövrüdür, Facebook-dan bunu eyni vaxtda minlərlə insan görür, minlərlərlə insan tərəfindən paylaşılır, anlaşılır. Quş dimdiyindən tanındığı kimi, indi insan “statusundan” tanınır. Yəni sosial şəbəkədə yazdığı qeyddən, mesajından.

    Muxalifet4 - 30-11-2018

  12. ​Polisdən restoran sahiblərinə MÜRACİƏT - Bu ov məhsulları ilə əhalini ZƏHƏRLƏMƏYİN

    Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi krevet və xərçənglər alan kafe, restoran, eləcə də bazarlara müraciət edib.
    İdarədən bildirilib ki, antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir:

    Muxalifet - 30-11-2018

  13. PKK-lı "uşağını öldürərəm" təhdidi ilə qadına təcavüz edib

    Terror təşkilatı PKK, əxlaqsızlıqda sərhəd tanımır. Keçirilən əməliyyatlarda zərərsizləşdirilən PKK-lı terrorçunun bir qadını "uşaqlarını öldürməklə" təhdid edib, ona təcavüz etdiyi ortaya çıxıb.
     
    Separatçı terror təşkilatının içindəki cinsi istismar hadisələri, yaxalanan və ya təşkilatdan qaçan terrorçuların verdiyi ifadələrlə ortalığa çıxarkən, polisin təşkil etdiyi bir əməliyyatda zərərsizləşdirilən PKK-lı terrorçunun bir qadını "uşaqlarını öldürməklə" təhdid edib, onu zorladığı ortaya çıxıb.

    Muxalifet3 - 30-11-2018

  14. Rusiya Ukrayna əsgərlərini Moskvaya göndərdi

    Rusiyanın Kerç boğazında müdaxilə etdiyi Ukrayna döyüş gəmilərinin həbs olunan 24 hərbi personalını Moskvaya göndərdiyi bildirilib.
     
    TASS xəbər agentliyinə görə, Krım İnsan Haqları rəsmisi Ludmila Lubina etdiyi açıqlamada Kerç boğazında Rus döyüş gəmilərinin müdaxilə etdiyi Ukrayna döyüş gəmilərinin həbs olunan hərbi personalının vəziyyəti haqqında məlumat verib.

    Muxalifet3 - 30-11-2018

  15. Dəhşətli təbiət hadisəsinin XƏBƏRÇİSİ: 20 dəqiqədə ABŞ, Kanada, Afrika və Havay...

    Elm adamları Sakit okeanın dibindən gələn və mənbəyi məlum olmayan bir uğultunu müəyyən ediblər.

    Bu barədə “Milli Coğrafiya” (National Geographic) nəşri informasiya yayıb.

    Xəbərə görə, uğultunun mənbəyi Mayotte adasından 24 km uzaqda yerləşir. Oradan dalğalar, təxminən, 11 min km yol qət edərək Afrika, Cənubi Amerika, Yeni Zalandiya, hətta Kanada və Havay Adalarının sahillərinə qədər gedib çatıb. Uğultu 20 dəqiqədən çox davam edib.

    Muxalifet4 - 30-11-2018

  16. Acunun boşanması xəbəri Türkiyə parlamentində müzakirə edildi: "Onun reklam ediləcək tərəfi yoxdur”

    Türkiyənin “Tv 8” kanalının sahibi Acun Ilıcalı ilə Şeyma Subaşının boşanma məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə edilib.

    Belə ki, Şeyma Subaşının keçmiş həyat yoldaşından alacağı 125 min tl aliment millət vəkilllərini narahat edib.

    Muxalifet4 - 30-11-2018

  17. ​Dekabrın ilk günü 5 dərəcə şaxta olacaq, qar, yağış yağacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.

    Muxalifet4 - 30-11-2018

  18. ABŞ qırıcıları dinc sakinləri bombaladı: 30 nəfərdən çox insan öldü

    Suriya dövlət televiziyası ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın bu gün Deyr əz Zor vilayətinin Şaafa kəndinə aviazərbələr endirərək, çoxu qadınlar və uşaqlar olmaqla, 30 nəfərdən artıq dinc sakinin ölümünə səbəb olduğunu bildirib.

    “İxbairyyə” kanalının xəbərində deyilir: “Beynəlxalq koalisiya Şaafa kəndinə yeni aviazərbələr endirib. İlkin məlumatlara görə, 30 nəfərdən artıq dinc sakin həlak olub. Onlarən çoxu qadınlar və uşaqlardırlar”.

    Muxalifet4 - 30-11-2018

  19. Ofisiant və bərbərlər də vergi verəcək - Vergi Məcəlləsinə dəyişikliklər qəbul edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. 

    Muxalifet.az xəbər verir ki, müzakirələrdən sonra Vergi Məcəlləsinə dəyişiklik II və III oxunuşda səsə qoyularaq, qəbul olunub. 

    Dəyişiklik layihəsinə əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb. 

    Muxalifet4 - 30-11-2018

  20. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci və üçüncü (sonuncu) oxunuşda müzakirə olunub.

    Muxalifet.az xəbər verir ki, layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

    Muxalifet4 - 30-11-2018

Pages