Axtarış
The search found 105857 results in 0.222 seconds.
Search results
"Hazırda Rusiya ilə əməkdaşlıq ehtimalı görmürəm" - ZURABİŞVİLİ
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili BBC-yə verdiyi müsahibəsində hal-hazırda Rusiya ilə əməkdaşlıq etmək ehtimalının olmadığını deyib.
“Rusiya özünü hər gün insanların qaçırıldığı işğal xəttindəki kimi aparmağa və bu işgal xəttinin, yəni bu davamlı təhlükənin bizim ərazilərə, Tbilsiyə doğru irəliləməyə davam etdiyini, habelə Rusiyanın Ukraynaya qarşı davranışı nəzərə alındıqda, düşünmürəm ki, biz hal-hazırda əməkdaşlıq etməyə başlaya bilərik”, Zurabişvili deyib.
Muxalifet4 - 1-12-2018
ŞOK QƏRAR: Rusiyalı kişilərin Ukraynaya girişi qadağan edildi
Ukrayna rəsmiləri cümə günü bir çox rusiyalı kişiyə ölkəyə səhayət qadağası tətbiq edib və Rus Pravoslav Kilsəsinin nüfuzlu rahibin evində axtarış aparıb.
İki ölkə arasında uzun zamandır davam edən münaqişə bazar günü Rusiyanın sərhəd keşikçiləri Moskvanın 2014-cü ilhaq etdiyi Krım yarımadası yaxınlığında üç Ukrayna gəmisinə atəş açmasından sonra gərginləşib. Gəmilər Kerç boğazından Azov dənizinə keçməyə çalışırmış. Ruslar daha sonra gəmiləri və 24 ekipaj üzvünü ələ keçirib.
Muxalifet4 - 1-12-2018
Azərbaycan müxalifəti Zurabişvilinin qələbəsini niyə istəmirdi? - AÇIQLAMA
Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkilərindən 3 gün keçir. Seçkiyə və nəticələrinə Azərbaycanın müxalifət liderlərindən kimin necə reaksiya verdiyini araşdıran zaman bəlli oldu ki, İsa Qəmbər və Əli Kərimli heç bir münasibət bildirməyib. Hətta sosial şəbəkədə qısa bir statusla da olsa qonşu ölkədəki seçki haqda mövqe bildirməyiblər.
Muxalifet4 - 1-12-2018
Zurabişvilinin açıqlamasına Rusiyadan SƏRT REAKSİYA – “Gürcüstan belə bir hakimiyyətlə çətin ki...”
Rusiyalı senator Aleksey Puşkov Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Rusiya ilə dostluq vaxtının hələ yetişməməsi barədə fikirlərinə münasibət bildirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Puşkov Tvitter hesabında yazıb.
“O, əbəs yerə hesab edir ki, həmin vaxtı Tiflis təyin edəcək”, - Puşkov bildirib.
Senatorun fikrincə, Rusiya aparıcı dünya dövlətləri ilə münasibətlərdə yeni sistemi yaradır və Gürcüstan “belə bir hakimiyyət”lə çətin ki, Moskva üçün prioritet təşkil etsin.Muxalifet4 - 1-12-2018
ŞOK: ABŞ və Avropa Rusiyaya qarşı Ukraynaya ORDU GÖNDƏRDİ – Müharibə BAŞLAYIR - FOTO
ABŞ, Kanada və Avropadan olan yüzlərlə hərbi məsləhətçi Ukrayna ordusuna təlim vermək üçün Donbasdakı təmas xəttinə gəliblər.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, bu iddia ilə Donbasdakı “Luqansk Xalq Respublikası” separatçı qurumun səlahiyyətlisi Mixail Filiponenko bildirib.
“Qərb ölkələri Ukrayna prezidenti Pyotr Poroşenko rəhbərliyini dəstəkləyir və Ukrayna ordusuna təlim keçməkdə davam edirlər. Donbasdakı təmas xəttinə ABŞ, Kanada, Polşa və Baltikyanı ölkələrdən yüzlərlə hərbi məsləhətçinin gəlməsi də bunu sübut edir”, - o deyib.Muxalifet - 1-12-2018
Madurodan səfər öncəsi Ərdoğana böyük jest
Venesuela Prezidenti Nikolas Maduro Argentinadakı G20 zirvəsindən sonra dekabrın 2-də bu ölkəyə səfəri nəzərdə tutulan Rəcəb Tayyib Ərdoğana böyük jest edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Venesuela hökuməti ölkədə fəaliyyət göstərən FETÖ məktəblərini Türkiyənin Maarif Fonduna təhvil verib.Muxalifet - 1-12-2018
Nardaranlı Miryasər tutuldu - marixuana ilə...
Bakının Nardaran qəsəbə sakinin avtomobilindən marixuana götürüldü.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlkumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Miryasər Qasımovun idarə etdiyi "VAZ-2106” markalı avtomobildən 275 qram marixuana aşkar edilərək götürülüb.Muxalifet - 1-12-2018
Azyaşlılara siqaret satan 6 satıcı... - Bakı mağazalarında reyd
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 30-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları həmin rayonların ərazisində reyd keçirib.Muxalifet - 1-12-2018
"MÜQƏSSİR SİZSİNİZ!" - İran Səudiyyə Ərəbistanını İTTİHAM ETDİ
İran Səudiyyə Ərəbistanını Hızıstan əyalətinin Əhvaz şəhərində baş vermiş, 25 nəfərin həlak olduğu terror hücumunu təşkil eləməkdə ittiham edib.
Muxalifet - 1-12-2018
Nazir müavini efirdə deputatı təpiklədi: “Əclaf” - VİDEO
Ukraynada nazir müavini deputatı təpikləyib.
Hadisə ZİK telekanalında nümayiş etdirilən "Xalq qarşıdır” siyasi tok-şousunda baş verib.
Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri məsələləri üzrə nazir müavini Yuri Qrımçak canlı efirdə Ali Radanın deputatı Yevgeni Murayevə hücum çəkib.Muxalifet - 1-12-2018
Tramp əsəbiləşdi, qulaqcığı yerə atdı
ABŞ prezidenti Donald Tramp, Argentinanın dövlət başçısı Mauricio Macri ilə birlikdə prezident iqamətgahı “Casa Rosada”-da keçirdiyi mətbuat konfransında İspanca tərcümə xoşuna gəlməyincə qulaqcığını çıxararaq yerə atıb.
Muxalifet3 - 1-12-2018
Azərbaycan dövlətinin pulları “havaya sovrulur” – STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNƏ AYRILAN PULLAR ƏHƏMİYYƏTSİZ TƏDBİRLƏRƏ XƏRCLƏNİR
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixlində Ankarada “Azərbaycan həftəsi” keçirib.
Muxalifet4 - 1-12-2018
Ən təhlükəli narkotik maddələr ələ keçirildi: 3 İRANLI HƏBS OLUNDU
Türkiyədə Bəylikdüzündə aparılan narkotik əməliyyatında 1-i qadın olmaqla, 3 İranlı yaxalanıb. Əməliyyatda 1 kilo 250 qram toz halında metamfetamin, 16 kiloqram maye halda meramfetamin və narkotik istehsalında istifadə edilən xammal maddələr ələ keçirilib.
İstanbul Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları Bəylikdüzündə bir ünvanın narkotik emalatxanası kimi istifadə edildiyini müəyyən edib.
DÜNYANIN ƏN TƏHLÜKƏLİ NARKOTİK MADDƏSİ
Muxalifet3 - 1-12-2018
Azərbaycanlı avtoritet İstanbulda GÜLLƏLƏNDİ - Ləkəraniskinin ADAMI İDİ - VİDEO
Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən atışma olub.
Bu barədə Müsavat.com-a İstanbuldakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, hadisə mübahisə zəminində baş verib. Əhmədli Ruslan kimi tanınan qanuni oğru aldığı güllə yarasından həyatını itirib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı - Nicat adlı idmançı olduğu bildirilir.Muxalifet - 1-12-2018
Sabahın havası: güclü külək, yağış, qar...
Bazar gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 6-9°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.Muxalifet - 1-12-2018
Tramp Səudiyyə vəliəhdini Putinlə səmimi görüşdə yaxaladı
Argentinada təşkil olunan G-20 Zirvəsində liderlər bir araya gələrkən, zirvəyə Putin-Salman səmimi görüşməsi damğasını vurub. Səbəbi isə bin Salmanın bir nömrəli müttəfiqi Trampın bu görüşə qarşı mövqeyi olub. İlk gün keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla ayaq üstü həyata keçirdiyi səmim görüş və yaxınlıq zirvədə diqqətlərdən qaçmayıb. Qaşıqçının qətlindən sonra ilk dəfə beynəlxalq aləmdə boy göstərən ABŞ kuklası bin Salman, Putin ilə bir araya gəlib.
Muxalifet3 - 1-12-2018
"Ən böyük problemlərdən biri sürücülərlə bağlıdır" - BNA
Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.
İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".Muxalifet - 1-12-2018
Dizel yanacağı ilə işləyən avtobuslarla bağlı YENİ XƏBƏR - Ləğv edilə bilər və...
Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.
V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.Muxalifet - 1-12-2018
Türkmənistan Prezidenti hökumətin iclasınavelosipedlə gəlib
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasına velosipedlə gəlib.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın rusdilli “Neytralnıy Turkmenistan” qəzetinin yaydığı məlumata görə, dövlət başçısı səhər tezdən “Oğuzxan” saray kompleksindən Nazirlər Kabinetinin binasına velosipeddə gedib. Bununla da prezident sağlam və aktiv həyat tərzinin üstünlüyünü nümayiş etdirərək, insanlara əyani nümunə göstərib.
“Oğuzxan” saray kompleksi və Nazirlər Kabinetinin binası arasında bir neçə yüz metr məsafə var.Muxalifet - 1-12-2018
ASO komandiri açıqladı: İRAN SURİYANI QARIŞDIRIR
Azad Suriya Ordusu (ASO) nəzdindəki Sultan Murad briqadasının komandiri Əhməd Osman, İranın Suriyadakı rolu, Bəşər Əsəd rejiminin strategiyaları və Fərat çayının şərqindəki terror təşkilatı YPG/PKK varlığı ilə bağlı açıqlama verib.
Şiə milislər Suriyanı qarışdırır
Muxalifet3 - 1-12-2018