Axtarış
The search found 105857 results in 0.089 seconds.
Search results
Azərbaycanın 100 minlik ordusu ilə üz-üzə qalacağıq - Sərkisyan
Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sərkisyan Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb.
Virtualaz.org xəbər verir ki, Mənim Addımım Blokundan deputatlığa namizəd Sasun Mikaelyanın qalmaqallı fikirini şərh edərkən Sərkisyan bildirib ki, bunun bir düzəliş olduğuna çıx inanmaq istəyir.Muxalifet - 2-12-2018
Fransada "sarı jiletlilər üsyanı": Paris yanır, 100-dən artıq yaralı - YENİLƏNİB - CANLI YAYIM - VİDEO
Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 110 nəfər xəsarət alıb. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan təxminən 20-si hüquq-mühafizə orqanları əməkdaşlarıdır. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.
Muxalifet - 2-12-2018
MKİ-dən ŞOK: Salman Qaşıqçının ölüm əmrini...
Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının qətli ilə məşğul olan qruplaşmaya nəzarət edən şəxsə göndərdiyi 11 mesajın içərisində öldürmə əmrinin ola biləcəyini açıqlayıb.
MKİ-nin məlumatına əsasən, Məhəmməd bin Salman sözügedən mesajları Səud əl-Kahtani adlı şəxsə göndərib.Muxalifet - 2-12-2018
İngilis demokratiyasının yaranması: ORDONANSLAR
İngiltərəni tez-tez müasir demokratiyanın vətəni adlandırırlar. Məhz ingilislər hələ Orta Əsrlərdə öz krallarının hakimiyyətini həvəslə məhdudlaşdırmağa başlayıblar.
İngilis parlament demokratiyasının formalaşması tarixində 1311-ci ilin ordonansları mühüm mərhələ olub. Həmin ordonanslar kralı müharibəyə başlamaq səlahiyyətindən məhrum edirdi - amma, bu, çox çəkmədi.
Bu material - BBC Rus Xidmətinin Britaniyada kral hakimiyyətini məhdudlaşdıran sənəd və hadisələr barədə, "İngilis demokratiyasının yaranması" adlı xüsusi layihəsinin bir hissəsidir.
Muxalifet4 - 2-12-2018
Qorbaçov ata Buşu təriflədi: “O zamanlar böyük dəyişiklik dönəmi idi və...”
Sabiq Sovet İttifaqı lideri Mixail Qorbaçov şənbə günü sabiq ABŞ prezidenti Corc Buş atanın ailəsi və bütün Amerika xalqına başsağlığı göndərib. Qorbaçov 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Soyuq Müharibəyə son qoymaq üçün Buşla yaxından işləyib və sabiq prezidentin siyasətçi qabiliyyətləri və bir insan olaraq şəxsiyyətini tərifləyib.
“O zamanlar böyük dəyişiklik dönəmi idi və hər kəsdən çox böyük məsuliyyət tələb olunurdu. Nəticədə Soyuq Müharibə və nüvə silahları yarışına son qoyuldu” – deyə, o İnterfaks xəbər agentliyinə bildirib.Muxalifet4 - 2-12-2018
ABŞ admiralı Bəhreyndə ölü tapıldı
ABŞ Hərbi Dəniz Qüvvələrinin İran və Suriya da daxil olmaqla geni Fars körfəzi regionundakı əməliyyatlara cavabdeh olan Beşinci donanmasının komandanı Bəhreyndəki iqamətgahında ölü tapılıb.Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının rəhbəri Con Riçardson bəyan edib.
Muxalifet4 - 2-12-2018
Ronaldu "Yuventus"da 61 il əvvəlki rekordu təkrarladı
"Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu İtaliyanın A seriyasının 14-cu turunda "Fiorentino" ilə matçda Turin klubunun 61 il əvvəlki rekordunu təkrarlayıb.
Belə ki, portuqaliyalı hücumçu bu matçda İtaliya çempionatında 10-cu qolunu vurub. Bununla da o, 61 il ərzində 14 oyunda 10 dəfə seçilən oyunçu kimi seçilib. Buna qədər eyni nəticəni 1957/58 mövsümündə Con Çarlz göstərib.
Ronaldu bu ilin yayında Madridin "Real" klubundan "Yuventus"a transfer edilib. "Yuventus" bunun üçün qarşı tərəfə 117 milyon avro ödəyib.
Muxalifet4 - 2-12-2018
Azərbaycanlılar arasında ATIŞMA – Cinayətkar qrupların “razborka”sının səbəbləri
Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib. Virtualaz.org xəbər verir ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır. Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. “Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir. Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb.
Muxalifet4 - 2-12-2018
Məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb - VİDEOLAR
Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.
Aztoday.az xəbər verir ki, xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.
Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.
Muxalifet4 - 2-12-2018
Dilənçinin 2 mənzil, 4 mağazasının olduğu üzə çıxdı - VİDEO
Antalya bələdiyyəsinin məmurları Muratpaşa məscidində dilənçilərə qarşı əməliyyat keçirib. Saxlanılan 46 yaşlı bir dilənçinin 2 mənzili və 4 mağazasının olduğu məlum olub. 46 yaşlı dilənçinin adı Hüryan Zeybəkdir.
Cümə namazından sonra məsciddə dilənçilərin çox olduğu barədə şikayət var idi. Bələdiyyə məmurları şəhərin mərkəzindəki tarixi Murtapaşa məscidində əməliyyat keçiriblər. Əməliyyat zamanı 7 dilənçi həbs edilib.
Muxalifet4 - 2-12-2018
Rusiyada relsdən çıxan qatardakı tanklar yerə töküldü – VİDEO
Sosial şəbəkədə Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb. Yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.
Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.
Muxalifet4 - 2-12-2018
Bakıda “KAMAZ” "Chevrolet"lə toqquşdu - ölən var
Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ” markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.
Muxalifet4 - 2-12-2018
"Vaşadze Gürcüstan-Qərb əlaqələrinin möhkəmlənməsinə töhfə verə biləcək" - POLİTOLOQ
Muxalifet.az sabiq dövlət müşaviri Qabil Hüseynlinin axar.az-a müsahibəsi:
- Prezident seçkilərindən sonra Gürcüstan-Rusiya münasibətlərində hansısa dəyişiklik gözlənilirmi?
Muxalifet4 - 2-12-2018
Eldar Əzizovdan icra başçılarına tapşırıq - PAYTAXTDA GÜCLÜ YAĞIŞ...
Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə bağlı bütün strukturlar gücləndirilmiş rejimdə işləyir: “Əvvəlcədən rayon icra strukturları hava şəraiti ilə bağlı məlumatlandırılıb. Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib".
Muxalifet4 - 2-12-2018
Azərbaycanda qadından ŞOK CİNAYƏT – Qonşusunun evinə basqın edib...
Şəki rayonunda soyğunçuluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Bağbanlar küçəsində yaşayan İmanova Fəridə Mahmud qızı polisə müraciət edərək bildirib ki, yaşadığı mənzildəki sandıqdan 500 manat naməlum şəxs tərəfindən oğurlanıb.
Muxalifet4 - 2-12-2018
Azərbaycan vətəndaşları 34 ölkəyə vizasız gedə biləcək
Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.
Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 5 pillə irəliləyərək 65-ci yerdən 60-cı yerə yüksəlib. Belə ki, 2017-ci ildə Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət edə bildikləri halda, bu il onları sayı 71-ə çatıb. Azərbaycan 60-cı yeri Namibiya, Keniya və Kuba ilə bölüşür.
Muxalifet4 - 2-12-2018
Türkiyə bu rekordunu yenilədi: 168 milyard dollar…
Türkiyənin ixracatı noyabr ayında 15,532 milyard dollara çatıb. Son 12 ayda isə bu göstərici 168 milyard dolları keçib.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib. Onun sözlərinə görə, bu göstərici respublika tarixində qeydə alınan ən böyük göstəricidir. Keçən ilin analoji dövrü ilə müqayisədə noyabr ayında Türkiyənin ixracatı 9,49% artıb. Son 12 ayda isə ölkə ixracatını 7,8% artırıb.
O, ixracatın artması qarşılığında idxalatın noyabr ayında 21% azaldığını və 16,136 milyard dollar təşkil etdiyini bildirib.Muxalifet4 - 2-12-2018
Hakerlər bir gündə 500 milyondan çox adamın şifrəsini ələ keçirdi
Dünyada ən böyük otellər şəbəkəsi olan “Marriott İnternational”a qarşı tarixin ən böyük haker hücumu həyata keçirilib.
Belə ki, 2014-cü ildən, 2018-ci ilin sentyabr ayına qədər oteldə nə qədər insan qonaq olubsa, hamısının pasportlarının nömrəsi, adları və e-mail adresləri ələ keçirilib.Şirkətdən verilən açıqlamaya görə, hakerlər şirkətin “Starwood” markasının məlumat bazasına qanunsuz giriş ediblər. Nəticədə 2014-cü ildən, 2018-ci ilin 10 sentyabrına qədər otelə gələn bütün qonaqların şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.
Muxalifet4 - 2-12-2018
Çin təslim oldu: ABŞ “ticarət müharibəsi”ni qazandı
Çin ABŞ-la ticarət kəsirini azaltmaq üçün sonuncudan “olduqca böyük həcmdə” məhsul almağa razılıq verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders prezident Donald Tramp və Çin rəhbəri Si Tzinpin arasında 2,5 saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.
Razılığa əsasən Çin ABŞ-dan kənd təsərrüfatı, energetika, ağır sənaye və digər sahələrə aid olan böyük miqdarda məhsul alacaq. Bu anlaşma kənd təsərrüfatı məhsullarına dərhal tətbiq ediləcək.
Muxalifet4 - 2-12-2018
Bakıda küçədə qalan kişi soyuqdan öldü
Bakıda küçədə ölüm hadisəsi baş verib.
Belə ki, Səbail rayonu Bayıl qəsəbəsi Salyan şosesi 32 ünvanının qarşısından naməlum kişi meyiti tapılıb.
Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, ölən şəxs 50-55 yaşlı kişidir. Yaxınlıqda yaşayanlar həmin şəxsin uzun müddətdir küçədə yaşadığını, evini tərk etdiyini deyiblər.
İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun soyuq havada xəstəlikdən öldüyü bəlli olub.Muxalifet4 - 2-12-2018