Axtarış

The search found 105857 results in 0.135 seconds.

Search results

  1. ​Qohumunun evindən 5700 manatlıq oğurluq etdi

    Sabirabad rayonunda oğurluq etmiş şəxs tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-11-2018

  2. ​Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq

    Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.
    Təhsil Nazirliyindən verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.

    Muxalifet - 30-11-2018

  3. ​“Ərdoğan digər liderlərdən fərqli olaraq, qlobal təhlükəsizliyin qeydinə qalır” – NATİQ MİRİ

    “Kerç boğazında yaşananlardan sonra göstərilən təpkilər ABŞ, bütövlükdə Qərb dünyası ilə Rusiya arasında böyük qarşıdurmanın olduğunun göstəricisidir. Əvvəllər Suriya səviyyəsində çatışma vardısa, artıq bu, sərhədləri aşaraq Ukraynada, hətta Cənubi Qafqazda, İran prosesində də açıq-aydın görünür. Rusiyanın bu məsələdə qətiyyən geri çəkilməməsi, dünyanın reaksiyasına rəğmən, Ukrayna əsgərlərini həbs etməsi və bu gün onları Moskvaya göndərməsi bu münaqişəni daha da tətikləyir”.

    Muxalifet4 - 30-11-2018

  4. ​BP Xəzərdə süni ada yaratmağı planlaşdırır

    “BP-Azerbaijan” “Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

    Muxalifet - 30-11-2018

  5. ​Azərenerji”yə 12 milyon ayrıldı- Sərəncam

    Prezident İlham Əliyev Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılsın.

    Muxalifet - 30-11-2018

  6. ​Ramzan Kadırovun “Mercedes” bağışladığı 5 yaşlı uşaq “Ginnesin Rekordlar Kitabı”na düşdü — VİDEO

    Bir müddət əvvəl beş yaşlı çeçen Rahim Kuriyev 4 min 105 dəfə jim vuraraq rekorda imza atmışdı.
    “Ölkə.Az” xəbər verir ki, Rusiya İdman və Mədəniyyət uşağın rekordu qeydə alınmayıb. Nazirlik rəsmiləri rekord sınağından əvvəl rəsmi müraciət edilmədiyi üçün və baş verənlərin nazirlik əməkdaşları tərəfindən canlı olaraq izlənmədiyi üçün belə bir cavab veriblər.
    Amma iki gün əvvəl Rahim 2 saat yarıma 3 min 202 dəfə kim vuraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

    Muxalifet - 30-11-2018

  7. ​"Mançester Yunayted"in hücumçusu ilin sonunadək sıradan çıxıb

    İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Aleksis Sançes zədələnib.
    "Report" klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Maurinyo 30 yaşlı hücumçunun məşqdə dizaltı vətərindən xəsarət aldığını bildirib. Çilili oyunçu ilin sonuna qədər heç bir qarşılaşmada iştirak edə bilməyəcək.  
    Qeyd edək ki, Aleksis Sançes bu ilin yanvarından "Mançester Yunayted"də çıxış edir.

    Muxalifet - 30-11-2018

  8. ​Tovuzda maşın aşıb, sürücü ölüb

    Noyabrın 29-da saat 3 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində kənd sakini Elnur Abbasov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. DİN-dən Muxalifet.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

    Muxalifet - 30-11-2018

  9. ​Türkiyə şəhidlərinin övladları Azərbaycana gələcək - Tarixi yerlərlə tanış olacaqlar

    Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq məqsədilə yanvarın 15-də Türkiyədən Azərbaycana iyirmiyədək şəhid övladı gələcək. Onlar Bakıda və Azərbaycanın digər bölgələrində tarixi yerlərlə tanış olacaqlar.

    Muxalifet - 30-11-2018

  10. ​239 nəfərin öldüyü qəza: yeni parçalar tapıldı

    “Malaysia Airlines” şirkətinə məxsus MH370 reysi ilə uçan və 2014-cü ildə itən təyyarənin sərnişinlərinin qohumları laynerə mənsub olduğu güman edilən yeni parçaları Nəqliyyat naziri Entoni Lokeyə təhvil veriblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
    Xatırladaq ki, “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala Lumpurdan Pekinə uçarkən radarlardan itib. Göyərtəsində 239 nəfərin olduğu təyyarənin Hind okeanının cənub hissəsinə düşdüyü güman olunur.

    Muxalifet3 - 30-11-2018

  11. Belçikada etirazlar səngimir: polis aksiyanı belə dağıdır

    Polis yanacağın qiymətinin artmasından narazı olan “sarı jiletlərin” Brüsselin mərkəzində keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edir.
    Muxalifet.az xəbər verir ki, noyabrın 30-da günorta saatlarında başlayan icazəsiz etiraz aksiyası Avropa kvartalına keçib. Polis Kral sarayı qarşısındakı parkın çıxışında insan kütləsinin qarşısını kəsib.

    Muxalifet3 - 30-11-2018

  12. ​Dünya ŞOKDA: 7 ölkə Rusiyaya qarşı toplandı

    Argentinada keçiriləcək G-20 sammiti öncəsi 7 ölkənin xarici işlər naziri Kerç böhranı ilə bağlı toplantı keçirib.
    Muxalifet.az xəbər verir ki, iclasda Rusiyanın Ukrayanya qarşı yeritdiyi mövqenin heç bir əsası olmadığı vurğulanıb.
    Həmçinin iclasda Rusiyanın girov olaraq saxladığı ukraynalı dənizçilərin dərhal buraxılması tələb edilib.
     

    Muxalifet3 - 30-11-2018

  13. Hülya Koçyiğitin ayağı çürüyür — FOTO

    İki həftə əvvəl ayağı burxulan və topuğu çatlayan aktrisa Hülya Koçyiğitin çatlayan ayağında problem yaranıb.
    Muxalifet.az xəbər verir ki, “Yeşilçam”ın məşhur ulduzunun ayağında çürümə prosesi başlayıb.
    Xəbərə əsasən, ayağı burxulduqdan sonra topuğunun çatlamasını bilməyən aktrisa ayağı şişdiyi üçün həkimə gedib. Dünən isə həkim müayinəsindən sonra ayaqda çürümə prosesinin başladığı məlum olub.

    Muxalifet3 - 30-11-2018

  14. ​Britaniya analitik mərkəzi Azərbaycanda firavanlıq səviyyəsini qiymətləndirdi

    Britaniyanın “Legatum Institute” analitik mərkəzi tərəfindən hazırlanmış “Tərəqqi indeksi - 2018” (Prosperity Index - 2018) siyahısında Azərbaycan 99-cu yeri tutub. 
    Muxalifet.az media.az-a istinadən xəbər verir ki, ölkəmiz ötən illə müqayisədə beş pillə, 2006-cı illə müqayisədə səkkiz pillə irəliləyib.
    Reytinqdə hər bir ölkənin doqquz kateqoriya üzrə nailiyyətləri qiymətləndirilib: iqtisadiyyat, idarəetmə, təhsil, tibb, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital, ekologiya və sahibkarlıq.

    Muxalifet3 - 30-11-2018

  15. ​Putin Ər-Riyada səfərə hazırlaşır

    Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərinə hazırlıq gedir.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 
    Səfərin tarixinə gəldikdə isə Peskov bildirib ki, bu məsələ 
    Putinin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Argentinada G-20 sammiti çərçivəsində keçiriləcək görüşündən sonra müəyyən ediləcək. 
     

    Muxalifet3 - 30-11-2018

  16. ​Türkiyə ordusundan möhtəşəm nəticə: 41 terrorçu öldürüldü

    Türkiyə Müdafiə Nazirliyi son bir həftədə öldürülən terrorçuların sayını açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, nazirlik terrorla mübarizə əməliyyatı çərçivəsində 41 terrorçunun zərərsizləşdirildiyini bəyan edib.
    Qeyd edilir ki, son bir həftədə PKK, YPG və İŞİD-lə mübarizə fasiləsiz olaraq ölkə daxili və xaricində aparılıb.
     

    Muxalifet3 - 30-11-2018

  17. ​Ərdoğan Trampla görüşdü - Təcili

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.
    Muxalifet.az xəbər verir ki, liderlər Argentinada keçirilən G20 zirvəsi çərçivəsində ayaqüstü söhbətləşiblər.
     

    Muxalifet3 - 30-11-2018

  18. ​Rusiya "Skif"in ilk uçuşunu reallaşdırdı - Video

    Rusiya 350 kq yükdaşıma gücünə malik "Skif" pilotsuz təyyarəsinin ilk uçuşunu həyata keçirib.
    Muxalifet.az xəbər verir ki, həm ölkə daxili, həm də xaricə çətinliklə daşınan yüklərin sözügedən təyyarə ilə reallaşdırılacağı gözlənilir.
    Maksimum sürəti saatda 70 km olan "Skif" 3 kilometr yüksəkliyə qalxa bilir.
     

    Muxalifet3 - 30-11-2018

  19. ​Oqtay Əsədov Tahir Kərimliyə: “Deyəsən dərmanın dozası çox olub”

    Dərman satışı tələblərin pozulmasına görə cəzalar müəyyənləşdi.
    Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
    Dəyişikliklə Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.
    Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.

    Muxalifet3 - 30-11-2018

  20. Gürcüstan marixuanadan istifadəyə icazə verildi

    Gürcüstan parlamenti marixuanadan istifadə ilə əlaqədar qanunu qəbul edib.
    Muxalifet.az xəbər verir ki, parlament prezident seçkiləri öncəsi bu qanunun qəbulunu təxirə salmışdı. Qanunun əsas təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Daxili İşlər Nazirliyidir.

    Muxalifet3 - 30-11-2018

Pages