Axtarış

The search found 105857 results in 0.117 seconds.

Search results

  1. Ərdoğan bu gün Trampla görüşəcək

    G-20 Sammiti çərçivəsində Argentinada olan Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə bu gün uzun bir görüş keçirəcək.
     
    Qeyd edək ki, Argentinada təşkil olunan G20 Sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp dünən ayaqüstü bir görüş keçirmişdi. İki liderin bu gün uzun müddətli bir görüş keçirəcəyi açıqlanıb.
    Müxalifət.az

    Muxalifet3 - 1-12-2018

  2. ​Gələn ildən sürücülər yeni qayda ilə cərimə olunacaq

    Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq.
    Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

    Muxalifet - 1-12-2018

  3. Paris küçələri yenə qarışdı!

    Fransada yanacaq qiymətlərinin artrmasından sonra başlayan “Sarı jiletlər” aksiyası bu gün də Parisin “Champs-Elysees” küçəsində davam edib. Ölkədə "Sarı jiletlər" adı altında təşkilatlanan nümayişçilər, son 1 ildə mühərrik yanacaqlarının 20 faizdən çox artmasından sonra təxminən 10 gündür ki, ölkə daxilində mitinqlər keçirir. Bir müddət daha davam etməsi gözlənilən aksiyalarda bu ana qədər Parisin məşhur küçələrindəki bir çox iş yeri ziyan görüb, ölkə daxilində çox sayda yanacaqdoldurma anbarının giriş və çıxışları tutulub. Müxalifət.az

    Muxalifet3 - 1-12-2018

  4. ​Ermənistan Rusiyadan "Su-30SM" qırıcıları alır

    "Ermənistan Rusiyadan "Su-30SM" qırıcı təyyarələri alacaq". 
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan bildirib.
    Onun sözlərinə görə, bununla bağlı Yerevanla Moskva arasında müqavilənin imzalanmasına hazırlıq bitmək üzrədir.
    D.Tonayan deyib ki, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir. 

    Muxalifet - 1-12-2018

  5. Pol Qobl: "ABŞ öz səfirini tezliklə Bakıya göndərəcək"

    Bu həftə Amerikanın Erməni Milli Komitəsi (AEMK) sevincək məlumat verdi ki, ABŞ Senatının Xarici işlər üzrə komitəsi Azərbaycana səfir təyinatını təxirə saldı.

    Virtualaz.org xatırladır ki, ABŞ prezidenti Donald Trampın Amerikanın Bakıdakı diplomatik missiyasının başçısı vəzifəsinə Erl Litsenberqerin təyin edilməsi barədə təklifi dərhal ABŞ-ın erməni diasporasında ciddi həyəcan doğurdu. AEMK Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunda böyük məsləhətçi postunu tutan peşəkar diplomata qarşı təbliğat kampaniyasına başladı.

    Muxalifet - 1-12-2018

  6. ​"Mitsubishi" qəza törətdi - PİYADA ÖLDÜ

    Nəsimi rayonunda yol qəzası olub.
    Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, A.Mustafayev küçəsində Gədəbəy rayon sakini Azər Allahverdiyev idarə etdiyi "Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi Şahlar Mirzəyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 1-12-2018

  7. ​Lotu Quli Bakıya gətirildi - ev dustağı şəraitində saxlanılır

    Ölkədə və ondan kınarda "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır.
    Bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb.
    Müsahibimizin bildirdiyinə görə, Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib.
    Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda "Quli” ev dustağı şəraitində saxlanılır.

    Muxalifet - 1-12-2018

  8. ​Paşinyan Rusiyaya gedir

    Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Rusiyaya işçi səfər edəcək. Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti hökumətinin mətbuat xidməti məlumat yayıb. 
    Qeyd olunur ki, 6 dekabrda baş tutacaq səfər çərçivəsində Paşinyan Avrasiya İqtisadi İttifaqının dövlət və hökumət başçılarının daxil olduğu Avrasiya Ali İqtisadi Şurasının Sankt-Peterburqdakı iclasına qatılacaq. Həmçinin, yerli erməni diasporasının nümayəndələrilə bir sıra görüşlər keçirəcək. 

    Muxalifet - 1-12-2018

  9. ​Cənubi Koreyada vertolyot qəzası - 1 ölü

    Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi üçün istifadə olunan Ka-32 tipli vertolyot qəzaya uğrayıb.
    Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
    Hadisə nəticəsində vertolyotda olan 3 nəfərdən 1-i həlak olub. Digər 2 nəfər yaralanıb.
    Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

    Muxalifet - 1-12-2018

  10. Fransadakı etirazlarda polis güc tətbiq etdi - 30-a yaxın həbs

    Bu gün Fransanın paytaxtı Parisdə keçirilən “sarı gödəkçələr” etiraz aksiyalarının dağıdılması üçün polis nümayişçilərə qarşı güc tətbiq edib. Azvision.az “LCI” telekanalına istinadən xəbər verir ki, aksiyanın saat 14:00-a (Bakı vaxtilə 17:00-a) planlaşdırılmasına baxmayaraq, etirazçılar səhər saatlarından Yelisey sarayı ətrafına toplaşmağa başlayıblar.
    Daha sonra isə aksiyanın keçiriləcəyi zonada nəzarət-keçid mənqətələrini ələ keçirməyə cəhd ediblər. 

    Muxalifet - 1-12-2018

  11. Mərkəzi Kəşfiyyat idarəsindən “Qaşıqçı” hesabatı – İLK DƏFƏ

    MKİ-nin hesabatına görə, Səudiyyə şahzadəsinin 2017-ci il avqustunda ona yaxın şəxslərə jurnalist Qaşıqçının Səudiyyə Ərəbistanına qayıtmağa razı salmaq üçün göstəriş verib.Bu səylərin uğurlu olmadığı təqdirdə onu Səudiyyə Ərəbistanın xaricində yemləyib, bir şeylər təşkil etmək tapşırığı verilib. MKİ vəliəhd şahzadənin Qaşıqçı planından əvvəlcədən xəbərdar olduğu nəticəsinə gəlib.
     

    Muxalifet3 - 1-12-2018

  12. Azərbaycan Rusiyanın bəyanatını qəbul etmir

    Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Qarabağın erməni icmasının liderinin Moskvaya səfərinin Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik missiyasına zidd olmaması barədə bu gün yaydığı bəyanatı qəbul etmir.
     
    Mariya Zaxarova bildirib ki, Bako Saakyanın Moskvaya səfərinə yalnız şəxsi səfər kimi baxmaq olar.

    Muxalifet3 - 1-12-2018

  13. “Büdcənin xərclər hissəsində ədalətsiz bölgü nəzərə çarpır” - Qubad İbadoğlu

    Noyabrın 30-da Milli Məclis Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsini qəbul edib. 2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılıb. Bu barədə maliyyə naziri Samir Şərifov milli məclisin plenar iclasında bildirib. O, büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayıb. İqtisadçı alim Qubad İbadoğlu Amerikanın Səsinin Amerika icmalı proqrmında müsahibəsində Azərbaycanın dövlət büdcəsini şərh edib.
     

    Muxalifet3 - 1-12-2018

  14. ​Ərdoğan Putin və Trampla görüşəcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında ikili görüş keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, Ərdoğanın G20 sammiti çərçivəsində Trampla bu gün saat 20:20-də ikinci dəfə görüşəcək. Türkiyə liderinin daha sonra rusiyalı həmkarı Putinlə görüşü gözlənilir. Bundan əlavə, Ərdoğan Yaponiya və İngiltərənin baş nazirləri ilə bir araya gələcək.
    Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti sammit çərçivəsində ABŞ-lı həmkarı ilə ayaqüstü görüşərək söhbətləşib.

     

    Muxalifet3 - 1-12-2018

  15. ​Külli miqdarda dərman preparatı aşkarlandı - Foto

    Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.

    Muxalifet3 - 1-12-2018

  16. ​Əsəd rejimi 5 mindən çox ailəni evsiz qoydu

    Suriyada Bəşər Əsəd rejimi və ona tərəfdar olan qruplaşmalar Soçi razılaşması çərçivəsində ağır silahlardan təmizlənən bölgələrdəki mülki yaşayış məntəqələrinə son bir həftə ərazində top və raktelərlə hücum edib.
    Muxalifet.az xəbər verir ki, hücumlardan sonra 5360 ailə evlərini tərk edərək daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb.
    Qeyd edək ki, terroçuların fəal olduğu Həma və İdlibin inzibati sərhədi Rusiya və Türkiyənin sentyabrda Soçidə imzaladığı razılaşmaya əsasən silahlardan təmizlənmiş bölgə elan edilib.
     

    Muxalifet3 - 1-12-2018

  17. ​"Neftçi" 9 nəfərlə qalib gəldi

    Dekabrın 1-də Azərbaycan Premyer Liqasının 13-cü turuna start verilib.
    Muxalifet.az xəbər verir ki, turun açılış matçında debütant “Sabah” doğma meydanda çempionatın lideri “Neftçi” klubunu qəbul edib.

    Muxalifet3 - 1-12-2018

  18. ​İranlı jurnalistə 13 ilə yaxın iş verildi, üstəlik də...

    İranlı müxalif lider Mehdi Qərrubinin bir müddət məsləhətçisi olan xanım jurnalist Həngamə Şəhidi 12 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
    Muxalifet.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Şəhidinin vəkili Mustafa Turk Həmədani deyib. Onun sözlərinə görə, həbs cəzasından əlavə, Şəhidinin 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmasına və xarici ölkəyə getməsinə qadağa qoyulub.
    Həmədani məhkəmə qərarına etiraz edəcəyini bildirib.

    Muxalifet3 - 1-12-2018

  19. ​"Kişinin etdiyi ondan betər şərəfsizlikdir...” – Tolik QƏZƏBLƏNDİ

    Xəbər verdiyimiz kimi, ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Qəzəbli ər arvadı və birgə xəyanət etdiyi kişinin ünvanına nalayiq ifadələr işlədib. 

    Muxalifet.az big.az-a istinadən xəbər verir ki, məsələyə, tanınmış prodüser- aparıcı Tarix Əliyev də fikrini bildirib:

    Muxalifet3 - 1-12-2018

  20. ​Türkiyəyə səfər edən azərbaycanlıların sayı açıqlandı

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu ilin on ayı ərzində Türkiyəyə səyahət edən əcnəbilərin sayını açıqlayıb.
    Muxalifet.az “Hürriyet”ə istinadən xəbər verir ki, ölkəyə səfər edənlər arasında 62 681 azərbaycanlı turist var.
    Rusiya vətəndaşları səyahətçilər sırasında birincidir - 604 min 73 nəfər. Bundan başqa, Türkiyə Gürcüstandan 153 201, Ermənistandan isə 4 437 nəfər turist qəbul edib.
     

    Muxalifet3 - 1-12-2018

Pages