Axtarış

The search found 105857 results in 0.119 seconds.

Search results

  1. ​Lavrovdan Trampın Putinlə görüşü ləğv etməsinə - Reaksiya

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün ləğvinə münasibət bildirib. Muxalifet.az xəbər verir ki, Lavrov Tvitter hesabında bu sözləri yazıb: "Bunun bir sıra mühüm qlobal problemin həllini təmin edəcək bir addım olduğuna şübhəm var. Əlbəttə, məcburi gözəllik olmaz. Əgər ABŞ-dakı daxili vəziyyət və Ukrayna ilə məsələ ABŞ prezidentinə təzyiq yaradırsa, o halda yeni bir vəsiləni gözləyəcəyik".

    Muxalifet3 - 30-11-2018

  2. ​Deputatlarımız Parisə gedir - Səbəb

    Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, miqrasiya, qaçqınlar və məcburi köçkünlər, sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək.
    Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.

    Muxalifet3 - 30-11-2018

  3. Tramp G20-də bu ölkələrlə 1,2 trilyonluq müqavilə imzaladı

    ABŞ Prezidenti Donald Tramp, Kanada Baş naziri Castin Trudo və Meksika Prezidenti Enrike Penya Nieto Argentinada yeni ticarət müqaviləsi imzalayıb.
    Muxalifet.az xəbər verir ki, 3 ölkə təxminən 1,2 trilyon dollarlıq ticarət müqaviləsi barədə razılıq əldə edib.
    Tramp yeni müqavilə ilə bağlı açıqlamasında yeni cığır açıldığını, müqavilənin müasir və balanslı olduğunu deyib.
     

    Muxalifet3 - 30-11-2018

  4. ​İran 2 tondan çox narkotik maddəni müsadirə etdi

    İran polisinin narkotik maddələrlə mübarizə idarəsinin ötən həftə ərzində keçirdiyi əməliyyat nəticəsində 2 ton narkotik maddə müsadirə olunub.
    Muxalifet.az xəbər verir ki, bu barədə polis generalı Əsədulla Hadinejat məlumat verib.
    General qeyd edib ki, İranın müxtəlif bölgələrində keçirilən xüsusi əməliyyatın nəticəsi olaraq 2 ton 676 kiloqram müxtəlif növ narkotik maddə müsadirə olunub. Onun sözlərinə görə, müsadirə olunan narkotik maddələrin çox hissəsini tiryək təşkil edir.

    Muxalifet3 - 30-11-2018

  5. ​Amerikalı hərbi müşavirlər Donetskə gəldi - İddia

    ABŞ, Kanada və avropalı hərbi müşavirlərin Donetskdə hərbi cəbhəyə gəldiyi barədə xəbər yayılıb.
    Muxalifet.az sputnik-ə istinadən xəbər veirr ki, bu barədə qondarma respublikanın sədr müavini Mixail Filiponenko məlumat verib.
    "Qərb ölkələri Ukrayna Prezidenti Pyotr Poroşenko rəhbərliyini dəstəkləyir və Ukrayna ordusuna hərbi təlim keçməyə davam edir. Yüzlərlə hərbi müşavirin cəbhə xəttinə gəlməsi bunu sübut edir", - Filiponenko deyib.
     

    Muxalifet3 - 30-11-2018

  6. ​Türkiyə ŞOKDA: Qaçqın Suriyalılar torpaq iddiasındadır

    Türkiyənin bir çox şəhərində Suriya mafiyası yaranıb. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin İYİ Partiyası rəhbərinin köməkçisi Ümid Özdağ deyib. Onun sözlərinə görə, Kilis şəhərində çoxluğa sahiblənən suriyalılar artıq “bura bizim, siz gedəcəksiniz” deməyə başlayıblar: “Yanlış siyasət ucbatından miqrantlara dünyada ən çox pul xərcləyən ölkə Türkiyə olub. Suriyadakı vətəndaş müharibəsindən ən böyük itki ilə çıxan ölkəyik. Suriyalı qaçqınlar Türkiyənin milli, mədəni, siyasi və geosiyasi strukturunu dəyişdirəcək dərəcədə təhdid yaradıblar.

    Muxalifet3 - 30-11-2018

  7. ​Şahzadə Argentinada Qaşıqçıya görə səfirlik binasına sığındı

    Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Buenos-Ayresdə qaldığı oteldən ölkəsinin səfirlik binasına gedib.
    Muxalifet.az xəbər verir ki, şahzadənin argentinalı prokurorların qətlə yetirilən jurnalist Camal Qaşıqçının qətili ilə bağlı açılan cinayət işi səbəbindən səfirlik binasına sığındığı bildirilib.
    Qeyd edək ki, daha öncə Argentinanın baş nazir müavini Daniel Raimondi şahzadənin hüquqi olaraq toxunulmaz olacağını bəyan etmişdi.
     

    Muxalifet3 - 30-11-2018

  8. ​Paşinyanın şansı azalır: Vaxt daralır

    Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı etirazlar getdikcə genişlənir. İndiyədək bu etirazlar əsasən ayrı-ayrı şəxslər və ya siyasi qüvvələr tərəfindən edilirdisə, hazırda narazılıqlar əhali arasında da geniş yayılmaqdadır.
    Muxalifet.az xəbər verir ki, bunu  trend -ə analitik Ehtiram Aşırlı deyib.

    Muxalifet3 - 30-11-2018

  9. ​ABŞ-ın Türkiyə ilə bağlı hesabatı: Yeni detallar

    ABŞ Müdafiə Nazirliyinin 15 noyabrda Konqresə təqdim etdiyi Türkiyə ilə bağlı hesabatda yeni detallar bəlli olub.
    Muxalifet.az xəbər verir ki, hesabatda Türkiyənin NATO-nun cənub-şərq qanadında qeyri-adi bir geostrateji mövqeyə malik olduğu və bu səbəbdən ABŞ ilə Türkiyənin mühüm regional maraqları bölüşdüyü bildirilib.
    Hesabatda Türkiyəyə Rusiyanın S-400 raket əleyhinə müdafiə sisteminə alternativlərin təqdim edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
     

    Muxalifet3 - 30-11-2018

  10. ​BMT forumunda Azərbaycanın siyasətindən danışıldı

    Noyabrın 29-30-da İsveçrənin Cenevrə şəhərində BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin təşkilatçılığı ilə azlıqların məsələləri üzrə 11-ci forum keçirilib. Muxalifet.az xəbər verir ki, 2008-ci ildən bəri hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır.

    Muxalifet3 - 30-11-2018

  11. ​ABŞ-ı sunami gözləyir - Xəbərdarlıq

    ABŞ-ın Alyaska ştatında 7,2 bal gücündə zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Mərkəzini (NOAA) məlumat veriib. Zəlzənin episentri Ankorica şəhərindən 12 km şimalda qeydə alınıb. Zəlzələ ocağı isə 35,5 km dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb. Bildirilib ki, yeraltı təkanlardan sonra bölgədə sunami təhlükəsi gözlənilir.

    Muxalifet3 - 30-11-2018

  12. FIFA Əfqanıstanın qadın futbolçularını zorlayan şəxsləri axtarır

    FIFA Əfqanıstan Futbol Federasiyası məmurları tərəfindən ölkənin qadınlardan ibarət futbol yığmasının oyunçularına qarşı seksual qısnama halları ilə bağlı araşdırmaya başlayıb. 
    Muxalifet.az xəbər verir ki, bunu federasiyanın qadın futbolu departamentinin sabiq rəisi Xalidə Popal bildirib. 
    X. Popal xeyli müddətdir Əfqanıstanda yaşamır. 
    O bildirib ki, millinin futbolçuları dəfələrlə fiziki və seksual zorakılığa məruz qalıblar.

    Muxalifet3 - 30-11-2018

  13. Tramp Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşdü

    “Al Ərəb” TV, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salman ilə ABŞ prezidenti Donald Trampın görüşdüyünü bildirib.
     
    Səudiyyə Ərəbistanının mediası Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ABŞ prezidenti Donald Trampın G20 Liderlər Zirvəsində qısa və dostyana bir söhbət apardığını bildirib.
    Bununla bağlı Ağ Evdən bir açıqlama verilməyib.
    Vəliəhd şahzadə bin Salman, həmçinin Fransa prezidenti Emannuel Makron və Rusiya prezidenti Vladimir Putin ilə də söhbət aparıb.
    Müxalifət.az

    Muxalifet3 - 1-12-2018

  14. Fransadakı “Sarı Jiletlər” aksiyası Belçikaya sıçradı

    Fransada başlayan “sarı jiletlər” aksiyası Brüsseldə həyatı iflic edib. Brüsseldə “Madou” meydanını mühasirəyə alan və polis maşınlarını yandıran aktivistləri hüquq-mühafizə qüvvələri zirehli maşınlar və göz yaşardıcı qazlarla dağıtmağa çalışıb.
     
    Sosial mediadan edilən çağırışlardan sonra Brüsselin müxtəlif nöqtələrində günorta saatlarında başlayan etirazlar, Avropa İttifaqı Komissiyası və Aİ Şurasının binası önünə də sıçrayıb.

    Muxalifet3 - 1-12-2018

  15. ​Nazirlər Kabineti TƏSDİQLƏDİ: Torpaq sahəsindən istifadənin...

    Nazirlər Kabineti “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb.
    Bildirilir ki, bu qərarda dəyişikliklər “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

    Muxalifet - 1-12-2018

  16. İngiltərənin baş nazirindən Səudiyyə vəliəhdinə tövsiyə: TÜRKLƏRLƏ ƏMƏKDAŞLIQ EDİN

    İngiltərənin baş naziri Tereza Mey Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanı, öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı istintaqda Türkiyə ilə tam əməkdaşlıq etməsini təlqin etdiyi bildirilib.
     
    Baş nazir, Camal Qaşıqçı-nın qurban getdiyi dəhşətli qətlin günahkarlarının hesab verməsinin əhəmiyyətini vurğulayıb. Mey, Səudiyyə Ərəbistanında belə "kədərli bir hadisənin" bir daha baş verməməsi üçün lazımi addımları ataraq etimad yaratmağın vacib olduğunu  qeyd edib.
    Müxalifət.az

    Muxalifet3 - 1-12-2018

  17. ​Nadir OD PÜSKÜRDÜ: “Elza erməni qızı deyil” - Video

    Müğənni Nadir Qafarzadə əməkdar artist Elza Seyidcahanla Kərim Abbasov arasında davam edən qalmaqala əsəbiləşib.
    “Qafqazinfo” xəbər verir ki, Nadir sosial şəbəkələrdə Elzanın əleyhinə yazılanlarla, söyüş və təhqirlərlə razılaşmayaraq, iki məşhurun mübahisəsini daha da qızışdıranları tənqid edib. O, İnstaqramda video paylaşaraq bunları deyib:

    Muxalifet - 1-12-2018

  18. Liderlər yeməyində Ərdoğandan diqqət çəkən tələb!

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, G20 Liderlər Sammiti çərçivəsində xanımı Əminə Ərdoğan ilə birlikdə “Colon Theatre”-da keçirilən mədəni tədbirə qatılıb və liderlər şərəfinə verilən ziyafətdə iştirak edib.
     
    Prezident Ərdoğanın halal qida tələb etdiyi, Müsəlman bir müşahidəçinin nəzarəti altında yeməklərin hazırlandığı bildirilib. Həmçinin spirtli içki içilməyəcəyinin bilgisi də verildiyi açıqlanıb.
     
    ƏRDOĞAN ÜÇÜN XÜSUSİ OFİSİANT TƏMİN EDİLİB
     

    Muxalifet3 - 1-12-2018

  19. Rusiya və Ukraynanı toqquşma həddinə gətirən səbəb - “kilsə diplomatiyası”, yoxsa...

    Nəzakət Məmmədova: “Qərbin Ukraynanı Avropaya inteqrasiyaya təhrik etməsi səbəblərindən biri də pravoslav sivilizasiyasını zəiflətmək ola bilər”

    Rusiya ilə Ukrayna arasında gəmi qalmaqalı ilə yaranan yeni gərginlik artan xətlə inkişaf edir. Bu gərginliyin kökündə duran səbəblərdən biri kimi Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılmaq istəyinin olması da göstərilir.

    Muxalifet - 1-12-2018

  20. Keçmiş ABŞ prezidenti vəfat etdi

    Keçmiş ABŞ prezidenti Corc H W. Buşun 94 yaşında həyatını itirdiyi bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 1-12-2018

Pages